Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0.5 Mb.
səhifə13/22
tarix03.12.2016
ölçüsü0.5 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

Aqropark – bu təcrübə isə ən müasir təcrübə hesab edilir. Məqsəd aqrar təsərrüfatçılıqla sənaye və təhcizat sisteminin birgə fəaliyyətinin təşkilinə əsaslanır. Beləliklə fermer fəaliyyət sahəsi, infrastruktur qayğısı, satışın təşkili, saxlanma, təkrar istehsal kimi qayğılardan azad olur. Eyni zamanda bir çox hallarda fermerlər xüsusi vergi, kredit güzəştləri əldə edə bilirlər. Bütün bunlarla yanaşı aqroparklarda fəaliyyət göstərən fermerlər elmi, texniki dəstəklə təmin edilirlər ki, bu da sonda məhsuldarlığın artımına və mənfəətin yüksəlməsinə səbəb olur.




Aqroparklar-beynəlxalq təcrübədə

Hazırda dünyada “Aqroparklar” ifadəsi iki müxtəlif istiqamətlərdə fəaliyyət üçün istifadə edilir:

Şəhər yerlərinə yaxın ərazilərdə yaradılmış fermer təsərrüfatları-bu təsərrüfatların yaradılmasında məqsəd şəhər əhalisinin kənd həyatı ilə tanışlığını təmin etməkdir. Başqa sözlə daha çox sərgi xarakterli, lakin, aqrar sferanın xüsusiyyətlərini əks etdirən formada fəaliyyət göstərir1 ;



Aqropark

Aqrar və sənaye səhələrinin əməkdaşlığının təmin edildiyi, həmçinin özündə marketinq imkanlarını cəmləşdirən birgə fəaliyyət növüdür

Aqropark

Şəhər yerlərinə yaxın ərazilərdə yaradılmış fermer təsərüfatları-bu təsərüfatların yaradılmasında məqsəd şəhər əhalisinin kənd həyatı ilə tanışlığını təmin etməkdir. Başqa sözlə daha çox sərgi xarakterli, lakin, aqrar sferanın xüsusiyyətlərini əks etdirən formada fəaliyyət göstərir
• Aqrar və sənaye səhələrinin əməkdaşlığının təmin edildiyi, həmçinin özündə marketinq imkanlarını cəmləşdirən birgə fəaliyyət növüdür.

Göründüyü kimi turizm və təşviqat məqsədi ilə yaradılan aqroparklar daha çox şəhər əhalisinin rural həyat tərzinə cəlb edilməsi, istehsal prosesinin nümayişi və o cümlədən turistlərin cəlb edilməsi yolu ilə gəlir əldə edilməsi məqsədi daşıyır. Bu tip aqroparklarda innovasiya mümkün qədər dar çərçivədə tətbiq edilir və daha çox ilkin istehsal mühitini təmin edilir. Məqsəd insanları mümkün qədər texnologiyadan, müasir istehsal mühitindən kənar daha çox orqanik istehsalı prosesini nümayiş etdirən mühitlə üzləşdirməkdir.

Lakin, aqropark anlayışı daha geniş mənada aqrar istehsal prosesinin kordinasiyalı təşkili anlamı daşımaqdadır.

Müasir dövrdə aqroparklar ərzaq təhlükəsizliyini, kənd təsərrüfatı istehsalında milli brendlərin yaradılmasını, sahənin, həmçinin aqrar elm, təhsil və istehsalın innovativ inkişafını təmin etməklə, aqrar sektorda istehsal potensialının inkişafında mühüm rol oynayır.

Müxtəlif ölkələrdə irəli sürülən “aqropark konsepsiyası” kənd təsərrüfatı fəaliyyətlərinin məkan klasterləşməsinin əsas ideyasına əsaslanır. Hazırda bu istiqamətdə təşəbbüslər müxtəlif inkişaf mərhələlərindədir. Beynəlxalq aqropark layihələrinin uğurlu olması üçün dəyər zəncirinin bütün əlaqələri həyata keçirilməli və yoxlanılmalıdır. Aqroparklar yerli iqtisadiyyatın güclənməsinə mühüm töhfə verməklə yanaşı kənd təsərrüfatına effektiv yanaşmanı təmin etməkdə böyük potensiala malikdir. Çünki onlar enerji və xam mal təhcizatı, emissiya və tullantı məhsullarının yenidən istifadəsi ilə paralel, istehsalat və ərzağın emalı üçün lazım olan bütün funksiyaları özündə birləşdirir. Hazırda müxtəlif ölkələrdə müxtəlif formalarda təkmilləşdirilən aqroparklar qısa müddət sonra dünya əhalisinin ərzaq ehtiyacının ödənilməsində mühüm paya sahib olacaq. Aqroparkların əsas mahiyyəti aşağıdakı kimi izah edilə bilər;

- Aqrar sənaye kompleksi (Aqropark) kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və istehlakçıya çatdırılması ilə məşğul olan təsərrüfat sahələrinin məcmusudur.

- Aqropark kənd təsərrüfatı və qeyri kənd təsəqrüfatı fəaliyyətlərin kombinasiyası olmaqla vahid istehsal məkanında kənd təsərrüfatı məhsullarının istehsalı, emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və başqa bu kimi xidmətlərin təşkilidir.

- Agropark xammal istehsalı və emalı proseslərinin rentabelliliyini artırırmaqla yanaşı ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsinin təmin olunmasında ən müasir formadır.

Göründüyü kimi aqroparklar hazırda kifayət qədər uğurlu aqrar inkişaf modeli hesab edilə bilər. Bu zaman əsas hədəf mümkün olan ən əlverişli istehsal mühitinin təmin edilməsidir.

Aqroparkların qısa olaraq xarakteriskasına nəzər salaq :

Aqroparklar vahid məkan hüdudları daxilində fəaliyyət göstərir

Aqroparkda istehsal–emal–logistika–marketinq halqaları bir-birini tamamlayır

Aqroparkar bir çox hallarda dövlətin maliyyə dəstəyi ilə yaradılır

Iştirakçıların rentabelli fəaliyyət imkanı yüksəkdir

Aqropaklarda istehsalçıdan-istehlakçıya prinsipi daha geniş tətbiq edilir

Daxil olan qurumlar özünüidarəetmə və özünəcavabdehik prinsipi ilə fəaliyyət göstərir

Ərazi daxilində fəaliyyət göstərən sahibkar və yaxud fermerlər müəyyən güzəştlər əldə edir

İnovasiya və elmi yanaşmanın tətbiqi mühüm faktor hesab edilir.

Beləliklə qeyd edə bilərik ki, yaxın gələcəkdə dünya kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi prosesi aqroparkların yaradacağı üstün imkanlar hesabına təmin edilə bilər. Aqroparkların üstünlüklərini isə aşağıdakı kimi sıralamq olar;

ortaq problemlər və ümumi maraqlar ətrafında birləşən aqropark iştirakçılarının rəqabətqabiliyyəti güclənir

müasir texnika və informasiya–kommunikasiya texnologiyalarının tətbiqinə şərait yaranır

texnikaların istifadə əmsalı artır

1   ...   9   10   11   12   13   14   15   16   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə