Keramika və odadavamlı materiallar texnologiyası



Yüklə 35,92 Kb.
səhifə7/10
tarix02.05.2023
ölçüsü35,92 Kb.
#106392
1   2   3   4   5   6   7   8   9   10
Keramika

Rütubət tutumu – gillərin özünə müəyyən miqdarda suyu çəkərək saxlamaq qabiliyyətini səciyyələndirir. Gillərin dispersliyi artdıqca rütubət tutumunun artması müşahidə olunur. Montmorillonit gilləri ən çox, kaolin gilləri isə az rütubət tutumunamalikdirlər. Şişmə - gillərin havadan udduğu və ya birbaşa əlaqədə olduğu suyu özünə çəkmək hesabına nəmliyini artırmaq qabiliyyətidir. Şişmə prosesi zaman keçdikdə sabitləşir. Yumşaq gillər, xüsusilə də montmorillonit gilləri şişməyə daha meyillidirlər. Gillərin qumluluğu şişməni xeyli azaldır. Suda dağılma – gil aqreqatlarının daha xırda hissəciklərə parçalanması xassəsidir. Proses su molekullarının gil hissəcikləri arasına nüfuz etməsi nəticəsində baş verir. Dağılmanı sürətləndirmək üçün ya gil qarışdırılır, ya da su qızdırılır. Tiksotrop möhkəmlik – nəm gil kütləsinin sabit nəmliliyində pozulmuş strukturunu və möhkəmliyini bərpa etmək qabiliyyətidir. Belə ki, əgər təzə hazırlanmış şliker (maye konsistensiyalı gil kütləsi) bir müddət heç bir xarici təsir olmadan saxlanarsa, o qatılaşır və bərkiyir, qarışdırdıqdan sonra isə axıcılığını yenidən bərpa edir. Gillərin öz-özünə bərkiməsi gil hissəciklərinin və su molekullarının yenidən sərtləşməsi və həmçinin hidrat örtüyünə əlavə sərbəst su molekullarının cəlb olunması ilə izah olunur. Gillərin tiksotropluğu şliker, plastik kütlə hazırlanarkən və qəliblənmə zamanı mühüm əhəmiyyət kəsb edir. Gillərin plastikliyi – onların xarici qüvvələrin təsiri ilə istənilən formanı almaq və təsirlər kəsildikdən sonra verilmiş formanı saxlamaq qabiliyyətidir. DÜİST 21216·1-81- ə uyğun olaraq gillərin plastikliyi plastiklik ədədi ilə qiymətləndirilir:
n=Wa-Wy,
Burada Wa – axıcılıq sərhəddində nəmlik, %;
Wy – yayma sərhəddində nəmlikdir, %.
Plastikliyin qiymətinə görə gillər qruplaşdırılır. Plastiklik gilin dənəvər və mineroloji tərkibindən, eləcə də qumluluğundan asılı olaraq dəyişir. Disperslik artdıqca plastiklik xeyli yüksəlir. Montmorillonit gillərindən kaolinit gillərinə doğru və qum qarışıqlarının miqdarı artdıqca plastiklik aşağı düşür. Əlaqələndiricilik qabiliyyəti – gilin qeyri-plastik materialla qatıldıqda plastikliyini saxlamaq xassəsidir. DÜİST 6139-77-ə görə əlaqələndiricilik qabiliyyəti dedikdə plastikliyi 7-ə bərabər kütlə əmələ gətirənə qədər gilə əlavə edilən normal qumun miqdarı başa düşülür. Əlaqələndirmək qabiliyyətinə görə gillər yüksək plastik (60-80% normal qumu birləşdirən), plastik (20-60%), aşağı plastik-yavan (20%), daşabənzər – şistlər və qaxac gillərə (xəmir əmələ gətirmir) bölünürlər. Qurumada yığılma (xətti və ya həcmi) – gildən hazırlanmış nümunələrin qurumada xətti ölçülərinin dəyişməsi ilə bağlıdır.
Lq.y = •100
Burada l1 və l2 – qurumadan əvvəl və sonra nümunənin diaqonal üzrə nişanları arasındakı məsafədir, mm. Qurumada yığılma gillərin moneroloji tərkibindən, rütubət tutumundan, qumluluğundan asılı olaraq 8-10 % arasında dəyişir. Odda yığılma – qurumuş gil məmulatlarının yanmadan sonra xətti ölçülərinin dəyişməsini göstərir və
Lo.y = •100
düsturu ilə tapılır. Burada l2 və l3 – uyğun olaraq qurumadan və yanmadan sonra nişanlararasıməsafədir,mm. Gillərin odadavamlılığı – onların ərimədən uzun müddət yüksək temperatur təsirinə davam gətirmək qabiliyyətidir. Odadavamlılığına görə gillərin temperatur göstəriciləri üç üzlü piramida şəklində hazırlanmış gil nümunəsinin əriyib öz çəkisinin təsiri ilə deformasiya edərək, təpəsi ilə keramik altlığa toxunduğu temperaturauyğungəlir. Gillərin laxtalanması – onların bişmə zamanı sıxlaşaraq daşabənzər cisim əmələ gətirmək xassəsidir. Laxtalanma üç parametrlə - laxtalanma dərəcəsi, laxtalanma temperaturu və laxtalanma intervalı ilə səciyyələnir. Laxtalanma temperaturuna görə gillər aşağı temperaturda laxtalanan (<11000 C), orta temperaturda laxtalanan (1100-13000 C), yüksək temperaturda laxtalanan (>13000 C) gillərə bölünürlər.
Laxtalanma temperaturu ilə T1, deformasiyanın başlanmasına uyğun Td temperaturunun fərqinə T=T1-Td laxtalanma intervalı deyilir. Kərpic istehsalında istifadə olunan gillərin laxtalanma intervalı 50-1000 C təşkil edir.
Laxtalanma dərəcəsinə keramik qarışığın suhopması və sıxlığını ölçməklə nəzarət edirlər. Bu göstəriciyə görə gillər tam laxtalanan (sh 2%-dən az olur), orta laxtalanan (sh 2-5%) və laxtalanmayan (sh >5%) olurlar. Suhopmanın bu qiymətləri 500 C intervalla ən azı 2 nöqtədə saxlanmalıdır. fKeramik divar materialları sənayesində xammalın və məmulatın xassələrini tənzimləmək üçün mineral və üzvi mənşəli yavanlaşdırıcı əlavələrdən geniş istifadə olunur. Əlavələrdən istifadə olunur. Əlavələrdən istifadə olunması külli miqdarda sənaye tullantılarının utilizasiyasına və nəticədə ekoloji vəziyyətin xeyli yaxşılaşmasına imkan yaradır.

Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin