Kateqoriyaların ierarxiyası, ali taksonlar


Birhüceyrəlilər y/aləmi, təyin olunma metodları



Yüklə 248,72 Kb.
səhifə60/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   56   57   58   59   60   61   62   63   ...   95
heyvan qisaldmis

Birhüceyrəlilər y/aləmi, təyin olunma metodları


BİRHÜCEYRƏLİLƏR YARIMALƏMİ – PROTOZOA

M.Şleyden və T.Şvannın hüceyrə nəzəriyyəsinin (1839) kəşfindən sonra bir­­hüceyrəlilər müstəqil orqanizm kimi öyrənilməyə başlanılmışdır. A.Le­ven­huk tərə­findən mikroskopun ixtira edilməsinin ibtidailərin morfologiyasının və fi­zio­logiyasının öyrənilməsində, onların heyvanlar aləminə daxil edilməsində əhə­miyyəti böyükdür. Zibold (1845) birhüceyrəliləri heyvanlar və bitkilər ara­sında bölərək sistemləşdirmişdir. Birhüceyrəlilərin morfologiyasına aid O.F. Mül­lerin (1786) tədqiqatları diqqətəlayiqdir. İbtidailərin ilk ümumi siste­mati­kasını Byuçli tərtib etmiş, ibtidailər tipinə (birhüceyrəlilər yarımaləminə) Sar­codina, Sporozoa, Mastigophora, Ciliophora siniflərini daxil etmişdir. Bu sis­te­ma­tika Heniberqin rəhbərliyi ilə (1964) ibtidailərin sistematikasının tərtibi və təkmilləşdirilməsi işləri aparılana qədər davam etmişdir. Bu sistematikaya əsasən Protozoa tipinə Sarcomastigophora, Sporozoa, Cnidospora, Ciliophora yarımtip kimi daxil edilmişdir. Byuçli sistematikasından fərqli olaraq bu siste­matikada Sarkomastiqoforlar, Sporlular, Knidosporidilər və İnfuzorlar İbti­dai­lər tipinin yarımtipi kimi sistemləşdirilmişdir. Birhüceyrəlilərin sistema­tika­sı­nın tərtibində Levayn (1980) Sarkomastiqoforları tip kimi səciyyələndirmiş, Mas­­­tiqoforlar, Opalinlər və Sarkodinlər yarımtiplərinə ayırmışdır. Levayn qam­­­­çı­lı­ları bitki və heyvani qamçılılar siniflərinə bölmüşdür.

İbtidailərə sadə quruluşlu birhüceyrəli heyvanlar aiddir (şəkil 43). İbti­dai­lərin bədə­ni­ni təşkil edən bir hüceyrə morfoloji cəhətdən çoxhüceyrəli orqa­nizmlərin bir hüceyrəsinə uyğun gəlir, lakin fizioloji cəhətdən bir hüceyrə müs­təqil bir orqanizmdir. Çoxhüceyrəli orqanizmlərdə gedən bütün həyat pro­ses­ləri (qidalanma, maddələr mübadiləsi, ifrazat, qıcıqlanma, hərəkət, böyümə, in­kişaf və s.) ibtidailərin orqanizmini təşkil edən bir hüceyrənin daxilində gedir.

İbtidailərin böyük əksəriyyəti mikroskopik kiçik orqanizmlərdir. Ölçüləri 2-4 mikrondan (mk – millimetrin mində bir hissəsidir) 2-3 mm-ə çatır. İbti­dai­lə­rin quruluşu çox müxtəlifdir. Buna baxmayaraq, onların hamısı üçün ümumi sə­ciy­yəvi xüsusiyyətlər eynidir. Bədənləri sitoplazmadan, nüvədən və bir neçə orqanoidlərdən ibarətdir. İbtidailərin əksəriyyətinin bədən örtüyü bərkiyərək pel­likula əmə­­lə gətirir. Pellikula heyvana müəyyən forma verir və onları xari­ci təsirlərdən qoruyur. Bir çox sərbəst yaşayan ibtidailərdə isə hü­ceyrə qövqə əmələ gətirmək qabiliyyətinə malikdir. Qövqə mühafizə funksiyasını yerinə ye­tirir.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin