Kateqoriyaların ierarxiyası, ali taksonlar


İnfuzorlar tipi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə4/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   2   3   4   5   6   7   8   9   ...   95
heyvan qisaldmis

İnfuzorlar tipi, təyin olunma metodları


İNFUZORLAR TİPİ – CILIOPHORA&INFUSORIA(siliofora və ya infizoria)

BİRHÜCEYRƏLİLƏR YARIMALƏMİnin – PROTOZOA 5ci tipi olan İnfuzorlar və ya Kirpiklilər tipi – Infusoria & Ciliophora

Başqa ibtidai heyvanlara nisbətən infuzorlar tipinin nümayən­dələri daha mü­rəkkəb quruluşa malikdirlər. İnfuzorların bədəni pelli­kula ilə örtülüdür. Pel­li­­kulanın olması ilə əlaqədar olaraq onların nis­bə­tən sabit bədən forması vardır. İnfu­zorlar üçün səciyyəvi xüsu­siy­yət­lərdən biri onlarda kirpiklərin olmasıdır. Bir qrup infuzorlarda kir­piklər çox sıx, bir qismində kirpiklər bədənin müəyyən nahiyəsində yerləşmiş olur. Sorucu infuzorlarda isə kirpiklər ancaq inkişafın ilk mərhələsində olur və sonradan itirlər. Kirpiklər yaxşı inkişaf etmiş hərəkət orqa­noidləridir. Digər tərəfdən, onlar həmçinin qidanın tutul­masında da iştirak edirlər. İnfuzorlar üçün səciyyəvi xüsusiyyətlərdən biri də onlarda iki tip nüvə aparatının olmasıdır. Nüvələrdən biri nisbətən iri olub makronukleus, digəri isə kiçik olub mikronukleus adlanır. Növlərindən asılı olaraq infuzorların bö­yük və kiçik nüvələri bir neçə ədəd ola bilir. Mikronukleus cinsi (generativ) nüvə adlanır cinsi çoxalma prosesində əsas rol oynayır. Makronukleus isə so­matik (vegetativ) nüvə adlanaraq cinsi çoxalmadan başqa infuzorun bütün ­yat prosesində iştirak edir.

İnfuzorlar tipinin 6000-dən çox növü vardır. Onlar dəniz və şi­rin su höv­zə­lərində, nəm torpaqda, bəzi növləri isə insan və hey­van­ların bədənində yaşa­mağa uyğunlaşmışdır.

Parazit formalardan balıqlarda Trichodina cinsinin növləri, insanlarda isə Balantidium coli növü ge­niş yayılmışdır. Ophryosco­lecidae fəsiləsinə mənsub olan növlər göv­şəyən heyvanların mədəsində yaşamağa uyğunlaşmışdır.



(Suctoria).


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin