Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   ...   5   6   7   8   9   10   11   12   13

   
 
 
 
VII FƏSIL 
 
   
 
İdmanda test üsulunun tətbiqi 
 
   
 
 
 
 
 
Həyatını Vətənə fəda etməyə 
   
 
 
 
 
hazır olan oğullar yetişdirməyə 
   
 
fədakar müəllimlər lazımdır. 
 
 
Hər hansı komanda ilə  və yaxud idmançı ilə  işləməyə başladıqda 
birinci məsələ tanışlıq olur. Komandadakı hər bir idmançı tanışlıq testindən 
keçməlidir ki, ümumi komandanı təşkil edən idmançılar haqqında təsəvvür 
yaransın. Bu halda idmançıların dünyagörüşü, təsəvvürü ilə bərabər, bir çox 
insani keyfiyyətləri də müəyyən edilir ki, onlarla işləyən psixoloqa bu 
məlumatları bilmək çox vacibdir. Hər bir idman növünə müvafiq testlər 
tərtib edilməlidir.  İdmançı testdən keçəndə onun özü, eləcə  də  məşğul 
olduğu idman növü haqqında təsəvvürü yoxlanılır. Bu yoxlamada məqsəd 
idmançının təsəvvüründə olan çatışmazlıqları aradan qaldırmaq, yaxşı 
cəhətləri isə daha da artırmaqdır.  İdmançının  şüurlu surətdə özünü daha 
aydın görə bilməsi isə onun idmanda kor-koranə inkişafının qarşısını alır. 
İdmançı mütəxəssisdən özünün çatışmayan cəhətləri haqqında yazılı surətdə 
təlimat alır. Bu təlimat əsasında məşq yüksək səviyyədə keçirilirsə, idmançı 
az bir vaxtda özündə olan artımı  və  dəyişikliyi hiss edəcəkdir. Bir çox 
hallarda idmançılar elə düşünürlər ki, testdən ancaq idman çətinlikləri 
olanda keçməlidirlər. Əslində, testdən ildə 2 dəfə keçmək məsləhət görülür. 
Test sualları idmançını narahat edən problemlər olduğu üçün idmançı bu 
suallara çox ürəklə cavab verir, onu narahat edən suallara nəhayət cavab 
alacağına ümid bəsləyir. Ümumiyyətlə, yaxşı olar ki, məşqçi vaxtaşırı 
idmançılarla təkbətək söhbətlər keçirsin, onları narahat edən  
 
 

 109
suallardan və problemlərdən vaxtında xəbər tutsun, onların həllinə 
yardımçı olmağa çalışsın. Hətta bu problemlər ailə  və  məişət zəminində 
olsa belə. Belə bir fikir formalaşıb ki, məşqçi yalnız idman problemlərini 
həll etməlidir. Ancaq məşqçi yaşlıdırsa, idmançıya öz övladı kimi baxaraq 
onun bütün həyati problemlərini ürəkdən, var qüvvəsi ilə  həll etməyə  səy 
göstərməlidir. Problemlər aradan qaldırıldıqda idmançı  məşqdə artıq 
sıxıntılardan və fikirlərdən azad olur, onun məşqlərində bir dönüş yaranır. 
Əgər  məşqçi cavandırsa, yenə  də idmançıya qardaşlıq köməyi 
göstərməlidir. Müəllimin göstərdiyi kömək idmançıda böyük ruh yüksəkliyi 
və  hər çətinliyi dəf etmək bacarığına qadir olmaq hissi yaradır. Bu isə 
idmanda və idmançıda vacib olan psixoloji cəhətlərdən biridir. İdmançı 
problemlərini həll edə bilməyəndə özünü zəif və  tək sanır. Problemlər 
çözüldükdən sonra idmançı özünü güclü və arxalı sanır ki, bu da onun 
idmanda vacib olan inam hissini artırır. 
Ümumiyyətlə, “İdmançı yaxşı psixoloji hazırlıqdadır” dedikdə nə başa 
düşülür? 
Mənim qənaətimə görə, psixi hazırlıq insanın  əqli ilə ruhundan 
yaranmış  vəhdətin qüvvəsinə deyilir. Belə hazırlıqda  əqlin düşüncələri ilə 
ruhun dediyi üst-üstə düşür və yaxud eyni olur. Nəticədə, böyük inam 
əmələ  gəlir. Məsələn,  əgər boksçu mübarizəyə  çıxanda “Mən aqressiv 
olacağam” deyirsə, lakin bunu ruhu ilə duyub bütün varlığından keçirmirsə, 
bu, tək əqlin və dilin dediyi söz olaraq qalacaq. Deyiləni həyata keçirmək 
üçün beynin diqtə etdiyini ruha çatdırmaq lazımdır. Bu vaxt ruhun 
emosional oyanışı  bədəndə  əqlin mübarizəyə maksimum hazırlığına səbəb 
olur ki, bu vəziyyətdə idmançı dediyi sözü həyata keçirə bilir. 
Ümumiyyətlə, idmançını hazırladıqda onun hazırlıq səviyyəsini müntəzəm 
yoxlamaq lazımdır. Bu, bir neçə yolla həyata keçirilə bilər. Onlardan biri də 
test üsuludur. Aşağıda sizə  təkmübarizlik üçün nəzərdə tutduğum testləri 
təqdim edirəm. 
 
 

 110
1. Tanışlıq testi, N 1 
2. İdmançının ümumi hazırlıq dərəcəsini təyin etmək üçün test, N 2 
3. İdmançının psixoloji hazırlığını təyin etmək üçün test, N 3 
4. Yarış testi, qələbənin və  məğlubiyyətin səbəbini təyin etmək üçün 
test, N 4 
Bu test sualları  və ümumiyyətlə testlər zərurət yarandıqda arta bilər. 
Testin tərtibində hər idman növü üzrə məşqçi və psixoloq iştirak etməlidir. 
Mənim təklif etdiyim testlər öz idman növümə - güləşə aiddir ki, bunu da 
zəruri saydığım 4 testlə sizə təqdim edirəm. 
 
 
 

 111
TEST N 1 
 
İdmançının psixoloji xarakterini və intellektual səviyyəsini 
təyin etmək üçün 
(Tanışlıq testi) 
 
1. Özün haqqında məlumat və yaxud tərcümeyi-halın. 
2. 1 günlük həyat tərzin. 
3. Valideynlərindən razısanmı? 
4. Müəllimlərindən razısanmı? 
5. Dostların varmı? Kimlərdir? 
6. Vətən və torpaq anlayışı haqqında nə deyə bilərsən? 
7. Bizi yaradan haqqında, dünya haqqında nə deyə bilərsən? 
8. “Qurani-Kərim” haqqında nə deyə bilərsən? 
9. Əxlaqi varlıq olan vicdan, namus, qeyrət, borc, dostluq haqqında nə 
deyə bilərsən?. 
10. Məhəbbət, ləyaqət anlayışları haqqında nə deyə bilərsən? 
11. Xoşbəxtlik anlayışı haqqında nə deyə bilərsən? 
12. Komanda haqqında nə deyə bilərsən? 
13. Komandada yerin və onun mehriban və güclü olması üçün nə 
edirsən? 
14. Hobbin nədir? 
15. Özünü nəzarət haqqında nə deyə bilərsən? 
16. Məşqə necə gəlirsən? 
17. Dünyaya niyə gəlmişik? 
18. Hazırda və idman karyerasından sonra özünü necə görmək 
istərdin? 
19. Kitab oxuyursan? 
20. Məşq buraxırsan? 
21. Məşqdə bütün qüvvəni qoyursan? 
22. Ruhunu hiss edirsən? 
23. Darıxanda özünü necə sakitləşdirirsən? 
24. Bu sorğu-sual bizə lazımdırmı? 
 

 112
TEST N 2 
 
İdmançıda psixoloji, texniki, taktiki və fiziki hazırlıq 
dərəcəsini təyin etmək üçün 
1. Psixoloji cəhətdən özünü hazır hiss edirsən? 
2. Ağlının, ruhunun və cisminin birliyini yaradıb özünü mübarizəyə 
hazırlaya bilirsən? 
3. Mübarizə vaxtı diqqətini lazımi qədər toplaya bilirsən? 
4. Mübarizə ruhunu hansı yolla qaldırırsan? 
5. Texniki cəhətdən özünü tam hazır hiss edirsən? 
6. Ayaq üstə fəndlərin hamısını ustalıqla işlədirsən? 
7. Parter vəziyyətində bütün fəndləri ustalıqla işlədirsən? 
8. Fəndlərin dəqiqdir, güclüdür? 
9. Fəndlərin sürətlidir, aldadıcıdır, cəlddir? 
10. Bir fəndlə işləyirsən, yoxsa kombinasiya ilə? 
11. Taktiki cəhətdən hücumların qarşısı alınmazdımı? 
12. Əks hücumların necədir? 
13. Müdafiən necədir? 
14. Aldadıcı hərəkətlərin necədir? 
15. Fiziki hazırlığından razısan? 
16. Sürətindən razısan? 
17. Cəldliyindən razısan? 
18. Sıçrayışından və partlayışlı hərəkətlərindən razısan? 
19. Elastikliyindən razısan? 
20. Dözümlülüyündən razısan? 
21. Mübarizə reaksiyaların necədir? 
22. Rəqibi çaşmağa məcbur edib ondan istifadə edə bilərsən? 
23. Fərdi məşqi necə başa düşürsən? 
24. Fərdi məşq olmalıdırmı? 
25. Ümumi məşqdə irəliləyişini hiss edirsən? 
26. Məşq və yarış mübarizələrinin təhlili lazımdır, ya yox? 
27. Təhlil bizə nə verir? 
28. Bu sorğu-sual bizə nə verdi? 
 
 

 113
TEST N 3 
 
İdmançının mübarizə psixologiyası 
(təkmübarizlik) 
 
1. Mübarizəyə özünü — bədənini və ruhunu necə hazırlayırsan? 
2. Mübarizəyə hazırlaşanda beynindən hansı fikirlər keçir? 
3. Hansı fikir mübarizəyə mane olur? 
4. Hansı fikir mübarizəni ruhlandırır? 
5. Mübarizədə bütün bacarığını qoya bilirsən? 
6. Mübarizəyə çıxanda hansı fikirlə çıxırsan? 
7. Rəqiblərini zəiflərə və güclülərə ayırırsan? 
8. Mübarizənin bütün gedişində diqqətini toplaya bilirsən? 
9. Rəqibin hansı hərəkəti və ya görünüşü səndə həyəcan yaradır? 
10. Rəqib xalla qabağa çıxanda səndə həyəcan yaranır? 
11. Rəqib xalla irəli çıxanda həmin mübarizəni qalib gəlməyə 
qadirsənmi? 
12. Həyəcanını necə sakitləşdirirsən? 
13. Stress vəziyyətinə düşmüsən? 
14. Psixoloji hazırlığın haqqında nə deyə bilərsən? 
15. Mübarizəni öz fikrimizlə aparmalıyıq, yoxsa məşqçinin və ya 
başqasının? 
16. Ümumiyyətlə, mübarizəyə necə hazırlaşmalıyıq? 
17. Qələbələrinin səbəbini nədə görürsən? 
18. Məğlubiyyətlərinin səbəbini nədə görürsən? 
19. Mübarizəyə hamı ilə eyni hazırlıqda çıxırsan? 
20. Vuruşa nə əlavə etmək istərdin? 
21. Vuruşunda nə çatmır? 
 
 

 114
22. Vuruşunda nə zəifdir? 
23. Mübarizənin hansı hissəsi sənə çətindir? 
24. Yarışın hansı görüşləri sənə çətin gəlir? 
25. Mübarizədə xal aldıqda onu saxlamağa çalışırsan, yoxsa artırmağa? 
26. Mübarizədə aldığın xalı nə yolla saxlamağa çalışırsan? 
27. Mübarizədə vaxtı hiss edirsən? 
28. Mübarizədə diqqətin geniş olur və yaxud dar? 
29. Mübarizədə diqqətin daxili, xarici, yoxsa başqa cürdür? 
30. Mübarizən və ona hazırlığın haqqında əlavə nə demək istərdin? 
31. Rəqibi sənin stilində mübarizə etməyə məcbur edə bilirsən? 
32. Rəqib səni mübarizəni öz stilində aparmağa məcbur edə bilir? 
33. Bu sorğunun sənə xeyri olacağına inanırsan? 
 
 
 

 115
TEST N 4 
 
Qələbənin və məğlubiyyətin səbəbini təyin etmək üçün 
(Yarış testi) 
İdmançının yarışa hazırlığı və yarış dövründəki psixoloji durumu 
 
 
1. Yarış vaxtını və yerini biləndən sonra səndə yaranan fikir? 
2. Məşqlərində qarşıdakı yarış haqqında nə fikirləşirdin? 
3. Yarışa gedəcək günün axşamı necə yatdın? 
4. Yarışa gedəndə yolda məşğuliyyətin? 
5. Çəki vaxtı keçirdiyin hisslər? 
6. Yarış zalına daxil olanda duyduğun hisslər öz zalında keçirdiyin arzu 
və istəyin eyni olurmu? 
7. Yarış günü səndə yaranan fikir? 
8. Yarış vaxtı səni narahat edən fikir? 
9. Görüşlərə hazırlığın haqqında nə deyə bilərsən - birinci və axırıncı 
görüşlər. 
10. Özünü qələbəyə hazır hiss edirdinmi? 
11. Səni döşəyə çağıranda nə etməyə getdiyini düşünürsən? 
12. Görüşlərdə bütün fikrini cəmləyə bilirdinmi? 
13. Mübarizəyə çıxanda səni narahat edən fikir vardımı? 
14. Mübarizənin gedişində səni narahat edən fikir vardımı? 
15. Bütün yarış vaxtı sənə ruh verən nə olur? 
16. Görüşün fasiləsindən necə istifadə edirsən? 
17. Görüşlərarası fasiləni necə keçirirsən, nə düşünürsən, nə edirsən? 
18. Nə üçün güləşirsən? 
19. Görüşlərin özü haqqında nə deyə bilərsən? 
20. Fikrincə, qələbənin səbəbi nə idi? 
 
 

 116
21. Məğlubiyyətin səbəbi nə idi? 
22. Yarışda məşqçinin köməyini hiss edirsən? 
23. Komandada kollektivdən razısanmı? 
24. Yarışdan nə öyrənib artırdın? 
25. Yarışdan hansı hisslərlə ayrıldın? 
 
 
Bu testləri, mən deyərdim ki, təkmübarizliyin bütün növlərinə  tətbiq 
etmək olar. İdmançının hazırlığının səviyyəsini göstərən və artıran ikinci bir 
yol da var: Bunu keçmiş imtahanlarda olduğu kimi, bilet götürərək buradakı 
sualları idmançının cavablandırması yolu ilə  də  həyata keçirmək 
mümkündür. Yuxarıdakı test yoxlaması idmançını nəzəri cəhətdən yoxlayan 
və savadlandıran bir iş üsuludursa, biletlə imtahan idmançının həm nəzəri, 
həm də praktiki hazırlığını yoxlayan və artıran bir vasitədir. “Artıran” ona 
görə deyirəm ki, ümumi məşqdə dəqiqlik və düzgünlük kimi fikir verilməsi 
çətin olan məsələlərə imtahanda tam dəqiqliyi ilə nail olmaq mümkündür. 
Mən idmançıları imtahan etmək məqsədilə 25 bilet tərtib etmişəm. Hər 
bilet 3 sualdan ibarət olmaqla idmanın bütün hazırlıq məqamlarını özündə 
əks etdirir. Birinci sual idmanın nəzəri, ikinci sual texniki, taktiki, fiziki 
hissəsinə aid olaraq praktiki yolla cavablandırılırdı. Üçüncü sual isə psixoloji 
hazırlığa aid olur ki, bu da həm nəzəri, həm də praktiki yolla göstərilirdi. 
Belə imtahanlar ildə 2 dəfə təşkil edilirdi. Birinci imtahan qış imtahanı kimi 
ilin axırı keçirilirdi. Ikinci imtahan isə yazda, əsasən may ayında dərs ilinin 
yekununda keçirilirdi. Imtahan beş ballıq sistemlə qiymətləndirilirdi və 
idmançıya çox böyük həvəs verməklə onun nəzəri və praktiki biliyini 
artırırdı. Bu artım isə özlüyündə idmançıda özünə və qələbəyə inamını daha 
da gücləndirirdi.  İdmançılar imtahanın suallarını yazıb götürürdülər ki, il 
boyu öyrənib ona həmişə hazır olsunlar. Bu da onlarda müstəqillik, 
yaradıcılıq hissini artırırdı. Biletin sualları idmançıların ustalığına uyğun 
tərtib olunmalıdır. Düzdür, məşqçilərdən belə düşünənlər də tapılar: Bu test  
 
 

 117
və imtahanlardansa ona sərf olunan vaxtı məşq etmək məsləhətdir. Ancaq 
mən belə düşünən məşqçilərə deyə bilərəm: Gecə-gündüz özündən xəbərin 
olmadan məşq etmək düzgün deyil!.. Yaxşı olar ki, ildə bir və ya iki dəfə 
düşünüb nəyə qadir olduğunu özün görəsən. Bu halda idmançının özü 
haqqında düşünmək və özünü dərk etmək bacarığı artır. 
Indi isə aşağıdakı imtahan biletlərinin suallarına nəzər salaq. 
 
 
 
 
 
 
Bilet 1 
 
1. Neçə güləş növü var? Onlar haqqında qısa məlumat. 
2. Bel üzərindən atma fəndindən mümkün kombinasiyalar və onların 
praktik göstərilməsi. 
3. Bizim idmanda məqsədimiz? 
 
 
 
 
 
 
Bilet 2 
 
1. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı. 
2. Kürəkdən atma fəndinin hər bir vəziyyətdən atılması və sayı (praktiki 
göstərməklə). 
3. Azərbaycan idmançısının psixi hazırlığı. 
 
 
 
 
 
 
Bilet 3 
 
1. İdman güləşinin və peşəkar güləşin ölkəmizdə yaranma tarixi. 
2. Kürəkdən atma fəndinin  əks fəndi və müdafiəsi (nəzəri və praktiki 
göstərməklə). 
3. Həkim nəzarəti, zədələrin qarşısının alınması  və birinci köməyin 
göstərilməsi. 
 
 
 
 
 
 
 
 

 118
Bilet 4 
 
1. Fizioloci əsaslarla məşq. 
2. Güləşdə ayaq üstə rast gəlinən fəndlər və onlar haqqında nəzəri 
məlumat, praktiki göstərmək. 
3. İdmançı qarşıya qoyulmuş məqsədə çatmaq üçün hansı qaydalara riayət 
etməlidir? 
 
 
 
 
 
 
Bilet 5 
 
1. Vətənimizin idmançılarının Avropa, Dünya və Olimpiya oyunlarında 
iştirakı. 
2. Kürəkdən atma fəndinin  əsas elementləri və  həyata keçirilməsində 
gözləniləsi əsas qaydalar (nəzəri və praktiki nümayiş). 
3. Yarış andı (əzbər söyləmək). 
 
 
 
 
 
 
 
Bilet 6 
 
1.  İdmançının buxarxana (sauna), hamam və massac haqqında olan 
bilgiləri. 
2. Fırladaraq atma fəndinin  əsas elementləri və  fəndin praktiki 
göstərilməsi. 
3. Autogen məşq bizə nə verir, nə üçündür? 
 
 
 
 
 
 
Bilet 7 
 
1. Yarış qaydaları və yarışın keçirilməsi? 
2. Sinə üstən atmanın  əsas elementləri və onun həyata keçirilməsində 
gözləniləsi əsas qaydalar (nəzəri və praktiki nümayiş). 
3. Xəyali məşq bizə nə verir, onun qaydaları? 
 
 
 
 
 
 
 
 
 

 119
Bilet 8 
 
1. İdmançının gigiyenik qaydaları haqqında. 
2. Fırladaraq atma fəndinə  gətirilən mümkün kombinasiyalar (nəzəri və 
praktiki nümayiş) 
3. Güləşmə stilləri və formaları? 
 
 
 
 
 
 
Bilet 9 
 
1. İdmançının 1 günlük həyat tərzi və qidası haqqında. 
2. Mübarizədə parter vəziyyətindən qaldırmalar? 
3. Mübarizəyə fiziki və psixoloji hazırlaşma (nəzəri və praktiki nümayiş, 
əzbər) 
 
 
 
 
 
 
Bilet 10 
 
1. İdmançının ümumi və xüsusi fiziki hazırlığı haqqında. 
2. Parter vəziyyətindən çevirmələr və onun formaları real mübarizə 
şəraitində (nəzəri və praktiki nümayiş). 
3.  İdmançının qarşıya qoyduğu məqsəd və onlara çatmağın yolları (iş 
planlarının nəzəri danışılması). 
 
 
 
 
 
 
Bilet 11 
 
1. Həftəlik məşqin planı və onun gedişatı? 
2. Kürəkdən atma fəndinə  gətirən mümkün kombinasiyalar (nəzəri və 
praktiki nümayiş). 
3. Igidlərin həyat yolu və andı (nəzəri və praktiki nümayiş, əzbər). 
 
 
 
 
 
 
Bilet 12 
 
1. Fəndlərin gündəlik təkrarında məqsəd, qazanılan və artırılan cəhətlər. 
2. Diyirlədərək fırlatmaq fəndinin əsas elementləri və onun işlədilməsində 
gözləniləsi əsas qaydalar (nəzəri və praktik nümayiş).  

 120
3. Psixoloji gərginlikdə gərginliyin azaldılması qaydaları və özünə əmrlər. 
 
 
 
 
 
 
Bilet 13 
 
1. Məktəbdə davranış, müəllimlərə, dərsə münasibət, davamiyyət? 
2. Sinə üstən atılan fəndlərə  gətirən kombinasiyalar? (nəzəri və praktik 
nümayiş). 
3. Taktika nədir? Taktiki planların qurulması. 
 
 
 
 
 
 
Bilet 14 
 
1. Həyatda bir günün və gələcək arzuların haqqında? 
2. Güləşimizdə olan fəndlərin sistematikası (ayaq üstə  və parterdə). 
Onların nümayişi (nəzəri və praktiki). 
3. Mübarizənin başlanğıcında, ortasında və axırında işlədilən fəndlər 
(nəzəri və praktik nümayiş). 
 
 
 
 
 
 
Bilet 15 
 
1. Özün haqqında məqsədin və ona çatmağın yolları? 
2. Fırladaraq atma fəndinin həyata keçirilməsinin mümkün formaları. Ona 
gətirən və ondan çıxan kombinasiyalar (nəzəri və praktiki nümayiş). 
3. Psixoloji hazırlıq bizə  nə verib və onun üstünlüklərini nədə hiss 
edirsən? 
 
 
 
 
 
 
Bilet 16 
 
1. Dostların haqqında. Dostluqda hansı cəhətləri üstün tutursan? 
2. Sinə üstən atmaların hər bir vəziyyətdən işlədilməsi və ona gətirən
ondan çıxan kombinasiyalar haqqında (nəzəri və praktiki nümayiş). 
 
 

 121
3. Mübarizəyə hansı hisslərlə çıxırsan? Mənfi və müsbət emosiyaları necə 
tənzimləyirsən? 
 
 
 
 
 
 
Bilet 17 
 
1. Böyüklərə və valideynə hörmət və köməyin haqqında. 
2. Iki-üç və daha çox xodlu kombinasiyaların nümayişi (nəzəri və praktik 
nümayiş). 
3. Özünün və komandanın psixi hazırlığı haqqında. 
 
 
 
 
 
 
Bilet 18 
 
1. İdmançı və yaxud igid andı (əzbər). 
2. Parter vəziyyətində olan texnikanın nəzəri və praktiki nümayişi. 
3. Məşqi başlayanda və qurtaranda elədiyin psixoloji hazırlıq haqqında. 
 
 
 
 
 
 
Bilet 19 
 
1.  Əxlaqi anlayışlar olan borc, Vətən, torpaq, məhəbbət, vicdan, namus, 
ana və sair haqqında fikrin. 
2. Ayaq üstə bildiyin fəndlərin nümayişi. 
3. Taktiki planların mübarizənin gedişatındakı dəyişiklikləri haqqında. 
 
 
 
 
 
 
Bilet 20 
 
1. Milli musiqiyə, təbiətə münasibətin və rolun. 
2. Hücum və əks hücum fəndlərinin nümayişi. 
3. Mübarizədə vaxtın taktiki plan əsasında bölünməsi. 
 
 
 
 
 
 
Bilet 21 
 
1. Həyatda marağın, hobbin və sevdiyin işlər? 
 
 

 122
2. Güləş vaxtı fəndin işlədilməsində aldadıcı manevrlər və onların nəzəri 
və praktiki nümayişi. 
3. Nəzəri hazırlıq nədir və onun idmanda rolu. 
 
 
 
 
 
 
Bilet 22 
 
1.  İdmandan sonrakı dövrdə özünü kim görmək istəyərdin? Bunun üçün 
nə edirsən? 
2. Parterdə qaldırmaları  və ondan müdafiəni nəzəri və praktik nümayiş 
etdirmək. 
3. Mübarizədə  əqlin, ruhun və  bədənin vəhdətini yaratmaq haqqında 
(nəzəri və praktiki nümayiş). 
 
 
 
 
 
 
Bilet 23 
 
1. Bədənini örtən 14 əsas əzələnin fiziki hazırlıqda işlədilməsi ardıcıllığı. 
2. Güləş stilləri, onların nəzəri və praktiki nümayişi. 
3. İdmanda diqqət və onun rolu. 
 
 
 
 
 
 
Bilet 24 
 
1. Gündəlik məşqdə özünə nəzarət və ondan çıxan nəticələr haqqında. 
2. Kombinasiyanın açarı  və onu yaratmağın yolları (nəzəri və praktiki 
nümayiş). 
3. Psixoloji cəhətdən möhkəmlənmək üçün nə edirsən? 
 
 
 
 
 
 
Bilet 25 
 
1. Məşqdən sonrakı bədənin yorğunluğunu götürmək üçün nə edirsən? 
2. Görüşünün təhlili — texniki, taktiki, fiziki və psixoloji cəhətdən. 
3. Yarış vaxtı görüşlərarası fasilələrdən necə istifadə edirsən? 
 
 

 123
Əslində, bu suallar bəzi məşqçilərə və idmançılara çox çətin və lazımsız 
görünə bilər. Lakin suallar idmançının 10-15 illik hazırlıq dövründə 
öyrənmiş olduğu bilgilər haqqındadır, əgər o, biletlərdəki suallara cavab verə 
bilmirsə, bəs bütün bu illərdə  nə öyrənib? Belə  çıxır ki, heç nə. Sadəcə, 
məşqdə yorulub, evə qayıdıb. Biz bu gün onu deyə bilərik ki, idman dünya 
səviyyəli hazırlıq tələb edən fəaliyyət növüdür. Bu, ölkədaxili bir idman 
fəaliyyəti olsaydı, deyərdim ki, hərə özü ilə necə bacarır, yarışsın. Lakin belə 
deyil, bizim bugünkü hazırlığımız sabah dünya idmanı qarşısında bir 
imtahandır. Ona görə də biz bu hazırlığa dünya səviyyəsində olan bir hazırlıq 
kimi baxmalıyıq. Əks halda idmanımızı böyük tənəzzül gözləyir ki, onun da 
yerində bizim vəsaitin gücünə əcnəbi idmançıların yüksəlişini görürəm. Adi 
bir faktı misal göstərək: Bu gün heç bir məşq zalında davamiyyəti qeyd 
etmək üçün kitab qoyulmur. Mən öz məktəbimdə  pəncərədə  dəftərxana 
kitabı qoymuşdum. Hər bir idmançı  məşqə  gələndə kitabda adı qarşısında 
müsbət işarəsi qoymaqla özünü qeydə salırdı. Məşqin axırında isə 
komandanın kapitanı  gəlməyənlərin adı qarşısında mənfi işarəsi qoymaqla 
məşq buraxanları qeyd edirdi. İdmançılar məşq qurtaranda başqa kitabda isə 
özlərinə verdikləri qiyməti qeyd edib evə gedirdilər. Beləliklə, hər həftənin 
şənbə günü bu iki dəftər mənim tərəfimdən uşaqların iştirakı ilə baxılır, 
davamiyyətə  və  məşqlərə  həftəlik qiymət verilirdi. Artıq bu, arzuladığı 
yüksək zirvəyə çatması yolunda idmançıya bir kömək olurdu. Mən bunu 
etməklə zirvəyə qalxmağın 3 əsas şərtini məşqdə idmançıya aşılaya bilirdim. 
1. Məşqə müntəzəm gəlməyi - gündəlik qeyd. 
Bu qeydlər idmançının bir həftəlik fəaliyyətinin güzgü kimi təmiz 
görünüşünü onun özünə  təqdim edirdi. Bu da tənbəlləri özlərinə qarşı 
tələbkarlığa, yaxşıları isə daim yüksəlməyə həvəsləndirirdi. Nəzərə alaq ki, 
burada psixoloji amil də böyük rol oynayırdı. İdmançının həftənin axırında 
müəllimin və uşaqların qarşısında utanmaması üçün məşqə davamiyyət  
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin