Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0.5 Mb.
səhifə11/22
tarix03.12.2016
ölçüsü0.5 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Kənd təsərrüfatının inkişafı həm də sərmayənin həcmindən asılıdır. Uzunmüddətli az gəlirlilik bu sektorun iştirakçılarının investisiya imkanlarını məhdudlaşdırıb. Belə olduğu təqdirdə aqrar sahəyə ucuz sərmayə axını mühüm faktorlardan sayılır. Hazırda ölkədə bu funksiya Sahibkarlığa Kömək Milli Fondu tərəfindən icra edilməkdədi. Fond vasitəsi ilə 2010-2013-cü illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə 443 milyon manat güzəştli kredit verilib. Ümumilikdə bu kreditlər 9300-dən artıq sahibkar və müəssisələri əhatə edib. Lakin, nəzərə alsaq ki, kənd təsərrüfatında sahibkarlıq fəaliyyəti son 20 ildə ölkədə təşəkkül tapıb və həmçinin məhsul istehsalın böyük bir qismi ailə təsərrüfatlarının payına düşür kapital formalaşdırmaq baxımından bu məbləğ kifayət qədər az olmaqla yanaşı bir çox hallarda ailəvi təsərrüfatlara kredit əldə etmək şansını məhdudlaşdırır. Yəni, bu imkanlardan daha çox fermer təsərrüfatları istifadə edə bilir. Əslində isə ailə təsərrüfatları üçün güzətli kreditlərin əlçatanlığının təmin edilməsi daha effektiv ola bilər. Bundan başqa bir çox hallarda kredit şərtləri çoxillik bitkilərin becərilməsi üçün səmərəli olmur. Beləki, çoxillik bitkilər üzrə gəlir əldə etmə müddəti daha uzun zaman tələb etdiyi halda kreditlərin aniuted (aylıq bərabər məbləğlərlə) şəkildə geri qaytarılması təbii ki, sahibkar üçün ciddi problemə çevrilir ki, bu da daha çox çayçılıq, üzümçülük kimi sahələrin inkişafında əsas maneə hesab edilir. Dünya təcrübəsində isə kənd təsərrüfatına yönələn kreditlər az faizli, üzünmüddətli və kreditləşmə zamanı əsas və faiz məbləğinin ödənilməsi üçün lazım olan zamanın verilməsi kimi üstünlükləri ilə seçilir. Əksər hallarda isə aqrar sektora yönəldilən kreditlərin donoru rolunda dövlət maliyyə qurumları iştirak edir.

Aqrar sektorun dəstəklənməsinin digər yollarından biri isə dövlət tərəfindən həyata keçirilən məhsul tədarükü hesab edilir. Beləki bir çox ölkələrdə məhsulun dövlət tərəfindən alınması təşkil edilir. Bu zaman il ərzində alınacaq məhsulların həcmi və minimum qiyməti elan edilir. Nəticədə istehsalçıda məhsulun satılması ilə əlaqədar narahatlıq azalır və eyni zamanda bazarın diqtəsindən irəli gələn aşağı qiymətli satışa məcbur qalma kimi təhlükələr aradan qalxır. Bu metodun mənfi tərəfi isə ondan ibarətdir ki, bəzi hallarda hökumət istehsalçıdan daha baha qiymətlərlə aldığı məhsulları daha aşağı qiymətlərlə satmağa məcbur qalır və nəticədə ciddi zərərlər ortaya çıxır. Lakin, bütün hallarda bu variant məhsul istehsalının artımına və intensiv modelin formalaşmasına müsbət təsir edir. Məsələn Azərbaycanda Dövlət Taxıl Fondu fəaliyyət göstərir ki, bu fond taxıl məhsulları üzrə dövlət ehtiyatların yaradılmasına cavabdeh qurumdur. Lakin, fond alacağı taxılın həcmi və minimum qiyməti haqqında əvvəlcədən məlumat vermədiyi üçün bir çox hallarda istehsal ilinin sonunda istehsalçılar ciddi problemlərlə üzləşir. Ya qiymət münasib olmur və ya da tədarükün həcmi istehsalın həcminə uyğun olmur. Bu kimi hallar istehsalçıları maraqlarına zidd olmaqla yanaşı istehsal prosesində də demotivasiyaya səbəb olur.

İnfrasrtruktur hər zaman kənd təsərrüfatının inkişafında mühüm faktorlardan hesab edilib. Əkin sahələrinə və otlaqlara yolların çəkilməsi, su ilə təhcizat, saxlama kameralarının (soyuducuların) tikilməsi kimi mühüm məsələlər əksər hallarda dövlət dəstəyi olmadan həll edilmir. Çünki, bu məqsəd ilə tələb olunan külli miqdarda vəsaitlərin qeyri istehsal məqsədi ilə istifadəsi təsərrüfat subyektlərinin inkişafı xaricindədir. Azərbaycanda da bu istiqamətdə son illər müəyyən işlər görülür. O cümlədən yollar çəkilir, su təhcizatı formalaşdırılır və regionlarda saxlama kameraları tikilir. Lakin, xüsusi ilə sonuncuların kommersiya fəaliyyəti yəni, məhsulların saxlanması məqsədi ilə tələb edilən ödənişlər istehsalçıları çətin vəziyyətə salır. Hazırda regionlarda fəaliyyət göstərən saxlama kameraları tikintisində əsas maliyyələşdirici Sahikarlığa Kömək Milli Fondudur. Fond bu məqsədlə güzəştli kreditlər verir. Təbii ki, sonrakı mərhələdə kreditin geri qaytarılması kameraların yüksək qiymətlərlə icarəyə verilməsinə səbəb olur. Digər tərəfdən isə bu kimi müəssisələrin azlığı faktiki olaraq rəqabət mühitinin olmamasını şərtləndirir ki, nəticədə bir çox hallarda qiymətlər faktiki xərcləri dəfələrlə üstələyir. Daha yaxşı olar ki, hələlik bu tipli kameralar dövlət hesabına tikilsin və ödənişsiz xidmətlər təklif etsin ki, xüsusi ilə də kiçik və ailə təsərrüfatları imkanlarından istifadə edə bilsin. Saxlama imkanı təmin edilməsi ilk növbədə istehsalı stimullaşdırmaqla yanaşı həmçinin ölkənin ərzaq təhlükəsizliyi dövriliyini təmin etmiş olar. Eyni zamanda isə istehsalçı məhsul yığımı zamanı yaranan bolluq nəticəsində yaranan sərfəsiz satış əməliyyatı həyata keçirməz ki, bu da öz növbəsində sektorda gəlirliliyi daha da artırar.

İnkişaf etmiş təcrübəyə xas xüsusiyyətlərdən biridə operativ konsaltinq xidmətin təşkili sayılır. Məsələn qonşu Türkiyənin Kalkınma Bakanlığı və Tarım Bakanlığı bu istiqamətdə fəaliyyətinin müasir təcrübə kimi öyrənilməsi məqsədə uyğundur. Bu qurumlar sektora dair ciddi araşdırmalar aparır və yeni və istehsalçılar üçün elmi əsaslara söykənən məsləhət xidməti göstərirlər. Nəticədə ölkənin məhdud resurslarının daha səmərəli istifadəsi təşkil edilir və maksimum məhsuldarlıq əsas hədəf hesab edilir. Azərbaycanda da AZPROMO bu sahədə müəyyən məlumatlandırıcı və təşviqedici fəaliyyətlərlə məşğuldur. Lakin, hələdə aqrar sektorda yönləndirmə üzrə ciddi boşluqlar mövcuddur. Məsələn, Göyçay rayonunda 2013-cü ildə əkilən taxıl sahəsinin nar plantasiyalarından 4 dəfə artıq olub. Göyçay rayonunda taxılın məhsuldarlığı ölkə üzrə orta səviyyədən 5 sentner az, nar məhsuldarlığı üzrə isə 67 sentner və yaxud 75% artıqdır. Digər tərəfdən isə narın topdan satış qiyməti taxıldan 5.5 dəfə artıqdır. Maraqlıdır ki, bu şərtlər altında nə üçün Göyçayın torpaqları səmərəsiz taxıl istehsalı üçün istifadə edilir. Əslində hökumət bunun səbəblərini araşdırmalı və torpaqları təyinatı üzrə istifadəsini təmin etmək istiqamətində addımlar atmalıdır. İlk növbədə Göyçay rayonu timsalında narın taxıla nisbətən müqayisəli üstünlüyü izah edilməli və sonra isə digər texniki problemlər həll edilməlidir. Əgər hansısa torpaqlar sadəcə susuzluq səbəbindən taxıl üçün istifadə edilirsə su təhcizatı təmin edilməli və yaxud ola bilsin ki, kəndli və ya sahibkar çoxillik bitki sayılan narı məhsul dövrünədək (3-4 il) gözləmək üçün maddi imkanı yoxdursa onların uzunmüddətli və aşağıfaizli kreditlə təmin edilməsi mexanizmi formalaşdırılmalıdır. Göründüyü kimi, kənd təsərrüfatında intensiv inkişafa nail olmaq istəyiriksə ilk növbədə təbii şəraitə və fərdə istiqamətlənən iqtisadi metodlar işlənib hazırlanmalıdır.

1   ...   7   8   9   10   11   12   13   14   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə