Kateqoriyaların ierarxiyası, ali taksonlar


KİRPİKLİ İNFUZORLAR SİNFİ –



Yüklə 248,72 Kb.
səhifə5/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   2   3   4   5   6   7   8   9   ...   95
heyvan qisaldmis

KİRPİKLİ İNFUZORLAR SİNFİ – CILIATA

Kirpikli infuzorların bədəni bütün ömrü boyu kirpiklərlə örtülü olur. Hə­yat tərzi və qidalanmaları çox müxtəlifdir.

İnfuzorlar müxtəlif bədən formasına malikdirlər. Əksər infuzor­ların bə­də­ni üzmə həyat tərzi ilə əlaqədar uzunsovdur. Buna adi tər­lik (Paramecium cau­datum) misal ola bilər. İnfuzorların öl­çü­ləri də müxtəlifdir, hətta 2 mm-ə qədər uzunluqda olan iri növləri də vardır (Spirostomum).

İnfuzorların bədəninin üzəri möhkəm, nazik pellikula ilə örtülü­dür. Pelli­kula mürəkkəb quruluşludur, şəffafdır və həmçinin elastiki­dir. Elastiklik­dən asılı olaraq infuzorlar bədənlərini müəyyən dərəcə­də dəyişə bilirlər. Boruşəkilli bədənə malik olan stentor infuzoru kürə­şə­killi forma ala bilir.

Kirpiklər mənşə etibarilə qamçılıların qamçısına oxşar olub, qısa olmaları ilə on­dan fərqlənir. Kirpiklərin sayı təqribən 10000-dən 15000-ə qədərdir və hə­rə­kət orqanoididir. Kirpiklər sitoplazmada yer­lə­şən bazal danəciyindən baş­lanır və ritmik hərəkət edirlər.

Kirpikli infuzorların sito­plaz­ması nəzərə çarpacaq dərə­cə­də iki hissəyə ayrı­lır. Onlar­dan biri nisbətən açıq və möh­kəm olan xarici his­sə - ektoplaz­ma, di­gəri isə nisbətən duru və də­nəvər olan daxili his­sə - endo­plazmadır. Ekto­plaz­ma mürək­kəb quruluşlu olub, bir çox orqa­noidlərin əmələ gəlməsində rol oy­nayır. İnfuzorların üzərini ör­tən pellikula, kirpiklər və bazal danəciyi ekto­plazmanın məhsuludur. Ektoplazmada pelli­kulaya perpendikul­yar yerləşən tri­xo­­sist­lər də vardır. Trixosist­lər uzunsov formada olub, infu­zor qıcıqlan­dı­rıl­dıq­da sapşəkilli formada açılaraq müdafiə və hücum orqanoidi və­­­zi­fəsini görür. Açıl­mış trixosistlər korlanır və yenisi ilə əvəz olu­nur­lar. Trixosistlər qanuna­uy­ğun şəkildə kirpiklərin arasında yerləşir və on­ların da sayı kirpiklər kimi çox­­dur (şəkil 50).

Həzm orqanoidləri sitostom adlanan ağızla başlanır. Əksər infu­zor­larda sito­stom peristom adlanan ağızətrafı çökəklikdə yerləşir. Bak­teriyalarla qida­lanan bir çox infuzorlarda peristom spiral şəklində yerləşən membranel­lərlə (daha uzun kirpiklərlə) əhatə olunmuşdur. Kir­piklərin və membranellərin titrək hərəkəti suda cərəyan yaradaraq qi­danı ağıza doğru hərəkət etdirir.

Hüceyrə ağzından daxilə sitofarinks adlanan udlağabənzər ka­nal açılır. İn­­fuzor qidalanarkən qida peristom hissədən sitostoma, ora­dan sitofarinksə, ora­­dan da endoplazmaya düşür.

Qida daxilə düşdük­dən sonra həzm vakuolu əmələ gəlir. Endoplazmaya dü­şən qidanın miq­darından asılı olaraq bir o qə­dər də həzm vakuolu əmələ gəlir.

Vakuolda qidanın həzm olun­­­ması sitoplazmanın ifraz etdiyi xü­su­si fer­ment­lər vasitəsilə olur. Həzm olun­ma­yan hissəciklər bədənin müəyyən his­sə­sində pellikulada yerləşən si­to­prokt adlanan xüsusi dəlik vasi­tə­silə xa­ricə atılır. Bu dəliyi ancaq lazım­sız hissəciklər xaric olarkən gör­mək olar.

İnfuzorlarda ifrazat məhsul­la­­rını xaric etməyə xidmət edən bir, iki və ya bir neçə yumulan va­ku­­ollar vardır. Yumulan vakuolla­rın ət­ra­fında ulduzşəkilli gə­ti­rici ka­nalcıqlar vardır. Bu kanalcıqlar bə­dən­də olan lazımsız maddələri top­la­yır və yumulan vakuola verir­lər. İfrazat vakuolları növ­bə ilə yumulub açıla­raq bədən­də olan lazımsız maddələri xaric edirlər.

İnfuzorların mühüm orqano­id­lərindən biri nüvədir. Nü­və­­lərin sayı ayrı-ayrı növ­lərdə müx­­təlifdir. Tərlikdə bir makro­nuk­­le­us və bir mikronukleus, P.au­­­re­lia növündə isə iki mikronukleus var­dır. Makronukleus vegetativ nüvə, mikro­nukleus isə cinsi və ya gene­ra­tiv nüvə olub, bütün kirpikli infuzorlar üçün xa­rakterikdir.



  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin