Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   2   3   4   5   6   7   8   9   ...   13

   
 
 
 
I FƏSIL 
 
İdmançının ruhi, əqli və fiziki bütövlüyü 
haqqında məsləhətlər 
 
   
 
 
 
 
 
Insanın mübarizliyi ruhunun 
   
 
 
 
 
 
qüvvəsindən asılıdır. 
 
Hələ yüzilliklər bundan qabaq şərq alimləri insanın ağlının, cisminin 
və ruhunun vəhdətinin vacibliyi və bu vəhdətin qeyri-adi imkanlara malik 
olması haqqında geniş anlayışlar vermişlər. Onlar bu birliyin dialektik 
baxımdan adi, təbii bir hal olduğunu bildirmişlər. Ümumiyyətlə, demək olar 
ki, düşünə bilən hər bir sağlam uşaqdan idmançı yetişdirmək  mümkündür. 
Ona görə ki, idmanda öyrənilməsi və artırılması  zəruri olan hər bir 
bacarığın üzərində sonradan illər boyu işlənilir və  təkmilləşdirilir. 
İdmançının yaxşı psixoloji hazırlığa malik olması onun fiziki, texniki və 
taktiki hazırlığını daha da gücləndirir və bununla da idmançı real bacarığını 
təqdim edir. Ruhi, fiziki və  əqli vəhdəti yaratmaq bacarığının insana nə 
qədər qeyri-adi imkanlar verdiyinə misal kimi Meksikada 1968-ci il 
Olimpiya oyunlarında Bob-Bimonun 8 metr 90 santimetr uzunluğa 
tullanmasını göstərmək olar. Curnalistlər bu sıçrayışı “kosmik sıçrayış” 
adlandırmışlar. 
Psixoloqlar onun belə yüksək psixoloji və fiziki hazırlığa malik 
olmasını  təsadüfi hal kimi qiymətləndirirlər. Çünki Bob-Bimon öz 
rekordunu bir daha təkrarlaya bilməyib. Deməli, o, öz hazırlığını  şüurlu 
surətdə idarə edə bilsəydi, rekordunu daim təkrarlayardı. Hansı ki, həmin 
rekord 15 il təzələnməmişdir. Ruhi, əqli və fiziki qüvvələrin vəhdətinə nail 
olub, onları lazımi istiqamətdə  tətbiq etmək çox böyük hazırlıq tələb edir. 
Bu üç qüvvənin sinxron tətbiqi ustalığı nümayiş etdirən  
 
 

 19
bir haldır. Buna görə  də  bəzən idrakla qazanılan nəticələr inanılmaz 
dərəcədə yüksək olur. Bu bacarığa yiyələnmək üçün uzun illər və davamlı 
məşqlər tələb olunur. Ona görə də məşq planında həftənin bir günü mütləq 
psixoloji hazırlıq günü kimi planlaşdırılmalıdır. Bununla bərabər, idmançı 
hər məşq günü özünün psixoloji hazırlığının üstündə  işləməli və onu 
artırmalıdır. Belə ki, idmançı məşqi başlamamışdan qabaq özünü görəcəyi 
işə hazırlamalıdır. Bunu, əsasən, belə etməlidir: İdmançı məşqə gəldikdə öz 
idman geyimini geyinir və  işləyəcəyi yerdə bardaş  vəziyyətində oturub 
aşağıdakı  mətni söyləyərək özünü görəcəyi işə hazırlayır: “Mən bugünkü 
məşqimi başlayıram. Özümü yaxşı hiss edirəm. Məqsədim bugünkü 
məşqimdə öyrəniləsi və artırılası  nə varsa, hamısını mükəmməl 
mənimsəməkdir. Ilahi, qarşıya qoyduğum məqsədə çatmaqda mənə kömək 
ol! Məni məqsədimdən yayındıra biləcək insanlardan uzaq et! Dualarımı 
qəbul et, Rəbbim!” — deyərək öz məşqinə böyük inam və həvəslə başlayır. 
Bu mətni söyləyib mənasını  dərk edən idmançı  məşqini yüksək 
səviyyədə keçirir. Belə ki, həmin idmançı  məşqdə bütün qüvvəsini və 
bacarığını qoyaraq, həm də yüksək əxlaqi keyfiyyətlər göstərir. 
Məşqi tamamlayanda isə həmin idmançı yenə də bardaş vəziyyətində 
oturaraq aşağıdakı  mətni söyləyir: “Mən bugünkü məşqimi qurtardım, 
özümü yaxşı hiss edirəm. Bugünkü məşqimə qiymət verirəm. (Bu halda 
beynindən bugünkü məşqinin məqamlarını keçirir). Indi gedib dincəlim ki, 
sabah daha gümrah, daha inamlı olum, sabahı bu gündən daha gözəl, daha 
inamlı keçirim”. 
Yaxşı olar ki, sonda idmançı həyatının bir əsas devizini deyib dursun. 
Məsələn, o, ulu öndərimizin həmişə qürurla söylədiyi “Mən fəxr edirəm ki, 
Azərbaycanlıyam! Mən bunu bütün dünyaya bəyan edəcəyəm” kəlamını 
təkrarlaya bilər. 
Bu halda idmançı özünü, kimliyini, nə edəcəyini dərk edərək sabahkı 
günə və gələcəyə çox inamla addımlayır.  
 
 

 20
İdmançı  məşqinə verdiyi qiyməti öz gündəliyində  və ümumi zalda 
qoyulmuş gündəlikdə qeyd edib məşqini qurtarır. 
İdmançının hər gün məşqdə psixoloji hazırlığa diqqət yetirməsi onun 
psixologiyasının hər gün möhkəmləndirilməsi deməkdir. Belə idmançılar 
yarış vaxtı, demək olar ki, böyük həyəcan və stress keçirmirlər. Çünki onlar 
gündəlik məşqlərində keçdikləri hazırlığın mübarizə günü üçün nəzərdə 
tutulduğunu tam anlayaraq həmin günü çətin və qorxulu gün kimi yox, 
əksinə hünər və qeyrət günü kimi qəbul edirlər. 
Mənim hazırladığım idmançılardan biri hətta yarış  ərəfəsində 
ruhlanaraq aşağıdakı şeiri yazmışdır:  
 
   
 
Igidlərim, sabah hünər günüdür! 
 
  Sabah 
hünər günü, qeyrət günüdür! 
   
 
Hünər günü çox igidlər meydanda 
   
 
Cövlan edər, hünər göstərmək istər. 
   
 
Əsl igid isə bir nəfər olar, 
   
 
O da ləl tək parıldayar meydanda! 
 
Belə ruhlanmış, mübarizə gününü qeyrət günü kimi qiymətləndirən 
idmançı yarış zamanı əsl igidlik göstərir ki, nəticədə, şeirdə deyildiyi kimi, 
yüzlərlə idmançının arasında o, ləl parlaqlığını nümayiş etdirə bilir. 
Ümumiyyətlə, dahi idmançıların hər birində üçlüyü — ruhi, əqli və 
fiziki qüvvəni birləşdirərək ümumi mübarizə hazırlığını yüksək səviyyəyə 
qaldırmaq bacarığı fərdi şəkildə formalaşır. Bunu aşağıdakı nümunədən də 
görmək mümkündür: Məşhur  ştanqçı Yuri Vlasov öz rekord nəticələrini 
qazanan zaman keçirdiyi hisslər haqqında curnalistlərə belə demişdir. 
“Ştanqı qaldırmağa hazırlaşdığım vaxt beynimdə qanın uğultuyla nəbz kimi 
vurduğunu və birdən daxilimdə tam sakitlik yarandığını hiss edirəm. Hər 
şey sənə aydın və işıqlı görünür. Sanki üzümə böyük işıq seli yönəlir. Bu an 
mənə elə gəlir ki, mən dünyanın bütün gücünü özümə yığmışam və mən hər 
bir  
 
 

 21
şey etməyə qadirəm. Hətta mənim qanadlarım  əmələ  gəlib. Bununla 
mən ştanqı qaldırmağa hazır olduğumu duyub böyük çətinlik hiss etmədən 
rekordlarımı qazanıram”. 
Mənim idmançı tanışlarımdan biri yarışa az qalmış tam soyuq suyun 
altında çimirdi. Sonra özünü çıxışa hazırlayırdı. Bu vaxt soyuq su onun 
yatmış sinirlərini oyadır, sanki bütün bədəninə birinci dərəcəli hazırlıq 
əmrini verirdi. İdmançının yuxulu və yorğun görünüşü gümrah bir 
görünüşlə əvəz olunurdu. 
Belə misallar çoxdur. İdmançılardan biri bədəninə iynə batırmaqla 
sinirlərini qıcıqlandıraraq çıxışa hazırlaşırdı. Hətta bir nəfər pələng kimi 
sıçrayışlar və  hərəkətlər edərək pələng olduğunu özünə  təlqin edir və bu 
hiss altında özünü mübarizəyə hazırlayırdı. Sözsüz ki, belə kor-koranə 
hərəkətlər idmançını yüksək mübarizə hazırlığına çatdıra bilməz.  Əslində, 
hər bir idmançının və hər bir idman növünün fərqli psixi hazırlıq səviyyəsi 
vardır. 
Məsələn, güllə atıcısı 50 metr məsafədən 2,5 saata 60 güllə 
atmalıdırsa, bu vaxt az da olsa həyəcanlanmamalıdır. Əks halda o, qələbəni 
görə bilməz. Bu çıxışda ondan böyük təmkin, səbr tələb olunur. 
Sürət tələb olunan atıcılıqda idmançı 25 metr məsafədən 5 hədəfi 8 
saniyəyə, sonra 6 və 4 saniyəyə vurmalıdırsa, bu zaman onun mübarizə 
ruhu sakit qalmamalıdır. Bu yarışda idmançı  qələbəni təmin etmək üçün 
mübarizə ruhunu yüksək səviyyəyə qaldırmalıdır.  İdmanın hətta eyni 
növündə hazırlığın belə  fərqli olması  məşqçidən və idmançıdan böyük 
ustalıq, bacarıq tələb edir. Yenə də misalların üstünə qayıdaq. 
Məşqçi hiss edir ki, tələbəsi yüksək sürət tələb olunduğu halda uçan 
boşqabları nişan almağa çox süst gedir. O, idmançını əmr formasında “Bura 
gəl!” — deyə yanına çağırır və silahı ondan alıb yaxınlıqdakı ağacı göstərir, 
ona qaçaraq əlini ağaca toxundurub tez qayıtmasını əmr edir. İdmançı tələbi 
yerinə yetirib həyəcanlı halda geri qayıdaraq “Nə baş verib?” — deyə  
 
 

 22
soruşanda məşqçi silahı qaytarır və “Indi get, hədəfi vur!” — deyə ona 
cavab verir. İdmançı atılmış hədəflərin hamısını vuraraq çempion olmuşdur. 
Bu misal onu göstərir ki, məşqçi hər bir idmançının mübarizəyə 
hazırlıq səviyyəsini şəxsən izləməli və eyni zamanda hər bir idmançı üçün 
mübarizə ruhunun lazımi səviyyəsini bilməlidir. 
Çox idmançı  təsdiqləyə bilər ki, onların bəzi çıxışları sanki heç bir 
böyük güc sərf etmədən asan və qeyri-adi alınıb. Bu halı hər bir idman növü 
üçün demək mümkündür. Bəzən basketbolçunun atdığı top asanlıqla zənbilə 
düşür. Atıcı güllələrinin hamısını onluğa vurur. Qaçanlar deyirlər: sanki 
kürəyimdə qanad var idi. Ştanqçı  ağır  ştanqı yüngül bir şey kimi qaldırır. 
Boksçu ələkeçməz olur, zərbələrdən həssaslıqla yayınır, eyni zamanda çox 
ustalıqla öz qələbə zərbəsini vura bilir. Güləşçidə indiyə qədər işlətmədiyi 
fəndlər yaxşı alınır. Belə ruhlanmış halda idmançı vaxtında və çox dəqiq 
qərar çıxarır. Bədən çox güclü, cəld, yüngül olur. İdmançı özünü inamlı və 
hünərli sanır ki, bu da ona hər şeyə qadir olmaq hissini aşılayır. 
Çıxışa hazırlaşan idmançı özünün psixoloji, əqli və fiziki gücünü 
birləşdiribsə, deməli, o rəqibinə gözəl və yaradıcı bir idman mübarizəsi 
göstərmək üçün göndərilmiş  tərəfmüqabil kimi baxır.  İdmançılar belə 
yüksək əhval-ruhiyyə ilə çoxlu rekordlara imza atmışlar. 
Konki sürmək üzrə 300 metr məsafə  dəf edən Valeriya Muratova 
mübarizənin sonunda məşqçisinə müraciət edərək deyib: “Mən elə yüngül 
sürüşdüm ki... Qeyri-adi bir şey etmirdim, lakin rekord oldu”. 
Başqa bir misal: Üç dəfə olimpiya çempionu Viktor Saneev çıxışı 
haqqında belə deyir: “Özümdə qeyri-adi ruh hiss etdim. Mənə elə gəldi ki, 
mən hər  şeyi etməyə qadirəm. Hətta  əllərimi qaldırıb yellətsəm, uça da 
bilərəm”. 
Böyük idmançıların söhbətləri həm maraqlıdır, həm də sirlidir. Sən 
demə, dünya rekordları yüngül və asanlıqla əldə  
 
 

 23
olunur. Ortaya sual çıxır: O hansı sirli bir aləmdir ki, ora daxil olanda 
hər bir iş insana asanlıqla və yüngüllüklə başa gəlir? Bu, insanın ruhunun, 
əqlinin və cisminin bir-biri ilə  vəhdət təşkil edib qarşıdakı görüləcək işi 
yerinə yetirmək üçün yaranmış iş bacarığıdır ki, bunu da yüksək mübarizə 
hazırlığı kimi dəyərləndirmək mümkündür. Ruhlanmaq, yaratmaq kimi 
anlayışların  əsasən sənət adamlarında — artistlərdə, bəstəkarlarda, 
rəssamlarda, yazıçılarda olduğunu düşünürük. Lakin idmançılar da sanki 
səhnədəki kimi yaradıcı bir iş görürlər. Sənətkarlar öz yaradıcılıqlarında heç 
bir əks təsirlə üzləşmirlər. Ancaq idman mübarizəsində bu, çox kəskin baş 
verir. İdmançı qarşı tərəfin böyük psixoloji və fiziki təsiri ilə üzləşməli olur 
ki, bu da insan psixologiyasının daha möhkəm və mükəmməl olmasını tələb 
edir. 
Yüksək mübarizə hazırlığını  qısa  şəkildə YMH adlandıraq. Biz bu 
haqda nə deyə bilərik? Bu hazırlıq lazım olandan-olana yaradılmalıdır ki, 
bunu da istənilən vaxt yaratmaq bacarığını  və  vərdişini idmançı gündəlik 
məşqlərində  təmin etməlidir. YMH-nı istənilən vaxt şüurlu surətdə 
qaldırmaq bacarığına malik olan idmançılar yüksək səviyyəli usta 
idmançılardırlar. 
Yüksək mübarizə hazırlığını qaldıran idmançı  gərək eyni zamanda 
yüksək idman formasında olsun, əks halda YMH-nın nəticəsi ola bilməz. 
Hər bir idman növünün və hər bir idmançının spesifik fərdi YMH olur. Bir 
idmançıya aid olan YMH başqa idmançıya məxsus YMH-dan fərqlənir. 
Gəlin, baxaq görək, YMH nədir, hansı komponentlərdən ibarətdir və qeyd 
etdiyimiz fərqlər hansı keyfiyyətdə özünü göstərir? 
 
 
    
 
 

 24
   BIRINCI KOMPONENT -- PSIXOLOJI HAZIRLIQ 
 
Əslində, idmançının YMH-nın formalaşmasında I komponent kimi 
psixoloji halın öyrənilməsi, onun fəlsəfəsi bu kitabın ana xəttini təşkil edir. 
Buna görə də mən bu haqda öz yanaşmamın izahını vermək istəyirəm. 
“Psixologiya” — yunan sözü olub 2 hissədən ibarətdir: Psyuxe — ruh 
və loqos — elm. Yəni ruh haqqında, ruhu öyrənən elm. 
Biz ruh anlayışı ilə gündəlik həyatımızda, məişətimizdə tez-tez 
rastlaşırıq: Ruhi xəstə, ruhi qida almaq, ruhi rahatlıq, ruhi güc və s. Bəs 
xəstələnən, qidalanan, rahatlanan, güclənən ruhun özü nədir? 
Məni həm idmançı, həm də  məşqçi kimi bu sual daim düşündürüb. 
Hərdən özümdə hiss etdiyim qeyri-adi gücün haradan və nədən yarandığını 
anlamağa çalışıram. Sanki mənim  əqlim və fiziki gücüm nə iləsə, üçüncü 
bir qüvvə ilə birləşəndə özümə inamım artır, gücüm ikiqat, dördqat çoxalır. 
Bəlkə, daxilimdə elə bir potensial var ki, mən onu dərk edə bilmirəm? 
Mənim qənaətimə görə, bu üçüncü, əslində isə birinci qüvvə  mənim 
ruhumdur. Mən düşünürəm ki, o varlıqdır, maddiyyətdir, qüvvədir və bu 
qüvvənin özünün dili var, çox yaxşı xasiyyəti var. Mən öz tələbələrimə də 
hərəsinin öz ruhları ilə anlaşmalarını öyrətməyə çalışıram və başa salıram 
ki, onlar ancaq bu halda dahi idmançı kimi yetişə bilərlər. 
Mənim təsəvvürümə görə, ruh — insanın yaşayıb-yaratması üçün 
fəaliyyət göstərən bir varlıqdır. Mən deyərdim ki, ruh elə bir varlıqdır ki, 
insan  əxlaqının bütün cəhətləri, mənəvi, etik və iradi hissiyyatları onda 
birləşir. Mən ruhla bağlı aşağıdakı bölgünü aparardım: 
1. Duyan, hiss edən ruh — bizi əhatə edən bütün canlı və cansız aləmi. 
 
 

 25
2. Məhəbbət hissi olan ruh — hər bir canlı və cansıza. 
3. Mübarizə ruhu — mübarizə edən və qalib gələn. 
4. Qorxan ruh — bu ruh insanı pis əməldən uzaq etməklə yanaşı, həm 
də həyatda ona mane ola bilir. 
5. Yaradan ruh. 
6. Yaşadan ruh — həyatı. 
7. Borc, borc hissi — Vətənə, torpağa, valideynə olan təmannasız 
köməkdir. 
8. Vicdan — elə bir hissidir ki, insan onun qarşısında cavabdehlik 
daşıyır. 
9. Namus 
Qeyrət  hissi — yüksək əxlaqi cəhətlərdir. 
11. Ləyaqət 
 
 
Ruh — insanla sonsuz kainat arasında ünsiyyət yarada biləcək bir 
varlıqdır. Bu mənada yüksək ruh insana sonsuz bir gücün gəlməsini təmin 
etmək iqtidarındadır. 
Ruhda olan bölgülər beyin yarımkürələrində olan bölgülərə bənzəyir.  
Ortaya belə bir sual çıxır: Cismimiz maddi nemətlərlə artıb inkişaf 
edirsə, bəs ruhumuzun qidası nə ola bilər? Ruhun tərkibində olan mənəvi-
əxlaqı, iradi cəhətləri və başqa hissiyyatları yaşatdıqca o qüvvətlənir. Bu 
halda insan özünün dünyaya nə üçün gəldiyini, nə edəcəyini anlayır, 
duymağa və dərk etməyə başlayır. 
Belə insanlar həyatda ən güclü insanlardırlar. Onu da deyə bilərik ki, 
biz hər hansı xoş musiqi dinlədikdə  və ya xeyirxah iş gördükdə ondan 
aldığımız həzz və zövq bədən  əzələlərimizə yox, ruhumuza gedərək onu 
ayıldır və qüvvətləndirir. Ruh insanın  əxlaqi və  mənəvi hisslərini özündə 
toplamış bir varlıqdır. Bu varlıq müxtəlif emosional oyanış  vəziyyətlərini 
yaşayır. 
 
 

 26
Ümumiyyətlə, idmanda emosional oyanış (EO) termini qəbul 
olunmuşdur. EO xarakterinə görə, müsbət və  mənfi olur. Müsbət emosiya 
insana bütün işlərində kömək edir və sevinc gətirir. 
Mənfi emosiya isə öz xarakterinə görə hər bir işdə insana mane olur. 
Ən çox mane olan mənfi emosiya — qorxudur ki, o da yüngül həyəcanla 
başlayıb, dəhşətli hay-küyçülüklə qurtarır. Gördüyümüz kimi, qorxu 
idmançının çıxışına mane olur. Ancaq avstraliyalı üzgüçü Stiv Hollans 
ondan çox məharətlə istifadə edərək iki distansiya üzrə (800 və 1500 
metrlik distansiyanı) üzməkdə 2 dünya rekordunu təzələmişdir. Stiv öz 
rekordu haqqında belə deyir: “O hazırlaşdığı vaxt özünü elə hiss edir ki, 
guya, onun dalınca akula üzür və  dəniz yırtıcısı onu tutsa, yeyəcək.” Bu 
qorxu altında üzmək idmançıya yeni rekordları qazanmaqda kömək 
etmişdir. 
Onun dediyinə görə, o, bu, qeyri-adi tapıntını — qorxudan məharətlə 
bəhrələnmək bacarığını bir dəfə akvariuma baxarkən qorxu hissi keçirən 
balıqların nə  qədər cəldliklə üzdüyünü gördükdə  kəşf etmişdir. Sonralar 
idmançı bu tapıntının sayəsində çox böyük nailiyyətlər qazanmağa 
müvəffəq olmuşdur. 
Ümumiyyətlə, emosional oyanışı şüurlu surətdə özləri qaldıran və onu 
özlərinə lazım olan səviyyədə saxlaya bilən idmançıların sayı çox deyil. 
Emosional hazırlığın optimal səviyyəsi haqqında biz stend atıcılığı 
üzrə aparılan bir tədqiqata əsasən mülahizə yürüdə bilərik: Əvvəlcə bizə heç 
nə aydın olmadı: Atıcı 1-ci cəhdində uçan boşqabların 25-ni də, yəni 
hamısını vurdu. Lakin o, 25-30 dəqiqə keçəndən sonra 2-ci cəhdində həmin 
yerdən, həmin silahdan və  həmin havada 2 və 4-cü güllələrdə  hədəfdən 
yayındı. Qarşıya sual çıxır: Belə az bir vaxtda idmançı atmağı unutmadı ki? 
Onun hədəfdən yayınmasının səbəbi nədir? 
 
 

 27
Araşdırmanın nəticəsindən belə  qərara gəlinir ki, burada əsas səbəb 
emosional oyanışın səviyyəsinin dəyişməsi ilə  əlaqədardır. Sözsüz ki, 
diqqət amilini də nəzərə almaq lazımdır. Ancaq diqqətin özü də emosional 
oyanışdan çox asılıdır. Fiziki yükü də  nəzərə alaq. Bu idman növündə 
psixoloji yük fiziki yükdən daha çoxdur. 
Görək, emosional oyanış səviyyəsini necə ölçmək mümkündür? 
Bunu sadə  şəkildə  nəbzi saymaqla təyin etmək olar. Hətta təbabətin 
inkişaf etmədiyi qədim dövrlərdə həkimlər nəbzlə insanın nə istədiyini belə 
müəyyənləşdirə biliblər. Bununla onlar sanki insanların qəlblərinin içinə 
baxmışlar. 
Belə bir əhvalat nəql edirlər: Varlı ərlə-arvad məşhur həkim, alim Əbu 
Əli ibn-Sinanı evə dəvət edib oğullarının bərk xəstələndiyini bildirirlər. Ibn 
Sina xəstənin yanına gəldikdə  oğlanın valideynlərindən onu xəstə ilə 
təkbətək buraxmağı xahiş edir. Həkim sual-cavabla cavanın aşiq olduğunu 
müəyyənləşdirir. Həkim xəstənin nəbzini tutaraq söhbət əsnasında müxtəlif 
qız adları  çəkir. Müəyyən bir adı  çəkəndə  xəstənin nəbzinin çox sürətlə 
vurduğunu duyan həkim bu yolla qızın adını, sonra isə eyni üsulla qızın 
yaşadığı küçəni və  məhəlləni dəqiqləşdirərək gəncin valideynlərinə 
oğlanlarının xəstə yox, aşiq olduğunu bildirmişdir [5]. 
Bu nümunə bizə insanda nəbzin vurmasının sayını bilməklə onun 
emosional oyanışının səviyyəsini təyin etməyin mümkün olduğunu 
söyləməyə  əsas verir. İdmançıda nəbzi yuxu arteriyasında, gicgah 
nahiyəsində,  əli ürəyin üstünə qoymaqla və digər üzvlər vasitəsilə  təyin 
etmək mümkündür. Nəbzin sayı 1 dəqiqədə ürəyin döyüntüsünü saymaqla 
təyin edilir. Ancaq bu, çox vaxt tələb etdiyi üçün nəbz  əsasən aşağıdakı 
vasitələrlə dəqiqləşdirilir. 
İdmanda nəbzi 3 vaxt ölçüsü ilə  təyin edirlər: 6 saniyə  ərzində 
döyünən nəbzi 10-a, 10 saniyədə döyünən nəbzi 6-ya, 15 saniyədə döyünən 
nəbzi 4-ə vurmaqla 1 dəqiqədə döyünən nəbzin sayını  təyin etmək 
mümkündür. Göstərilən vaxtların ən dəqiqi  
 
 

 28
15 saniyə ərzində ölçülən nəbz sayılır. 
Ürək döyüntüsünü saymaqla emosional oyanışın səviyyəsini təyin 
etmək asan və rahat bir üsuldur. Ümumiyyətlə, çox böyük psixoloji 
gərginlik tələb edən idman növlərində emosional oyanışın səviyyəsini 
bilmək daha vacibdir. 
Emosional oyanışın səviyyəsinin hər idmançıda və hər idman növündə 
özünəməxsus səviyyədə olmasının vacibliyini aşağıdakı  təcrübədən 
götürülmüş misalla göstərə bilərik. 
Güllə atıcısında çıxışdan qabaq 15 saniyədə 32 ürək döyüntüsü qeydə 
alınır, bu, 1 dəqiqədə 128 ürək döyüntüsü deməkdir. Çıxış qurtardıqdan 
sonra həmin idmançıda 15 saniyədə 34 ürək döyüntüsü, yəni 1 dəqiqədə 
136 ürək döyüntüsü qeydə alınıb. Nəticədə, güllə atıcısı 25 boşqabın 
hamısını vurmağa nail olub. 2-ci çıxışda idmançının nəbzi 15 saniyəyə 
26x4=104, qurtaranda isə 23x4=92 olub. Nəticədə, cəmi 21 boşqab vurulub, 
7, 8, 21 və 24-cü boşqablar isə vurulmayıb. Biz bununla təyin etdik ki, atıcı 
nəbzin hansı qiymətində və hansı emosional gərginlik səviyyəsində yüksək 
nəticə qazana və hansı nəbz qiymətində pis nəticə göstərə bilər. Bu təcrübə 
eyni zamanda insan orqanizminin nə  qədər asan tənzimlənən bir varlıq 
olduğunu təsdiqləyir. Məsələn, 5-10 dəqiqədən sonra güllə atacaq atıcının 
ürək döyüntüsü 96-100 sayındadır. İdmançı artıq 2-3 dəqiqəyə atış xəttinə 
çıxacaqsa, onun ürək döyüntüsü 120-yə, atış xəttində dayandıqda isə 140-a 
çatır. Atıcı bəzən bunu hiss etmədən özü ürəyin döyüntüsünü tənzimləyir və 
onun YMH yaranır. Ona görə  də idmançının emosional oyanışının 
səviyyəsini çıxışa 5-10 dəqiqə qalmış yox, çıxışa getdiyi vaxt yoxlamaq 
lazımdır. Bununla da təyin etmək olur ki, idmançı öz emosional oyanış 
səviyyəsinə nə qədər yaxın və yaxud nə qədər uzaqdır. Təcrübəli idmançılar 
psixoloji hazırlığa çox ciddi fikir verirlər və onlar öz emosional oyanış 
səviyyələrini idarə edə bilirlər. Ümumiyyətlə, nəbzlə emosional oyanış  
 
 

 29
səviyyəsini təyin etmək təcrübəsi idmançılar arasında çox zəif 
yayılmışdır. Peşəkar idmançılar nəbzi ölçmədən də öz təcrübələri əsasında 
hazırlıq dərəcələrini hiss edirlər. Hər idmançı özünəməxsus hisslər 
keçirməklə öz gözlərində  rəqibləri balaca, cılız görməyə başlayır. Bəziləri 
daxillərində sel qüvvəsinin  əmələ  gəldiyini hiss edirlər və s. Bu hissləri 
keçirməklə idmançı istədiyi vaxt özünü lazımı mübarizəyə  şüurlu surətdə 
hazırlaya bilir. İdmançı özünü YMH halına çatdıranda orqanizmdə müsbət 
dəyişikliklər baş verir. Bunlardan onun hərəkətlərinin və görəcəyi işin 
avtomatizmə keçməsini, ildırım sürətilə fikirləşib qərar çıxarmaq bacarığını 
göstərmək mümkündür. Ümumiyyətlə, böyük qələbələrin səbəblərindən biri 
də komandada və idmançılar arasında mehribançılığın, yüksək  əhval-
ruhiyyənin olmasıdır. 
Deyilənlərə bunu da əlavə etmək olar ki, müasir idmançılar yarışa 
nəinki texniki, taktiki və fiziki cəhətdən hazırlaşmağı bacarmalıdırlar, onlar 
həm də özlərini psixoloji baxımdan mübarizəyə hazırlamağa qadir 
olmalıdırlar. 
Fikrimi məşhur bir idmançının sözləriylə tamamlayıram: “Hamı gördü, 
qalib gəldim. Amma necə qalib gəldim, onu mən özüm bildim”. İdmançı bu 
sözlərlə onu demək istəyir ki, tamaşaçılar onun son nəticə olaraq rəqibin 
kürəyini xalçaya vurduğunu və  işlətdiyi fəndi görmüşlər. Ancaq rəqibi 
həmin fəndə necə saldığını tək idmançının özü bilir. Elə idmanın gözəlliyi 
də belə şirinliyində və təkrarsızlığındadır. 
Məşqçi öz tələbəsinin imkanlarını qiymətləndirdikdən sonra onun hər 
bir rəqiblə mübarizəsini planlaşdırır, hər saniyə bölgüsü ilə  hərəkətlərini 
müəyyən edir, yəni mübarizənin taktikasını  cızır. Mübarizənin psixoloji 
gərginliyini nəzərə alsaq, deyə bilərik ki, mürəkkəb taktiki gedişləri həyata 
keçirmək idmançıdan əqli potensial və diqqət tələb edir. 
 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin