Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0.5 Mb.
səhifə10/22
tarix03.12.2016
ölçüsü0.5 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Beləliklə aydın olur ki, ölkədə yoxsulluğun aradan qaldırılması, rifahın yüksəldilməsi, urbanizasiya probleminin həlli əslində kənd təsərrüfatının daha gəlirli sektora çevrilməsi ilə birbaşa asılılıq təşkil edir. Lakin, sadaladığımız problemlər sadəcə dövlət dəstəyi və strateji plan əsasında həll edilə bilər. Çünki, bir çox hallarda ailəvi təsərrüfatçılıqla məşğul olan əhalinin maddi imkanları zəifdir və eyni zamanda makro parametrlərə təsir edə bilmir. Aqroparkların və korporativ fermer təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi məhz bu kimi fundamental çatışmazlıqların aradan qaldırılmasına, orta və uzunmüddətli dövr üçün sektorun böyüməsinə ciddi təsir edə bilər.



Aqrar sektorun inkişaf metodları-beynəlxalq təcrübə

Kənd təsərrüfatında real vəziyyət-aşağı gəlirlilik səviyyəsi, mövcud infrastruktur, potensial investisiyaların azlığı və s kimi amillər səbəbindən dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu sahənin inkişafında dövlət dəstəyinə və daha ünvanlı tədbirlərə ehtiyac duyulur. Sektorda hasilatın artırılması ilk növbədə bazarların genişləndirilməsi ilə mükündür. Başqa sözlə artan istiqamətdə dəyişən tələb bütün növ güzəştlərdən daha effektiv nəticə verir. Lakin, istehsal prosesinin inkişaf etdirilməsi, intensiv modelə keçid və rəqabəttutumlu məhsulun əldə edilməsi daha çox investisiya tələb edir ki, bu investisiyanın mənbəyi sektorun daxili imkanlarından dəfələrlə artıqdır.

Beynəlxalq təcrübədə aqrar sektorun inkişafına yönəldilən tədbirlərə aşağıdakıları aid etmək olar:

- vergi güzəştləri;

- subsidiyalar;

- əkin sahəsinə uyğun,

- istehsalın həcminə uyğun,

- ixracın həcminə uyğun

- aşağı faizli kreditləşdirmə;

- dövlət tərəfindən tələb yaratma;

- aqroparkların yaradılması

- idxalın məhdudlaşdırılması kimi tədbirlər aiddir.

Baxmayaraq ki, yetərli nəticələr əldə edilməsə də Azərbaycanda yuxarıda sadaladığımız istiqamətlərin hər biri üçün müəyyən addımlar atılıb. Beləki, 2001-ci il 27 noyabr tarixində “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edilib və bu qanunun tətbiqi müddəti 2001-ci ilin yanvar ayına şamil edilib. Qanun tələbi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə təsbit edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Fiziki şəxslər isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Lakin, bu qanun bəhs etdiyimiz qrupa daxil olan sahibkarları torpaq vergisindən azad etməyib. Qeyd edək ki, güzəştlər müddətlidir və hazırda ölkənin aqrar sektoru 2019-cü ilin yanvar ayının 1-dək vergi güzəştlərindən istifadə edəcəklər. Baxmayaraq ki, bir çox hallarda bu kimi güzəştlər vergi ödəyiciləri arasında diskriminasiyanı gücləndirir və vergiödəmə mədəniyyətinə mənfi təsir edir lakin, ən az gəlirli sektorlardan olan və ölkənin strateji məqsədlərinə xidmət edən aqrar sektorda bu güzəştlər vacib idi. Digər tərəfdən isə torpaq ehtiyatının istehsalata cəlb edilməsi üçün ekspertlər təklif edir ki, istifadəsi torpaq sahibləri daha sərt vergi tətbiq edilsin. Beləliklə istifadəsiz torpaqların həcmi kifayət qədər azalmış olar.

Hazırda kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-i dövlət tərəfindən ödənilir. Əkin sahəsinə uyğun subsidiyalaşdırma müxanizmini hökumət tərəfindən istifadəsiz qalan torpaqları istifadəyə cəlb edilməsinin təşviqi kimi xarakterizə edilsədə praktikada bunun əksini diqtə edir. Beləki, inkişaf etmiş aqrar sektora malik ölkələrdə subsidiya predmeti istehsal edilən məhsulun həcmidir. Bu isə məhsuldarlığın artımına, inovasiyanın tətbiqinə və sonda intensiv inkişafa səbəb olur. Bəzi ölkələrdə isə paralel olaraq məhsula və sahəyə görə subsidiyalaşma tətbiq edilir. Bu zaman məhsullar üzrə qruplaşdırma aparılır. Məsələn Polşada aqrar sektorun son 10 ildə sürətli inkişaf yolunda bu mexanizm mühüm rol oynayıb.

Kənd təsərrüfatında ixracın stimullaşdırılmasının digər yolu isə “ixrac subsidiya rejimi”-inin tətbiqidir. Bu rejimin tətbiqi sonda ixractutumlu sahələrin sürətli inkişafına və beləliklə ölkəyə valyuta axının artmasına gətirib çıxarır. Başqa sözlə hökumətlər ixracı stimullaşdırmaqla əslində həm istehsalı təşviq edir və eyni zamanda ixracın diversifikasiya istiqamətlərinə yön verir. Məsələn qonşu Türkiyənin 80-ci illərin əvvəllərindən etibarən ixracı subsidiyalaşdırma proqramını tətbiqi qısa müddət ərzində ölkədə aqrar sektorun inkişafına səbəb oldu. Hazırda Türkiyədə aqrar sektor intensiv inkişaf mərhələsindədir.

Hazırkı situasiyada isə azərbaycanlı sahibkar əkin sahəsinə uyğun alacağı subsidiyanı düşündüyü üçün keyfiyyət deyil kəmiyyət amili önə çıxır və məhsuldarlığın səviyyəsi azalır. Nəticədə isə gəlirlilik aşağı düşür. Lakin, daha yaxşı olar ki, Azərbaycanda sahəyə, məhsula və ixraca görə subsidiyalaşma mexanizmi tətbiq edilsin. Beləliklə həm təbii imkanlardan maksimum istifadə, istehsalatda texnoloji inkişaf və həmçinin ixracda diversifikasiya paralel olaraq inkişaf edəcək. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Azərbaycanın hələlikdə ÜTT (Ümumdünya Ticarət Təşkilatı) üzv olmaması sadaladığımız istiqamətdə dövlət dəstəyinin genişləndirilməsinə və sektorun inkişafna zaman qazandırmış sayılır. Nəzərə alsaq ki, qlobal konyuktur yaxın gələcəkdə Azərbaycanın bu təşkilata üzv olmasını məcburiyyətə çevirəcək demək ki, təcili olaraq aqrar sektor haqqında kompleks yanaşma ortaya qoyulmalı və rəqabətqabiliyyəli istehsal mühiti formalaşdırılmalıdır. Əks halda isə ÜTT üzvü olan Azərbaycanda yerli istehsal idxal məhsulları ilə rəqabətə davam gətirməyəcək və vəziyyət getdikcən daha acınacaqlı hal alacaq.

1   ...   6   7   8   9   10   11   12   13   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə