Keramika və odadavamlı materiallar texnologiyası



Yüklə 35,92 Kb.
səhifə8/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

Kvars qumu. Təcrübə göstərir ki, iri dənəli qumdan istifadə olunması daha məqsədə uyğundur. Xırda dənəli qumlar yığılmanı və məmulatların qurumaya həssaslığını demək olar ki, azaltmır, möhkəmlik isə bu zaman xeyli aşağı düşür. Kvars qumu istifadə edilməzdən əvvəl deşiklərinin diametri 3 mm-dən böyük olmayan xəlbirdən keçirilməlidir. Yüksək yavanlaşdırıcı xassəyə malik olan qum hissəciklərinin optimal ölçüləri 0,5-1,5 mm arasında dəyişir. Əsas xammalın xassələrindən asılı olaraq gilə əlavə edilən qumun miqdarı 5-30 % arasında dəyişir. Şamot. Yanmış keramik məmulatların tullantılarından alınan bu əlavələr kvars qumuna nisbətən daha səmərəli hesab olunur. Şamot digər yavanlaşdırıcılara nisbətən yığılmanın qarşısını daha çox alır və möhkəmliyin artmasına müsbət təsir göstərir. Adətən şixtaya əlavə edilən şamotun optimal miqdarı 10-15 % təşkil edir. Şamotun daha çox miqdarı plastikliyi aşağı olan gillərin qəliblənməsini çətinləşdirir. Lakin gil kütləsinin qəliblənməsinin vakuum preslərdə aparılması gilin əlaqələndiricilik qabiliyyətindən asılı olaraq əlavə edilən şamotun miqdarının 20 %-dən 40 %-ə qədərartırılmasınaimkanverir. Narın divarlı məmulatlar istehsalında şamot dənələrinin optimal ölçüləri 1,5-0,2 mm intervalında, bütöv kərpiclər istehsalında isə 3 mm-dən iri olmamalıdır. Dehidratlaşmış gil. Gillər 400-6000 C temperaturda yandırıldıqda gil maddəsinin kristal qəfəsinə daxil olan kimyəvi əlaqəli suyun xeyli hissəsi ayrılır. Nəticədə kifayət qədər yüksək yavanlaşdırıcılıq qabiliyyətinə malik olan material alınır. Kimyəvi əlaqəli suyun xeyli hissəsinin ayrılması dehidratlaşmış gillərin yığılma qabiliyyətini, plastiklik ədədini və qurumaya həssaslıq ədədini aşağı salır. Dehidratlaşmış gil əlavəli kərpicin qurumasını çatəmələgəlmədən qorxmayaraq daha böyük sürətlə aparmaq mümkündür. Şixtaya 20-50 % miqdarında dehidratlaşmış gil əlavə etmək olar. Keramzit və aqloporit istehsalının tullantıları. Əgər kərpic zavodunda və ya onun yaxınlığında keramzit çınqılı və ya aqloporit istehsal olunursa, onlardan yavanlaşdırıcı kimi istifadə etmək olar. Təcrübələr göstərir ki, 10-20 % miqdarda əlavə edilmiş 2-0,25 mm fraksiyalı keramzit gilin qurumaya həssaslığını və yığılmasını xeyli aşağı salır. Respublikamızda keramzit və aqloporitin kərpic istehsalında istifadə olunması Zığ və Şirvan kərpic zavodlarında sınaqdan keçirilmişdir. Bu yavanlaşdırıcıların 10% miqdarında istifadə olunması bişmiş məmulatın möhkəmliyini azaltmır, çatəmələgəlmənin qarşısını xeyli alır. Keramzit və aqloporit qumunun gil ilə daha yaxşı qarışmasını əldə etmək üçün onlar əvvəlcədən isladılmalıdır.

Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin