Kurs iŞİ Fənn: Mülki hüquq Fakültə:İqtisadiyyat və hüquq İxtisas: Hüquqşünaslıq



Yüklə 87,9 Kb.
səhifə1/10
tarix23.04.2023
ölçüsü87,9 Kb.
#101766
  1   2   3   4   5   6   7   8   9   10
Ümumi mülkiyyət hüququnun anlayışı




KURS İŞİ

  • Fənn:Mülki hüquq

  • Fakültə:İqtisadiyyat və hüquq

  • İxtisas:Hüquqşünaslıq

  • Qrup:2331a

  • Müəllim:Əhmədova Gülnar

  • Tələbə:Yüsifov Tofiq

  • Mövzu:Ümumi mülkiyyət hüququnun anlayışı


BAKI 2022

MÜNDƏRİCAT
Giriş
1. Mülkiyyət hüququnun formaları və növləri..................................................3
2 . Ümumi mülkiyyət hüququnun anlayışı...................................................... 13
3. Ümumi mülkiyyət hüququ obyektiv və subyektiv mənalarda.....................17
4. Ümumi mülkiyyət hüququnun subyektləri.................................................18
5. Ümumi mülkiyyət hüququnun əmələ gəlmə əsasları............................... 21
6. Ümumi mülkiyyət hüququnun növləri........................................................22
7 . Ümumi mülkiyyətdə mülkiyyətçinin payının hüquqi təbiəti və xarakteri.........................................................................................................24
NƏTİCƏ
ƏDƏBİYYAT

GİRİŞ
Adətən, əmlakın mülkiyyətçisi qismində hər hansı bir subyekt çıxış edir. Söhbət fərdi subyektdən (məsələn, fiziki şəxsdən) və ya kollektiv subyektdən (məsələn, hüquqi'şəxsdən) gedir. Bununla bərabər, əmlak mülkiyyət hüququ əsasında eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər. Bu cür münasibətlərə mülki qanunvericilikdə və sivilistika doktrinasında ümumi mülkiyyət hüququ (ümumi mülkiyyət) deyilir. Ümumi mülkiyyət və ya ümumi mülkiyyət hüququ dedikdə, əmlakın mülkiyyət hüququ əsasında eyni vaxtda bir neçə şəxsə (iki və daha artıq şəxsə) məxsus olması başa düşülür. Ümumi mülkiyyət münasibətləri birgə tikinti aparmaq, bir neçə şəxs tərəfindən vərəsəlik qaydasında əmlak əldə etmək, iki və daha artıq subyektin əmlak almaq və digər hərəkətlər nəticəsində yarana bilər. Belə münasibətlər subyektlərə imkan verir ki, onlar öz maddi və mədəni tələbatlarını ödəmək üçün əmlakdan birgə istifadə etsinlər. Ümumi mülkiyyət münasibətləri o halda əmələ gəlir ki, əmlakın bir şəxs tərəfindən əldə olunması və ya ondan istifadə edilməsi ya çətinlik yaratsın, ya da bu və ya başqa hala görə məqsədə uyğun olmasın. Ümumi mülkiyyət hüququ mülkiyyət hüququnun xüsusi növünə şamil edilir. Yeni MM (10-cu fəsil) bu mülkiyyət hüququnu mülkiyyət hüququnun xüsusi növü (forması) kimi xarakterizə edir1. MM-in 213-cü maddəsinin 1-ci bəndində ümumi mülkiyyətin anlayışı verilir. Həmin maddəyə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyət hüququ əsasında onlara mənsubdur.

Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin