Keramika və odadavamlı materiallar texnologiyası


Keramika məmulatlarının istehsalı üçün xammallar



Yüklə 35,92 Kb.
səhifə4/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

Keramika məmulatlarının istehsalı üçün xammallar
Keramika məmulatlarının istehsalı üçün əsas xammal materialı gildir. Gil xammalı dedikdə müxtəlif kimyəvi-mineroloji tərkibə malik, təbiətdə yumşaq, bərk və plastik hallarda rast gəlinən, temperatur artdıqca kimyəvi əlaqəli suyunu və plastikliyini itirərək daşlara məxsus mexaniki möhkəmlik əldə edən narın dispers dağ süxurları nəzərdə tutulur. Mineroloji nöqteyi-nəzərdən müxtəlif tərkibə malik olan kaolin və gillər çöl şpatı süxurlarının uzun sürən, mürəkkəb fiziki-kimyəvi və mexaniki təsirlər nəticəsində parçalanması məhsulları hesab olunur. Bu təsirlər nəticəsində çöl şpatlarının gil maddəsinə çevrilməsi prosesini aşağıdakı reaksiya şəklində ifadə etmək olar:
R2O·Al2O3·6SiO2+CO2+2H2O→Al2O3·2SiO2·2H2O+R2CO3+4SiO2
Reaksiya nəticəsində əmələ gələn kaolinit bir çox gillərin tərkibinə daxil olan əsas mineraldır. Əsas giləmələgətirən minerallar üç əsas qrupa bölünür:
- montmorillonitli (montmorillonit – Al2O3·4SiO2·H2O·nH2O); - kaolinitli (kaolinit, dikkit, nakrit - Al2O3·2SiO2·2H2O); - hidroslyudalı (illit K2O·MgO·4Al2O3·4SiO2·2H2O, qlaukonit, muskovit). Təsnifatına görə bütün gil materialları kaolinə və gilə bölünürlər. Kaolin və gillər arasında kəskin sərhəd qoymaq olmaz. Onların kimyəvi, fiziki və geoloji xassələrində bir çox ümumi cəhətlər mövcuddur. Kaolin tipik gillərlə müqayisədə qarışıqlarla daha az çirklənir. Həll olan duzlar gillərin tərkibində kaolində olduğundan daha çoxdur. Kaolin gillərdən fərqli olaraq dənəvər haldadır və onun strukturunun kristallik xarakteri daha aydın nəzərə çarpır. müasir təsnifatı DÜİST 9169-75-ə uyğun olaraq bir neçə parametrlərə əsasən aparılır.
1) Odadavamlılığına görə:
a) odadavamlı – 15800 C-dən böyük;
b) çətinəriyən – 1350-15800 C intervalında dəyişir;
v) asanəriyən – 13500 C-dən kiçik.
2) Yanmış məmulatda Al2O3+TiO2-nin miqdarına görə;
a) yüksəkəsaslı - >40% Al2O3+TiO2
b) əsasi – 28%v) yarımturş – 14%q) turş – Al2O3+TiO2<14%

Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin