Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi


 ortaq xərclər minimuma endirilir



Yüklə 0,5 Mb.
səhifə14/22
tarix03.12.2016
ölçüsü0,5 Mb.
#698
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

ortaq xərclər minimuma endirilir

nəqliyyat xərcləri və enerji sərfi azalır

kənd ərazilərinin inkişafına şərait yaranır

Mənfəət norması yüksəlir

ətraf mühitin mühavizəsi güclənir

Təbii resurslardan (su, torpaq) səmərəli istifadə təmin edilir

peşəkar kadrlara tələbat yaratmaqla kənd təsərrufatı və ərzaq sənayesi üzrə kadr hazırlığı stimullaşdırılır

heyvanların bəslənmə prosesinin mexanikləşdirilməsi intensiv heyvandarlıq təcrübəsini genişləndirir

ehtimal olunan xəstəlik və virusların yayılma areası məhdudlaşır

istehsalçılarla istehlakçılar arasında olan boşluq üzərindən “körpü” salınır

sosial-iqtisadi fayda yüksək olur

urbanizasiyanın dərinləşməsinin qarşısı alınır

Məhz bu kimi üstün imkanları aqroparkların qısa müddət ərzində gəlirli layihəyə çevrilməsini təmin edir. Hazırda müxtəlif ölkələrdə fərqli aqropark modelləri fəaliyyət göstərməkdədi. Baxmayaraq ki, dünyada aqroparklar uzun inkişaf yolu keçməmiş lakin, mövcud təcrübənin təhlili yeni aqroparkların yaradılması və davamlı inkişafının təmin edilməsində mühüm əhəmiyyət daşıyır.



Niderland

Niderland Aqropark konsepsiyasının vətəni hesab edilir. Çünki o, burada “aqro-qida” (kənd təsərrüfatı qidası) sektoru və aqrobiznesin inkişafı, yenidən yönləndirilməsi üçün əsas strategiyaya çevrilmişdir. İlk aqropark ideyası 1998-ci ildə irəli sürülüb. O zaman Kənd Təsərrüfatının Tədqiqatı üzrə Milli Şura (NRLO) kənd təsərrüfatı fəaliyyətlərinin klasterləşməsinin sənayenin üzləşdiyi çoxlu sayda problemləri həll edə biləcəyini təklif etmişdi. Bu ideyadan yola çıxaraq Vageningen Universitetinin tədqiqatçıları və Niderland Tətbiqi Elmi Araşdırma Təşkilatı (NTO) dörd ilkin layihə hazırladı və bu layihələr sonradan hökumət təşkilatları, özəl sektor və sosial qruplarla müzakirə edildi. Aqropark layihəsinin əsas strategiyaları arasında Bilik Mərkəzlərinin, Sahibkarların, qeyri-hökumət və hökumət təşkilatlarının iştirak etdiyi KENGI model strategiyası əsas yer tutur. Eyni zamanda “qızıl dairə” və ya “qızıl üçbucaq” adlanan bu modellər də bütün tərəfləri aqrobiznes mühitinə cəlb etməyə və davamlı və uzunmüddətli strategiyaya yardım etməyə imkan verir2.

Niderlandda Aqroparkların, GreenPortların və Metropolitan Qida Klasterlərinin çox sayda nümunələri mövcuddur. Bu ölkədə Aqropark nümunələri daha çox “İstixana” istehsalı və qarşılıqlı asılılığı olan digər müəssisələrin horizontal və vertikal inteqrasiyası yolu ilə formalaşır. 2011-ci ildən etibarən Niderlanda 4 operativ aqropark - Aqroport A7, Biopark Ternenzen, Aqropark Bergerden, AVEBE klaster Zuid Groningen fəaliyyət göstərir. Digər aqropark təşəbbüslərinə Agrocentrum Westport, Yeni Qarışıq Təsərrüfat və C2C Aqropark Flevoland daxildir. Hoes et al (2012)3 son dörd aqropark layihələrinin ətraflı dizayn təsvirlərini təmin edir4. 2011-ci ildən bəri digər 6 aqropark layihəsi müxtəlif mərhələlərdə həyata keçirilir.



Aqriport A7

Aqriport A7 geniş miqyaslı istixana və açıq sahə məhsulları üçün ən müasir formada layihələndirilmiş ərazidir. Ərazisi 20000 ha sahəni əhatə edir və freş tərəvəzlərin geniş miqyaslı istehsalı, emalı loqistikasının klasterləşməsini özündə birləşdirir. Bundan başqa 1 il əvvəl aqropark biznes parkını da fəaliyyət sferasına cəlb edib. Aqropark Amsterdamın 40 kilometrliyində strateji mövqedə yerləşir və bu emal edilmiş məhsulların transportu üçün əlverişli olmaqla yanaşı və öz işçilərinin işə vaxtında gedib-gəlməsinə imkan yaradır.

Təbii qaz qiymətlərinin kəskin bahalaşması fonunda geotermal enerji generatorları Niderlandda da diqqəti cəlb etmişdir. Aqriport A7-də fəaliyyət göstərən 10 kompleks istifadəçisi və kənd təsərrüfatı kompleks yaradıcıları tərəfindən birgə geotermal enerji şirkəti yaradılıb. Bundan əlavə, müştərək şəkildə qablaşdırma işi üzrə autsorsinq şirkəti yaradılıb və kompleksdə istehsal vasitələrinin və xidmətlərin bölüşdürülməsində diversifikasiya inkişaf etdirilib5.

Məhz yuxarıda sadaladığımız səbəblərdən “Aqriport A7” müxtəlif aqrar və loqistika şirkətlərin bir araya gətirildiyi və kordinasiyanın təmin edildiyi müasir aqropark layihəsi hesab edilə bilər. Müxtəlif zəncirlər arasındakı təchizat zənciri, təchizat zəncirinin inteqrasiyası və keçidlər ilə əməkdaşlıq şirkətlərə yalnız ərzaqla təchiz etməyə deyil, həmçinin, ərazidə bizneslərin tullantı məhsullarının (istilik, emal suyu, CO 2) istifadəsinə imkan yaradır. Bu, həmçinin, enerji istehsalı və suyun təmizlənməsi kimi yeni təsərrüfat xidmətlərini yaratmağa imkanı verir6. Beləliklə aqropark ətraf mühitin qorunması prizmasından əhəmiyyətli olmaqla yanaşı xərclərin azaldılması və rəqabətlilliyin artırması baxımından da əlverişli fürsətdir.





Biopark Terneuzen

Biopark Terneuzen Cent-Terneuzen zonasında yerli şirkətlər arasında “ağıllı əlaqələr” yaradaraq sinerji parkını reallaşdırmaq üçün Niderlandda atılan ilk addımlardan biridir. Bu, Zeeland vilayətində Çanel-Zoun Cent-Terneuzendə təxminən 150 km2 ərazidə nəzərdə tutulub. Ərazi müxtəlif istehsal növünə malik, ölçü və bacarığına görə fərqli olan və müxtəlif bazarlarda fəaliyyət göstərən 60-dan çox şirkəti özündə birləşdirir. Istixana ərazisi 280 ha-dır. Bağçılıq şirkətlərinin ortaq yerləşməsi kənd təsərrüfatı və digər sənaye şirkətləri arasında mənbələrdən istifadənin əlçatanlığını artırır. Müxtəlif təşkilatların coğrafi yaxınlığı neytral iqlim kompleksi yaratmağa yardım edir. Bu kompleks sənaye tərəfindən biokütlədən istehsal edilən istilik və CO2 -nın istixanalarda necə istifadə ediləcəyini müəyyən edir.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin