Bartels düyünü süd vəzisiətrafı limfa
düyünlərinin böyük döş əzələsinin bayır kə-
narının altında, ön dişli əzələnin IV dişciyi
üzərində yerləşənidir
(şək. 15
–
A, B - 1a,b)
.
Şəkil 13. Ayaqaltı qövslər
1 – a. tibialis posterior; 2 – a. plantaris medialis;
3 – a. plantaris lateralis; 4 – ramus superficialis a. planta-
ris medialis; 5 – ramus profundus a. plantaris medialis;
6 – arcus plantaris; 7 – ramus plantaris profundus a. dor-
salis pedis; 8 – aa. metatarseae plantares; 9 – aa. digitales
plantares propriae; 10 – a. plantaris digiti quinti lateralis.
Şəkil 14. Bilək sümükləri
1 – dirsək sümüyü; 2 – aypara sümük; 3 – üçkənarlı
sümük; 4 – noxudabənzər sümük; 5 – qarmaqlı sümük;
6 – trapesiyayabənzər sümük; 7 – trapesiyaşəkilli sümük;
8 – başlı sümük; 9 – qayıgabənzər sümük;
10 – mil sümüyü.
11
Başlı sümük (os capitatum) bilək sü-
müklərinin distal cərgəsinin mil tərəfdən üçün-
cü ən böyük sümüyüdür (
şək.14,8
). Uzunluğu
25 – 29 mm – dir. Sümüyün xarakter xüsusiy-
yəti onun yuxarıya doğru baxan ucunun –
başının yuvarlaq və hamar olmasıdır (ona
görə başlı sümük adlanır). Onun başı aypara
və qayığabənzər sümüklə, mil tərəfdən tra-
pesiyayabənzər, dirsək tərəfdən qarmaqlı sü-
müklə və həmçinin, III daraq sümüyü ilə
birləışir.
Bauhin qapağı və ya qalça – kor
bağırsaq qapağı (valvula Bauhini seu
valvula ileocaecalis) qalça – kor bağırsaq
dəliyini qapayır və ilk dəfə Bauhin Kaspar
tərəfindən təsvir edilmişdir. O, yuxarı və
aşağı dodaqlardan təşkil olunmuşdur. Do-
daqlar öndə və arxada bir – biri ilə birləşərək
Səkil 15. Süd vəzisinin limfa sistеmi.
A – limfa damarları və rеgiоnar limfa düyünləri; B – kvadrantlar üzrə limfanın daşınma yоlları
1 – süd vəzisiyanı limfa düyünləri: a – Bartеls düyünü; b – Sоrqius düyünü: 2 – bayır qоltuq limfa düyünləri; 3 – mərkəzi
qоltuq limfa düyünləri; 4 – kürəkaltı limfa düyünləri; 5 – körpücükaltı limfa düyünləri; 6 – körpücüküstü limfa düyünləri
(Virxov düyünü); 7 – döş sümüyüyanı limfa düyünləri; 8 – döş əzələləriarası limfa düyünləri (Rоttеr düyünü); 9 – döş sü-
müyüarxası limfa düyünləri; 10 – qarınüstü nahiyəyə gеdən limfa düyünləri; 11 – arеоlaətrafı limfa damarları tоru (Sap-
pey kələfi).
Şəkil 16. Ön divarı açılmış qalça – kor bağırsaq
nahiyəsi
1 – tenia libera; 2 – appendices epiploicae; 3 – plica se-
milunaris; 4 – valva ileocaecalis; 5,8 – appendix; 6 – il-
eum; 7 – mezoappendix; 9 – ostium appendix; 10 – cae-
cum; 11 – frenilum valve ileocaecalis; 12 – haustra coli.
12
yüyənlər əmələ gətirir (
şək. 16,11
).
Bauhin qapağı nazik bağırsaq möhtəviy-
yatının yoğun bağırsağa keçməsini təmin
edir və eyni zamanda yoğun bağırsaq möhtə-
viyyatının nazik bağırsağa keçməsinin qarşı-
sını alır. Onun müxtəlif zədələnmələrinə,
spazmına, lipomatozuna, selikli qişasının il-
tihablaşmasına tez – tez rast gəlinir və bu
xəstəliklər əksər hallarda cərrahi müdaxilə
tələb edir.
Bennel tikişi (adaptasion tikiş) vətər ti-
kişlərindən olub iki formada (Bennel – I və
Bennel – II) istifadə olunur. Bennel – I üsulu
ilə tikiş qoyduqda əvvəlcə vətərin proksimal
ucu zədələnmə səviyyəsindən 1,5 sm yuxarı-
da vətər liflərinə şaquli istiqamətdə düz iynə
vasitəsilə məftil və ya sapla tikilir. Saplar
vətərdən çəp istiqamətdə keçrildikdən sonra
hər iki ucu bir – birinə paralel olaraq vətərin
distal ucundan keçrilir və xaricdə təsbit et-
mək üçün dəri səthinə çıxarılır. Sapın ucları-
nı bağlamazdan əvvəl ilgəyin altına digər
sap (bu sap vətər bitişdikdən sonra adapta-
sion tikişi çıxarmaq üçündür) keçrilir və ya-
radan proksimal tərəfdə dəri səthinə çıxarılır.
Bennel – II üsulu ilə vətər tikişi zamanı zə-
dələnmiş vətərin proksimal ucu uzun tantal
məftil və ya kapron sapla köndələn istiqa-
mətdə tikilir. Bu tikişin altında ikinci bir li-
gatura qoyulur və yaranın yuxarı kənarında
dəri səthində xüsusi düymə üzərinə təsbit
olunur. Birinci köndələn tikişdən başlamaqla
vətərin proksimal ucuna Kuneo tikişi qoyu-
lur, liqaturanın ucları yaradan 2 – 3 sm kə-
narda dəri üzərinə çıxarılır. Onun dartılması
nəticəsində proksimal və distal ucları tam
adaptasiya olunur. Adaptasiya olunmuş vətər
uclarına 2 – 3 ədəd düyünlü tikiş qoyulur
(
şək. 17
).
Berqman dördbucaqlısı Kronleyn –
Bryusova sxeminin ön – aşağı dördbucaqlısı
olub daxili yuxu arteriyasının mağaralı his-
səsinin proyeksiyasına uyğun gəlir (
şək. 81
).
Orta kəllə çuxurunun orta qulaq mənşəli
irinliklərini açmaq üçün oriyentir kimi isti-
fadə olunur.
Berri bağı və ya qalxanabənzər vəzi-
nin asılan bağı (lig. Berry seu suspenso-
rum glandula thyroidea) boyunun dördün-
cü fassiyasının visseral səfhəsinin qalxana-
bənzər vəzin arxa səthində qalınlaşmasından
Şəkil 17. Bennelin vətər tikişi
13
əmələ gələn və vəzinin paylarını üzüyəbən-
zər qığırdağın qövsünə bağlayan bağdır. Ud-
ma aktı zamanı qalxanabənzər vəzinin qırt-
laqla bərabər yuxarı hərəkət etməsinin səbə-
bi bu bağdır.
Qalxanabənzər vəzinin asılan bağı qayı-
dan qırtlaq siniri ilə sıx təmasdadır. Ona gö-
rə də, qalxanabənzər vəzin cərrahi əməliy-
yatları zamanı onu səfərbər etmək məqsədiy-
lə bu bağı kəsərkən qayıdan qırtlaq siniri də
kəsilə bilər. Bu, isə səsin xırıltılı olması (dis-
foniya) ilə nəticələnə bilər.
Bertini bağı (qalça – bud bağı – lig.ilio-
femorale, Biqilou və ya Fik bağı) insan bədə-
ninin ən möhkəm bağıdır. Qalınlığı 1 sm
olub, 300 kq ağırlığı saxlamağa qadirdir. O,
ön – aşağı qalça tinindən başlayır, çətir şək-
lində yayılaraq, oynaq kapsulunun ön – bayır
səthi ilə gedir, bud sümüyünün böyük burma-
sına və burmalararası xəttə bağlanır (
şək. 18,4
).
Bud – çanaq oynağını möhkəmləndirməklə
yanaşı, onun açılmasını və bayıra hər-
lənməsini məhdudlaşdırır. Məhz, bu bağın
gücü hesabına bud – çanaq oynağının ön
çıxıqları nadir hallarada baş verir.
Beyin orağı (falx cerebri) sərt qişadan
əmələ gəlmiş orağabənzər formalı, sagital is-
tiqamətdə yerləşmiş möhkəm törəmə olub
xoruz pipiyindən başlayaraq daxili ənsə pro-
tuberansına qədər davam edir. Yarımkürə-
lərin arasına (beyinin sagital yarığı) girərək
onları bir – birindən ayırır (
şək. 19
–
A,8
).
Beyin orağı ön hissədə dar, arxa hissədə isə
enli olub beyincik çadırı ilə birləşir. Orağın
qabarıq yuxarı kənarı orta xətt boyunca kəllə
sümüklərinin (alın, təpə və ənsə) daxili
səthlərində olan yuxarı sagital cib şırımının
dodaqlarına birləşərək, eyni adlı cibi (yuxarı
sagital cibi) əmələ gətirir. Onun aşağı basıq
sərbəst kənarı boyunca aşağı sagital cib
keçir. Sərt qişanın digər törəmələri ilə
birlikdə beyinin təsbitində iştirak edir,
yarımkürələrin yerdəyişməsinin qarşısını
alır, eyni zamanda, yuxarı və aşağı sagital
ciblərin formalaşmasında iştirak edir.
Beyinin sərt qişa cibləri (sinus durae
matris) - kəllə boşluğunda beyinin sərt qişa-
sının daxili səfhəsi beyinin böyük yarıqlarına
doğru büküşşəkilli çıxıntılar verərək, xarici
səfhədən xeyli aralanır və nəticədə venaları
əvəz edən sərt qişanın venoz
cibləri adlanan
yollar əmələ gətirir.
Sərt qişanın venoz cibləri, adətən, kəllə
sümüklərinin daxili səthlərində olan şırımlar
Şəkil 18. Bud – çanaq oyanğının bağları
1 – oyanaq kapsulu; 2 – qapayıcı zar; 3 – qasıq – bud
bağı; 4 – qalça – bud bağı.
14
nahiyəsində yerləşirlər
(şək. 19
–
A, B).
Bu
ciblərin divarları beyinin sərt qişasının birləşdi-
rici toxuma səfhəsindən və intima qatından
təşkil olunmuşdur. Intima qatı bir qat
boylama elastik liflərdən ibarətdir və üzəri
daxildən təkqat endotel hüceyrələri ilə
örtülmüşdür. Sərt qişa ciblərinin qapaqları
yoxdur. Onlar boylama və ya köndələn
istiqamətdə yerləşirlər. Bu ciblərdə qanın
axın istiqaməti öndən və yuxarıdan arxaya
doğrudur. Ciblərin bir qismi kəllə qapağında,
digər qismi isə kəllə əsasında yerləşir.
Sərt qişanın venoz cibləri qanın cərəyanını
mükəmməl yaradılmış sərt birləşdirici to-
xumadan təşkil olunmuş divarlar hesabına xa-
rici və daxili təzyiqdən mühafizə edir və beyin
qan dövranının aramsızlığını təmin edir.
Bu ciblərə: 1) yuxarı sagital cib; 2) aşağı
sagital cib; 3) düz cib; 4) köndələn cib; 5) ma-
ğaralı cib; 6) ənsə cibi; 7,8) yuxarı və aşağı
daşlıq cibləri; 9) əsas – təpə cibi; 10) S - ə bən-
zər cib aiddir.
Yuxarı sagital cib (sinus sagittalis supe-
rior) tək ciblərdən olub, böyük beyin orağının
yuxarı kənarı boyunca yerləşir
(şək. 19
–
A, B)
.
Kor dəlikdən bir neçə millimetr arxada
xoruz piyindən başlayır, yuxarı və arxaya
doğru gedir. Daxili ənsə protuberansına
çatdıqda bir qədər sağa meyl edərək köndə-
lən cibə keçir. Bu hissədə ciblər qovuşması –
confluens sinuum adlanan bir genişlik yerlə-
şir (
şək. 19
–
A
). Ciblər qovuşması, adətən,
daxili ənsə protuberansının sağ tərəfində yer-
ləşir və önə doğru dönərək köndələn cibə ke-
Şəkil 19. Beyinin sərt qişasının venoz cibləri və beyin venaları
A: 1 – confluens sinuum; 2 – sinus rectus; 3 – incisura tentorii; 4 – v.magna cerebri; 5 – vv.cerebri superiores; 6 – sinus petrosis
superior sinister; 7 – sinus petrosis inferior; 8 – falx cerebri; 9 – sinus sagittalis superior; 10 – sinus sagittalis inferior; 11 – infun-
dibulum; 12 – a.carotis interna; 13 – n.opticus; 14 – crista galli; 15 – sinus intercavernosus; 16 – sinus sphenoparietalis;
17 – vv.cerebri media superficiales; 18 – diaphragma sellae; 19 – sinus intercavernosus; 20 – dorsum sellae; 21 – sinus caverno-
sus; 22 – plexus basilaris; 23 – sinus petrosus superior dexter; 24 – bulbus superior v.jugularis internae; 25 – sinus sigmoideus;
26 – tentorium cerebelli; 27 – vv.cerebri inferiores; 28 – sinus transversus.
B: 1 – v.cerebralis anterior; 2 – vv.thalamostriate et choroidea; 3 – v.anastomotica superior; 4 – sinus sagittalis superior; 5 – sinus
sagittalis inferior; 6 – v.cerebri interna; 7 – v.cerebri magna (Galen venası); 8 – v.basilaris; 9 – sinus rectus; 10 – v.anastomotica
inferior; 11 – sinus transverses; 12 – sinus occipitalis; 13 – sinus sigmoideus; 14 – sinus petrosus inferior; 15 – sinus petrosus su-
perior; 16 – sinus cavernosus; 17 – v.cerebri media profundus; 18 – v.cerebri media superficialis
15
çir. Yuxarı sagital cibin diametri öndə çox
kiçik olur, arxada isə 1 sm – ə çatır. O, kön-
dələn kəsikdə əsası yuxarıya çevrilmiş üç-
bucağa bənzəyir. Daxili səthində beyinin
yuxarı venalarının dəlikləri, araxnoid dənə-
ciklər (Paxion dənəcikləri) və yan venoz sa-
hələr yerləşir. Yan sahələr – lacunae later-
ales adətən hər tərəfdə 3 ədəddir: a) kiçik
alın sahələri; b) orta ölçülü ənsə sahələri və
c) geniş təpə sahələri. Yaşlı şəxslərdə bu
lakunalar bir – biri ilə birləşərək hər tərəfdə
uzunsov formalı geniş bir sahə əmələ gətirir.
Yuxarı sagital cib beyinin yuxarı venalarını,
kəllə sümüklərinin sümüküstlüyündən gələn
venaları (təpə dəliklərindən keçir), burun
boşluğundan kor dəlik vasitəsilə keçən
emissar venaları, sahələr vasitəsilə diploe və
beyinin sərt qişa venalarını qəbul edir.
Aşağı sagital cib (sinus sagitalis infe-
rior) böyük beyin orağının arxa 2/3 hissəsi-
nin aşağı sərbəst kənarı boyunca arxaya doğ-
ru gedir və düz cibə açılır
(şək. 19
–
A, B).
Arxaya doğru getdikcə diametri artır. Aşağı
sagital cib böyük beyin orağından, döyənək
cisimin üst qismindən və bəzən beyin yarım-
kürələrinin içəri səthindən gələn venaları qə-
bul edir.
Yuxarı daşlıq cibi (sinus petrosus su-
perior) kiçik və ensiz cib olub, mağaralı cibi
köndələn ciblə birləşdirir. Mağaralı cibdən baş-
layaraq eyniadlı şırımla arxaya və bayıra doğru
gedir və köndələn cibə açılır
(şək. 19
–
A, B).
Bu cib beyincik, böyük beyinin aşağı və təbil
boşluğu venalarını qəbul edir.
Aşağı daşlıq cibi (sinus petrosus infe-
rior) mağaralı cibi daxili vidaci vena ilə bir-
ləşdirir
(şək. 19
–
A, B).
Belə ki, hər bir
aşağı daşlıq cibi öz tərəfinin mağaralı ci-
bindən başlayıb, eyniadlı şırımla arxaya və
aşağıya doğru gedərək daxili vidaci venanın
yuxarı soğanağına açılır. Bu cib labirint
venalarını, uzunsov beyindən, körpüdən və
beyinciyin aşağı səthindən gələn venaları
qəbul edir.
Daşlıq – pullu cib (sinus pertosquamo-
sa) gicgah sümüyünün daşlıq və pullu hissə-
lərinin birləşdiyi yerdə əmələ gələn eyniadlı
şırımla (bəzən şırım əvəzinə kanal olur) arxaya
doğru gedir və köndələn cibə açılır. Bu cib
bəzən olmur və ya çənəarxası venaya açılır.
Düz cib (sinus rectus) böyük beyin ora-
ğı ilə beyincik çadırının birləşdiyi yerdə sagital
istiqamətdə yerləşmişdir
(şək. 19
–
A, B).
Kön-
dələn kəsikdə üçbucaq formasında olan bu
cib arxaya və aşağıya doğru gedərək,
köndələn cibə açılır. Düz cibə Qalen venası,
aşağı sagital cib və beyinciyin yuxarı
venaları açılır.
Ənsə cibi (sinus occipitalis) venoz cib-
lərin ən kiçiyi olub beyincik çadırının arxa
Şəkil 20. Mağaralı cib (frontal kəsik)
1 – a.communicans posterior; 2 – n.oculomotorius;
3 – n.trochlearis; 4 – n.ophthalmicus; 5 – n.maxillaris;
6 – n.abducens; 7 – hypophysis; 8 – pars nasalis pharyn-
gea; 9 – sinus sphenoidalis; 10 – sinus cavernosus;
11 – a.carotis interna; 12 – chiasma opticus.
16
kənarı boyunca yerləşir. Böyük ənsə dəliyi
yaxınlığında bir neçə kiçik venaların birləş-
məsindən əmələ gəlir
.
Öndə S-ə bənzər cibin
arxa ucu ilə, arxada isə köndələn ciblə birlə-
şir
(şək. 19
–
B)
. Ənsə cibi həmçinin onurğa-
nın daxili venoz kələfi ilə birləşir.
Əsas – təpə cibi (sinus sphenoparieta-
lis) əsas sümüyün kiçik qanadlarının arxa
kənarı boyunca sümüküslüyünün altı ilə içə-
riyə doğru gedir və mağaralı cibin ön hissə-
sinə açılır. Sərt qişadan gələn kiçik venaları
və beyin qişasının səthi orta venasından bir-
ləşdirici şaxələri qəbul edir.
Köndələn cib (sinus transversus) digər
venoz ciblərdən geniş olub, daxili ənsə hün-
dürlüyündən sağ tərəfdə yerləşir. Köndələn
kəsikdə üçbucağa bənzəyir. O, ənsə sümü-
yünün pullu hissəsi üzərində olan köndələn
cib şırımı ilə önə və bayıra tərəf gedir, gic-
gah sümüyünün daşlıq hissəsinin arxa – ba-
yır ucunda aşağıya doğru dönür və S– ə bən-
zər cibə keçir
(şək. 19
–
A, B).
Köndələn cib
yuxarı daşlıq cibini, böyük beyinin və beyin-
ciyin aşağı venalarını, diploe və anastomotik
venaları qəbul edir.
Mağaralı cib (sinus cavernosus) kəllə-
nin orta çuxurunda əsas sümüyün cisiminin
yan tərəflərində, öndə göz yuvasının yuxarı
yarığı və arxada gicgah sümüyü piramidinin
zirvəsi arasında yerləşir
(şək. 20).
Uzunluğu
2 sm, eni 1 sm – dir. Mağaralı cibin adı onun
daxili quruluşu ilə əlaqədardır. Belə ki, cibin
periferik hissəsində onun köklərinin açılan
yerində bir neçə trabekula – atmalar vardır.
Meyitdə cib büzüşür, onun divarlarında olan
sinirlər və horümçək torunabənzər dənəcik-
lər cibin içərisinə doğru qabarır və ona ma-
ğaralı toxuma görüntüsü verir. Ona görə də,
cibə mağaralı cib deyilir. Mağaralı cibin
içəri divarı üzrə simpatik kələflə əhatə
olunmuş daxili yuxu arteriyası keçir. Bunun
aşağı – bayır tərəfində Dorello kanalının da-
xilində uzaqlaşdırıcı sinir təzahür edir. Cibin
bayır divarında isə yuxarıdan aşağıya doğru
gözün hərəki siniri, blok siniri, üçlü sinirin
şaxələri olan göz və əng sinirləri yerləşir.
Mağaralı cibə yuxarı göz venası, aşağı göz
venasının şaxəsi, böyük beyinin səthi orta
venası, böyük beyinin aşağı venaları, əsas –
təpə cibi, torlu qişanın mərkəzi venası və
beyin qişasının orta venasının alın kökü
açılır. Mağaralı cib yuxarı daşlıq cibi
vasitəsilə köndələn ciblə, aşağı daşlıq cibi
vasitəsilə isə daxili vidaci vena ilə əlaqələ-
nir. Bu cib həmçinin oval, cırılmış və əsas
dəliklərin emissar venaları vasitəsilə qanada-
bənzər kələflə, yuxarı göz venaları vasitəsilə
üz venası sistemi ilə anastomozlaşır. Sağ və
sol mağaralı ciblər bir – biri ilə ön və arxa
mağaraararsı ciblər vasitəsilə birləşirlər və
vahid mağarali cib sistemini və ya Ridleyin
həlqəvi cibini (sinus circularis Ridleyi)
əmələ gətirirlər. Bütün bu birləşmələr qapaq-
sızdır və qan cərəyanı hər iki istiqamətdə
mümkündür. Qanın mağaralı cibdən təkanı
qismən daxili yuxu aryeriyasının pulsasiyası,
başın vəziyyəti və həçinin ağırlıq qüvvəsinin
təsiri altında baş verir.
Mağaralı cib göz venasının kökləri və
bucaq venası arasındakı anastomoz vasitəsilə
üz venası ilə əlaqələnir. Bu əlaqənin böyük
praktik əhəmiyyəti vardır. Belə ki, üzdə baş
verən irinli – iltihabi proseslər bu venalar va-
sitəsilə mağaralı cibə keçərək onun trombo-
17
zuna və kəllədaxili absesin baş verməsinə
səbəb ola bilir.
S-ə bənzər cib (sinus sigmoideus) kön-
dələn cibin davamı olub, eyniadlı şırımla
aşağı və içəriyə doğru gedir və vidaci
çuxurun arxa hissəsində daxili vidaci vena-
nın yuxarı soğanağına açılır
(şək. 19
–
A, B).
Beyincik çadırı (tentorium cerebelli),
beyinin sərt qişasından əmələ gəlmiş törəmə
olub beyinciyi çadır kimi yuxarıdan örtür
(
şək. 19
–
A, 26
). Beyinciklə beyin yarım-
kürələrinin ənsə paylarının arasında üfiqi bir
vəziyyətdə yerləşərək kəllə boşluğunu
çadırüstü və çadıraltı hissələrə bölür. Onun
basıq və azad olan ön kənarı əsas sümüyün
türk yəhərinin arxasından çadır oyması –
incisura tentorii (ya Paxion dəliyi) vasitəsi-
lə ayrılmışdır. Bu oymada orta beyin və be-
yincik soxulcanının ön hissəsi yerləşir.
Orağın arxa qabarıq kənarı ənsə pulunun
üzərində olan köndələn cibin dodaqlarına və
təpə sümüklərinin məməyəbənzər bucağına
bağlanır. Yan tərəflərdə beyincik çadırı gic-
gah sümüyünün daşlıq hissəsinin yuxarı
kənarına bağlanaraq yuxarı daşlıq cibini,
öndə isə gicgah sümüyünün daşlıq hissəsinin
zirvəsinə və əsas sümüyün kiçik qanadları-
nın arxa ucundan əmələ gəlmiş ön mail çı-
xıntıya bağlanaraq mağaralı cibin yuxarı
divarını əmələ gətirir. Beyincik çadırı be-
yinin və beyinciyin kəllə boşluğunda təsbi-
tini təmin edir. Çadırüstü şişlər, beyin ödemi
və hemorragiyalar zamanı kəllədaxili təzyiq
artdığından beyinin müəyyən hissəsi beyincik
çadırının oymasından keçərək həyat üçün təh-
lükəli olan çadır yırtığına səbəb olur. Bəzən
isə kəllənin arxa çuxurunun şişləri zamanı
böyümüş şiş kütləsi beyin kötüyünü beyincik
çadırı oymasına doğru sıxaraq onun köndə-
lən istiqamətdə sıxılmasına və qan dövranı-
nın pozulmasına gətirib çıxarır.
Beyincik orağı (falx cerebelli) beyinin
sərt qişasından əmələ gəlmiş törəmə olub,
beyincik çadırının altında və beyincik yarım-
kürələrinin arasında sagital istiqamətdə yer-
ləşir
(şək. 21, 7)
. Onun əsası yuxarıya çevril-
mişdir və orta xətt boyunca beyincik çadırı-
nın aşağı səthinə birləşir. Daxili ənsə dara-
ğına bağlanan arxa kənarı ənsə cibini əmələ
gətirir. Beyincik orağının zirvəsi (aşağı ucu)
çox vaxt iki hissəyə bölünür və böyük ənsə
dəliyinin kənarlarında itir.
Bilək kanalı (canalis carpalis) – bükü-
cüləri saxlayan bağ – retinaculum flexorum
mil və dirsək hündürlükləri arasında çəkilə-
rək biləyin sümük – fibroz kanalını – canalis
carpi əmələ gətirir. Bilək kanalından orta si-
Şəkil 21. Beyinin sərt qişa törəmələri
1 – dura mater; 2 – falx cerebri; 3 – sinus rectus; 4 – sinus
transversus; 5 – confluence siniium; 6 – sinus sigmoideus;
7 – falx cerebelli; 8 – sinus occipitalis; 9 – diaphragma sellae;
10 – tentorium cerebelli; 11 – sinus sagittalis inferior;
12 – sinus sagittalis superior; 13 – cranium.
18
nir, barmaqları bükən əzələlərin (səthi və də-
rin) və baş barmağı bükən uzun əzələnin və-
tərləri keçir (
şək. 22
). Uzunluğu, orta hesab-
la, 2,5 sm olan bu kanal əsası proksimal tə-
rəfə çevrilmiş kəsik konus formasındadır.
Onun girəcək hissəsinin eni 2,0 – 2,5 sm, çı-
xacaq hissəsinin eni isə 1,8 – 2,0 sm – dir.
Bilək kanalının divarları ilə əzələ vətərləri-
nin fassial örtüyü arasında kövşək toxuma
sahələri yerləşir. Bu toxuma sahələrindən
praktik baxımdan ən əhəmiyyətlisi bükücü
əzələlərin vətərlərinin arasında yerləşən və
50% hallarda Paron – Piroqov toxuma sahəsi
ilə birləşən dərin toxuma yarığıdır. Bu
sahədə yerləşən sinovial kisələrin və
vətərlərin irinli iltihabı
zamanı irin Paron –
Piroqovun toxuma sahəsinə keçə bilir.
Bilək kanalında orta sinir baş barmağı
bükən uzun əzələ ilə barmaqları bükən səthi
və dərin əzələlərin sinovial vətər yataqlarının
arasında yerləşdiyindən barmaqların intensiv
hərəkətləri tələb olunan peşə sahiblərində
(makinaçılarda, piano və qarmon ifaçıların-
da) əzələlərin yorulması nəticəsində sıxılır
və ağrılara səbəb olur. Buna « bilək kanalı
sindromu» deyilir.
Dostları ilə paylaş: |