Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
1   2   3   4   5   6   7   8   9   10   ...   13

   
 
Əgər arzu varsa, insan insandır 
 
Gənc idmançıların çempion olmaq arzusu ilə məşq etmələri yuxarıdakı 
misralarda deyildiyi kimi, onların insani hissini, birinci olmaq hissini 
yaradır. Bu baxımdan Prezidentimizin diqqəti sayəsində ölkənin 
regionlarında böyük olimpiya komplekslərinin açılması gənc nəslin sağlam 
ruhda və əqidədə, eyni zamanda sağlam bədəndə böyüyüb formalaşmalarına 
geniş imkanlar açır. Bunun bəhrəsini gələcək nəsillər də görüb fəxr 
edəcəklər. 
Indi isə bu gün milli komandalarımızın yarışlarda çıxışlarına baxaq. 
17-23 sentyabr 2007-ci il tarixdə Heydər  Əliyev adına  İdman-Konsert 
Sarayında Yunan-Roma və sərbəst güləş üzrə keçirilən dünya birinciliyində 
idmançılarımızdan biri ilk görüşündə çox gözəl güləşərək, rəqib üzərində 
böyük qələbəsi ilə tamaşaçılarda çempion olacağına ümid doğurdu. Lakin 
onun ikinci görüşü tamam fərqli olaraq tamaşaçılarda “Bu heç güləş bilmir, 
nədir?” hissini oyatdı. Belə ki, o, görüşə çağırılanda uzaqdan qozbel bir 
görünüş almışdı, ağır addımlarla yerişi isə 80 yaşında qoca kişini 
xatırladırdı. 
Xalça üzərinə  çıxanda bu idmançının mimikasında qalib gəlməyə, 
kimliyini və bacarığını göstərməyə cəhd əsla hiss  
 
 

 83
olunmurdu, o, sözün əsl mənasında, boynu vurulmağa gətirilmiş 
günahkar mimikasında idi. Bu da onun tək-tək  əzələlərinin deyil, bütün 
bədən  əzələlərinin gərginliyini göstərən bir əlamət idi. Belə  çıxırdı ki, 
dincəlmə zalında  idmançı ilə heç bir psixoloji hazırlıq aparılmamışdı. O, 
zalda ancaq bədənini qızdırıb çağırışın vaxtını gözləyirmiş. Məşqçi 
uzaqbaşı ona yarı yalvarış, yarı əmrlə “Sən udmalısan” deyə bilərdi. Lakin 
necə udma, nəyin hesabına udma barədə, təəssüf ki, nə  məşqçi, nə  də 
idmançı fikirləşməmişdi. Elə buna görə  də o, görüşdə  rəqibin fənd 
işlətmədiyi bir halda, yəni yüngül itələnməklə müvazinətindən çıxaraq 
yıxılması nəticəsində xal itirdi. 
Bu, idmançılarımızın psixoloji gərginlik vəziyyətində olduğunu 
göstərən  əyani bir sübut idi. O, bütün görüş boyu rəqibin qollarını  yığıb 
vaxtı keçirməklə yarışı başa vurdu. İdmançı itirilmiş xalı qaytarmağa  əsla 
cəhd göstərməyərək stress vəziyyətində özü də fərqində olmadığı hərəkətlər 
edirdi. Bu da onun yüksək daxili həyəcan və emosional sarsıntı keçirdiyini 
təsdiqləyirdi. Məşqçinin çılğın davranışı da anlaşılmaz idi. Onun çığır-
bağırla yarışa müdaxilə etməsi hakimi bərk qıcıqlandırdı və bu hərəkətlərə 
görə idmançımız cərimələndi, rəqib güləşçiyə xal verildi. Digər tərəfdən, 
məşqçinin belə demonstrativ qışqırığı idmançının psixoloji gərginliyini 
daha da artırdı. Məşqçi idmançını sakitləşdirmək  əvəzinə, idmançı öz 
məşqçisini sakit olmağa, yarışa maneçilik törətməməyə çağırırdı ki, bunun 
da qıraqdan nə qədər qəribə göründüyünü təsəvvür etmək çətin deyil. Sanki 
uşaq yaşlı atasına öyüd-nəsihət verirdi. Məşqçinin çılğınlığı  tələbəsinin 
uduzmasının səbəbinin özündə  və  zəif hazırlıqda yox, hakimdə olduğunu 
göstərmək məqsədi güdürdü. Halbuki, yarış ölkəmizdə keçirildiyi üçün 
hakimlər bizim komandamızın çıxışlarına çox obyektiv və diqqətli 
yanaşırdılar. Bu halda hakimin hansı diqqətsizliyindən və qeyri-
obyektivliyindən söhbət gedə bilərdi ki, məşqçi bunu sübut etməyə 
çalışaraq qışqırıq salırdı? Yarış başqa ölkədə keçirilsəydi, bəlkə  də, buna 
inanmaq olardı. Bir də yarışın  
 
 

 84
videosu çəkilirdi ki, bu halda da qeyri-obyektivlikdən söhbət gedə 
bilməzdi. Bir sözlə, məşqçinin hərəkəti idmançının psixologiyasını alt-üst 
etdi. 
Güləşçi, bəlkə də, mübarizənin sonuna yaxın özündə güc tapıb nə isə 
edə, qələbəyə nail ola bilərdi. Ancaq məşqçinin özünü emosional aparması 
buna heç bir ümid yeri qoymadı. Bununla da idmançı həm uduzdu, həm də 
psixoloji cəhətdən sındı. Halbuki, güləşçinin az da olsa psixoloji hazırlığı 
olsaydı, görüşü yüksək səviyyədə keçirərək qalib gələ bilərdi. Güləşçinin 
rəqibi o qədər də güclü deyildi. İdmançımızda uduzmaqdan qorxmaq hissi 
güclü idi, bu da öz işini gördü. Uduzmaqdan qorxmaq artıq uduzmaq 
deməkdir. Mən öz idman təcrübəmdən deyə bilərəm ki, çətin mübarizədən 
sonra qəlbimdən uduzmaq qorxusu hissini çıxarmağa nail oldum. Yalnız 
bundan sonra böyük və stabil qələbələr məni izlədi. 
Heç yadımdan çıxmaz. Ordu idman klubunda keçirilən ölkə 
birinciliyində çəkim 59 kq olsa da, 63 kq çəki dərəcəsində iştirak edirdim. 
Xatırlayıram,  ən çox iştirakçı bu çəki dərəcəsində idi. Görüşlərdə çox 
sərbəst və inamla qalib gələrək irəliləyirdim. Keçirdiyim hisslər indiyə 
qədər yadımdadır. Görüşə çağırılanda elə hiss edirdim ki, məni udmağa 
çağırırlar. Belə  də olurdu. Hətta məğlub etdiyim növbəti rəqiblə görüşdən 
sonra komanda yoldaşlarımdan biri mənə yaxınlaşıb həyəcanla dedi: 
— Indi sənin qalib gəldiyin idmançı keçən ayda keçirilmiş SSRI 
birinciliyində çempion olub. Sən ona necə qalib gəldin? 
Mən zarafata salaraq belə cavab verdim: 
— Orada kiməsə qalib gəlib çempion olub, hünəri vardısa mənə qalib 
gələrdi... 
O vaxtlar səbəbi bilinmədən, sanki öz-özünə başa gələn qələbələrin 
səbəbini bu gün anlayırıq. Bu səbəb özünə  və qüvvənə inam kimi güclü 
psixoloji yüksəklik idi. Ən böyük səbəb kimi isə uduzmaqdan qorxmamaq 
hissini və nəyə qadir olduğunu sübut etmək arzusunu göstərə bilərəm. Onu 
deyim  
 
 

 85
ki, mən rəqiblərimin harada çempion olduqları  və idman titulları ilə 
heç vaxt maraqlanmamışam. Bu hal idmançıda pis cəhət sayılan rəqibləri 
seçmək vərdişinə  gətirib çıxarır ki, bunun da nəticəsində idmançıda 
psixoloji sarsıntılar baş verir, o, stabil qələbələrini qazana bilmir. 
Mənim taktiki stilim belə idi ki, heç vaxt öz çəkimdə olanların güləşini 
izləməzdim. Kimin necə güləşdiyini və ona qarşı necə güləşməyi 
düşünməzdim. Mənim güləşim hamıya qarşı eyni idi. Mən hamıya öz 
güləşimi diktə edirdim və hamını  məcbur edirdim ki, mənim stilimdə 
güləşsin. Buna görə də mən onlardan üstün olurdum. 
Taktiki güləş stilim isə hücum idi. Düzgün qurulmuş hücum idmançını 
daim qələbəyə aparır. Atalar sözü ilə desək, niyyətin hara, mənzilin də ora. 
Bir də böyük idmançıların dediyi kimi, “Ən yaxşı müdafiə hücumdur” 
devizi güləşimdə öz işini görürdü. 
İdmançılar da, məşqçilər də özünü və gördüyü işi təhlil etmədikdə eyni 
səhvi və çatışmazlıqları daim təkrarlayırlar. 
Indi ötən il Bakıda çox yüksək səviyyədə keçirilən dünya birinciliyinin 
görüşlərinin təhlil edilməsi, hər bir idmançıya və ümumi komandaya məşq 
planı tutulması dövrüdür. Bildiyimə görə, təhlil və araşdırmalar aparılmır. 
Düzdür, indi hər federasiyanın böyük yarışlara video çəkiliş qrupu 
göndərmələri dəb halını alıb. Lakin bu, reklam xarakterli bir işdir.  Əgər 
məşqçi idmançının və bütövlükdə komandanın çatışmayan cəhətlərini yarış 
vaxtı cib kitabçasına qeyd edib öz planını qurmursa, deməli, o, videolentə 
yalnız bir film kimi baxacaq. Video çəkiliş idmançı üçündür ki, o, 
hərəkətlərini, mübarizəsini qıraqdan görsün, izləsin və özü də  nəticə 
çıxartsın. 
Milli voleybol komandamızın son dünya birinciliyində  çıxışlarının 
videolentinə baxanda və  nəticələri izləyəndə komandanın psixoloji 
durumunun çox zəif olduğunu dərhal duyursan. Gəlin, birlikdə təhlil edək. 
Hesab 2:0 rəqibin xeyrinə olduqdan sonra milli komandamız növbəti setdə 
qalib gəldi. Hesab 2:1  
 
 

 86
oldu. Lakin 4-cü setdə qalib gəlmək üçün psixoloji hazırlıq lazım idi. 
Psixoloji hazırlığın zəif olması  qızlarımızın 4-cü setdə  məğlubiyyətinə 
gətirib çıxartdı. Düzdür, burada fiziki, texniki və taktiki hazırlıq da öz işini 
gördü. Lakin bu, az faiz təşkil edirdi (~20%). Təhlil etdiyimiz nümunədə 
məğlubiyyət ~80% psixoloji hazırlığın aşağı  səviyyədə olması  səbəbindən 
baş vermişdi. 
Özü idmançı taleyi yaşamış, idmançı hisslərinə malik olan milli idman 
psixoloqlarımız yoxdur. Milli ona görə deyirəm ki, ancaq öz 
psixoloqlarımız bizim milli mentalitetimizi hiss edə  və duya bilərlər. Biz 
güləş və digər idman növləri üzrə başqa ölkələrdən məşqçi dəvət edə bilərik 
ki, onlar bizə  həmin idman növlərinin texniki, taktiki və fiziki hazırlıq 
tərəflərini öyrətsinlər. Lakin mən psixoloji hazırlığın  əcnəbi mütəxəssislər 
tərəfindən öyrədilməsinin yüksək effektinə bir o qədər də inanmıram. Bu işi 
biz özümüz görməliyik. Psixologiya haqqında danışdıqda və komandamızın 
psixologiyasının aşağı səviyyədə olmasından söhbət açdıqda ortaya belə bir 
sual çıxır: Necə olur ki, eyni komandada olan hansısa bir idmançı özünün 
yüksək psixoloji hazırlıq bacarığını nümayiş etdirə bilir? 
Məsələ ondadır ki, bir nəfərin psixoloji cəhətdən özünü görüşə 
hazırlaya bilməsi hələ bütün komandanın hazırlığı demək deyil. Belə 
idmançı olan Fərid Mansurov özünün hərtərəfli surətdə hamıdan bir baş 
yüksək olduğunu Sidney Olimpiadasında da, ölkəmizdə keçirilən dünya 
birinciliyində  də sübut etdi. Buna səbəb nə idi? Fərid Mansurov öz 
intellektual səviyyəsi ilə komanda yoldaşlarından çox fərqlənən bir 
idmançıdır. O, orta məktəbi əla qiymətlərlə oxuyan, yüksək ailə tərbiyəsinə 
və əxlaqına malik olan bir gəncdir. O, məhz bu səbəblərə görə məktəbdəki 
kimi, məşqlərdə  də birinci olmaq və  hər bir tapşırığı yüksək səviyyədə 
yerinə yetirmək bacarığını qazanıb. Bu hiss onun məşqlərinə daha 
məsuliyyətlə, daha əzmlə yanaşmasına gətirib çıxarıb.  Əgər biz onun 
tərcümeyi-halını və məşq xronometriyasını komandanın hər hansı  
 
 

 87
bir üzvünün oxşar parametrləri ilə müqayisə etsək, çox böyük bir 
fərqin olduğunu görərik. Biz məşqlərdə  və  dərslərdə  gələcək 
idmançılarımıza təlqin etməliyik ki, onlar da Fərid Mansurovun yolu ilə 
getsinlər. Fərid Mansurov elə idmançılardandır ki, özü-özünün güləşini 
tapıb, intellekti hesabına öz psixologiyasını — qələbə psixologiyasını 
yaradıb. 
 
 
 

 88
   
 
 
 
V FƏSIL 
   
 
 
 
   
İdmanda hipnozun və musiqinin tətbiqi 
 
 
      Psixoloji 
cəhətdən hazırlıqlı 
   
 
 
 
 
 
idmançını udmaq olar, ancaq 
   
 
 
 
 
 
məğlub etmək olmaz. 
 
“Hipnoz” yunan sözü olub “süni yuxu” deməkdir. Hələ  qədim 
zamanlardan hipnozdan insanları müəyyən xəstəliklərdən sağaltmaq üçün 
istifadə edilmişdir. Belə hipnozçulardan 1734-1815-ci illərdə yaşamış 
Anton Frans Mesmer hipnozun maqnetizm hadisəsi olduğu barədə fikir 
söyləmişdir. Mesmerin dediyinə görə, onun əli dəyən suyu içən  şəfa 
taparmış. Sonradan elə olmuşdur ki, bəzən xəstələr Mesmerin adını 
çəkməklə və ya onun gəzdiyi yerlərə getməklə şəfa tapırlarmış [8]. 
Mesmer özü də bu işə məəttəl qalmışdır. Lakin bunun insan sidqinin, 
inamının təsiri olduğunu açıb deyə bilmirdi, çünki şöhrəti itə bilərdi. Bütün 
təbii hadisələri izlədikdə, tarixi və bir çox dahilərin fikirlərini oxuduqda, öz 
həyatı müşahidələrimizə diqqət yetirdikdə görürük ki, doğrudan da, insanda 
inam yaradan, ona şəfa verən, mənəvi təsir göstərən təbii bir qüvvə 
mövcuddur. 
Bu hal insanın özünə inamıdır. Inam insan psixologiyasına müsbət 
təsir göstərərək həyata keçirəcəyi hər hansı bir işdə ona müvəffəqiyyət 
qazandırır. Ona görə  də bu halın insanda hər hansı  fəaliyyətindən asılı 
olmayaraq yaradılması ona həyatda böyük uğurlar verə bilər. Fikrimcə, 
onun idman sahəsində tətbiqi çox vacibdir. Bu halda müəlliminin dediyi söz 
və fikirlər idmançı  tərəfindən hipnozda olduğu kimi şəksiz qəbul və icra 
edilir. Inam nəzəri baxımdan müəllim-tələbə  
 
 

 89
münasibətlərinin ən ali, ideal səviyyəsidir. 
İdmançının öz mübarizəsində  qələbəsinə inamı  həmin mübarizədə 
qələbəsinin birinci səbəbidir. Bu yanaşmada görünür ki, idmançının öz 
məşqçisinə inamı  və ona arxalanması necə vacibdir. Yəni bu halda artıq 
idmançı öz məşqçisinə müqəddəs bir varlıq kimi baxır. Iki nəfər arasında 
müqəddəs münasibətlər formalaşır. Bu halda qələbələr qaçılmazdır. Bu halı 
hipnoz adlandıraq. 
Digər bir hal da var ki, bu zaman hipnozçu pasientinin iradəsini tam 
zəiflədir, onu passivləşdirir və beynini hər hansı bir informasiyanın qəbul 
edilməsi üçün tabe edir. Məsələn, pasientə deyilir ki, o, qolunu dirsəkdən 
qatlaya bilmir və ya o öz adını yaddan çıxarıb. Bundan sonra pasient, 
doğrudan da, nə qədər çalışsa da, qolunu qatlaya, nə qədər fikirləşsə də öz 
adını yada sala bilmir. Bu halda forma etibarı ilə müşahidə etdiyimiz 
hadisədə iki tərəf olur: Hipnozçu və pasient. 
Hipnozun köməyi ilə müxtəlif xəstəliklər müalicə oluna bilir. Məsələn, 
dəri xəstəlikləri, qanda şəkərin normallaşması, dərs proqramını yadda 
saxlamaq və sairə. 
İdmanda hipnozun tətbiqi dörd əsas fazaya bölünür 
1. Hipotik vəziyyətin induksiyası (insanda, adətən, sözlə, baxışla təlqin 
nəticəsində əmələ gələn yarımyuxululuq halı). 
2. Birbaşa hipnotik təsir (bu zaman hipnozçunun məqsədyönlü təsiri 
hiss olunur). 
3. İdmançının ayılmağı (ən qısa faza). 
4. Hipnozsonu vəziyyət (maraqlısı odur ki, bu fazada çox vaxt idmançı 
ikinci fazada ona təlqin edilmiş proqramın bəzi anlarını reallaşdırmaqda 
davam edir). 
Hipnoz vəziyyətinə salınma, hipnotik təsir etmə prosedurunun 
müxtəlifliyi ilə bərabər, mahiyyəti standartdır. Əsası söz ilə təsir etməkdir. 
Hipnozçu idmançının fikrini elə bir şeyə yönəldir ki, o özünü sakit və 
taqətsiz hiss etsin. Sonra hipnozçu təlqin edir ki, idmançı çox yorulub və 
onun gözləri daha baxa  
 
 

 90
bilmir.  İdmançı, doğrudan da, özünü çox yorğun hiss edir. Sonra 
hipnozçu əmr edir ki, o, gözlərini yumub yatsın. Bundan sonra hipnozçunun 
məqsədyönlü təsiri başlanır. 
Hipnoza salınmağın mətni: 
“Indi mən tstəyirəm ki, siz bu kresloda rahat oturarsız... Əllərinizi və 
ayaqlarınızı  sərbəst uzadın...  Əlləriniz tam sərbəst halda dizinizin üstündə 
və ya kreslonun qol yerində uzadılmalıdır. Ayaqlarınız yerə tam 
qoyulmalıdır və sərbəst olmalıdır... 
Indi isə fikrinizi mənim sözlərimdə tam cəmləşdirin və yavaş-yavaş 
hipnoz halına daxil olmağınızı özünüzdə hiss edin... 
Özünüzü rahat vəziyyətə salıb  əzələlərinizi boşaldın... Çox yaxşı, 
gözlərinizi yumun... Indi isə  dərindən nəfəs alın... dərindən... və yavaş-
yavaş... Indi isə  dərin... və yavaş  nəfəsinizi verin... Nəfəsinizi verəndən 
sonra hiss edəcəksiniz ki, sizin bədəniniz tam zəifləyib... Diqqət yetirin ki, 
nəfəs verərkən sizin əlləriniz, ayaqlarınız, boynunuz, çiyinləriniz və 
nəhayət, üzünüzün əzələləri yavaş-yavaş zəifləyir və boşalır. ...Çox yaxşı... 
Indi tələsmədən və gözlərinizi açmadan sağ  əlinizi çiyin səviyyəsində 
qabağa uzadın... Ovucun içi yuxarı... çox yaxşı... Indi mən sizdən xahiş 
edirəm: Təsəvvür edin ki, sizin ovucunuzun içində  ağır  şar var... 
barmağınızı bir az yumun və özünüzü hiss etməyə  məcbur edin ki, siz, 
doğrudan da, şar tutmusunuz. Uzadılmış qolun ovucunda şarı saxlamağı 
davam edin və siz hiss edəcəksiniz ki, şar yavaş-yavaş  ağırlaşır. Nəhayət, 
siz hiss edəcəksiniz ki, əliniz daha şarı saxlamaq iqtidarında deyil və onun 
ağırlığı altında qolunuz yavaş-yavaş aşağı düşür. Bu anda siz tam zəifləyib, 
dərin yuxuya dalırsız... 
Indi mənim nə deyəcəyimə diqqətlə qulaq asın... Şarı əlinizdə saxlayın 
və  bədəninizin bütün əzələlərini boşaldın... Sol əlinizin  əzələlərini və 
barmaqlarını boşaldın. Ayaqlarınızın, dizinizin, ombanızın  əzələlərini 
boşaldın... Dərindən və astadan  
 
 

 91
nəfəs almağa davam edin, siz hiss edəcəksiniz ki, hər dəfə  nəfəs 
verərkən  şar daha da ağırlaşır. Sadəcə, bədəninizi boşaldın və heç bir şey 
haqqında fikirləşməyin. Siz hiss edirsiniz ki, əliniz daha da ağırlaşır. 
Sizin sağ əliniz ağırlaşıb və yorulub. 
Nə  qədər çalışırsız ki, şarı saxlayasız, o, bir o qədər ağırlaşır. Yaxşı 
olardı ki, siz özünüzü tam və boş saxlayasız... Sizin əliniz kreslonun 
dəstəyinə dəyən kimi bədəninizin tam boşalmağını hiss edə bilərsiniz. Sizin 
əliniz çox ağırdır və yorğundur. O, ağır şarı saxladığı üçün yorulub... Yaxşı 
olardı ki, əliniz kreslonun dəstəyinə qoyulsun və nəhayət, dərin yuxuya qərq 
olasınız...(10 saniyəlik pauza) 
Siz yaxşı çalışmısınız və sizə dincəlmək vaxtı çatıb... Öz hissiyyatınıza 
müqavimət göstərməyin ...və siz tam fiziki və psixoloji azadlıqdan həzz 
alacaqsınız... Siz yaxşı çalışmalısınız və indi mənəvi rahatlıq ilə dincələ 
bilərsiniz...  Əlinizdə daha şar yoxdur... Əliniz boşdur və siz dərin yuxuya 
qərq olursunuz... dərin yuxuya... 
Mənim sözlərimə diqqətlə qulaq asın... Mən sizə kömək edirəm, tam 
sərbəstləşib, dərin yuxuya keçəsiniz. 
Yadda saxlayın ki, siz nə  qədər dərin yuxuda olsanız da, məni 
eşidəcəksiniz və  dərk edəcəksiniz... Indi mən beşə  qədər sayacağam... hər 
sayda sizin yuxunuz daha da dərinləşəcək... “Bir”... nəfəsinizi dərin... tam 
boşalmaq..... “Iki” ....yuxu daha da dərin... yuxu daha dərin... dərin..... “Üç” 
... aşağı ...aşağı ...aşağı ...dərin ...dərin ...dərin ...dərin... yuxu... “Dörd” 
...tam boşalmaq və çox dərin yuxu... “Beş” ...çox dərin yuxu...... 
Siz dərin yuxuda olsanız da, mənim səsimi aydın eşidirsiniz. Siz bəzi 
hərəkətlər edə bilərsiniz, hətta söhbət edə bilərsiniz, ayılmadan. 
Indi mən Sizə sübut etmək istəyirəm ki, sizin fikrinizlə hərəkətləriniz 
çox yaxın məsafədədir. Mənim dediklərimə riayət edin... 
 
 

 92
Əllərinizi çiyin bərabərində uzadın... Ovuclarınızı üz-üzə tutun, 
təxminən, 15 sm məsafəsində... Çox yaxşı... 
Indi təsəvvür edin ki, əlləriniz maqnitdir və bir-birindən uzaqlaşır... Bu 
hissiyyat daha da artır. Əlləriniz bir-birindən daha da çox uzaqlaşır. Siz nə 
qədər çalışsanız da, əllərinizi saxlaya bilmirsiniz. (10 saniyəlik pauza). 
Çox yaxşı... Indi tamamilə boşalın... boşalın... Sizin əlləriniz daha 
maqnit deyil... Əllərinizi əvvəlki vəziyyətə qaytarın və özünüzdə təyin edin 
ki,  əlləriniz bir-birindən nə  qədər aralıdır...  Əllərinizi aşağı salın və tam 
boşalın... 
Bir dəqiqədən sonra mən sizi ayıldacağam. Mən bunu edəndən sonra 
siz başa düşəcəksiniz ki, özünüzü çox rahat və  sərbəst hiss edirsiniz... 
Prosedur vaxtı öz halınızı yada salın və bu sizə tam komfort əhval verəcək, 
sakitlik və gələcəyə optimizmlə atılmaq... 
Sizi oyatmaq üçün mən “ondan” “birə” qədər sayacağam... Mən öz 
sayımda “beşə” çatanda siz oyanacaqsınız... Mən “üç” deyəndə siz əllərinizi 
və ayaqlarınızı uzadacaqsınız... “Iki” sayında gözlərinizi açacaqsınız.... 
“bir” sayını  eşidəndə hiss edəcəksiniz ki, tam oyanmısınız... Tam 
oyanandan sonra razılıq hissi ilə başa düşəcəksiniz ki, hipnoz 
prosedurundan böyük həzz almısınız... 
Beləliklə, başlayıram saymağa... “on, doqquz, səkkiz” ...siz hiss 
edirsiniz ki, yavaş-yavaş oyanırsınız... “yeddi” ...oyanmağınız yaxınlaşır... 
“altı” ...”beş” ...Siz ayrılırsınız... “dörd” ...Siz daha da ayrılırsınız... “üç” 
...əllərinizi və ayaqlarınızı uzadın ...”iki” ...gözlərinizi açın ...gözlərinizi 
açın... “bir” ...siz tamamilə ayılmısınız! Sizin gözləriniz açılıb, siz rahatlıq 
hissi ilə öz iş gününüzü davam edə bilərsiniz”. 
Burada verilən hipnotik təsir mümkün olan balaca bir nümunədir. 
Əslində, hipnotik təsirdən daha effektiv istifadə etmək olar. 
 
 

 93
Hipnozun sona çatan məqamı ilə hipnozdan ayılmaq məqamının arası 
ən  əhəmiyyətli andır, çünki idmançı hipnozun təsiri altında olan halda 
hipnozçu onun psixikasına və gələcək fəaliyyətinə daha çox təsir edə bilər, 
xüsusilə  məsuliyyətli yarışlarda. Verilən hipnotik prosedur bir sxemdir və 
onu hər bir məqamda hər bir idmançıya məsləhət görmək olmaz. O, bir 
idmançıya kömək edə bilər, qeyrisinə isə heç bir köməyi dəyməz. 
Hər bir hipnotik seans fərdi, dəqiq və elmi əsaslandırılmış olmalıdır. 
 
Hipnozdan sonrakı təlqin etmək 
 
Təlqin edilmiş formulalardan çoxu idmançıya hipnozdan ayılandan 
sonra da öz təsirini göstərə bilər. Bu hipnoz vaxtı təlqin edilmiş proqramın 
hipnozdan sonra reallaşma effektidir. Belə bir təlqin etmə  əsasən yüksək 
dərəcəli idmançılarla işləyəndə geniş istifadə edilir. Bu cür təlqin konkret 
psixi proqrama yönəlir. Konkret psixi proqramlaşdırma isə yarışın müəyyən 
məqamına yönəlir ki, idmançıya yarışın əsas məqamında təsir etsin. Bu təsir 
idmançının sərbəst hərəkətlərini idarə etmək üçün bacarığını  və diqqətini 
artırmış olur. 
Məsələn, suya tullanan idmançıya hipnoz təlqini zamanı “Yarış 
keçirilən vaxtı siz özünüzü çox sərbəst və arxayın hiss edəcəksiniz” demək 
fayda verər. Sizin bütün fikriniz və diqqətiniz özünüzü yaxşı hiss etməyə, 
tullanmaq bacarığı yüksək olmağa, tramplindən dəqiq qalxmağa və havada 
öz bədəninizin hərəkətlərini düzgün idarə etməyə  cəmləşəcək. Yarışın 
nəticəsi, tamaşaçıların iştirakı sizə heç bir maneçilik törətməyəcək. Siz öz 
tullanmağınızdan həzz alacaqsınız. 
Yadda saxlamaq lazımdır ki, hipnozdan sonrakı  təlqin hər konkret 
yarışda dəyişir. Burada idmançının fərdi xüsusiyyətləri də  nəzərə alınır. 
Beləliklə, hipnozdan sonrakı təlqindən  
 
 

 94
idmançının texniki bacarığını  təkmilləşdirmək üçün istifadə etmək 
mümkündür. 
Ikinci  əsas amil ondan ibarətdir ki, hipnoz seansından sonrakı  təlqin 
arasında müəyyən bir vaxt keçir. Təəssüf ki, bu aradakı vaxt uzunmüddətli 
olsa, idmançını hipnoz təsiri altında saxlamağın çətinlikləri yaranar. 
Çətinliklərdən biri ondan ibarətdir ki, yarış dövrü uzandıqca hipnotik təsir 
azalır və hipnozdan sonrakı  təlqin öz təsirini göstərə bilmir. Hipnotik və 
hipnozdan sonrakı  təlqin idmançıda öz gücünə inamı artırmaqla bərabər, 
onun qorxu hissini və nigarançılığını da azaldır. Bundan əlavə, hipnozçu 
kritik anlarda idmançının diqqətini aydınlaşdırmaq və proqnozlaşdırmaqla 
ona kömək edə, ağrı hissiyyatını azalda bilər. 
 
Hipnoz və böhran vəziyyətlər 
 
Böhran vəziyyətinə idmanda çox az rast gəlinir. Bununla belə, o, 
idmançının psixikasına və hərəkətlərinə güclü təsir göstərə bilər. 
Bilmək lazımdır ki, insanın psixikası kritik böhran vəziyyətinə düşən 
kimi, o, başqa təsirlərə hissiyyatlı olur. 
Adi hipnoz seansının kritik vəziyyət hipnozundan fərqi ondan ibarətdir 
ki, adi hipnoz seansında idmançı fikrini və iradəsini  şüurlu surətdə 
hipnozçunun ixtiyarına verir. Kritik vəziyyətdə isə onun fikri şüurlu 
nəzarətdən çıxır. Ona görə  də idmançı  təlqinə daha çox həssas olur, ona 
verilən məsləhətlərə daha diqqətlə qulaq asır və riayət edir. 
Beləliklə, böhran vəziyyəti idmançının psixikasını daha qavradıcı edir. 
 
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin