Kateqoriyaların ierarxiyası, ali taksonlar


Sinif (classis) – oxşar əlamətlərə malik qohum heyvan cinslərini birləş­di­rən ali təsnifat kateqoriyalarından biridir



Yüklə 248,72 Kb.
səhifə3/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   2   3   4   5   6   7   8   9   ...   95
heyvan qisaldmis

Sinif (classis) oxşar əlamətlərə malik qohum heyvan cinslərini birləş­di­rən ali təsnifat kateqoriyalarından biridir. Sinif anlayışını elmə ilk dəfə fransız bo­taniki Turnefor gətirmiş, sonralar K.Linney “Təbiətin sistemi” əsərində ierar­­xiya təsnifat qrupu kimi növ, cins, dəstə və sinfi göstərmişdir. Siniflər ox­şar quruluşlarına və əcdadlarına görə toplanaraq təsnifatın ali kateqoriyası olan tiplərdə birləşdirilir.

Dəstə (ordo) – heyvanların sistematikasında bir neçə fəsiləni birləşdirən tak­sonomik kateqoriyadır. Oxşar dəstələr sinif əmələ gətirir. Müasir siste­mati­kada dəstələr yarımsiniflərdə, yarımsiniflər isə siniflərdə birləşdirilir. Dəstə bir kateqoriya kimi xüsusi diaqnoza malikdir, tədqiq olunan obyektin əlamətləri əsasında təsis olunur. Məsələn, tədqiq olunan heyvan dişlərin quruluşuna görə gəmiricilər dəstəsinə aid edilirsə, həmin heyvanın kor bağırsağının uzun olması və pəncəüstə yeriyən ətraflara malik olması müəyyən edilir.

Fəsilə (familia)bir və ya bir neçə monofiletik (eyni mənşəli) cinsin bir­ləş­diyi taksonomik kateqoriyadır. Cinsdən fərqli olaraq fəsilələrin sərhədləri də­­qiq­dir, daha aydın taksonomik əlamətlərlə xarakterizə olunur. K.Linney sis­te­­ma­­tikada fəsilə kateqoriyasından istifadə etməmişdir. Fəsilə anlayışı sistema­tikaya ilk dəfə fransız botaniki Pyer Manol tərəfindən (1689) daxil edilmişdir. XVIII əsrin sonlarında isə Antuan Jüssye fəsiləni sistematikaya kateqoriya də­rə­cəsində daxil etmişdir və bu kateqoriya müasir dövrdə də öz əhəmiyyətini saxlayır. Fəsilə sistematikada xüsusi əhəmiyyətli kateqoriyadır, oxşar cinslərin birləşdirilib daha ali taksonda yerləşdirilməsinə imkan verir. 1900-cü ilə qədər fə­­si­lə kateqoriyasının adlandırılması və sərhədlərinin müəyyən edilməsi no­menk­­latura qaydalarına tabe edilməmişdi. Müasir Zooloji kodeksə əsasən fəsi­lənin adı tədqiq olunan sinfin cinsinin sonuna (-idae, -inae) şəkilçiləri əlavə et­məklə müəyyən olunur. Fəsilə digər sistematik kateqoriyalar kimi elmi ad de­yil, zooloji obyektdir.

Cins (genus) – yarımcinsləri və növləri birləşdirən taksonomik kateqo­riya­dır. Təsnifat ierarxiyasında fəsilə qrupundan aşağıda, növ qrupundan yu­xarı­da yerləşir. Cins – həmin dərəcədə digər taksonlardan kəskin əlamətlərlə ay­rılan bir və ya bir neçə növün monofiletik qrupunu əhatə edən taksonomik ka­te­qo­riyadır. Sərhədləri qeyri-məhduddur. Hər bir cinsi nominal növ təmsil edir. Tərkibinə tipik növ daxil olan yarımcinslər cinsin öz adını daşıyır. Ya­rım­cinsin adı cinslə növün arasında yazılır. Taksonomik əlamətlərinə görə ideal cins di­gər cinslərdən kəskin şəkildə ayrılır, cins statusu daşımaq üçün lazım olan tələblərə kifayət qədər cavab verir. Cinsin daxilində dəyişkənlik az mü­şa­hidə olunmalı, cinsin tərkibi heterogen olmalıdır. Cins ciddi müqayisə əsasında təsis olunur. Linney cins barədə yazırdı:“əlamətlər cinsi yaratmır, cins əlamət­ləri təyin edir.” Bu və ya digər cinsə daxil olan növlər adətən bir çox ümumi əla­mətlərə malik olurlar və bu ümumi əlamətlər onları təyin etməyə imkan ve­rir. Elə cinslər vardır ki, diaqnozu dəqiqdir, bir çox növlərin əlamətlərini ifadə edir və onları birləşdirir. Quşların bir çox fəsilə və cinsləri buna misal ola bilər. Ev heyvanlarının hibrid cinsləri, o cümlədən digər hibrid cinslər Zooloji No­menk­­laturaya əsasən yarımcins kimi qəbul olunsa da cins statusu daşımır.

Növ (species)oxşar canlıların ən aşağı təsnifat kateqoriyasıdır. Növü ilk təsvir edən C.Reyin (1686) tədqiqatlarına və növ haqqında təlimlərinə müa­sir dövrdə bir çox müddəalar əlavə olunmuşdur. Müasir təlimlərə görə növ – mə­­kan və zaman daxilində mövcud olan real varlıqdır, növ daim təkamül edən və dəyişilən, bir-birilə cütləşən və başqa qruplardan reproduktiv surətdə təcrid olu­nan, həmin arealda yaşayan digər növlərlə və ətraf mühitlə qarşılıqlı əlaqə­də olsa da öz genetik tamlığını qoruyan qapalı bir sistemdir. Hər bir növ digər növ­lərdən kəskin əlamətlərlə fərqlənir. Bir növün əlamətləri tədricən digər nö­və keçə bilməz. Ayrıcinsli növlərin fərdləri bir-birinə reaksiya verir, çütləşmək üçün bir-birini axtarıb tapır, reproduktiv birlik əmələ gətirirlər. Növ sistematik kateqoriya kimi XVII əsrin sonlarından başlayaraq öyrənilmişdir.

Müasir Zooloji Nomenklaturaya görə hibrid növlər nomenklaturaya daxil deyil, hibrid növlər növ statusu daşımır.

Paleontoloji qazıntılar zamanı tapılan növlər də yuxarıdakı təsnifat kate­qo­­ri­yalarına əsasən təyin olunur.

Sistematikada istifadə olunan əsas kateqoriyalardan başqa əlavə kate­qo­ri­ya­lar da mövcuddur. Bunlar yarımtip, infrasinif, sinifüstlüyü, fəsiləüstlüyü və s. ki­mi kateqoriyalardır.



  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin