Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə61/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   57   58   59   60   61   62   63   64   ...   95
heyvan qisaldmis

Sitoplazma mürəkkəb quruluşlu olub, hüceyrənin əsas kompo­nentlərin­dən biridir. O, hüceyrənin bütün hissələrini birləşdirir və iki qatdan ibarətdir. Nis­bətən möhkəm olan xarici qat ektoplazma, daxili qat isə endoplazma adla­nır. Sitoplazma yarımmaye for­mada olur.

Hüceyrənin mühüm və zəruri komponentindən biri də nüvədir. Nü­və bir və ya bir neçə ədəd olub, hüceyrənin bütün həyat proseslərində iştirak edir. Tər­kibi əsasən müxtəlif zülallardan və nuklein turşularından ibarətdir, nüvə xro­­mo­somlarının tərkibində olan DNT (dezoksiribonuklein turşusu) irsi əla­mət­­lərin nəsildən-nəslə ötürül­mə­sində əsas rol oynayır.

İbtidailərin əksəriyyətində bir nüvə olur, lakin çoxnüvəli hü­cey­­rələr də var­dır. Çoxnüvəli hüceyrələrin bəzilərində nüvələr for­ma­­sına və funksiyasına görə eyni, bəzilərində isə müxtəlif (nüvə dualizmi) olur. Nüvə nüvə şirəsindən, nüvə­cikdən və nüvə pərdəsindən ibarətdir.

İbtidailərin həyat proseslərində iştirak edən bir çox orqanoidləri vardır. Həzm orqanoidlərinə hüceyrə ağzı, həzm vakuolu, ağız qıfı və s. aiddir. İbti­dai­lər­də ifrazat funksiyasını yumulan vakuol yerinə ye­tirir. Dənizlərdə yaşayan və parazit həyat tərzi keçirən formalarda yumulan vakuol olmur. Yumulan vakuol bədəndə olan artıq suyun və maddələr mübadiləsinin məhsullarını xaric edir. Yumulan vakuol ifrazat funk­siyasını yerinə yetirməklə bərabər, həm də os­motik tənzimləyicidir.

Hərəkət orqanoidləri ayrı-ayrı nümayəndələrdə müxtəlifdir, sar­kodinlər­də ya­lançı ayaqlar və ya psevdopodilər, qamçılılarda qamçılar, infuzorlarda kir­­­­pik­lər hərəkət funksiyasını yerinə yetirir. Psevdopodilər (latın. pseudes – ya­lançı, poda - ayaq) ibtidailərin əmələ gə­tir­dik­lə­ri müvəqqəti sitoplazmatik çı­xıntıdır. Hərəkətdə və qidalan­ma­da rol oynayan bu yalançı ayaqlar sarko­din­­lər, bəzi qamçılılar və sporlular üçün xarakterdir.

Qamçı və kirpiklər sitoplazmanın daimi çıxıntısı olub, ritmik hərəkət edir. Elektron mikroskopu vasitəsilə müəyyən olunmuşdur ki, hər iki orqanoi­din qu­ruluşu eynidir. Qamçılar və kirpiklər sitoplazmada yerləşən bazal danəci­yindən və ya blefaroplastdan başlanğıc götürür. Hər iki orqanoidin en kəsiyin­də 11 fibril vardır, onların ikisi mərkəzdə, 9-u isə periferiyada yerləşir. Mərkəzi fib­rillər bir-birilə birləşmiş iki borucuqdan və ya subfibrildən ibarətdir. Peri­fe­rik fibrillər bazal danəciyinə daxil olur, mərkəzi fibrillər isə daxil olmur.

İbtidailərin əksəriyyəti əlverişsiz şərait baş verdikdə yaşamaq qa­biliy­yə­ti­ni saxlamağa uyğunlaşmışlar. Bu uyğunlaşma sista formasında olur.

Hal-hazırda ibtidailərin 30000-dən çox növü məlumdur.

Birhüceyrəlilər yarımaləmi daxilində quruluş müxtəlifliyi mövcuddur və mü­a­sir sistematikada ibtidailər 5 müstəqil tipə bölünür:

1. Sarkomastiqoforlar tipi - Sarcomastigophora

2. Sporlular tipi – Sporozoa

3. Knidosporidilər tipi – Cnidosporidia

4. Mikrosporidilər tipi – Microsporidia

5. İnfuzorlar və ya Kirpiklilər tipi – Infusoria & Ciliophora



  1. Yüklə 248,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin