IDMANÇIDA
FƏRDI STRESS
Hər bir idmançı ayrı-ayrılıqda bir-birindən fərqlənən fərdlərdir və
onların hər biri özünəməxsus psixologiyaya malikdir. Ona görə də
idmançılarda bir-birindən fərqli, özünəməxsus emosional oyanma və
həyəcan baş verir. Emosional oyanma, həyəcan halında hər idmançıda
müəyyən dəyişikliklər müşahidə edilir. Bunlardan hərəkət
koordinasiyasının pozulması, vaxtı hiss etməmək və s. göstərmək olar. Əgər
çıxışa hazırlaşan
71
idmançı özündə çox zəif narahatlıq hiss edirsə, pis əhval-
ruhiyyədədirsə, deməli, onun emosional həyəcanı lazım olan səviyyədən
yuxarıdır. Stress halının əlamətlərini daha aydın dərk etmək üçün 3 №-li
cədvələ baxaq.
İdmançıda yüksək həyəcanı göstərən əlamətlər
Cədvəl № 3
s\s Fizioloci
əlamətlər Psixoloji
əlamətlər
1 Yüksək ürək döyüntməsi Diqqətin darlaşması
2
Arterial qan təziyqinin yüksəkliyi Yorğunluq hissi
3 Tənəffüsün tezləşməsi Depressiya
vəziyyəti
4 Qanda
şəkərin yüksəkliyi Baş qicələnməsi
5 Qan
damarların ğenişlənməsi Həyacan hissi
6 Sidik
ifrazının tezləşməsi Çaşqınlıq
7 Bel
sütunun
əyilməsi Təşviş hissi
8
Əsəbi hərəkətlər Özünü
idarə etmənin pozulması
9 Yükəsək əzələ ğəğinliyi Diqqətin ğenişliyi və yönəldilməsi
Idarə edə bilməmək
10 Yuxusuzluq
11 Ürək bulanma
12 Adrenalin
çox
ifrazı
13 Göz
bəbəyinin ğenişlənməsi
Cədvəldə göstərilən həm fizioloci, həm psixoloji əlamət emosional
gərginliyi yaradan səbəblərdir. Bu gərginliklərin səbəbini öyrənmək üçün
idmançını xüsusi test suallarından keçirməklə onu narahat edən səbəbləri
öyrənmək olar. Əgər məşqçi və ya psixoloq idmançının çıxışını qıraqdan
izləyibsə, anket və ya test üsulu ilə aparılmış sual-cavab daha yaxşı nəticə
verər. Təyin edilmişdir ki, startqabağı bütün idmançılar emosional oyanış
hissi keçirir və bu onların orqanizmində fizioloci dəyişikliklərə səbəb olur.
Lakin psixoloji cəhətdən bu həyəcanın səviyyəsi və tənzimlənməsi hər
idmançı üçün fərdi dərəcədədir. Bu da onu təsdiqləyir ki, hər idmançının öz
optimal emosional həyəcanlanma səviyyəsi var. Bu səviyyə onun çox
qüvvətli çıxış etmək bacarığını yaradır. Emosional oyanış artıqlığı və yaxud
azlığı isə idmançının çıxışına mənfi təsir göstərir. Onu da deyə bilərik ki,
eyni idman növündə, eyni
72
dərəcədə ustalığa malik idmançılarda yarış vaxtı emosional oyanış
müxtəlif səviyyədə olur. Emosional oyanış idmançıda normadan artıq
olanda beyində koordinasiya pozğunluğu baş verir, bədəndəki əlavə ehtiyat
enerjisindən istifadə bacarığı itir və beləliklə, qarşıya qoyulmuş konkret
məqsədə çatmaq mümkün olmur. Bununla da hər idmançının özünün
emosional oyanış səviyyəsini tapıb təyin etmək idmanda əsas məsələlərdən
biridir. Üzgüçülükdə aparılan tədqiqatlardan [1] belə nəticəyə gəlmək
mümkündür ki, emosional oyanışın və həyəcanın səviyyəsinin aşağı olması
çıxışa daha yaxşı təsir göstərir. Mürəkkəb sıçrayışla suya tullanmaq yüksək
emosional oyanış və həyəcan tələb edirsə, sadə sıçrayışla tullanmaq aşağı
səviyyədə emosional oyanış və həyəcan tələb edir.
Ümumiyyətlə, idmançının emosional oyanışının səviyyəsini onun
çıxışlarını izləməklə, fizioloci və psixoloji halını öyrənməklə müəyyən
etmək olar. Belə informasiyanı məşqçinin və idmançının özünün bilməsi
çox vacibdir. Belə ki, məşqçi və ya idmançı özünə lazım olan emosional
oyanışın səviyyəsini birlikdə çıxış vaxtı emosional oyanışın artıb böyük
həyəcana keçməsinin qabağını ala və özünü ona lazım olan emosional
vəziyyətdə saxlaya bilir ki, bu da idmançının çıxışının lazımi səviyyədə
keçməsinə şərait yaradır [15].
Yoqların təlimlərində belə bir fikir vardır ki, insan nəinki öz əl-qolunu
idarə etməyə, hətta bu hərəkətləri beyni ilə əlaqələndirməyə qadirdir. O,
hətta daxili orqanlarının işləməsini də öz beyni ilə idarə etməyi bacarır.
Onların fikrincə, hər hansı orqan ağrıdıqda ona olan müraciət əmr
formasında edilməlidir. Ancaq ürəyə bu müraciət xahiş formasında
olmalıdır. Sadəcə, idmançılar və məşqçilər öz hisslərini idarə etmək
bacarığını və vərdişini illərlə qazanmalı və bunun üstündə işləməlidirlər.
Əks halda onlar üçün mübarizələrdə öz emosiyalarını idarə etmək mümkün
olmayacaq. Əgər idmançı öz psixoloji vəziyyətini idarə edə bilmirsə, bu
halda orqanizmi ilə ümumi iş birliyi yarada bilməyəcək. Ümumiyyətlə,
bütün
73
yarış müddəti emosional gərginlik vəziyyətində qalmaq məsləhət
görülmür. Bu zaman bədənin tam boşalmış vəziyyətdə olması daha
məsləhətlidir. İdmançının bütün yarış müddətini izləməsi onda zehni və
psixoloji yorğunluq əmələ gətirə bilər. Təkmübarizlikdə idmançının öz çəki
dərəcəsinin çıxışçılarını izlədikdən sonra dincəlməsi məsləhət görülür. Belə
ki, idmançıların yarış gərginliyindən ayrılmaları məqsədilə sakit bir yerdə
yüngül zehni oyunlarla baş qatmaları, yumoristik və başqa sevimli
ədəbiyyatları mütaliə etmələri məqsədəuyğun sayılır. Yarışda idmançı fasilə
zamanı nə qədər az enerji itirsə, bir o qədər gümrah olar. Insanın ən çox
enerji itirməsi, əsasən, danışıq vaxtı olur. Bundan başqa, hərəkət vaxtı,
lazımsız yerə çox düşündükdə, fikir çəkdikdə idmançı daha çox yorulur və
enerji itirir. Yaxşı olardı ki, idmançı xüsusi hazırlanmış bir formada
müəyyən həyat və təbiət mənzərələrini təsəvvüründən keçirərək klassik
musiqi sədaları altında dincəlib enerji yığsın. Ona bu fikirlərdən aşılanan
yüksək əhval-ruhiyyə qarşıdakı mübarizəsində daha yaxşı çıxış etməsinə
kömək göstərəcək. Belə proqramlaşdırılmış təsəvvür idmançının nəinki
sakitləşməsinə, hətta emosional oyanışının qaldırılmasına da kömək göstərə
bilər. İdmançıya müsbət emosiyaların verilməsi onun uğurlu çıxışında çox
böyük rol oynayır.
Çıxışları akrobatik elementlərdən ibarət olan idman növləri — suya
tullanmaq, gimnastika, buz üzərində rəqs yüksək səviyyədə hərəkət
koordinasiyası və hərəkətlərdə dəqiqlik tələb etdiyindən, bu yarışlarda
emosional oyanışın normadan çoxluğu əzələ gərginliyinə gətirib çıxarır və
idmançının çıxışına çox böyük maneə yaradır. Beləliklə, idmançı yarış
şəraitində öz imkan və bacarığını tam açıb göstərməyə nail ola bilmir.
Bu idman növlərində qorxu-stress vəziyyəti emosional oyanışı
qaldıraraq eyni zamanda həyəcanı da artırır. Məsələ ondadır ki, bu idman
növlərində çox qorxulu, təhlükəli, risqli hərəkətlər və sıçrayışlar vardır ki,
onların yerinə yetirilməsində idmançının zədə almaq qorxusu yaranır. Ona
görə də
74
idmançı hər bir yeni və daha mürəkkəb hərəkəti öyrənəndə zədə almaq
qorxusunu xüsusi psixoloji düşüncə və hərəkətlərlə özlərindən
uzaqlaşdırmalıdırlar.
Bildiyimiz kimi, idmanda da gözlənilməz hadisələr baş verir. Belə
hadisələrdən biri dəfələrlə dünya və olimpiya çempionu olmuş, fiqurlu
konki sürən rus idmançıları Irina Radnina və Vyaçeslav Zaytsevin dünya
birinciliyindəki çıxışları zamanı baş vermişdir — qəflətən onların çıxışlarını
müşayiət edən musiqi kəsilmişdir. Ancaq onlar bunu hiss etmirmiş kimi
göstərəcəkləri hərəkətləri axıra qədər çox ustalıq və məharətlə ifa edərək
tamamladılar və yenə də özlərinə ən yüksək pillədə yer qazandılar...
Indiyədək bu məsələ sirr olaraq qalır: Musiqinin kəsilməsi cütlüyün çıxışını
pozmaq üçün edilmiş bir qərəz idi, yoxsa texniki hadisə? Hər halda usta
idmançıların məharəti sayəsində çıxış yenə də ən yüksək səviyyədə başa
çatdı. Buna səbəb nə oldu? Birinci səbəb odur ki, bu peşəkar idmançılar öz
çıxışlarını hədsiz ustalıq və incəliklə hazırlamışdılar. Mən düşünürəm ki,
musiqi onların ruhlarında çalınırdı, zalda səslənən musiqi isə tamaşaçılar
üçün idi. Ona görə də zalda, demək olar ki, hamı şok vəziyyətinə düşmüşdü.
Çünki fiqurlu konki sürmək yarışlarında hələ belə bir hadisəyə heç kim rast
gəlməmişdi. Hərəkətlər isə o qədər avtomatizmə gətirilmişdi ki, heç bir
hərəkət düşünülmürdü, tamaşaçılar sanki xırda bir çayın sakit axınını
izləyirdilər. Bu idmançılar psixoloji cəhətdən özlərini, bəlkə də, bu hadisəyə
hazırlamışdılar və belə vəziyyətdə nə edəcəklərini bilirdilər. İdmançıların
psixoloji cəhətdən hazırlıqları o qədər yüksək səviyyədə idi ki, musiqinin
kəsildiyi vaxt onların mimikalarında az da olsa çaşqınlıq və başqa hisslər
duyulmadı, sanki çıxış özü belə hazırlanmışdı. Mən bunu həm idmançıların,
həm də məşqçilərin yüksək ustalıq bacarığının bəhrəsi kimi
qiymətləndirirəm. Hamı gözləyirdi ki, musiqi kəsildiyi üçün çıxış
dayandırılıb yenidən başlanılacaq, lakin belə olmadı. Çıxış musiqisiz də
yüksək səviyyədə başa çatdırıldı.
75
Onu da demək mümkündür ki, əgər çıxış saxlanılıb təzədən
başlanılsaydı, həmin nəticə alına bilməzdi. İdmançıların ətraf aləmdən
ayrılmaq bacarığı onları yüksək zirvəyə qaldırdı. Bu yarışlarda haqqında
bəhs etdiyimiz bacarığın olması əsas məsələlərdəndir. Emosional oyanışın
və həyəcanın yüksək səviyyədə olmasına başqa bir misal: Buz üzərində rəqs
üzrə çıxışa hazırlaşan bir idmançı buzun üstünə çıxdıqda tamaşaçıların fit
və qışqırıq səsləri ilə qarşılaşır. Tamaşaçıların bu hərəkətini özünə qarşı
təhqiredici münasibət sayan idmançı buz üzərindən qaçıb məşqçisini
qucaqlayaraq hönkür-hönkür ağlamağa başlayır. Bu reaksiya ondakı
həyəcanı yüksək stress səviyyəsinə çatdırır. Sonradan məlum olur ki,
tamaşaçılar ona yox, hakimlərin ondan qabaqkı çıxışa çox aşağı qiymət
vermələrinə cavab kimi belə bir aqressiv hərəkət etmişlər. Bununla
bildirmək istəyirəm ki, məşqçi idmançını hər vəziyyətə çevik reaksiya
verməyə hazırlamalı və bunu dönə-dönə yoxlamalıdır.
Həyəcanın başqa bir növünə də nəzər salaq. Ola bilər ki, yarışın
əvvəlində oyun uğurlu alınarsa, idmançıda olan həyəcan tədricən itsin.
Lakin bir neçə uğursuz gediş baş verərsə, idmançının həyəcanı daha da artıb
çoxala bilər. Bunu aşağıdakı bir misalda görmək mümkündür.
Məşhur tennisçilərdən biri psixoloqa müraciət edərək bildirir ki, axır
zamanlar böyük yarışlarda özünü psixoloji cəhətdən şok vəziyyətində hiss
edir. Onunla keçirilən sual-cavabdan sonra psixoloq vəziyyəti başa
düşməyə nail olur. İdmançının son oyunlarının təhlili nəticəsində məlum
olur ki, tennisçi yarışların əvvəlində özündə yüksək həyəcan hissi keçirir.
Əgər oyunun əvvəli onun üstünlüyü ilə keçirsə, bu həyəcan itir və o, oyunu
uda bilir. Yox, əgər rəqib bir neçə top qabağa çıxırsa, idmançının qol və
ayaq əzələlərində gərginlik yaranmağa başlayır və o, topu vaxtından tez
qarşılamağa hazırlaşır. Əzələ gərginliyi ucbatından aşağı vəziyyətlərdən
topun qəbulu çətinləşir. Oyun vaxtı etdiyi səhvləri beynindən keçirən
idmançı
76
özünü günahlandırmağa başlayır və bir-birinin ardınca səhvlər buraxır.
İdmançı topu qarşılamağa hazırlaşmağın əvəzinə, etdiyi səhvə görə özünü
günahlandırmaqla məşğul olur. Beləliklə, onun diqqəti daxilinə yönəlir və
həyəcanı artmağa başlayır. Deməli, idmançının qələbəsi oyunun ilk
dəqiqələrdəki gedişatından aslı olur. Belə psixoloji vəziyyətlə idmanda
stabil qələbələrə nail olmaq mümkün deyildir.
Psixoloqun öyrətdiyi xüsusi psixoloji məşqlər sayəsində idmançı
əvvəlki qələbələrinə qayıda bildi. Daha əvvəllər olduğu kimi, başlanğıc
müvəffəqiyyətsizlik onu çaşdırmırdı. Psixoloqun məsləhətlərindən və
tapşırıqlarından biri belə idi: Sən səhv edib topu uduzanda onun haqqında
fikirləşib düşünmə ki, gərək, əlimi belə tutardım və s. Əksinə heç bir şey
olmamış kimi, ikinci topu qarşılamağa hazırlaş. Beləliklə, xüsusi göstəriş və
məşqlər sayəsində idmançının özünə inamını geri qaytarmaq mümkün oldu.
Üzgüçülər arasında aparılmış eksperimentdə belə bir nəticə əldə
olunub: Emosional həyəcan nə qədər yuxarı səviyyədədirsə, nəticə o qədər
də aşağı düşüb. Tədqiqatlar göstərir ki, idmançının emosional həyəcan halı
aşağı səviyyədədirsə, o daha çox deyib gülən, zarafat edən olur, əksinə
emosional həyəcan halı yüksələndə idmançı sakit və diqqəti özünə yönəlmiş
bir vəziyyətdə olur. Ümumiyyətlə, həddindən çox emosional oyanış hissi
olan idmançılar hələ starta çıxmamış oyunu uduzurlar. Bu hal onların
mübarizəyə hazırlanmadıqlarının göstəricisidir. Çünki onlar yarışa
çıxmamış öz qüvvələrinə və qələbələrinə inanmırlar. Öz qüvvəsinə inanmaq
hissi idmançıda həyəcanın azalmasına və əzələlərin boşalmasına, həm də
diqqətin bilavasitə gedən prosesə daha yaxşı yönəldilməsinə imkan verir.
Məşqçilər belə bir məşhur kəlamı öz tələbələrinə öyrədirlər: “Daxilində tez-
tez təkrar et ki, mən qalib gələcəyəm. Və sən tezliklə buna inanacaqsan”.
Sözsüz ki, idmançını belə formada mübarizəyə hazırlamaq hamı üçün
məqbul sayıla bilməz. Beləliklə, uduzmaq qorxusu və həddindən çox qalib
gəlmək hissi
77
— bunların ikisi də idmançıya mane olur. Bu halda idmançı cəld və
dəqiq rəqibin hərəkətinə vaxtında cavab verə bilmir. Nə vaxt ki, idmançı
nəticəni yox, görəcəyi işi necə dəqiq və gözəl yerinə yetirəcəyi haqqında
düşünür, eyni zamanda bütün diqqətini bu işə yönəldir, o tezliklə qələbəyə
nail olur. Nəticədə, qazandığı qələbə ona inam və ruh verir ki, bu inam və
ruh da onu yeni qələbələrə aparır.
Fikrimin sonunda demək istəyirəm ki, idmançıda psixoloji
gərginlikdən yaranan yüksək stress, emosional həyəcan kimi halların
qarşısını almaqdan ötrü məşqçidən və idmançıdan yüksək psixoloji savad,
düşüncə və bacarıq tələb olunur. Bunun üçün məşqlərdə tək ona aid olan
idman növünün incəliklərinə yiyələnməklə kifayətlənmək indiki
mübarizələrdə, yarışlarda azlıq edir. Müasir idman tələb edir ki, hər bir
idmançı yarışda texniki mübarizədən başqa, psixoloji mübarizədə də
uduzmasın. Hər bir idmançı inamlı qələbə qazanmaq üçün özünün psixoloji
hazırlıq səviyyəsini bilməlidir. Bu biliyin mənbəyi isə müəllim və
məşqçidir.
İdmançının maksimum potensialı = P (psixi hal) + Int. (intellekt) + F
(fiziki hazırlıq) = N (nəticə)
Pot. = Int + P + F = N
test test
test
Yuxarıda deyilənlərdən konkret olaraq aşağıdakı nəticələri qeyd edək:
Birincisi, hər bir idmançının fərdi emosional oyanış və həyəcan
səviyyəsi var.
Ikincisi, hər bir idman növü idmançıdan spesifik başlanğıc həyəcan
səviyyəsi tələb edir.
Üçüncüsü, daxildə baş verən emosional oyanış və həyəcan idmançının
xarici görünüşündə tam sakitliklə və inamla müşayiət edilməlidir.
78
Yuxarıda deyilənlərin təsdiqi üçün məşğul olduğum “Igid” İdman
Klubunun (IK) uşaqları ilə məşq təlimindən nümunələr göstərmək istərdim.
Ortaq məxrəcə gələrək bunu demək mümkündür: Elə bir idman növü
yoxdur ki, emosiyasız, həyəcansız olsun. Sadəcə, hər idmançı emosiyanın
və həyəcanın qədərini bilib, onu tənzimləməyi və idarə etməyi bacarmalıdır.
Mən yarışdan qabaq emosiyanın və həyəcanın artmaması üçün öz zalımda
bir neçə gün hazırlıq keçirdim. Bunlardan biri o idi ki, biz yarışı “Hünər
günü” adlandırırdıq. Artıq bu ad idmançıları ruhlandırırdı. Ikincisi, zalda
vurulmuş böyük plakatda belə bir yazı yazdırmışdım: “Hünər gününə” 1
gün qalıb.
Yarışdan bir ay qabaq başlayaraq həmin plakatın ortasında olan cibə
hər gün yarışın başlamasınadək qalan günün rəqəmi qoyulurdu. Bunu görən
idmançılar “Hünər günü”nə daha həvəslə, daha əzmlə hazırlaşırdılar. Onlar
eyni zamanda bu günü çox həvəslə gözləyirdilər. Tabloda yarışadək qalan
gün azaldıqca onlar məşqlərini buraxmadan daha inamla çalışırdılar. Yarış
gününü isə onlar çox böyük səbirsizliklə gözlədiklərinə görə sevinclə
qarşılayırdılar. Heç yadımdan çıxmır: Yarışdan əvvəl bizim uşaqlar çox
böyük həvəslə çəkildikləri vaxt tanış məşqçilərdən biri öz tələbəsini qırağa
çəkib güləşməsini xahiş etdiyinin şahidi oldum. Tələbə isə yarış mühitindən
həyəcan içində olduğu üçün güləşmək istəmədiyini bildirdi. Eyni yaşlı,
ancaq 2 fərqli zalda məşq keçən idmançıların psixologiyası aydın
fərqlənirdi.
“Igid” İdman Klubunun zalında asılmış plakat idmançıya bədəni və
psixologiyanı yarışa hazırlamaq qaydasını da öyrədirdi və zalda yarışa
uyğun məşq keçirilirdi. Bununla da adi bir plakat idmançının öz qüvvəsini
səfərbər etməsinə səbəb olurdu. Beləliklə, axırıncı məşqdə komandanın
kapitanı ölkəmizin zalda olan bayrağını aşağı salırdı. Məşqin axırında yarış
andının mərasimi başlanırdı. Bu aşağıdakı kimi səslənirdi:
79
Yarış Andı!
Mübarizəyə çıxarkən rəqibin kimliyindən asılı olmayaraq
Qələbə əzmiylə mübarizə aparacağıma,
Vətənin və komandanın idman şərəfini
Son saniyəyə qədər qoruyacağıma and içirəm!
Biz bilirik ki, idmançılar mübarizələrdə rəqiblərinin titullarına ciddi
fikir verirlər. Rəqiblərinin titulu olmayanda onunla mübarizəyə çox böyük
ürəklə qoşulurlar. Ancaq rəqib ölkə Avropa və yaxud dünya
çempionudursa, onunla ehtiyatla mübarizə aparırlar, deyərdim ki, ondan
çəkinirlər. Çox halda qələbəni onun tituluna verirlər. Yarışda bu hissiyyatın
yaranmaması üçün mən birinci növbədə o fikri əsas tutdum ki, idmançı
qarşı tərəfin kimliyindən asılı olmayaraq qələbə əzmiylə mübarizə
aparacağına komanda qarşısında söz versin və yüksək titula rast gələndə heç
bir həyəcan keçirmədən rəqiblə mübarizə apara bilsin, yarışda stabil bir
psixologiyaya malik olsun. Yadımdadır, biz güləşən vaxtlarda hətta ölkələrə
də fərq qoyulurdu. Belə ki, keçmiş sovet respublikalarından olan
Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan kimi respublikaların
komandaları ilə eyni qrupa düşəndə idmançı sərbəst və sevinəcək olurdu.
Buna səbəb bu ölkələrin komandalarının bizim komandaya nisbətən çox
zəif olması idi. Hətta bəzən idmançılar rəqibin gücünə məhəl qoymamaları
üzündən məğlub olurdular. Xatırlayıram, böyük bir yarışdan qayıdandan
sonra məşqçiləri yığıb ümumi yığıncaq keçirdilər. Burada komandanın baş
məşqçisinin çıxışı indiyə kimi yadımdadır. O, çıxışında belə bir söz
işlətmişdi: “Gör, nə günə qalmışıq ki, özümüzdən çox zəiflərə də uduzduq”.
Deməli, bu fərqi tək idmançılar yox, məşqçilər də qoyurdular. Bu, o
deməkdir ki, məşqçi də, idmançı da zəifdən qorxmursa, deməli, başqa güclü
komandalardan çəkinir. Ancaq bu qorxu hissinin məşqçidə də olması artıq
bütün komandaya ötürülür. Mən az vaxt ərzində bir idman növü üzrə
Azərbaycan yığma
80
komandasında psixoloq kimi fəaliyyət göstərdim. Mən idmançıların
söhbətlərindən yenə də hiss etdim ki, onlar zəif komandanı laqeyd, güclü
komandanı isə həyəcan hissi ilə qarşılayırlar. Koreya, Iran, Türkiyə güclülər
sırasında sayılan komandalardır ki, idmançılar və məşqçilər onlarla yarış
zamanı həyəcan içində olurlar. Lakin başqa zəif ölkələrin komandalarıyla
görüşə çıxanda, idmançı da, məşqçi də sərbəstlik və inam nümayiş
etdirirlər. Belə sərbəst, özünə inamla mübarizəyə çıxan idmançı bəzən
qarşısındakı rəqibdən gözləmədiyi zərbələr və müqavimət görəndə tez
özünü itirir və verilmiş xalları geri qaytara bilmir. Buna səbəb psixoloji
çaşqınlıq və arxayınçılıq hissi olur. Beləliklə, məşqçilər və idmançıların
yenə də rəqiblərin arasında ayrı-seçkilik bölgüsü aparmaları öz acı
nəticələrini verir. Ona görə də yazdığım yarış andında göstərilən qanuna
əməl edilməsi vacibdir: “Rəqibin kimliyindən asılı olmayaraq, qələbə əzmi
ilə mübarizə aparacağıma, Vətənin və komandanın idman şərəfini son
saniyəyə qədər qoruyacağıma and içirəm”. “Vətənin və komandanın idman
şərəfini” deyəndə mən idmançıya anlatmaq istəmişəm ki, biz özümüz üçün
yox, Vətən üçün yaşayan insanlarıq. Qoy idmançılar bilsinlər ki, hansı
sahədə olursa-olsun bizim çəkdiyimiz əziyyətlər, apardığımız mübarizələr,
gördüyümüz işlər Vətənin şərəfinə həyata keçirilməlidir. Komandanın
şərəfinə gəldikdə isə, gənc idmançılar əvvəlcə komandanın şərəfini hiss
etməlidirlər ki, sonra Vətənin şərəfini qoruya bilsinlər. Ümumiyyətlə,
idmançıda bu hisslər olmazsa, onda mübarizlik də olmaz. İdmançılar bir
əqidə ətrafında birləşməlidirlər ki, bu əqidə də Vətəndir. Bu anlayışın
gücünü və mənasını məşqçilər daim öz idmançılarına aydınlaşdırmalı, başa
salıb hiss elətdirməlidirlər ki, onların mübarizələrinin mənası, səbəbi olsun.
Mən deyərdim ki, dünyada Vətəndən güclü elə bir səbəb yoxdur ki, insan ən
çox sevdiyi həyatını fikirləşmədən ona qurban versin. Buna həyatdan
götürülmüş sonsuz sayda misal göstərmək mümkündür. Lakin dünya malı
üzərində qurulmuş əqidəyə malik şəxs təhlükə yarananda geri çəkilir.
81
Beləliklə, iki ideologiya var: biri Vətən naminə, digəri var-dövlət, pul
naminə. Indi, gəlin, təsəvvür edək ki, pul və var-dövlət naminə gedən
mübarizədə ölüm təhlükəsi yaranır. Bu halda ortaya sual çıxır: Ölsəm, bu
pul kimə qalacaq? Aydın məsələdir ki, fərd “sağ qalım, pul lazım deyil”
fikri ilə geri çəkiləcək. Təsvir etdiyimiz bu hal həyatı reallıqdır. Oxşar
əqidəyə malik insanlar oxşar vəziyyətlərdə məhz belə düşünəcəklər.
Inanmıram ki, belələri pulu canından artıq tutsunlar. El arasında deyirlər:
“Xəsis və tamahkar insan pulu canından çox istəyir.” Lakin bu bir misaldır.
Təhlükə yarandıqda xəsis də pulu canından üstün tutmur.
Indi isə Vətən naminə olan ideologiyaya baxaq. Mübarizənin ilk
anından idmançı canında nə varsa, Vətən naminə ortaya qoyur. Bu yeganə
haldır ki, insan ölüm təhlükəsini görəndə arxaya yox, onun üzərinə gedir.
Çox halda məhv olsa da, çox vaxt da qalib gəlir. Ancaq əsas odur ki, Vətən
qorunur.
Iki əsas ideologiyanı tutuşdurmaqla bunu demək istəyirəm ki, gənc və
yeniyetmə idmançıların ideologiyası “Hər şey Vətən naminə!” ideologiyası
üzərində qurulsa, bu oğullar idman karyeralarından sonra da dünyanın hansı
nöqtəsində olsalar da, kimliklərini unutmayacaqlar, arzu və amalları daim
Vətəni tanıtmaq və yüksəltmək olacaq. Fizikanın məşhur bir qanunu var:
Enerji itmir, sadəcə olaraq bir formadan başqa formaya keçir. Bizim də bu
gün yeniyetmələrə və gənclərə sərf etdiyimiz enerji düzgün yönəldilsə, öz
xeyirli bəhrəsini nəsildən-nəsilə ötürərək daim artıb çoxalacaq və
qüvvətlənəcək. Bu əbədiliyi yaratmaq üçün bizə təmiz və güclü təməl
qoymaq lazımdır. Bu gün Prezidentimizin gündəlik qayğısı nəticəsində
idmana göstərilən diqqət bizə bu təməli qoymağa imkan verir. Lakin bunu
planlı və düşünülmüş surətdə həyata keçirmək lazımdır.
Ümumiyyətlə, idmançıların yarışda çıxışı, daim qaliblər sırasında
birinci olmaları, çox çətin və şərəfli işdir. Çətindir ona görə ki, səni hamı
tanıyır və sən güclü qüvvələrlə mübarizəyə başlayırsan və heç vaxt adi
mübarizə ilə rastlaşmırsan. Gərək,
82
ötən ildə durduğun yüksək zirvədə yenə də durub sübut edəsən ki, sən
həmin zirvədə təsadüfi dayanmamışsan. Bunun üçün məşqləri ildən-ilə
gücləndirmək, qabaqkı ildən daha artıq əzmlə və həvəslə hazırlaşmaq
lazımdır. Bu hazırlıq nə qədər çətin olsa belə, qalib gələndə yaranan
xoşbəxtlik hissi o çətinliyi tamam unutdurur.
Şərəflidir ona görə ki, sənin zəhmətin və qüdrətin hesabına Vətəninin
bayrağı qaldırılır, himni çalınır və bu möhtəşəm anda hamı ayağa qalxır.
Bunu sən edirsən!
Birinci olmaq hissi hər bir insanın genetikasında bir tapşırıq kimi
qoyulmuşdur. Mən deyərdim ki, böyük kosmosun fəthi, yüksək texnologiya
əsri elə birinci olmaq hissindən yaranmışdır. Böyük şairlərimizdən birinin
dediyi aşağıdakı misrada çox şeyi dərk etmək mümkündür:
Dostları ilə paylaş: |