Kurs: 2 Qrup: 722a Tələbə


Muzdurların tutulması və işçilərin keyfiyyətlərinin qiymətləndirilməsi



Yüklə 73,52 Kb.
səhifə6/12
tarix05.12.2022
ölçüsü73,52 Kb.
#72341
1   2   3   4   5   6   7   8   9   ...   12
səbuhi insan resursları

6. Muzdurların tutulması və işçilərin keyfiyyətlərinin qiymətləndirilməsi

Əmək haqqı sistemləri içərisində ən geniş yayılanı müstəqim işəmuzd əmək haqqıdır. İşəmuzd əmək haqqının, o cümlədən müstəqim işəmuzd əmək haqqı sisteminin üstün cəhətləri aşağıdakılarla müəyyən edilir: 1) texniki normalara əsaslandığı şəraitdə əməyin kəmiyyətini onun nəticələri ilə düzgün ölçməyə, əmək məhsuldarlığını yüksəltmək üçün şəxsi maddi marağı artırmağa imkan verir; 2) fəhlələrin mədəni-texniki səviyyələrini yüksəltməyə, əmək üsulları və əmək fəndlərini təkmilləşdirməyə səbəb olur; 3) iş vaxtından, xammal, material və avadanlıqlardan səmərəli istifadə etməyə stimul yaradır.


Müstəqim işəmuzd əmək haqqının tətbiqində ən başlıca şərt normaların elmi əsaslar üzrə müəyyən edilməsi və işlərin düzgün tarifləndirilməsidir. Çünki iş qiymətləri iki amildən, yə'ni istehsal, yaxud vaxt normasından və müvafıq dərəcənin tarif maaşından asıhdır. İş qiyməti əslində məhsul vahidi (əməliyyat) üçün əmək haqqının həcmidir. Ona görə də fəhlənin əmək haqqı iş qiymətini istehsal olunan məhsulun miqdarına vurmaqla müəyyən edilir.
Müstəqim işəmuzd əmək haqqı sistemi işəmuzd əmək haqqının ən çox yayılma formasıdır. Müstəqim işəmuzd əmək haqqı tətbiq edildikdə hazırlanmış bütün məhsul üçün fəhlələrə əmək haqqı sabit iş qiymətləri üzrə verilir.
İşəmuzd əmək haqqı formasında işçinin qazancı onun gördüyü iş və ya hazırladığı məhsulun miqdarı ilə müəyyən edilir, başqa sözlə, fəhlənin əmək haqqı istehsal olunan məhsulun miqdarına və məhsul vahidinin iş qiymətlərinə əsasən təyin edilir. Deməli, fəhlənin aldığr əmək haqqı onun hazırladığı məhsulun miqdar və keyfiyyətindən asılıdır. Məhsul vahidinin iş qiyməti dərəcənin tarif maaşının müvafiq istehsal normasına bölməklə və ya dərəcənin tarif maaşını vaxt normasına vurmaqla müəyyən edilir. Deyilənləri düsturla ifadə edək:
və ya
Burada, Uq - məhsul vahidinin iş qiyməti;
Tm - müvafiq dərəcənin işəmuzd saatlıq maaşı;
Un - istehsal norması;
Vn - saatla ifadə edilmiş vaxt normasıdır.
Fərz edək ki, zərərli işlərdə işləyən 1-ci dərəcəli fəhlənin saatlıq tarif maaşı 44 qəpik, istehsal norması isə saatda 4 detaldır. O zaman iş qiyməti
qəpik olacaqdır.
İş qiyməti ikinci düsturla hesablandıqda bir detalın hazırlanması üçün vaxt norması 15 dəqiqə, yəni 0,25 saat olur. Onda iş qiyməti:
Uq = Tm x Vn = 44 x 0,25 = 11 qəpik olacaqdır. Hər iki halda göründüyü kimi, iş qiyməti eyni olur. Növbəlik istehsal norması tətbiq edildiyi hallarda iş qiyməti aşağıdakı düsrurla hesablanır:
;
Burada, Uq - görülən iş vahidinin işəmuzd qiymətidir;
Tm - 1 ci dərəcədən olan götürən işçinin tarif maaşıdır;
Tə - işçinin uyğun dərəcəsinin tarif əmsalıdır;
Nu - iş vaxtının (növbədinin) uzunluğu;
Un - növbəlik istehsal normasıdır.
İş qiymətlərinin əvvəlcədən müəyyən edilib fəhlələrə çatdırılmasının böyük əhəmiyyəti vardır. Bu halda fəhlə gördüyü iş üçün nə qədər əmək haqqı alacağını əvvəlcədən bilir və çox məhsul istehsal edilməsində maraqlı olur. Bunula əlaqədar olaraq bir çox sənaye müəssisələrində kütləvi surətdə təkrar olunan işlər üçün iş qiymətləri divarlarda. iş yerlərində asılmalıdır.
Müstəqim işəmuzd əmək haqqı sistemində istehsalın artması ilə fəhlənin faktiki qazancı arasında birbaşa əlaqə vardır. Fəhlə üçün bu sistemdə əmək haqqının verilməsi sadə və aydındır.
Bu sistemdə fəhlə və yaxud fəhlələr qrupu (briqada) öz işlərinin nəticələrinə görə haqq alırlar. Onlarm əmək haqlan istehsal etdikləri məhsulun kəmiyyət və keyfıyyətindən bilavasitə asılıdır. Məsələn, fərz edək ki, fəhlə ay ərzində 900 ədəd "A" boltu (ədədin iş qiyməti 3,84 qəpik) və 500 ədəd "B" boltu (ədədin iş qiyməti 5,43 qəpik) istehsal etmişdir. Onda aylıq əmək haqqı (3,84 x 900 + 5,43 x 500) = 62 man. 71 qəpik olacaqdır.
Fəhlənin faktiki işəmuzd əmək haqqı müstəqim fərdi işəmuzd əmək ödənişində müxtəlif işlər üzrə aşağıdakı kimi müəyyən edilir:
İə.h. = İq.q.×Vn.q.
Burada, İə.h. - ümumi işəmuzd əmək haqqı (manatla);
İq - görülmüş işlərin vahidinin iş qiyməti;
Vn. - görülmüş işlərin hər növü üzrə faktiki hasilatdır.
Adətən, fəhlə həmişə eyni məhsul istehsal etmir. Ay ərzində müxtəlif məhsul istehsal etdiyi şəraitdə fəhlənin əmək haqının hesablanması qaydasını nəzərdən keçirək.
Hər hansı bir zavodda IV dərəcəli tornaçı fəhlə ay ərzində normal istehsalat şəraitində işləyərək "A" məlumatlarından 3000 ədəd (saatlıq hasilat norması 25 ədəd, III dərəcəli iş) "B" məmulatından 1800 ədəd (bir məmulatın vaxt norması 4 dəqiqə, IV dərəcəli iş), "V" məmulatından 200 ədəd (bir məmulata vaxt norması 10 dəqiqə, V dərəcəli iş) istehsal etmişdir. III dərəcənin tarif maaşı 37 qəpik, IV dərəcənin 47,4 qəpik, V dərəcəninki isə 55 qəpikdir. Bu məlumatlar əsasında tornaçı fəhlənin aylıq əmək haqqını müəyyən edək:
3000 : 25 = 120 saat x 0-37 = 44 man. 40 qəp.
1800 : 15 = 120 saat x 0-47,4 = 56 man. 88 qəp.
200 : 6 = 33,3 saat x 0-55 = 18 man. 32 qəp.
Cəmi: 119 man. 60 qəp.
Müstəqim işəmuzd əmək haqqı hesablanılan zaman normaların yerinə yetirilməsi dərəcəsi nəzərə alınar. Çünki işəmuzd əmək haqqı ilə normalar arasında müstəqim əlaqə vardır.
Aşağıdakı məlumatlara əsasən fəhlənin aylıq əmək haqqını, hasilat normasının yerinə yetirilməsi faizini və tarif maaşının əmək haqqındakı xüsusi çəkisini müəyyən edək: fəhlənin tarif dərəcəsi VI, işin tarif dərəcəsi V, məmulat vahidinə vaxt norması 24 dəqiqə, fəhlənin aylıq hasilatı 530 ədəd. Aydakı iş saatlaının miqdarı 175, Əvvəlcə, fəhlənin aylıq hasilatının əmək tutumluğunu hesablayaq: 530 x 24 = 1720 dəqiqə, yaxud 212 saat. Fəhlə V dərəcəli işi icra etdiyinə görə onun tarif əmsalını işəmuzdçu-isti şəraitdə işləyən fəhlənin tarif maaşına vuraraq, onun ayhq maaşını müəyyən edək:
36,7 x 1,72 x 212 = 133 man. 82 qəp.
Fəhlənin V dərəcə üzrə aldığı faktiki aylıq əmək haqqı onun VI dərəcə üzrə tarif əmək haqqından çoxdur:
36,7 x 2,0 x 17,5 = 128 man. 45 qəp.
Bu ondan irəli gəlir ki, norma yerinə yetirilmişdir.
Tarif maaşının əmək haqqındakı xüsusi çəkisi 96%-dir.
.
Müstəqim işəmuzd əmək haqqı sistemində ayrı-ayrı fəhlənin və yaxud həmin sistem üzrə əməyi ödənilən sex və yaxud müəssisə üzrə fəhlələrin orta hesabla əmək haqqı yalnız vaxt və ya hasilat normasından deyil habelə tarif maaşlarından da asılıdır. Tarif maaşları və dərəcələr üzrə işlənilmiş norma saatlardakı dəyişikliklərin əmək haqqına təsirini aşağıdakı misal üzrə izah edək:
Fərz edək ki, əvvəllər zavodun əsas işlərində (soyuq işlərdə) 1 dərəcəli fəhlənin tarif maaşı 1 man. 25 qəpik və 500 miri saatlıq ümumi əmək tutumluğu dərəcələr üzrə aşağıdakı kimi bölüşdürülmüşdür:



Tarif dərəcəsi:

I

II

III

IV

V

VI

VII

VIII

Tarif əmsalı:

-

-

1,28

1,45

1,62

1,86

2,16

2,48

İşin əmək tutumluğu:
(min n∕saatla)

-

-

90

15




75

50

25

Fərz edək ki, yeni tarif sistemi tətbiq ediləndən sonra:



Tarif dərəcəsi:

I

II

III

IV

V

VI

Tarif əmsalı:

1,0

1,13

1,29

1,48

1,72

2,0

İşin əmək tutumluğu:
(min n∕saatla)

100

140

110

165

55

30

İşlənilmiş 500 min norma-saat üçün köhnə tarif sistemi üzrə əmək haqqını hesablayaq: (12,5x1,28x90) + (12,5x1,45x150) + (1,25x1,62x110) + (12,5x1,86x75) + (12,5x2,16x50) + (12,5x2,48x25) =14-40 + 27-19+16-03 + 17-44+13-50 + 7 - 75 = 96 man. 31 qəp.


İndi isə yeni tarif sisteminə keçildikdən sonra işlənilmiş eyni miqdar norma-saatlar üçün əmək haqqını hesablayaq: (32 x 100) + + (1,13 x 140x32) + (1,29 x 110 x 32) + (1,48 x 65x32) + (1,72 x x55x32) + (2,0 x 30x32) = 32 +50 - 62 +45 - 41 +30 - 78 +30 - 27+ +19 - 20 = 208 man. 28 qəp.
İndi də tarif sisteminin dəyişilməsi ilə əlaqədar olaraq əmək haqqının mütləq və nisbi dəyişilməsini hesablayaq:
a) mütləq dəyişilmə: 208 - 28 - 96 - 31 = 111 man. 96 qəp;
b) nisbi dəyişilmə:



Yüklə 73,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin