Keramika və odadavamlı materiallar texnologiyası


) Laxtalanma temperaturundan asılı olaraq



Yüklə 35,92 Kb.
səhifə5/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

3) Laxtalanma temperaturundan asılı olaraq:
a) 11000 C-dən aşağı temperaturda laxtalanan gillər;
b) 1100-13000 C temperatur intervalında laxtalanan gillər;
v) 13000 C-dən yüksək temperaturda laxtalanan gillər;
4) Plastikliyinə görə:
a) yüksək plastik – DÜİST 212166·1-81-ə əsasən plastiklik ədədi (P) 25-dən böyük olan gillər;
b) orta plastik - 15
v) zəif plastik - 7
q) az plastik gillər - P<7;
d) qeyri-plastik gillər-su ilə qarışdırıldıqda plastik xəmir verməyən gillərdir.
Gil materiallarının xassələri onların mineroloji, dənəvər və kimyəvi tərkibi ilə təyin edilir.
Mineroloji tərkib gil xammalında kaolinit, montmorillonit, hidroslyuda və az hallarda başqa mineralların olması ilə xarakterizə edilir. Moneroloji tərkibindən asılı olaraq monominerallı və poliminerallı gilləri fərqləndirirlər. İncə keramikanın istehsalında kaolindən, eyni zamanda kaolinitli odadavamlı və çətinəriyən gillərdən geniş istifadə edilir. Kaolinit hissəciklərinin ölçüsü 1-3 mkm-ə qədərdir, onlar böyük miqdarda suyu özünə çəkib saxlamaq qabiliyyətinə malik deyillər və quruduqda birləşdirdikləri suyuasanlıqlaitirirlər. Kaolinit mineralının üstünlük təşkil etdiyi gil süxurları kaolin adlanır. Kaolinlər adətən odadavamlıdırlar, zəif və az plastiki olub əsasən ağ rəngli, boz, sarı, çəhrayı vəs.çalarlardaolurlar. Montmorillonit hissəciklərinin ölçüləri 1 mkm-dən kiçikdir. Montmorillonitin üstünlük təşkil etdiyi gillər bentonit adlanır. Montmorillonit böyük miqdarda suyu udaraq həcmini 16 dəfədən çox artırır. Bu gillər yüksək plastikliyə malik olaraq qurumada xeyli yığılmaya və çatəmələgəlməyə, bişəndə isə köpməyə meyillidirlər. Bentonit kütləyə plastikliyi və əlaqələndirmə qabiliyyətini artırmaq üçün əlavə edilir. Hidroslyudanın tərkibində qələvi və qələvi-torpaq metalların oksidləri vardır və hissəciklərinin ölçüsü 1 mkm həddindədir. Bu minerallar kaolinit və montmorillonit mineralları arasında suya münasibətinə və başqa xassələrinə görə aralıq mövqe tutur. Bu və ya digər istehsal sahələrində gillərin tətbiq imkanlarını müəyyən etmək üçün onların kimyəvi tərkibinin çox böyük əhəmiyyəti var. Kimyəvi tərkib gilin moneroloji tərkibindən asılıdır. Qeyd etmək lazımdır ki, gillərin kimyəvi tərkibi onların texnoloji xassələrini tam xarakterizə etmir. Eyni kimyəvi tərkibə malik gillər müxtəlif xassələrə malik ola bilər. Gillərin kimyəvi tərkibi əsasən SiO2, Al2O3, CaO, MgO, Fe2O3, TiO2, K2O və Na2O oksidləri ilə müəyyən edilir.

Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin