Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi


- Aqrar sferada kooperativ fəaliyyətin zəif inkişafı



Yüklə 0,5 Mb.
səhifə21/22
tarix03.12.2016
ölçüsü0,5 Mb.
#698
1   ...   14   15   16   17   18   19   20   21   22

- Aqrar sferada kooperativ fəaliyyətin zəif inkişafı;

- Istehsal vasitələrinə çıxış imkanlarının məhdudluğu;

- Maliyyə əlçatanlığının zəifliyi və bankların aqrar sahədə daha zəif kreditləşdirmə siyasəti həyata keçirməsi;

- İstifadəyə yararsız torpaqların əhatə dairəsinin genişlənməsi;

- Peşəkar kadr çatışmazlığı;

- Aqroparkların mahiyyəti və imkanları haqqında zəif informasiya;

- Məhsuldarlığa və ixraca hədəflənən subsidiya siyasətinin olmaması;

- İnovasiya tətbiqinin aşağı səviyəli olması

Göründüyü kimi, sorğu iştirakçıları hesab edir ki, aqrar sektorun intensiv inkişafını təmin etmək məqsədi ilə kompleks tədbirlərin icrasına ehtiyac var.

Ümumiyyətlə isə aparılan tədqiqatlar və o cümlədən, sorğu və müşahidələr onu göstərir ki, aqrar sferada inkişafa nail olmağın əsas yolu məhz birgə fəaliyyətdən keçir. Beləliklə hökumət kənd təsərrüfatı iştirakçılarının kooperativlərdə, aqroparklarda birgə fəaliyyəti istiqamətində səyləri artırmalıdır. Nəticədə güclərin birləşdirilməsi, təcrübələrin paylaşılması, texnologiyanın tətbiqinin sürətləndirilməsinə istiqamətlənən imkanlar sferası formalaşacaq. Hazırda icra olunan aqropark layihələri bu istiqamətdə mövcud vəziyyətin dəyişməsinə səbəb olacaq. Bunula belə sonrakı dövrlərdə prosesin davamlılığı təmin edilməli və bu istiqamətdə dövlət təşəbbüskarlığı, dövlətin maliyyə dəstəyi start funksiyasının itirməməlidir.



Nəticə və tövsiyələr

Nəticə

Aparılan tədqiqat kənd təsərrüfatının Azərbaycan üçün əhəmiyyətini bir daha sübut edir. Beləki, bu sektor ölkənin ərzaq təhlükəsizliyi, məşğulluq, qeyri-neft ixracı kimi istiqamətlərdə ciddi rol oynayır. Lakin, zaman keçdikcə ölkənin aqrar statusunu itirməsi də narahatedici faktlığında qalır. Nəticədə 2000-2014-cü illər ərzində kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisi təxminən 3 dəfə azalaraq 5.3%-də düşüb.

Digər tərəfdən isə əhalinin 37%-nin məşğulluğunu təmin edən aqrar sektor ölkənin ən az gəlirli sahələrindən hesab edilir. Məsələn 2014-cü ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əmək haqqı mədənçıxarmada 1754, maliyyə-sığorta sistemində 1199, tikintidə 627, nəqliyyat və anbar təsərüfatında 530 manat olduğu halda kənd təsərrüfatında 241 manatdır. Bu sektorda çalışanların gəlirləri ölkə üzrə orta aylıq əmək haqqından belə 46% azdır. Bu isə təbii ki, sektorda çalışan 1 milyon 600 mindən artıq ölkə vətəndaşının daha azgəlirli əhali kateqoriyasına daxil olmasını şərtləndirir.

Ölkənin ərzaq təhlükəsizliyi prizmasından yanaşdıqda da müəyyən problemlərin olduğu üzə çıxır. Beləki, 2014-cü il üçün dənli bitkilərin ( buğda, arpa, vələmir, qarğıdalı) yerli istehsalı daxili tələbatın yalnız 64%-ni ödəyə bilib. Və yaxud Azərbaycan əhalisinin çaya olan tələbatının 46%-i, paxlalılar və süd məhsullarına olan tələbatının isə 24%-i idxaldan asılı vəziyyətdədir.

Bütün sadaladıqlarımızla yanaşı 2014-cü ilin 3-cü rübündən etibarən dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması, nəticədə ölkənin tədiyyə balansında yaranan problemlər, neft gəlirlərinin azalması səbəbindən azaldılan büdcə xərcləmələri, iş yerlərinin kütləvi ixtisarı və sahibkarların fəaliyyətinin dayandırdığı indki şəraitdə qeyri-neft sektorunun inkişafının təmin edilməsi və karbohidrogen resurslardan asılılığın aşağı salınması məsələsi hökumət üçün proritet məsələyə çevrilib.

Göründüyü kimi bu istiqamətdə təxirə salınmaz addımların atılmasına ciddi ehtiyac yaranıb. Xüsusi ilə də 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi aqrar sferanın inkişaf istiqamətində dönüş yaradılmasına hədəflənib. Bu məqsəd ilə hazırda Azərbaycanda daha müasir praktikaların öyrənilməsi və tətbiqi istiqamətində müəyyən addımlar atılır. Aqrar sahədə daha müasir inkişaf modellərindən hesab edilən və ilk dəfə 1998-ci ildə Niderlandda yaradılan aqroparklar qısa inkişaf dövründə uğurlu təcrübə olaraq qiymətləndirilib ki, məhz bu səbəbdən də 2014-cü ildən başlayaq ölkənin müxtəlif yerlərində dövlətin təşkilatçılığı və maliyyə dəstəyi ilə aqroparklar inşa edilir. Azərbaycanın aqropark təcrübəsinin qlobal müqayisədə müəyyən üstün cəhətləri var. Beləki, ölkədə yaradılan aqroparklar üçün ərazinin ayrılması, aşağı faizli və uzunmüddətli kreditlərin təklif edilməsi, beynəlxalq və yerli investorların, fermerlərin prosesə cəlb edilməsi məqsədi ilə təbliğat və tanıtım kompaniyalarının təşkil edilməsi kimi mühüm məsələlər dövlət tərəfindən təşkil edilir. Bundan başqa dövlət tərəfindən aqroparklar üçün lazımi infrastrukturun təmin edilməsi məqsədi ilə layihə ərazisindən kənarda müxtəlif işlər icra olunur- yol, su, enerji infrasturukturu yaradılır. Bütün bunlar prosesdə dövlətin steykholderlərdən biri rolunda aktiv iştirakçılığına misallardır.

Hazırda ölkə üzrə 3 aqropark layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bunlara Şəmkir rayonu ərazisində inşa edilən və faktiki olaraq ölkənin ilk aqroparkı statusu daşıyan “Şəmkir Aqropark”, Xaçmaz rayonu ərazisində inşa edilən “Yalama Aqropark” və Xızı rayonunda tikintisi davam etdirilən “Xızı Aqroparkı” aiddir. Hər üç aqropark fermerlər üçün mümkün olan ən müasir istehsal mühitinin formalaşdırılması məqsədi ilə inşa edilir. Bu aqroparkların üstün tərəflərindən biri isə ondan ibarətdir ki, yaradılan elmi-texniki imkanlardan aqroparkdan kənar bölgə sakinlərinin də istifadəsinə şərait yaradılacaq. Beləki, yerli istehsalçılar, ailə təsərrüfatları öz məhsullarının qeyd-şərtsiz ( keyfiyyət və kəmiyyət məhdudiyyəti qoyulmadan) alınacaq. Alınan məhsullar Aqroparklarda fəaliyyət göstərəcək emal müəssisələri tərəfindən istehlak ediləcək. Nəticədə isə kəndlinin məhsula bazar axtarma problemi nisbətən həll edilmiş olacaq. Bundan başqa Aqroarkda fəaliyyət göstərən elmi araşdırma mərkəzləri, sahə ekspertləri region əhalisinə aqrar təsərrüfatçılıq istiqamətində tövsiyyələrini verəcək, yeni sortların becərilməsi təcrübəsini öyrədəcək ki, bu da ümumi məhsuldarlığın artımına, mənfəət normasının yüksəlməsinə səbəb olacaq.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin