Kurs iŞİ Fənn: Mülki hüquq Fakültə:İqtisadiyyat və hüquq İxtisas: Hüquqşünaslıq


Ümümi mülkiyyət hüququnun anlayışı



Yüklə 87,9 Kb.
səhifə5/10
tarix23.04.2023
ölçüsü87,9 Kb.
#101766
1   2   3   4   5   6   7   8   9   10
Ümumi mülkiyyət hüququnun anlayışı

2.Ümümi mülkiyyət hüququnun anlayışı
Ümumi mülkiyyət, hər şeydən əvvəl, o əmlak üzərində və barəsində yaranır ki, belə əmlakın təyinatını dəyişdirmədən bölünməsi istisna edilir və mümkün olmur. Məsələn, götürək minik avtomobilini. Bu əmlakı öz əvvəlki təyinatını saxlamaq və dəyişdirməmək şərtilə hissələrə bölmək olmaz. Əgər avtomobil ayrı-ayrı hissələrə bölünərsə, o, öz əvvəlki təyinatını itirəcəkdir. Bu sözləri səhm, bir yerli qaraj, bir otaqlı ev və digər bölünməz əmlak barəsində də demək olar. Bölünməyən əmlaka şamil edilən obyektlərdən biri mürəkkəb (məcmu) əmlakdır ki, buraya əmlak kompleksi kimi müəssisəni, kəndli (fermer) təsərrüfatının əmlakını aid etmək olar. Əmlakın bölünə bilməməsi qanunla da müəyyən edilə bilər (MMin 135-ci maddəsinin 6-cı bəndi, 213-cü maddəsinin 4-cü bəndi). Bölünən əşyaya ümumi mülkiyyət hüququnun əmələ gəlməsi istisna edilmir və bu, mümkündür. Bu növ əşyaya ümumi mülkiyyət qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır (MM-in 213-cü maddəsinin 4-cü bəndi). Məsələn, ölən vətəndaşın miras əmlak kütləsinə müxtəlif cür bölünən əmlak — pul, kənd təsərrüfatı məhsulları və s. daxil ola bilər. Göstərilən həmin əmlak növləri vərəsələr arasında bölünən vaxta kimi ümumi mülkiyyət hüququ əsasında onlara məxsus olur. Lakin buna baxmayaraq, ümumi mülkiyyət hüququnun obyekti kimi əsasən bölünməz əmlak növləri çıxış edir.
Ümumi mülkiyyət hüququnun obyekti olan əmlak onunla xarakterizə olunur ki, bu əmlak fərdi-müəyyən əlamətləri ilə şərtlənir. Məsələn, minik avtomobili, yaşayış evi və s. fərdi-müəyyən əlamətlərə malik olan əmlak kimi ümumi mülkiyyət hüququnun obyektidir. Fərdi-müəyyən əlamətlərə malik olan əmlakların məcmusu da bu növ mülkiyyət hüququnun obyekti kimi çıxış edə bilər. Məsələn, miras əmlak və s. Belə təsəvvür yaranır ki, mülki dövriyyə qabiliyyətli hər hansı əmläk ümumi mülkiyyət hüququnun obyekti ola bilər. Bunun üçün zəruridir ki, həmin əmlak fərdi-müəyyən əlamətə malik olsun. Hüquq ədəbiyyatında ümumi mülkiyyət hüququnun spesifik əlamətlərini fərqləndirməkdə və ayırmaqda, demək olar ki, bütün müəlliflərin fikir və mövqeləri bir-biri ilə üst-üstə düşür. Belə əlamətlərə şamil etmək olar:
bir neçə subyektin olması, çoxsaylı subyektlilik;
ümumi mülkiyyət hüququnun obyektinin vahidliyi, yəni çoxsaylı subyektlərin mülkiyyət hüququnun aid olduğu obyektin eyni olması (eyni bir əmlaka bir neçə subyektin eyni vaxtda mülkiyyət hüququnun olması);
çoxsaylı subyektlərin əmlak barəsində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini birgə həyata keçirməsi (subyektlərdən heç birinin müstəqil surətdə, digər subyektlərin razılığı olmadan əmlaka sərəncam verə bilməməsi).
Beləliklə, ümumi mülkiyyət hüququ əmlakın (əşyanın) eyni zamanda iki və bir neçə şəxsə məxsus olması ilə əlaqədar yaranan münasibətləri rəsmiləşdirir və qaydaya salır. Özü də bu şəxslərdən hər birinin mülkiyyət hüququ əmlakın (əşyanın) naturada hər hansı bir hissəsinə yox, bütövlükdə və tam halında əmlaka (əşyaya) şamil edilir. Roma hüquqşünasları ümumi mülkiyyət anlayışını qəbul etmişdilər. Klassik Roma hüquqşünası Kv. Mutsiy Stsevola bir neçə şəxsin eyni bir əşyaya ideal paylarla mülkiyyəti ideyasını (pars pro indivisto) irəli sürmüşdü. Ümumi (birgə) mülkiyyət Roma hüququnun əsas anlayışlarından biri hesab olunurdu. Roma hüququnda ümumi mülkiyyətə eyni bir əşyanın bir neçə mülkiyyətçiyə birlikdə (birgə) məxsus olması kimi baxılırdı. Həmin münasibəti Roma hüquqşünasları «communio» və ya «condominium» (latınca «con» — birlikdə «dominium» — mülkiyyət, sahiblik) anlayışı ilə əhatə edirdilər1. Ümumi mülkiyyət konstruksiyasını bir sıra xarici ölkə qanunvericiliyi də tanıyır. Məsələn, İtaliya MM-in II kitabının VII bölməsinə daxil olan normalar ümumi mülkiyyəti tənzimləyir2. Almaniya hüquq doktrinasında fərdi mülkiyyətə qarşı ümumi mülkiyyət növü qoyulur3. Yaponiya mülki hüquq elmində ümumi mülkiyyətə belə anlayış verilir: ümumi mülkiyyət dedikdə, bir neçə şəxsin eyni bir əşyaya birlikdə malik olması və ona birlikdə yiyəlik (sahiblik) etməsi başa düşülür.
Ümumi paylı mülkiyyət hüququ həm obyektiv mənaya, həm də subyektiv mənaya malikdir. Obyektiv mənada ümumi paylı mülkiyyət hüququ dedikdə, payları məlum olmaqla ümumi əmlakın eyni vaxtda iki və daha çox şəxsə məxsus olması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Bu baxımdan ümumi paylı mülkiyyət hüququ mülki hüququn subinstitutlarından birinə çevrilməklə əşya hüququ yarımsahəsinə daxil olur. Bu subinstitutda birləşən hüquq normaları MM-in 213-221 -ci maddələrində ifadə olunmuşdur. Subyektiv mənada ümumi paylı mülkiyyət hüququ dedikdə, iki və daha artıq şəxsin payları məlum olan ümumi əmlaka özlərinin mülahizəsinə görə, özlərinin istədikləri kimi birgə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları başa düşülür. Bu baxımdan ümumi paylı mülkiyyət hüququ subyektiv hüquq kimi çıxış edir və məzmun etibarilə müəyyən səlahiyyətlərdən ibarətdir.
Ümumi paylı mülkiyyət hüququnun məzmununu ümumi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək üzrə pay səlahiyyətləri (üçlü səlahiyyət), habelə hər bir mülkiyyətçinin öz payına sərəncarr, vermək səlahiyyəti təşkil edir. Ümumi paylı mülkiyyət hüququnun əmələ gəlmə əsasları iki və daha çox şəxsin payları məlum olan ümumi əmlak üzərində onların mülkiyyət hüququ əldə etməsinə səbəb olur. Ümumi mülkiyyətin bu növünün yaranmasını şərtləndirən hüquqi faktlar müxtəlifdir. Ümumi paylı mülkiyyət hüququ həm ilkin, həm də törəmə üsullarla əmələ gələ bilər. İki və ya daha artıq şəxsin yeni bölünməz əşya hazırlaması və ya yaratması onların həmin əşya üzərində ilkin üsulla mülkiyyət hüququ qazanmasına səbəb olur. Məsələn, iki və ya daha çox şəxsin ev tikməsi ümumi paylı mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas sayılır. Ümumi paylı mülkiyyət hüququ mülkiyyətçisi olmayan daşınar əmlaka beş il müddətində ona öz əmlakı kimi vicdanla və fasiləsiz sahiblik edən iki və daha çox şəxsin bu əmlaka mülkiyyət hüququ əldə etməsi kimi üsul əsasında da yarana bilər (MM-in 181-ci maddəsi, 4-cü bənd). Məsələn, əldə etmə müddəti əsasında iki nəfər vətəndaş üçün minik avtomobilinə ümumi paylı mülkiyyət hüququ əmələ gəlir.
Ümumi paylı mülkiyyət hüququnun əldə edilməsində mülki-hüquqi əqdlər kimi törəmə üsulun əhəmiyyəti və rolu böyükdür. Söhbət, hər şeydən əvvəl, alqı-satqı müqaviləsindən gedir ki, bu müqavilədə alıcı tərəfində iki və ya bir neçə şəxs iştirak edir. Məsələn, iki nəfər dost bölünməz əmlak olan minik avtomobili almaqla onun üzərində ümumi paylı mülkiyyət hüququ qazanırlar. Beiə mülkiyyət hüququ birgə fəaliyyət müqaviləsi əsasında da əmələ gələ bilər. Məsələn, bağda yaşayan üç nəfər qonşu özlərinin şəxsi məişət ehtiyaclarını ödəmək üçün su çıxarmaq məqsədi ilə quyu qazırlar və birgə fəaliyyət haqqında müqavilə bağlayırlar. Birgə fəaliyyət nəticəsində yaranan su quyusu onların ümumi paylı mülkiyyətinə daxil olur. Törəmə üsullardan olan vərəsəlik əsasında da ümumi paylı mülkiyyət hüququ əmələ gələ bilər. Məsələn, bölünməz əmlak olan minik avtomobilinin, yaşayış evinin və b. vərəsəlik qaydasında vərəsələrə keçməsi həmin əmlak növləri üzərində vərəsələrin ümumi paylı mülkiyyət hüququ əldə etmələrinə səbəb olur.

Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin