Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   2   3   4   5   6   7   8   9   ...   13

   
 
 
 
II FƏSIL 
 
   
 
 
  İdmanda diqqət 
 
   
 
 
 
 
 
Diqqət ağılın qüvvəsidir, ağıl 
   
 
 
 
 
 
qələbənin əsasıdır. 
 
Diqqət nədir? Diqqət insanın öz iradəsi ilə ağlının konkret bir obyektə 
(cismə, işə, fikrə, hadisəyə və s.) yönəlməsi, toplanması, fokuslanmasıdır ki, 
bu halda insan ətrafda paralel surətdə mövcud olan və baş verən digər 
əhəmiyyət kəsb etməyən hadisələrdən təcrid olur. 
Bir çox peşəkar idmançılar vardır ki, diqqətlərini avtomatik olaraq 
görəcəkləri işə ustalıqla toplamağı bacarırlar. Belə bir məqamı, bəlkə  də, 
hamımız yaşamışıq. Biz nəyi isə maraqla seyr edərək  ətrafımızdakı digər 
şeyləri sanki duymamışıq, görməmişik.  İdman aləmində diqqəti görüləcək 
işə yönəltməyi bacarmaq vacib məsələlərdən biridir. 
Misallara müraciət edək. Məşhur karate ustaları öz hücum fəndlərini 
bir-birinin ardınca ildırım sürəti ilə və dəqiqliklə nümayiş etdirdikdə, sözsüz 
ki, diqqətlərini hər hərəkətin üstündə toplamırlar. Bir də biz bilməliyik ki, 
əgər bütün diqqət ancaq bir nöqtəyə yönəldisə, onda diqqət tələb edən başqa 
vacib obyektlər bizim diqqət dairəmizdən çıxacaq. Bu, əsasən, komanda 
şəklində yarış növlərinə aiddir. Bu idman növlərində idmançının diqqəti tək 
topa zərbə vurmaqda və yaxud onu ötürməkdə olmamalıdır. Onun diqqəti 
öz komanda yoldaşlarının və  rəqib komandanın idmançılarının 
yerdəyişməsində də olmalıdır. Ona görə də məşqçilər idmançıların diqqəti 
üzərində  işləyəndə onların diqqətlərinin tək  əsas işə deyil, eyni zamanda 
ətrafda olan obyektlərə də yönəldilməsinə diqqət yetirməlidirlər. Belə geniş 
diqqət tələb olunan idman növlərinə  
 
 

 45
əsasən komanda oyun növləri aiddir (futbol, voleybol və s.). 
Qeyd etdiyimiz kimi, diqqət insanın öz daxili imkanlarını (ruhi, əqli və 
fiziki imkanlar) müəyyən məqsəd uğrunda toplamaq, fokuslamaq və 
yönəltmək bacarığıdır. Fiziki imkanlar — insanın enerji potensialıdır. Əqli 
imkanlar — insanın görəcəyi işin proqramını yaradır. Ruhi imkanlar isə 
qərarlaşmış  işi qüvvələrin potensial imkanlarını öz sonsuz, qeyri-adi 
potensialı ilə birləşdirərək həyata keçirir. 
Diqqəti iki qrupa ayırmaq olar: maraq dairəsinə görə  və istiqamətinə 
görə [1]: 
Maraq dairəsinə görə diqqət geniş və dar (məhdud) olur. 
Istiqamətinə görə isə diqqət insanın daxilinə  və insandan xaricə 
yönəlmiş olur. 
Daxili diqqət. Bu diqqət halında insanın duyğu üzvlərindən (görmə, 
iybilmə, dadbilmə, eşitmə  və lamisə) gələn məlumat daxilə yönəlir. Insan 
özünə qapanır. 
Xarici diqqət. Bu diqqət halında insanın duyğu üzvlərindən gələn 
məlumat son məqsəd üçün xarici obyektə yönəlir və o, özünü hiss etmir. 
Daxili diqqət formasına biz kitab oxuyanda rast gəlirik. Bu halda əgər 
biz bütün diqqətimizi maraqlı bir kitaba cəmləyib oxuyuruqsa, ətrafımızda 
baş verən başqa dəyişiklikləri və  səsləri hiss etməyəcəyik. Belə diqqət 
növünə təkmübarizlik, dözümlülük tələb edən idman növlərində rast gəlinir. 
Xarici diqqət növünə biz geniş planda avtomobili idarə edəndə 
rastlaşırıq. Belə ki, biz avtomobili idarə edərkən diqqətimiz yolda olur, 
ikinci bir diqqətimiz maşının motorunda olur ki, vaxtında ötürücü qutunu 
dəyişək. Avtomobildə başqa bir oturan varsa, onunla söhbət edərək 
diqqətimizin bir hissəsini ona yönəldirik. Bəzən isə radioya qulaq asırıq. Bu 
cür geniş diqqət ilk növbədə  məşqçidə  və bütün oyun növlərində  tələb 
olunur. Belə diqqət növü, əsasən, nəzarətçi diqqət sayılır.  
 
 

 46
Lakin gərginlik yarandığı halda və  tələb edildiyi vaxtda diqqət bir 
nöqtəyə yığılmalıdır. 
İdmanda vacib olan məsələlərdən biri diqqətin müəyyən vaxtda 
müəyyən yerə yönəldilməsi bacarığıdır. Məsələn, həyəcan vaxtı diqqət 
insanın daxilinə, o, cümlədən ürəyimizin döyüntüsünə, taktiki planın 
qurulmasına və digər cəhətlərə yönələ bilər.  İdmançının xüsusi istedadı 
ondan ibarət olmalıdır ki, daxili diqqəti bir andaca xarici diqqətə çevirə 
bilsin.  İdmanda bu, əsas məsələlərdən biridir. Mübarizə vaxtı daxili və 
xarici diqqətin nisbətinə düzgün riayət edilməlidir. Bu balansın pozulması 
xoşagəlməyən nəticə verə bilər. Hansı idmançı ki, daxili diqqətini həyəcan 
səbəbindən xarici diqqətə vaxtında keçirə bilmir, o, rəqibin planlarını lazımi 
anda hiss edib qabaqlaya bilməyəcək.  Əgər idmançı bütün fikrini və 
diqqətini daxilinə yönəldirsə, o, mübarizədə rəqibini diqqətlə izləməyə, eyni 
zamanda lazım olan texniki və taktiki qərarları  çıxarıb həyata keçirməyə 
qadir olmur. Diqqət bütövlüklə xaricə yönəldikdə isə idmançı özünü və 
hərəkətini hiss etmir. Usta idmançılarda  əsasən bütün hərəkətlər 
avtomatizmə keçirilir ki, bu da idmançının fikrini və diqqətini ancaq əsas 
məsələlərin həllinə yönəldir. Yarış  şəraitində ortaya çıxan gərginliklər 
idmançıda stress vəziyyəti yaradır ki, bu da ilk növbədə onun diqqətini 
parçalayır.  İdmançı stress vəziyyətdə diqqətini toplaya bilmir və diqqətin 
qədərini hiss etmir. Bu halda beynində lazım olmayan bir fikir yaranır ki, bu 
fikir də idmançının aldığı informasiyanı analiz edib qərar çıxarmasına mane 
olur. Diqqəti gücləndirmək və onu idarə etməyi bacarmaq üçün yaxşı olar 
ki, idmançı yarışdan sonra öz çıxışını  təhlil etsin, güclü və  zəif tərəfinin 
səbəbini axtarıb tapsın.  İdmançının yarışqabağı öz çıxışının taktiki planını 
hazırlaması mürəkkəb dəyişən vəziyyətlərdən çıxış yolu tapmaqda ona 
kömək ola bilər. 
 
 
 
 
 
 
 

 47
Mübarizədə diqqətin qədəri və yönəldilməsi 
 
Diqqətin geniş, dar, daxili və xarici cəhətlərini nəzərə alaraq, aşağıda 
göstərilmiş sxem vasitəsilə idmanın müxtəlif növlərində diqqətin 
yönəldilməsini belə izah etmək olar. 
 
 
                                                              Cədvəl № 1 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu sxemdə diqqət oxu yuxarıdan aşağı yönəlmişdir. Diqqətin 
genişdirsə, yuxarı A nöqtəsinə, dardırsa, aşağı yönələcəkdir. Diqqət daxilə 
yönəlmişdirsə, B nöqtəsində, xaricə yönəlmişdirsə, onun əks tərəfində 
yerləşir. Əsasən, 4 diqqət növünə rast gəlmək olar: 
1-ci növ diqqət — daxili-geniş diqqətdir ki, bu diqqət növünü, əsasən, 
məşqçilərə aid etmək olar. 
2-ci növ diqqət — xarici-geniş diqqətdir. Bu diqqət komandalı idman 
növlərinə aiddir. 
3-ci növ diqqət — xarici-dar diqqətdir. Bu diqqət bütün təkmübarizlik 
idman növlərinə aiddir. 

 48
4-ci növ diqqət — daxili-dar diqqətdir. Bu diqqətə dözümlülük tələb 
edən idman növlərini — qaçışı, üzgüçülüyü və  ağır atletikanı aid etmək 
olar. Bu diqqət növündə idmançı öz daxili vəziyyətini, xüsusilə də fiziki və 
psixoloji durumunu qiymətləndirərək yarış vaxtı qüvvəsini bərabər 
paylaşdırmağı bacarmalıdır. Biz uzun müddət müəyyən iş gördükdə 
bədəndə baş qaldıran bir ağrı  və yorğunluq hissi bizə dincəlməyimizin 
zəruriliyini siqnal verir. Ancaq idmançıya bu siqnalla bərabər, digər bir 
siqnal da gəlir: Nailiyyətlər  əldə etmək üçün mütləq məşqi davam 
elətdirmək lazımdır! Bu zaman lazımi qədər hazırlığı olan orqanizmə belə 
yükün qorxusu olmur. Lakin bu halda idmançı öz orqanizminin yüklənmə 
həddini yaxşı bilməli və  gələn siqnalı düzgün qiymətləndirməlidir. 
İdmançılar belə vəziyyətlərdə orqanizmdən gələn “Mən artıq bacarmıram” 
siqnalına öz şüurlu  əmrləri ilə cavab verməlidirlər: “Mən məşq 
etməliyəm!”. Usta idmançılar belə  vəziyyətlərdə özlərini məşq etməyə 
məcbur etmək üçün xüsusi əmrlərin və beynlərindən keçirdikləri hazırlıq 
planlarının köməyi ilə əhval-ruhiyyələrini yüksəldərək öz məşqlərini lazımi 
səviyyədə aparırlar. 
Bu fikrin təsdiqini aşağıdakı misalda tapmaq mümkündür. Məşhur 
Amerika üzgüçüsü, yeddi dəfə olimpiya çempionu Marks Spinç 1972-ci 
ildə Münhendə curnalistlərin “O, məşqlərdə böyük yükü hansı yolla dəf edə 
bilir?” sualına belə cavab verib: “Mən məşqdə yorulanda özümdə elə 
təsəvvür yaradıram ki, mən hovuzun hər başına çatanda orada məni əllərini 
açmış və qucaqlamağa hazır olan gözəl bir qız gözləyir. Bu təsəvvür məni 
ruhlandırır və mən yorulmadan planlaşdırdığım məşqimi sona çatdırıram”. 
Yarı zarafat, yarı gerçək verilmiş cavabla əlaqədar bunu demək olar: Özünə 
əmr qaydaları  hərədə bir cür olur ki, bu da orqanizmin özü-özünü 
gumrahlandırmasına gətirib çıxarır. 
Yuxarıda verilmiş sxemlə  hər idmançı özünün idman diqqətini 
müəyyən edərək onu daha da gücləndirməlidir. Geniş  
 
 

 49
diqqət növünə, eyni zamanda da xarici diqqət növünə malik olan 
idmançılar basketbol, futbol, xokkey və həndbol kimi idman növlərində çox 
müvəffəqiyyətlə  çıxış edirlər. Bu idman növlərində sürətlə  dəyişən 
vəziyyəti qiymətləndirmək, mövqe tutan komanda yoldaşına topu ötürmək 
bacarığı  əsasən hissiyyat və diqqət tələb edən məsələlərdəndir.  Əgər bu 
idman növlərində idmançıya diqqət xarici yox, daxili, eyni zamanda dar 
olsa, onda oyunçu özünü itirərək heç bir oyun bacarığı göstərə bilməz. Belə 
ki, o, bütün diqqətini daxilə, yəni özünə  və topa cəmləşdiribsə, onda öz 
komanda yoldaşlarını, rəqib komandanın təmsilçilərini hiss etməyəcək və 
nəticədə, topu itirərək heç bir oyun göstərə bilməyəcəkdir. Yüksək dəqiqlik 
tələb olunan idman növlərində dar və daxili diqqətə malik idmançılar böyük 
nailiyyətlər göstərmək iqtidarındadırlar. Dar və daxili diqqət idmançılara 
xarici qıcıqlandırıcı  təsirlərdən qaçmağa kömək göstərir. Belə  təsirlərə 
tamaşaçı, rəqib təsirini, lüzumsuz fikirləri göstərmək mümkündür. Bu 
diqqət növünə aid olan idmançıların çatışmayan cəhəti — sürətlə  dəyişən 
vəziyyətdə düzgün qərar çıxara bilməmələridir. Bu ona görə belə olur ki
dar diqqət idmançıya sürətlə  gələn və çox olan informasiyanı vaxtında 
analiz edib qərar çıxarmağa imkan vermir. Biz bunu futbola aid misalla belə 
izah edə bilərik: Dar və daxili diqqətə malik idmançı topu əvvəlcədən 
planlaşdırdığı komanda yoldaşına ötürmək istərkən sonuncunun 
bağlandığını gördükdə sürətlə dəyişən vəziyyətdə  dəqiq qərar çıxarıb topu 
müvəffəqiyyətlə başqa komanda yoldaşına ötürməyə  və tempi salmadan 
kombinasiyanı  uğurla başa vurmağa qadir deyildir. Bu qəbildən olan 
idmançı diqqətini topa və qarşısındakı  rəqibə toplayır. Nəticədə,  əks 
komandanın oyunçularının topu ondan nə vaxt aldıqlarından heç xəbəri də 
olmur. 
Ümumiyyətlə, dar və daxili diqqət bacarığına malik idmançılar konkret 
bir işin üstündə  işləməyə  və konkret bir fikri həyata keçirməyə daha çox 
qadir olurlar. Belə idmançılar  əsasən dözümlülük tələb edən idman 
növlərində — qaçış, ağır  
 
 

 50
atletika, yadro itələmək və sair kimi idman növlərində müvəffəqiyyət 
qazana bilərlər. Bu halda idmançı bütün fikrini və qüvvəsini bir işə 
cəmləyir, eyni zamanda bütün texniki və taktiki planları yüksək səviyyədə 
həyata keçirə bilir. Məsələn, qaçış üzrə idmançı orta və uzaq məsafəyə 
qaçışında sürətin ritmini saxlamalı, eyni zamanda məsafəyə uyğun olaraq 
qüvvəsini bərabər bölməlidir. 
Yuxarıda deyilənlər daha aydın göstərir ki, idmançı diqqətin və diqqət 
növünün hər idman növü üçün fərqli və vacib olduğunu bilməlidir, eləcə də 
özünü seçdiyi idman növünə aid olan diqqət növünə hazırlamalıdır. 
Diqqət növündən başqa, idmançının düşüncəsi də mübarizədə böyük 
rol oynayır. Təsəvvür edək ki, 2 eyni hazırlıqlı və eyni diqqət növünə malik 
olan idmançılardan biri böyük arzularla məşq edərək dünya rekordunu 
təzələyəcəyini özünə söz verir və  hər məşqini yüksək ruh yüksəkliyi ilə 
başa vurur. Onun təsəvvürünə görə, hər məşq onu bu arzusuna bir pillə 
qaldıraraq daha da yaxınlaşdırır. Digər idmançı özünə inamsızdır, heç bir 
arzu, məqsəd olmadan, qarşıdakı yarışlarda məğlub olmaq qorxusu 
keçirərək məşq edir. Belə idmançı bildikdə ki, rəqibi yüksək nəticələr 
göstərmiş idmançıdır, artıq yarış başlamamış  qələbəni rəqibə verərək 
uduzur və bir daha özünə inamı itir. Bu qəbildən olan idmançılar özlərinin 
bacarıqsız olduqlarını düşünərək böyük idmandan vaxtından tez ayrılırlar. 
Biz iki eyni diqqətə malik eyni səviyyəli idmançının düşüncə  tərzinə 
nəzər saldıq. Onlardan birinin düşüncələri idmançını yüksək zirvələrə 
ruhlandırırsa, digərinin düşüncələri onu özünə inamsızlığa və 
qüvvətsizliyinə inandırır. Sadəcə, belə demək mümkündür ki, 
idmançılardan birinin fikri onu ruhlandırır, digərinin fikri isə ona mane olur. 
Diqqətin daha elastik olması, yəni bir diqqət növündən digər diqqət 
növünə keçmək bacarığı idmançıdan bu sahədə daha böyük səriştə  və 
ustalıq tələb edir. Diqqətin elastik olmaması idmançının böyük səhvlər 
buraxmasına gətirib çıxarır. 
 
 

 51
Indi isə sizinlə birlikdə  məşqçilərin diqqət növünə baxaq. Diqqəti 
xarici diqqət növünə aid olan məşqçilər tələblərinin çıxışı vaxtı özlərini çox 
emosional aparır, hətta hərəkətlərini, danışıqlarını hiss etmədən mədəni və 
əxlaq normalarını pozurlar. Onlar bu hərəkətləri ilə  tələbələrini də belə 
çılğın davranmağa yönəldirlər. Kobudluqlar əsasən hakimə qarşı olur ki, 
bununla da hakimin belə məşqçilərə və idmançılara qarşı mənfi münasibəti 
yaranır. Hakimlər bərabər keçən mübarizədə qələbəni daha əxlaqlı və özünü 
daha layiqli aparan idmançıya verirlər. Özünü və  hərəkətini cilovlaya 
bilməyən idmançı psixoloji gərginlik keçirir ki, bu halda qələbədən artıq 
söhbət belə gedə bilməz. Emosiyası yüksək olan belə məşqçilər komandası 
və tələbəsi oyunda müvəffəqiyyət qazandıqları təqdirdə gülərüz, şən olurlar 
və tez-tez idmançıların kürəyinə vurub  onları ruhlandırırlar. Lakin oyun 
gərginləşib uduzmaq dərəcəsinə  gəlirsə, məşqçi yenə  də  dəyişərək böyük 
həyəcan və  təşviş içində yaxında olan hər kəsi qovmağa, kobudluq 
göstərərək öz həyəcanını sanki bütün zala və tamaşaçılara nümayiş 
etdirməyə başlayır.  Əslində, məşqçi anlamalıdır ki, onun həyəcan 
keçirdiyini idmançılar hiss etməməlidirlər.  Əks halda idmançılarda ikiqat 
artıq həyəcan hissi baş qaldırar. O məşqçi ki, həyəcanını gizlədə bilmir ya 
zaldan çıxmalı, ya da yarış vaxtı idmançının gözünə görünməməlidir. 
Sözsüz ki, belə diqqət və  əxlaq səviyyəsinə malik olan məşqçilər 
vəziyyətdən düzgün nəticə  çıxarmadıqlarına görə, yüksək nəticələr də 
qazana bilmirlər. Onun dedikləri ilə idmançıların fikri çox vaxt üst-üstə 
düşmür, nəticədə, məşqçi ilə idmançılar arasında hörmət və inam hissləri 
pozulur. Bu qəbildən olan məşqçilərə  əsasən təkmübarizlikdə, xüsusən 
idmanın güləş növündə rast gəlmək mümkündür. 
Diqqəti daxili diqqət növünə aid olan məşqçilərə də rast gəlmək olur. 
Belə məşqçilər arenada gedən mübarizəni izləyərək fikirləşməyə, vəziyyəti 
analiz etməyə və taktiki plan qurmağa daha çox üstünlük verirlər. Ölkənin 
qızlardan ibarət voleybol komandasının baş  məşqçisi Faiq Qarayev belə 
məşqçilərdəndir. 
 
 

 52
Əgər daxili diqqət həddindən artıq güclüdürsə, bu halda ortaya mənfi 
nəticələr çıxa bilər. Belə ki, məşqçinin sürətlə gedən oyunda düzgün qərarı 
gecikir. O öz daxilinə o qədər bağlanır ki, komanda ilə əlaqəsi zəifləyir. Bu 
cür məşqçilərin idmançılarına bəzən elə gəlir ki, onların məğlubiyyətinin və 
çətinliklərinin məşqçiyə heç bir aidiyyatı, narahatlığı yoxdur. Əslində isə 
belə  məşqçilər də  həyəcan və narahatlıq keçirirlər, lakin onlarda özünü 
aparmaq və  ələ almaq bacarığı güclü olduğundan narahatlığı büruzə 
vermirlər. Belə diqqət növünün üstün cəhətlərindən biri də bu tip insanların 
öz emosiyalarını yaxşı idarə edə bilmələridir. Onlar kənardan baxanda çox 
soyuqqanlı görünürlər. Lakin belə deyil. Onlarda öz hisslərini ələ almaq bir 
vərdişdir. Məşqçilər hər diqqət növünün mənfi və müsbət cəhətlərini 
aydınlaşdırıb nəticə çıxarmalı, öz müsbət cəhətlərini daha da artırmalıdırlar. 
Sxemdə ikinci diqqət növünə diqqətin genişliyi cəhətdən nəzər salsaq, 
görərik ki, idmanda nəticənin və  qələbənin  əldə edilməsində bunun çox 
böyük rolu vardır. Həddindən artıq geniş diqqət də idmançıya o qədər də 
kömək etmir. Belə ki, çox geniş diqqət sahəsinə malik idmançı həddindən 
artıq informasiya qəbul edir ki, nəticədə, bu informasiyanın təhlilinə çox 
vaxt itirilir. Informasiyanın çoxluğu idmançının, necə deyərlər, başını 
itirməsinə  və  səhv qərar çıxarmasına səbəb olur. Halbuki, bu 
informasiyanın içində bir və yaxud iki vacib məqam var ki, diqqət  əsas 
etibarilə ona toplanmalıdır. Lakin informasiya çoxluğu fikrin bu əsas 
məqamlara yönəldilməsinə maneçilik törədir. Beləliklə, həddindən artıq 
geniş diqqətə malik olan idmançı ilə  həddindən artıq daxili diqqətə malik 
olan idmançıların bu diqqətləri onlara xeyirli deyildir. 
Birincilər informasiyanın çoxluğundan qərar çıxartmaqda gecikirlər. 
Ikincilər isə sürətlə  qərar çıxarır, lakin onu gələcəkdə  həyata keçirməyə 
dəqiq planları olmur. Aşağıdakı 2 №-li cədvəl sizə yarış şəraitində və idman 
məşqlərində hansı diqqət növünün tələb olunduğunu göstərir. 
 
                                 
 
 

 53
Cədvəl № 2 
 
   Diqqətin idmanın müəyyən vəziyətlərində toplamaq formaları 

 
     İdmanın növü 
DİQQƏTİN NÖVÜ 
 Geniş 
xarici
Dar  
daxili
Dar 
xarici
Geniş 
Daxili
BASKETBOL 
Sərbəst atma 
 
 

 
Cəld keçid 
+
Açiq oyunçuya ötürmək + 
 
 
 
Topu almaq 

 
 
 
YÜNGÜL ATLİTİKA 
Şestlə tullanma 
 


 
Uzununa tullanma 
 


 
Hündürüyə tullanma 
+
+
Yadro atmaq 
 

 
 
Disk atmaq 
 

 
 
Nizə atmaq 
+
+
Üç məkana tullanmaq 
 


 
Qısa məsafəyə qaçış  
 

 
Orta məsafəyə qaçış  


 
Uzaq məsafəyə qaçış  


 
GİMNASTİKA 
Proqramın qurulması  
 
 

Həyatə keçirmək  


 
ÜZQÜÇÜLÜK 
Qisa məsafəyə üzmək  
 

 
Orta məsafəyə üzmək  


 
Uzaq məsafəyə üzmək  


 
MƏŞQÇİNİN İDMAN OYUNLARINDA ROLU 
Oyunun planını hazırlamaq  
 
 

Oyunçuların ğüclü və zəif  
Cəhətlərinin analizi 
+   

İdmançıların müvəffəqiyətli və 
Müvəffəqiyyətsiz oyunlarında 
Qöstərdikləri reaksiyanı hiss 
Etmək bacarığı 
  


TENNİS 
Strategiyanı hazırlamaq  
 
 

Zərbəni vurmaq 
 
 

 
YARIŞ VƏZİYYƏTİNDƏ XARAKTERİK VƏZİYYƏTLƏR 
Oyunun strategiyasının hazırlamaq  
 
 

Öz hərəkətlərinin analizi 
 
 
 

Final mübarizəsi  


 
Rəqibin hərəkət 
analizi 
+     
Psixologiya və özünü hazırlamaq  

 
 
Məşqçinin ğöstərişinin qəbulu  
 

 
Tezə fəndlərin həyata  
Keçirilməsi 
 + 

 
Qorxunun azaldılması + 
 

 
                                   

 54
 
Bu cədvəl idmançının məşqdə və yarışda diqqətini toplamaq formasını 
göstərmək üçün tərtib edilmişdir. Belə ki, burada göstərilən diqqət formaları 
yarışın vəziyyətindən asılı olaraq elastik şəkildə bir diqqət növündən digər 
diqqət növünə keçə bilər. Bu keçid idmançının ustalığına müvafiq surətdə 
baş verir. 
Yuxarıda deyilənlərdən belə  nəticəyə  gəlirik ki, diqqət idman 
müvəffəqiyyətinin əsas təməlindən biridir. Belə ki, idmançı diqqətlə oyunu 
və mübarizəni idarə etmək bacarığını gündəlik məşqində qazanır. Yarış isə 
məşqlərdə qazanılmış bacarığın imtahanı sayılır, yəni yarışda biz bu 
bacarığı qazanmırıq, lakin nəyə qadir olduğumuzu bilirik. Deməli, nə qədər 
böyük diqqətlə  və cavabdehliklə  məşq etməyimizin vacib olduğunu başa 
düşməliyik. Yarışda yüksək nəticə qazanmaq üçün idmançıdan məşqdə 3 
əsas göstərici tələb olunur. Bunlar aşağıdakılardır: 
 
1. Məşqə davamiyyət 
2. Yüksək əxlaq (məşq qayda-qanunu) 
3. Məşqdə bütün qüvvə və bacarığı sərf etmək 
Indi isə  gəlin Sizinlə birlikdə ölkə zallarının birində keçilən məşqin 
səviyyəsini analiz edək. Usta idmançıların Pekin Olimpiadasına lisenziya 
almaları  məqsədilə keçirilən hazırlıq məşqinin bir epizoduna fikir verək. 
Məşq başlayanda idmançıların hər biri öz zövqünə uyğun musiqisi olan əl 
telefonunu zaldakı stolun üstünə qoyur ki, məşq vaxtı ona gələn zəngləri 
eşitsin və cavab versin. Təxminən, 15-20 telefon məşqçinin telefonları ilə 
bir yerdə stolun üstünə qoyulur. Məşq başlayır. Nəzərə alsaq ki, hər 10-15 
dəqiqədən bir telefonlara zəng gəlir, onda 2 saat müddətində idman zalı 
həm konservatoriyaya, həm də danışıq zalına çevrilir. Indi deyin, belə 
hazırlıq məşqində hansı diqqətdən, hansı intizamdan və hansı bütün qüvvəni 
məşqə sərf etməkdən söhbət gedə bilər? İdmançı belə məşqdə yorulmaqdan 
başqa heç nə əldə edə bilməz. Təəssüflər  
 
 

 55
olsun ki, bu gün böyük idmanımızda belə acınacaqlı hallara çox rast 
gəlinir. 
Qeyd etdiyimiz kimi, yarış öyrənilmiş  və qazanılmış bacarıqların, 
biliyin imtahanıdır. Bu baxımdan yuxarıda keçirilən məşqdə heç bir şey 
öyrənilib artırılmırsa, deməli, bu idmançılar imtahandan psixoloji, texniki, 
taktiki və fiziki göstəricilər üzrə yüksək qiymət ala bilməyəcəklər. Çünki bu 
bacarıqlar yüksək səviyyədə və cəm halında yüksək nəticə verə bilər. 
Yuxarıda göstərilən misalda məşqçilər məşqə adi bir sağlamlıq 
mərkəzində keçirilən təlim kimi baxırlar. Hətta hazırlıq vaxtı bu hərəkətləri 
edəndə sanki idmançıda ağıl və dərrakənin olmasına da ehtiyac görmürlər. 
Yəni məşqçi deyir, göstərir, idmançılar görüb təkrar edirlər və bu təkrarda 
kim çox yorulursa, deməli, yaxşı məşq edir, qayda-qanunu gözləyir. 
Qeyd etmək lazımdır ki, yarışda diqqətin tətbiqi və yönəlməsi psixoloji 
faktorlardan çox asılıdır. Həyəcan və emosional oyanma halları istənilən 
yarışın  əsas situasiyalarıdır ki, bu hal da idmançının psixoloji durumuna 
təsir göstərir. Belə bir gərgin şəraitdə idmançılarda diqqətin itirilməməsinin 
təmin olunması məşqçilər üçün çox böyük önəm daşımalıdır. 
 
 
 

 56
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin