Kurs iŞİ Fənn: Mülki hüquq Fakültə:İqtisadiyyat və hüquq İxtisas: Hüquqşünaslıq


Ümumi mülkiyyətdə mülkiyyətçinin payının hüquqi təbiəti və xarakteri



Yüklə 87,9 Kb.
səhifə10/10
tarix23.04.2023
ölçüsü87,9 Kb.
#101766
1   2   3   4   5   6   7   8   9   10
Ümumi mülkiyyət hüququnun anlayışı

7. Ümumi mülkiyyətdə mülkiyyətçinin payının hüquqi təbiəti və xarakteri
Ümumi paylı mülkiyyətdə hər bir iştirakçıya müəyyən pay hüququ məxsusdur. Ümumi birgə mülkiyyət bölünəndə və ya bu mülkiyyətdən pay ayrılanda iştirakçıların hər birinin müəyyən pay hüququ əmələ gəlir. Lakin pay hüququ əsasında iştirakçılara nəyin məxsus olması, bu hüququn nədə ifadə edilməsi məsələni nisbətən xeyli qəlizləşdirir. Buna görə də ümumi mülkiyyətdə payın mahiyyəti, təbiəti, xarakteri, onun hüquqi əhəmiyyəti barədə, artıq neçə ildir ki, hüquqşünas alimlər geniş diskussiya açaraq mübahisə edirlər1. Şübhəsiz ki, hüquq vahiddir. Əşyalardan fərqli olaraq, onu hissələrə ayırmaq olmaz. 1964-cü il MM-i iştirakçının ümumi mülkiyyətdə payının mahiyyətinin nədə — əmlakda və ya əmlaka olan hüquqda ifadə olunduğunu müəyyən etməmişdi". Hüquq ədəbiyyatında bir qrup müəlliflər ümumi mülkiyyətdə payın hüquqi mahiyyətini real və ideal pay konstruksiyalarının (anlayışlarının) vasitəsi və köməkliyi ilə izah etməyə, əsaslandırmağa təşəbbüs göstərmişlər. Bu müəlliflərin fikrincə, real pay dedikdə, ümumi əmlakın naturada bir hissəsi, fiziki cəhətdən ayrıca konkret bir hissəsi başa düşülür. İdeal pay isə ümumi əmlakın dəyərcə (qiymətcə) bir hissəsini ifadə edir. İdeal pay kimi ümumi əmlakın dəyərinin hər hansı bir hissəsi çıxış edir. Müəlliflərdən bəzisi bu iki konstruksiyasını birləşdirməklə payın mahiyyətini izah etməyə çalışır. Onların fikrincə, pay maddi əşyanın xəyalən əks olunan ideal hissəsidir4. Həm real pay, həm də ideal pay kimi konstruksiyalar ümumi mülkiyyətdə payın hüquqi mahiyyətini, ümumi mülkiyyət münasibətlərinin xarakterini açmır, əksinə, ümumi mülkiyyət kimi mürəkkəb və xüsusi hüquq institutunu aradan qaldırır, istisna edir. Belə ki, real pay konstruksiyası ümumi mülkiyyət hüququnda çoxsaylı subyektlərin bir subyektlə əvəz edilməsinə gətirib çıxarır.
Çoxsubyektlilik və obyektin vahidliyi (eyniliyi) isə ümumi mülkiyyətin xarakterik xüsusiyyətidir. İdeal pay isə ümumi mülkiyyətin obyekti kimi əşyanı yox edir, onun mövcudluğunu aradan qaldırır. Bu yolla ümumi mülkiyyət hüququ öhdəlik hüququ ilə əvəz edilir1. Real və ideal pay konstruksiyaları ümumi mülkiyyət münasibətlərinin mahiyyətini açıqlamadığına və ümumi mülkiyyət hüququnun ləğv edilməsinə səbəb olduğuna görə qanunvericilikdə öz hüquqi təsdiqini və ifadəsini tapmamışdır. Bu barədə nisbətən inandırıcı, ağlabatan və həqiqətə daha yaxın olan fikir bundan ibarətdir ki, hər bir mülkiyyətçiyə ümumi əmlaka olan mülkiyyət hüququnda müəyyən pay məxsusdur.
Başqa sözlə desək, pay naturada əmlak payı deyildir, çünki ümumi mülkiyyət hüququnun obyekti vahiddir. Pay dedikdə, bütün ümumi əmlaka olan mülkiyyət hüququndakı pay (əmlaka ümumi mülkiyyət hüququndakı pay) başa düşülür ki, bu, hesabla (1/2, 1/3, 1/4 və s.) ifadə olunur. Keçmiş SSRİ dövründə 1970-1980-ci illərdə yazılan mülki hüquq barədə dərsliklərdə payın hüquqi təbiətinə aid bu nöqteyi-nəzər və mövqe daha geniş və ətraflı işıqlandırılmışdır. Bu fikri indiki müəlliflər də dəstəkləyirlər. RF-in, habelə Azərbaycan Respublikasının yeni MM-i payın mahiyyəti anlayışına bu aspektdən yanaşır. Məhkəmə təcrübəsi də mülkiyyət hüququnda (əmlakda yox) pay konsepsiyasından çıxış edir. Bu konsepsiya öz ifadəsini Azərbaycan Respublikası MM-in 213-cü maddəsinin 2-ci bəndində tapmışdır. Bu maddəyə görə, ümumi əmlakın özü yox, ümumi əmlaka mülkiyyət hüququ mülkiyyətçilərin hər birinin payına bölünür.

NƏTİCƏ
Vətəndaşların dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə bağladığı kirayə müqaviləsi əsasında yaşadıqları mənzilləri (evləri) «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq xüsusi (şəxsi) mülkiyyətinə keçirmək hüququ vardır1. Belə halda mənzillər (evlər) ailə üzvlərinin bir neçəsinin və yaxud bütün ailə üzvlərinin həm paylı, həm də birgə mülkiyyətinə verilə bilər. Bunun üçün zəruridir ki, mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri razılıq versinlər. Mənzilə ümumi birgə mülkiyyət hüququnun subyektləri kimi yalnız kirayəçi və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri çıxış edə bilərlər.
Yetkinlik yaşına çatmayanların subyekt qismində iştirak etmələri istisna olunur. Elə hallar da olur ki, birgə mülkiyyətin iştirakçıları kimi bütün ailə üzvləri yox, bir neçə ailə üzvü çıxış edir. Lakin bütün hallarda birgə mülkiyyət hüququ subyektlərinin dairəsinin konkretləşdirilməsi ailə üzvlərinin razılığı ilə müəyyən edilir. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər («Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunun 12-ci maddəsi). Lakin birgə mülkiyyət hüququnu həyata keçirərkən bu mülkiyyətin iştirakçıları üçüncü şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirən hərəkətlər etməməlidirlər.


ƏDƏBİYYAT

  1. file:///C:/Users/User/Downloads/Azerbaycan_Respublikasinin_mulki_huquq_kursu_II_cild.pdf

  2. https://jamilshirvanov.wordpress.com/2017/09/24/mulkiyyət-huququnun-anlayisi-və-novləri/

  3. http://shirvan.cls.az/front/files/libraries/2474/books/471880988.pdf

  4. https://asan.gov.az/az/order-service/83/asan-xidmetler/notariat-fealiyyeti/er-arvadin-uemumi-emlakindaki-paya-muelkiyyet-hueququ-haqqinda-sehadetnamenin-verilmesi

  5. https://e-qanun.az/framework/10221




Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin