Şəkil 134. Boyunun venaları
1 – a.facialis; 2 – n.hypoglossus; 3 – v.occipitalis; 4,21,23 – v.facialis; 5,19 – v.thyroidea superior; 6 – v.jugularis interna;
7 – isthmus glandula thyroidea; 8,18,20 – v.jugularis externa; 9 – v.jugularis anterior; 10 – v.cephalica; 11 – v.thoracoac-
romialis; 12 – v.axillaris; 13 – arcus venosus juguli; 14 – v.thyroidea inferior; 15 – v.cercicalis transverses; 16 – v.cervicalis su-
perficialis; 17 – a.carotis communis; 22 – v.retromandibularis; 24 – v.submentalis; 25 – v.jugularis anterior; 26 – m.digastricus.
Şəkil 135. Üz siniri və onun əlaqələri
1 – n.canalis pterygoidei (Vidi siniri); 2 – n.petrosus
profundus; 3 – n.petrosus major; 4 – plexus sympathicus
a.carotis interni; 5 – ganglion geniculi; 6 – n.facialis;
7 – n.petrosus minor; 8 – ganglion oticum;
9 – n.glossopharyngeus.
91
Vinslоv dəliyi (piylik dəliyi – foramen
epiploicum) periton boşluğunu piylik kisəsi
ilə birləşdirən dəlik olub, yuxarıdan qara ci-
yərin quyruqlu payı, öndən qara ciyər –
onikibarmaq bağırsaq bağı, arxadan qara
ciyər – böyrək bağı, aşağıdan isə böyrək –
onikibarmaq bağırsaq bağı ilə əhatə
olunmuşdur (
şək. 137,1
).
Qara ciyər, öd kisəsi və öd yollarında ic-
ra edilən əməliyyatlar zamanı piylik dəliyin-
dən keçməklə ümumi öd axacağını, mədəaltı
vəzin başını palpasiya etmək mümkündür.
Həmçinin, bu əməliyyatlar zamanı baş verə
biləcək qanaxmanı saxlamaq üçün qara ciyər –
onikibarmaq bağırsaq bağı sol əlin iki
barmağı (baş və şəhadət) arasında sıxılır. Bu
zaman şəhadət barmaq piylik dəliyinə
yeridilir, baş barmaq isə bağın üzərinə qo-
yulur. Bəzən iltihabi proses nəticəsində
piylik dəliyi tutulur. Digər tərəfdən, mədənin
və onikbarmaq bağırsağın arxa divarının xo-
ralarının deşilməsi zamanı mədə – bağırsaq
möhtəviyyatı piylik kisəsinə tökülür. Belə
halda möhtəviyyat piylik dəliyi vasitəsilə as-
pirasiya olunur.
Vinslov – Burje bağı və ya çəp dizaltı
bağ (lig. Winslow – Bourgery seu lig.popli-
teum obliquum) yarızarlı əzələ vətərinin bir
hissəsidir. Qamış sümüyünün içəri kondilu-
sundan başlayır, çəp istiqamətdə yuxarı və
bayıra doğru gedərək diz oynağının oynaq
Şəkil 136. Beyinin arterial qan dövranı
1 – r.orbitofrontalis medialis; 2 – a.communicans anterior; 3 – aa.cerebri anteriores; 4 – a.frontobasalis lateralis; 5 – a.carotis interna;
6 – aa.insulares; 7 – a.cerebri media; 8 – a.choroidea anterior; 9 – a.communicans posterior; 10,11 – a.cerebri posterior; 12 – a.basilaris;
13 – n.trigeminus; 14 – n.abducens; 15 – a.cerebri posterior (pars temporalis); 16 – n.intermedius; 17 – n.facialis;
18 – n.vestibulocochlearis;19 – a.occipitalis lateralis; 20 – a.occipitalis medialis; 21 – n.glossopharyngeus; 22 – n.vagus;
23 – a.vertebralis sinister; 24 – a.spinalis anterior; 25 – r.tonsillae cerebellae; 26 – a.cerebelli inferior posterior; 27 – n.hypoglossus;
28 – n.accessorius; 29 – a.cerebelli inferior anterior; 30 – flocculus; 31 – plexus choroideus ventriculi quarti; 32 – aa.pontis;
33 – a.cerebelli superior; 34 – n.oculomotorius; 35 – tractus opticus; 36 – infundibulum; 37 – chiasma opticum; 38 – trigonum olfacto-
rium; 39 – tractus olfactorius; 40 – bulbus olfactorius; 41 – aa.cerebri anteriores.
92
kapsulu ilə birləşir. Bu bağ, oynaq kapsu-
lunu möhkəmləndirməklə yanaşı dizaltı çu-
xurun dibinin əmələ gəlməsində iştirak edir
(
şək
.
138,1
).
Virxov düyünü, körpüçüküstü limfa dü-
yünlərinin səthi qrupuna aid olub, süd vəzisi
xərçənginin metastazı zamanı ən erkən zədə-
lənməyə məruz qalır. Metastazın mövcudlu-
ğu zamanı Virxov düyünü körpücük sümü-
yünün üzərində döş – körpücük – məməyə-
bənzər əzələnin bayır kənarının arxasında və
ya bu əzələnin ayaqcıqları arasında bərk, nis-
bətən hərəkətli törəmə şəklində əllənir
(şək.
15
–
B,6)
. Ona görə, bu düyünə «keşikçi» və
ya «işarə verən» limfa düyünü deyilir.
Qida borusunun aşağı hissəsinin və mə-
də xərçənginin metastazları zamanı böyümüş
bu düyün sol döş – körpücük – məməyə-
bənzər əzələnin bayır kənarında və ya
ayaqcıqları arasında əllənir (bu topoqrafo -
anatomik xüsusiyyət, həmçinin, orqanlardan
Şəkil 137. Periton boşluğunun yuxarı mərtəbəsinin topoqrafiyası
1 – Vinslov dəliyi (mil yeridilmişdir); 2 – hepar; 3 – lig.hepatoduodenale; 4 – lig.hepatogastricum; 5 – lobus caudatis
hepatis; 6 – recessus superior bursae omentalis; 7 – lobus sinister hepatis; 8 – plica gastropancreatica; 9 – pancreas;
10 – gaster; 11,15 – mesacolon transversum; 12 – recessus splenicus bursae omentalis; 13 – lig.gastrosplenicum; 14 – splen;
16 – jejunum; 17 – flexura duodenojejunalis; 18 – pars ascendens duodeni; 19
–
recessus inferior omentalis; 20
–
pylorus.
Şəkil 138. Diz oynağı bağları
1 – lig.popliteum obliquum; 2 – lig.popliteum arcuatum;
3 – m.semimembranosus
93
limfanın döş qəfəsi limfa axacağına və sol
venoz bucağa açılması ilə əlaqədardır).
Vitnall qabarcığı (almacıq qabarcığı –
tuberculum zygomaticum) bayır göz qapa-
ğı bağının ( lig. palpebrale laterale) bağlan-
masına məxsus, almacıq sümüyünün alın çı-
xıntısının göz yuvası səthində, əsas sümüyün
boyük qanadlarının önündə yerləşən hündür-
lükdür.
Voyniç – Syanojeskinin təhlükəsizlik
üçbucağı perikardın döş sümüyünə, qabırğa
qığırdağına söykənən və plevra ilə örtülmə-
yən hissəsidir. Bayır tərəfdən plevranın ön
sol hüdudu, içəri tərəfdən döş sümüyünün
sol kənarı (VI – VII qabırğa qığırdaqlarının
birləşdiyi yer) və aşağı tərəfdən perikardın
aşağı hüdudu ilə əhatə olunmuşdur. Perikar-
dın bu hissəsinin klinik əhəmiyyəti vardır,
çünki burada plevranı açmadan perikard boş-
luğunu punksiya etmək və ürəyə operativ yol
icra etmək mümkündür.
Vrizberq siniri (ara sinir – n.inter-
medius) üz siniri ilə birlikdə öyrənilir, XIII
sinir də adlandırılır. Davamı təbil teli adla-
nır, tərkibində dilin ön 2/3 hissəsindən dad
impulslarını daşıyan hissi və kiçik ağız suyu
vəzilərinə, çənəaltı və dilaltı ağız suyu vəzi-
lərinə məxsus preqanqlionar parasimpatik
(sekretor) liflər vardır. Sinirin zədələnməsi
dilin ön 2/3 hissəsində dad hissiyyatının
itməsinə, çənəaltı və dilatı ağız suyu
vəzilərinin hipofunksiyasına səbəb olur.
Yakobson anastomozu dil – udlaq sini-
rinin aşağı qanqlionu ilə qulaq qanqlionu
arasındakı anastomozdur. Belə ki, təbil sini-
ri dil – udlaq sinirinin aşağı qanqlionundan
başlayaraq təbil boşluğunda təbil kələfini
əmələ gətirir, davamı kiçik daşlıq siniri adı ilə
qulaq qanqlionunda tamam olur və beləliklə,
iki qanqlionu bir – biri ilə əlaqələndirir.
Yaxınlaşdırıcı kanal (canalis adducto-
rius) budun ön şırımı ilə dərzi əzələsi ara-
sında əmələ gələn kanaldır (dərzi əzələsialtı
kanal – canalis subsartorius da adlandırılır).
Kanal içəri tərəfdən budu yaxınlaşdıran uzun
və böyük əzələlər, bayır tərəfdən içəri enli
əzələ ilə əhatə olunmuşdur. Onun ön divarını
budun orta hissəsində dərzi əzələsinin fassial
futlyar yatağının arxa səfhəsi, aşağı 1/3 his-
səsində isə lamina vastoadductoria adlanan
vətərli səfhə təşkil edir. Yaxınlaşdırıcı
kanalın yuxarı hissəsi Hünter kanalı, aşağı
hissəsi isə Yossel kanalı adlanır
(şək. 69)
.
Yazı qələmi (calamus scriptorius)
toxumaları deşmək, ayırmaq və uzunluğu
dəqiq məlum olan qisa kəsiklər aparmaq
üçün neştərin əldə tutulması üsuludur
(şək.
139)
. Anatomiyada IV mədəciyin aşağı ucu
qələmə oxşadığından onu da «yazı qələmi»
adlandırırlar.
Şəkil 139. Neştərin əldə tutulmasının “yazı qələmi”
vəziyyəti
94
Şəkil 141 .Yaxınlaşdırıcı kanal (Yossel kanalı)
1 – Yossel kanalı; 2 – a. və v.femoralis;
3 – lamina vastoadductoria.
Yevstax borusu (eşitmə borusu – tuba
auditiva) uzunluğu 30 – 35 mm, diametri 2
mm olan və udlağın burun hissəsini təbil
boşluğu ilə birləşdirən kanaldır
(şək. 140,1)
.
Sümük (1/3 hissə) və qığırdaq (2/3 hissə)
hissələrdən təşkil olunmuşdur. Onun vasi-
təsilə hava təbil boşluğuna keçərək təzyiqlər
fərqini bərabər-ləşdirir və təbil pərdəsini gə-
rilmədən qoruyur.
Yevstax qapağı və ya aşağı boş vena
qapağı (valva Eustachii seu venae cava
inferior), aşağı boş venanın sağ qulaqcığa
açılan yerində endokarddan əmələ gəlmiş
büküş olub, oval çuxurun haşiyəsi ilə birlə-
şir. Bu qapaq embrional dövrdə aşağı boş
vena ilə gələn qan axınını sağ qulaqcıqdan
sol qulaqcığa yönəldir.
Yossel kanalı, yaxınlaşdırıcı kanalın
aşağı hissəsi olub, budun ön nahiyəsinin
aşağı 1/3 hissəsində yerləşir
(şək. 141,1)
.
Uzunluğu orta hesabla 6 – 7 sm, dərinliyi isə
1,5 – 1,7 sm – dir. Dizaltı çuxura açıldığı
üçün bud – dizaltı kanal ( canalis femoropop-
liteus) da adlandırılır. Öndən içəri enli
əzələni yaxınlaşdıran böyük əzələ ilə bir-
ləşdirən və lamina vastoadductoria adlanan
aponevrotik səfhə, bayırdan içəri enli əzələ,
içəridən isə budu yaxınlaşdıran böyük əzələ
və yaxınlaşdıran uzun əzələnin vətərinin
distal hissəsi ilə əhatə olunmuşdur. Kanalın
yan divarları bud sümüyünün üzərində
yerləşir, onun iki hissəsi – aponevrotik və
vətər – əzələ hissələri ayırd edilir. Aponev-
rotik hissə kanalın uzunluğunun, təqribən,
yarısını təşkil edir. Burada bud damarları
aponevrotik səfhəyə söykənirlər və vizual
olaraq ğörünürlər: öndə bud arteriyası, arxada
bud venası və onların arasında isə gizli sinir
Şəkil 140. Yevstax borusu (eşitmə borusu)
1 – tuba auditiva; 2 – ostium pharyngeum tube auditivae;
3 – porus acusticus externus
95
yerləşir. Aponevrotik hissəsinin başlanğıcını
kanalın yuxarı dəliyi təşkil edir. Yuxarı dəlik
bud sümüyünün içəri kondilusu üzərində
yerləşən yaxınlaşdırıcı qabarcıqdan 15 – 16
sm yuxarıda yerləşir. Kanalın başlanğıc hissə-
sində aponevrotik səfhə üzərində yaxınlaş-
dıran böyük və ya dərzi əzələlərin arteriyala-
rına məxsus dəliklər olur.
Yossel kanalının vətər – əzələ hissəsinin
ön – içəri divarını budu yaxınlaşdıran böyük
əzələnin vətəri, arxa – bayır divarını isə içəri
enli əzələ təşkil edir. Burada damarlar 1,0 – 1,5
sm dərində yerləşdiyindən görünmürlər. Da-
marların kiçik bir sahədə dərində və əzələlər
arasında yerləşməsi cərrahi əməliyyatın apa-
rılmasını çətinləşdirir. Yossel kanalı daxi-
lində bud arteriyası öndə və içəridə, bud
venası isə arxada və bayırda yerləşir. Apo-
nevrotik səfhə üzərində iki ön dəlik olduqda,
yuxarı dəlikdən diz oynağına məxsus damar-
lar, aşağı dəlikdən isə gizli sinir xaric olur.
Yossel kanalının aşağı dəliyi yarıq şək-
lindədir və buradan bud arteriyası dizaltı çu-
xura, dizaltı vena isə bud nahiyəsinə keçir.
Aşağı dəlik çox vaxt içəri enli əzələ ilə budu
yaxınlaşdıran böyük əzələnin lifləri arasında
yerləşir.
Yuxarı əzələ – incik kanalı (canalis
musculoperoneus superior) baldırın yuxarı
1/3 hissəsində, incik sümüyü ilə uzun incik
əzələsinin arasında yerləşir. Bu kanaldan sət-
hi incik siniri keçir.
Yuxu cibi (sinus caroticum) daxili yu-
xu arteriyasının başlanğıc hissəsində yerlə-
şən genişlikdir
(şək. 142,6)
. Burada damarın
daxili qişası nazikdir və əzələ elementləri
azdır, xarici qişası isə, əksinə, qalındır,
elastik liflər, reseptorlar, dil – udlaq və azan
sinirlərdən gələn liflərlə zəngindir.
Yuxu cibi arterial təzyiqin dəyişməsinə
həssas olan baroreseptor zona kimi fəaliyyət
göstərir. Təzyiqin yüksəlməsi və ya yuxu ci-
binin sıxılması ürək vurğularının sayının
azalmasına, arterial təzyiqin qəflətən düşmə-
sinə, beyinin işemiyasına və bayılmaya sə-
bəb olur.
Yuxu cisimi (corpus caroticum) 2 – 7
mm ölçülü paycıqlı anatomik törəmə olub
ümumi yuxu arteriyasının daxili və xarici
yuxu arteriyalarına haçalandığı yerin arxa –
içəri tərəfində yerləşir
(şək.142,5)
. Yuxu
cisimi xaricdən kapsul ilə örtülmüşdür və bu
kapsuldan daxilə doğru atmalar gedərək onu
Şəkil 142. Yuxu cibi və yuxu cismi
1 – efferent sinir lifi; 2 – yuxu cibi reseptorları; 3 – yuxu
cismi reseptorları; 4 – ümumi yuxu arteriyası; 5 – yuxu
cisimi; 6 – yuxu cibi; 7 – ganglion cervicalis superior;
8 – a.carotis interna; 9 – azan sinir qanqlionu.
96
paycıqlara bölür. Paycıqlar epitelial yumaq-
cıq hüceyrələrindən, dayaq hüceyrələrdən və
sinusoidlərdən təşkil olunmuşdur. Yuxu ci-
simi xemoreseptor zona olub, oksigenin sə-
viyyəsinin azalmasına, karbon qazının və
hidrogen ionlarının konsentrasiyasının art-
masına reaksiya verir. Yuxu cisiminin şişləri
cərrahi əməliyyatın gedişi zamanı qanaxma-
lar törədə bilər.
Zaxarçenko qan dovranı (circulus
arteriosus Zakharchenko) uzunsov beyinin
ön səthi üzərində yerləşmiş romb formalı
arterial şəbəkədir. Belə ki, hər iki onurğa
arteriyasından (aa.vertebrales) ayrılan onur-
ğa beyini şaxələri – rr.spinales (2 ədəd)
üzunsov beyinin ön səthi ilə aşağıya doğru
gedərək bir – biri ilə birləşir və orta xətt bo-
yunca yerləşmiş ön onurğa beyini arte-
riyasını – a.spinalis anterior əmələ gətirir.
Nəticədə, yuxarıda əsas arteriya, aşağıda ön
onurğa arteriyası və yanlarda isə onurğa
beyini şaxələri arasında romb formalı arterial
dövran əmələ gəlir (
şək. 143,6
). Bu dövran,
Villizin qan dövranı kimi, həyati vacib
mərkəzlərə (ürək – damar, tənəffüs, öskürmə
və s. mərkəzlər) malik olan uzunsov beynin
fasiləsiz qan təchizatını təmin edir.
Zindan sümüyü (incus), qulaq sümük-
cüklərindən olub, uzun və qısa ayaqcıqlar-
dan, cəkicin başı ilə birləşməyə məxsus ci-
simdən ibarətdir. Onun uzun ayaqcığı üzəngi
başı ilə birləşir (
şək. 144
).
Zinn həlqəsi görmə kanalını və göz yu-
vasının yuxarı yarığının içəri yarısını əhatə
edən və göz almasının düz əzələlərinin bağ-
lanması üçün istinad təşkil edən vətər həl-
qəsidir
(şək. 145)
. Buradan gözün hərəki
Şəkil 143. Zaxarçenko qan dövranı (oxla
göstərilmişdir)
1 – a.communicans anterior; 2 – a.basilaris; 3 – a.vertebralis;
4 – a.spinalis anterior; 5 – r.spinalis; 6 – Zaxarçenko qan
dövranı; 7 – a.cerebri posterior; 8 –a.communicans posterior;
9 – a.cerebri media; 10 – a.cerebri anterior.
Şəkil 144. Zindan sümüyü
1 – corpus incudis; 2 – crus breve; 3 – facies articularis;
4 – crus longum; 5 – crus longum
97
Şəkil 145. Göz yuvası
1 – v.ophthalmica superior; 2 – n.lacrimalis; 3 – .frontalis;
4 – n.trochlearis; 5 – m.rectus superior; 6 – m.levator palpe-
brae superioris; 7,12 – n.oculomotorius; 8 – a.ophthalmica;
9 – m.obliquus superior; 10 – n.opticus; 11 – m.rectus me-
dialis; 13 – v.ophthalmica inferior; 14 – m.rectus inferior;
15 – m.obliquus inferior; 16 – fissura orbitalis inferior;
17 – n.abducens; 18 – m.rectus lateralis; 19 – n.nasociliaris;
20 – fissura orbitalis superior.
siniri, burun – kirpik siniri, uzaqlaşdırıcı
sinir, görmə siniri və göz arteriyası keçir.
Qeyd olunan vətər həlqəsi buradan keçən
törəmələrin sıxılmasının qarşısını alır.
Zimmerinq venası və ya qapı venası
(v. Soemmerringi seu vena portae) qara
ciyər – onikibarmaq bağının səfhələri arasın-
da, ümumi öd axacağı ilə xüsusi qara ciyər
arteriyasının arxasında yerləşir
(şək.146)
.
Uzunluğu 2 – 8 sm - dir. Yuxarı çöz və dalaq
venalarının birləşməsindən əmələ gəlir və
periton boşluğunun bütün tək orqanlarından
venoz qanı qara ciyərə daşıyır. Bunlardan
əlavə, qapı venasına yuxarı mədəaltı vəz –
onikibarmaq bağırsaq, mədə çıxacağıönü,
sağ və sol mədə venaları açılırlar. Bəzən
qapı venası kötüyünün əmələ gəlməsində
aşağı çöz və köndələn çənbər bağırsağın orta
venası da iştirak edir. Bədənin boylama
oxuna münasibətinə görə qapı venasının və-
ziyyəti 80% hallarda çəp olur. Belə vəziyyət
qapı venasının sol tərəfdə formalaşması və
ya qara ciyərin əhəmiyyətli dərəcədə böyü-
məsi ilə əlaqədardır.
Klinik cərrahlıqda qapı venası ilə mədə-
altı vəzin bir – birinə münasibəti mühüm
əhəmiyyət kəsb edir. Orta hesabla, 35% hal-
larda qapı venası mədəaltı vəz başının arxa-
sından keçir, 42% hallarda vəz üzərindəki
şırımda və 23% hallarda isə vəzin parenxi-
ması daxilində yerləşir. Mədəaltı vəzin şiş-
ləri zamanı qapı venasının sonradan portal
hipertenziyanın inkişaf etməsi ilə tez sıxıl-
ması məhz bununla izah olunur.
Cərrahliq təcrübəsində qapı venası və
onun şaxələrinin aşağı boş vena ilə münasi-
bətlərinin süni porto – kaval anastomozların
yaradılması zamanı böyük əhəmiyyəti var.
Çox vaxt bu damarların mərkəzi oxları iti bu-
caq altında kəsişirlər. Qara ciyərin vəziyyəti,
ölçüləri və qapı venasının müxtəlif mənbə-
lərdən əmələ gəlməsi onunla aşağı boş venanın
topoqrafo – anatomik münasibətlərinin dəyiş-
məsinə səbəb olur. Belə ki, qara ciyərin nisbə-
tən aşağı vəziyyəti zamanı bu damarların bir –
birinə toxunan səthlərinin çox qısa olması ilə
əlaqədar porto – kaval anastomozların yaradıl-
ması üçün əlverişli şərait yaranır. Bəzən əlavə
qapı venasına da rast gəlinir. Belə halda o, qapı
venasının əsas kötüyünə paralel keçir.
Qapı venası qara ciyər qapısına 1,0 – 1,5
sm qalmış və ya bilavasitə onun daxilində sağ
və sol şaxələrə bölünür. Onun bölünmə səviy-
yəsi XI döş və I bel fəqərələri arasında dəyişə
bilər. Belə dəyişkənlik sirroz zamanı qara ciyə-
98
Səkil 147. Qapı vеnası sistеmi (öndən, sxеm)
1 – v.cava infеriоr; 2 – оеsоphagus; 3 – vv.оеsоphagеaе; 4 – r. sinistеr v. pоrtaе; 5 – v.gastrica sinistra; 6 – v. gastrica
dеxtra; 7 – vеntriculus; 8 – v.gastrica sinistra və v. gastrica dеxtra arasındakı anastоmоz; 9 – liеn; 10,12 – vv.gastricaе
brеvеs; 11 – v.liеnalis; 13 – v.gastrоеpiplоica sinistra; 14 – piylik vеnaları; 15 – rеn sinistеr; 16 – v.rеnalis sinistra;
17 – v.cоlica mеdia və v. cоlica sinistra arasındakı anastоmоz; 18 – jеjunum; 19 – v.cоlica sinistra; 20 – v.mеsеntеrica
infеriоr; 21– cоlоn dеscеndеns; 22 – intеstinum tеnuе; 23 – v. cоlica sinistra et v. sigmоidеa arasında anastоmоz; 24 – vv.
sigmоidеaе; 25 – v.rеctalis supеriоr; 26 – cоlоn sigmоidеum; 27 – v.iliaca еxtеrna; 28 – v.iliaca intеrna; 29 – vv.rеctalеs
mеdiaе; 30 – vv.rеctalеs infеriоrеs; 31– plеxus vеnоsus rеctalis; 32 – rеctum; 33– appеndix vеrmifоrmis; 34 – caеcum;
35 – v.appеndicularis; 36– ilеum; 37 – v.iliaca cоmmunis dеxtra; 38 – v. ilеоcоlica; 39 – vv.жежunalеs еt ilеi; 40– v. cava
infеriоr; 41 – v.cоlica dеxtra; 42 – cоlоn ascеndеns; 43 – rеn dеxtеr; 44 – v.mеsеntеrica supеriоr; 45 – v. rеnalis dеxtra;
46 – v.cоlica mеdia; 47,51 – v.pancrеaticоduоdеnalis; 48 – çənbərbağırsağın оrta və sağ vеnalarının birləşdiyi yеr;
49 – pancrеas; 50 – duоdеnum; 51 – v. pancrеaticоduоdеnalis; 52 – v.gastrоеpiplоica dеxtra; 53 – vv. paraumbilicalеs;
55 – r. dеxstеr v. pоrtaе; 56 – qara ciyərin vеnоz kapilyarları; 57 – hеpar; 58 – vv.hеpaticaе.
rin ölçülərinin kiçilməsi, bağırsaqların sallan-
ması və s. səbəblər ilə əsaslandırılır. Qapı
venasının sağ və sol şaxələrə bölünməsi çox
vaxt 90 – 100
o
– lik bucaq altın-da baş verir.
Sağ şaxənin uzunluğu 1,5 – 3,5 sm, solunku isə
2,0 – 5,0 sm təşkil edir. Sağ şaxənin diametri,
soldakına nisbətən, bir qədər böyük olur. Sağ
pay şaxəsinə öd kisəsi venası, sol şaxəyə isə
göbək venası açılır. Qapı venasının şaxələrə
bölünməsinin səpələnmiş, keçid və magistral
99
formaları ayırd edilir. Səpələnmiş forma
zamanı venanın kötüyü uzunluğu 0,2 – 2,0 sm
olan iki qisa şaxəyə, onların da hər biri, öz
növbəsində, 2 – 5 şaxəyə bölünür. Magistral
formada sağ və sol şaxələr ikinci və üçüncü
sıra şaxələrə bölünürlər. Keçid formaya qapı
venasının səpələnmiş və magistral formalarının
əsas əlamətləri xasdır.
Qapı venası çoxsaylı anastomozlar vasi-
təsilə yuxarı və aşağı boş venalarla əlaqələ-
nir. Porto – kaval anastomozlar adlanan bu
əlaqələr: a) mədə venaları ilə yemək borusu
venaları arasında; b) düz bağırsaq venaları
arasında; c) göbəkətrafı venalarla qarının ön
divarının venaları arasında; ç) qapı venasının
mənbələri ilə peritonarxası sahənin venaları
(böyrək, böyrəküstü vəzi, xaya və ya yumur-
talıq venaları və s.) arasınada əmələ gəlir.
Bu anastomozlar qapı venası sistemində baş
verən durğunluqlar və qan cərəyanının po-
zulması zamanı kollateral qan dövranının
əmələ gəlməsində mühüm rol oynayırlar. Belə
ki, portal hipertenziyalar zamanı qanın qara
ciyərdən boş vena sisteminə ötrülməsində qida
borusu venaları ilə anastomozlaşan diafraqma
venaları da iştirak edir. Porto – kaval anasto-
mozlar düz bağırsaq nahiyəsində daha yaxşı
inkişaf etmişdir. Qida borusu nahiyəsində
mədənin sol venası və qida borusu venaları
arasındakı əlaqələr vasitəsilə qapı venası ilə tək
vena, yəni yuxarı boş vena sistemi arasında
anastomoz yaranır. Qara ciyər sirrozu zamanı
qapı venası sistemində baş verən pozğunluqlar
periton boşluğuna mayenin toplanmasına
(qarın hidropsu) səbəb olan portal hipertenziya
yaradır. Portal hipertenziya zamanı göstərilən
anastomozlar səviyyəsində təzyiqin həddən
çox artması mədə – qida borusu venalarının
varikoz genişlənməsinə və təhlükəli qanaxma-
lara gətirib çıxarır. Digər tərəfdən, qarının ön
divarında yerləşən göbəkətrafı venaların geniş-
lənməsi göbək ətrafında qıvrılmış ilan yumağı-
na bənzəyir və cərrahlıqda «meduza başı»
sindromu adlandırılır (
şək. 117
).
100
|