Kurs iŞİ Fənn: Mülki hüquq Fakültə:İqtisadiyyat və hüquq İxtisas: Hüquqşünaslıq



Yüklə 87,9 Kb.
səhifə3/10
tarix23.04.2023
ölçüsü87,9 Kb.
#101766
1   2   3   4   5   6   7   8   9   10
Ümumi mülkiyyət hüququnun anlayışı

Mülkiyyət hüququnun növləri
Mülkiyyət hüququnun formaları öz növbəsində növlərə bölünə bilər. Məsələn, vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyəti növ kimi müvafiq mülkiyyət formalarının tərkibində nəzərdən keçirilə bilər.
Mülkiyyətin növlərə ayrılmasının müxtəlif səbəbləri ola bilər. Növlər bir mülkiyyət formasının hüdudlarından çıxmaya da bilər (dövlət - bələdiyyə), eyni zamanda, mülkiyyətin formasından asılı olmaya da bilər. Məsələn, ümumi mülkiyyət hüququnun iki növü - paylı mülkiyyət və birgə mülkiyyət hüququ iki və daha artıq şəxsə məxsusdur. Burada payçılar qismində həm dövlət, həm də xüsusi mülkiyyətçilər çıxış edə bilər.
Mülkiyyətin növlərə bölünməsi konkret əmlakdan da asılı ola bilər. Bu nöqteyi-nəzərdən mülkiyyət hüququnu daşınar və daşınmaz əmlaka görə də fərqləndirmək olar.
Mülkiyyət hüququnun növləri eyni zamanda yarımnövlərə də ayrıla bilər. Məsələn, xüsusi mülkiyyətin növü kimi hüquqi şəxslərin mülkiyyətini öz növbəsində təsərrüfat ortaqlıqları və cəmiyyətləri, istehsal və istehlak kooperativləri, ictimai və dini təşkilatların mülkiyyətinə və s. bölmək olar.
Mülki qanunvericilikdə mülkiyyət hüququnun xüsusi bir növü olan ümumi mülkiyyət hüququna geniş yer verilir.
İki və ya bir neçə şəxsin (mülkiyyətçilərin) eyni bir əmlak üzərində mülkiyyəti ümumi mülkiyyət adlanır. Ümumi mülkiyyət hüququ dedikdə, eyni bir əmlakın bir neçə şəxsə məxsus olduğunu təsbit və mühafizə edən, həmin əmlak üzərində ümumi mülkiyyətçilər tərəfindən birlikdə sərəncam verilməsini, sahibliyini və istifadə etmələrini nizama salan hüquq normalarının məcmusu başa düşülür. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətləri ilə xarakterizə edilir:

  • Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada subyektlərin sayı həmişə ikidən artıq olur;

  • Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə olunur.

  • Ümumi mülkiyyət iştirakçıları mülkiyyət hüququnu bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirirlər. Onlardan heç biri digər mülkiyyətçilərin razılığı olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir.

  • Ümumi mülkiyyət hüququ qanundan, müqavilədən, vərəsəlikdən və digər əsaslardan əmələ gələ bilər.


Yüklə 87,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin