Kateqoriyaların ierarxiyası, ali taksonlar


Balıqlar sinfiüstlüyü, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə8/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
heyvan qisaldmis

Balıqlar sinfiüstlüyü, təyin olunma metodları


BALIQLAR SİNİFÜSTLÜYÜ – PISCES

Xordalılar tipinin – Chordata Onurğalılar və ya kəlləlilər yarımtipinin – Vertebrata seu Craniata Rüşeym pərdəsi olmayan onurğalılar – Anamnia aid olan BALIQLAR SİNİFÜSTLÜYÜ – PISCES

Balıqlar - əsl su onurğalılarıdır. Bütün ömrü boyu tənəffüsləri dəri qəlsə­mə­ləri vasitəsilədir. Qəlsəmələr qəlsəmə qövslərinin xarici hissəsində yerlə­şir, qəlsəmə vərəqləri ektodermal mənşəlidir. Dəyirmiağızlılardan fərqli olaraq, ağızları hərə­kət­li çənə­lərlə təchiz olunmuşdur. Cüt döş və qarın üzgəclərinə malikdir. Qoxu dəlikləri cütdür. Bədənləri isə adətən pulcuq­larla örtülüdür.

Balıqlar bioloji cəhətdən dəyirmiağızlılara nisbətən daha yük­səkdə durur­lar. Bu xüsusiyyət onların hərəkətlərində, qidalarını fəal surətdə axtarıb tap­ma­sında, müxtəlif davranışlarında və s.özünü gös­tərir. Göstərilən əlamətlər bila­va­si­tə sinir sistemi, hiss orqanları və skeletin inkişafı ilə əlaqədardır.

Kəllə qutusu onur­ğa ilə hərəkətsiz birləşmişdir, skeleti qığırdaqdan, ya da sümükdən təşkil olunmuş­dur. Ürək iki hissədən - qulaqcıq və mədəcikdən iba­rət­dir, bir qan dövranı vardır. Venoz qan ilə arterial qan bir-birinə qarışmır. Ürəkdə venoz qan olur. Eşitmə orqanı əsl su onurğalılarında olduğu kimi daxili qulaqdan ibarətdir.

Balıqlar kürütökməklə çoxalırlar, mayalanmaları xaricdə gedir.

Bədənin yanları ilə uzanan yan xətt orqanı da yaxşı inkişaf etmişdir. Yan xətt pulcuqlarının sa­yı əksər balıqlarda eyni olmadığından onlardan balıqların növünü təyin et­mək üçün istifadə olunur.

Döş və qarın üzgəcləri cüt, bel, quyruq və anal üzgəcləri təkdir. Sü­müklü balıqlarda üzgəclər şaxəli və ya şaxəsiz sümük şüalardan ibarət olur. Şaxəli və şaxəsiz şüaların sayına görə balığın növünü təyin etmək mümkündür.

Balıqlar xüsusi təyinetmə cədvəlləri vasitəsilə təyin edilib, sistemləşdiri­lir və adlar verilir. Təyinat zamanı fərqlər meydana çıxarsa, fərqlənmə dərə­cə­sini mü­əyyənləşdirmək üçün balıqları biometrik üsullarla işləmək tələb olunur

Biometriya üsulu ilə tədqiq olunan əlamətlər iki qrupa bölünür: sayılan (me­ristik) əlamətlər – pulcuqlar, üzgəc şüaları, qəlsəmə dişcikləri, fəqərələr və s.; ölçülən (plastik) əlamətlər – bədənin ayrı-ayrı hissələrinin uzunluğu, bu his­sə­lərin bədən uzunluğuna və ya başın uzunluğuna görə nisbəti götürülür. Balıq­lar ştangen-pərgarla ölçülür. Balıqları təyin etdikdə istifadə edilən əsas əla­­mətlər aşağıdakılardır:


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin