Keramika və odadavamlı materiallar texnologiyası



Yüklə 35,92 Kb.
səhifə9/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

Oduncaq kəpəyi. Ağac kəpəyi keyfiyyətli yavanlaşdırıcı hesab olunur. Ağac kəpəyi gil kütləsinin qəlibləmə xassələrini yaxşılaşdırır, qurumada çatəmələgəlmənin qarşısını xeyli alır. Digər tərəfdən ağac kəpəyi məmulatda suhopmanı artırır, möhkəmliyi isə azaldır. Bütöv və məsaməli-deşikli kərpic istehsalında ağac kəpəyindən istifadə olunması həcm kütləsini aşağı salır və uyğun olaraq istilik-texniki xassələrini yaxınlaşdırır. Şixtaya ağac kəpəyinin əlavə edilməsi yanacağa və daha bahalı yavanlaşdırıcılara qənaət etməyə imkan verir. Ağac kəpəyinin çox miqdarda istifadə olunması məmulatın xarici görünüşünü pisləşdirir. Ona görə də üzlük kərpic istehsalında ağac kəpəyindən istifadə olunması məqsədə uyğun hesab edilmir. Kərpic istehsalında 5-10 % miqdarda götürülmüş 8x8 mm ölçülü xəlbirlərdən keçirilmiş, uzununa doğranmış ağac kəpəyinə daha çox üstünlük verilir. Liqnin - oduncaq spirti: Liqnin- oduncaq spirti istehsalından alınan tullantıdır. Liqnin yavanlaşdırıcı və yanan əlavə olmaqla yanaşı, plastikləşdirici rol oynayır. Qurumaya həssas olan gil-torpaqlara əlavə kimi liqnindən istifadə etdikdə gilin qəliblənmə xassəsi xeyli yaxşılaşır, qurumada çatəmələgəlmə isə azalır. Liqnindən 15 %-ə qədər əlavə etməklə 1000 kq/m3 həcm kütləli və 30-33% boşluğu olan məsaməli boşluqlu keramik daşlar istehsal etmək mümkündür. Qismən yanan əlavələr: bu növ əlavələr müxtəlif posalar, istilik elektrik stansiyalarının külləri (İES), kömür zənginləşdirmə kombinatlarının tullantıları və s. aiddir.
Qismən yanan əlavələr: bu növ əlavələr müxtəlif posalar, istilik elektrik stansiyalarının külləri (İES), kömür zənginləşdirmə kombinatlarının tullantıları və s.aiddir. Posalar: İstilik posaları kifayət qədər faydalı yavanlaşdırıcılar hesab olunurlar. Müxtəlif posaların kaloriliyi geniş intervalda (1200-3000 kkal/kq) dəyişir. Posaların yüksək istilik törətmə qabiliyyəti olduğu halda onların miqdarı 5-6 % təşkil edir ki, belə hallarda inert yavanlaşdırıcılardan – şamotdan, qumdan və s. istifadə olunur. Bəzi hallarda posanın miqdarı gilin plastikliyindən asılı olaraq 15-20%-əçatır. Posalar 5-8 % ağac kəpəyi ilə birgə əlavə edildikdən daha böyük səmərə əldə edilir. Nəzərə almaq lazımdır ki, şixtaya əlavə edilən yanacağın miqdarı kərpicin bişməsi üçün tələb olunan ümumi yanacağın 80 %-ni aşmamalıdır.

Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin