L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov


Tac bağ (ligamentum coronarium he-



Yüklə 14,08 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix01.01.2017
ölçüsü14,08 Mb.
#4061
1   2   3   4   5   6   7   8   9   10   11

Tac bağ (ligamentum coronarium he-
patis) diafraqmanın aşağı səthi ilə qara ciyə-
rin diafraqma səthi arasında köndələn istiqa-
mətdə 
(tac kimi)
 yerləşmiş  və peritondan 
əmələ gəlmiş bağdır 
(şək. 108,3)
. Uzunluğu 15 
– 20 sm – dir. Qara ciyərin sağ və sol kənarla-
rında tac bağ qara ciyərin üçbucaq bağlarına 
keçir. Tac bağın yuxarı  səfhəsi qara ciyər – 
diafraqma bağı adlandırılır. 
 
Tenon kapsulu (yataq qişası – vagina 
bulbi) göz alması yatağını əmələ gətirən sərt 
fibroz səfhə olub, göz almasının piy cismini 
göz almasından ayırır 
(şək.125,14)
. Bu 
kapsul ağlı qişa ilə boş birləşmişdir və bun-
lar arasında qalan yarıq Tenon boşluğu və ya 
skleraüstü (episkleral) boşluq adlanır. Tenon 
kapsulu göz alması üçün, sanki, oynaq çalası 
rolunu oynayaraq onun hərəkətliliyini təmin 
edir.  
 
Tənəyəbənzər kələf (plexus pampini-
formis) geniş damarlar şəbəkəsindən ibarət 
kələf olub, xayanın orta divarından başlayan 
venaların birləşməsindən  əmələ  gəlmişdir 
(şək. 126,1)
. Bu kələf toxum ciyəsinin gedişi 
boyunca ona tənək kimi sarmaşdığı üçün be-
lə adlandırılmışdır. O, xayalarda temperatur 
tənzimini həyata keçirən mühüm törəmədir. 
Xayaları qidalandıran arteriyaları əhatə edə-
rək onlardan keçən qanı soyudur və sperma-
tozoidlərin əmələ gəlməsini tənzimləyir. Di-
gər tərəfdən tənəyəbənzər kələfin genişlən-
məsi kişi sonsuzluğuna və ya xayalarda ağrı-
lara səbəb olan varikosele ilə nəticələnir. 
 
Told fassiyası (fascia retrocolica), peri-
tonarxası toxuma sahəsində birincili perito-
nun səfhələrinin qalınlaşmasından əmələ gə-
lərək, qalxan və enən çənbər bağırsağın arxa 
divarını örtür (
şək

55,13
). 
 
Tompson səfhəsi qarının ön – yan diva-
rının səthi fassiyasının qarının aşağı şöbəsini 
Şəkil. 124 Şipo üçbucağı 
 
1 – linea temporalis; 2 – cellulae mastoideae 
(proyeksiyası); 3 – spina suprameatum; 4 – üz sinirinin 
proyeksiyası; 5 – crista mastoidea; 6 – foramen mas-
toideum; 7 – sinus sigmoideus (proyeksiyası). 

83 
örtən dərin səfhəsidir. Bu səfhə fibroz liflərlə 
zəngin olduğu üçün ondan altda yerləşən 
xarici çəp əzələnin aponevrozundan qalındır 
və  bəzən təcrübəsiz cərrah kəsik icra edən 
zaman onu xarici çəp  əzələnin aponevrozu 
hesab edir. Dərin səfhə aşağıda qasıq bağına 
və qalça darağının xarici dodağına bağlanır, 
içəri tərəfdə isə xayalığın, cinsiyyət üzvünün 
və aralığın səthi fassiyasına keçir. Ona görə 
də, dərin toxuma qatında yerləşən irinli 
proseslər, hematomalar qasıq bağına qədər 
davam edir və budun ön səthinə keçmir. 
 
Topuq kanalları (canales malleolares
2  ədəddir: içəri topuq kanalı – canalis 
malleolaris medialis, və bayır topuq kanalı – 
canalis malleolaris lateralis adlanır 
(şək. 127)

Şəkil 125. Görmə orqanının topoqrafiyası 
 
1 – fornix conjunctivae superior; 2 – n.supraorbitalis; 3 – corpus vitreum; 4 – m.obliquus superior; 5 – excavatio disci;  
6 – m.levator palpebrae superioris; 7 – corpus adiposum orbitae; 8 – m.rectus superior; 9 – a.centralis retinae;  
10 – n.opticus; 11 – a.ophthalmica; 12 – m.rectus inferior; 13 – v.centralis retinae; 14 – fascia bulbi (Tenon fassiyası);  
15 – sclera; 16 – choroidea; 17 – retina; 18 – membrana vitrea; 19 – periorbita; 20 – m.obliquus inferior; 21 – fornix con-
junctivae inferior; 22 – septum orbitale;  23 – m.tarsalis inferior; 24 – tunica conjunctivae bulbi; 25 – tunica conjunctivae 
palpebrarum; 26 – tarsus inferior; 27 – corpus ciliare; 28 – rima palpebrarum; 29 – zonula ciliaris; 30 – cornea; 31 – lens; 
32 – tarsus superior; 33 – iris; 34 – m.orbicularis oculi; 35 – m.tarsalis superior; 36 – septum orbitale.  
Şəkil 126. Xayanın daxili quruluşu 
 
1 – plexus pampiniformis; 2 – lobuli epididymidis;  
3 – caput epididymidis; 4 – tunica albuginea; 5 – tunica 
vaginalis testis (lamina visceralis); 6 – tunica vaginalis-
lamina  testis (lamina parietalis); 7 – lig.epididymidis 
inferior; 8 – lobuli testis; 9 – mediastinum testis;  
10 – sinus epididymidis; 11 – corpus epididymidis;  
12 – ductus deferens; 13 – a.ductus deferentis 

84 
Şə
kil 12
7 . B
ay
ır (A
) v
ə iç
ər
i (B) 
to
puq
 n
ahiy
əl
əri  
 
A
: 1
 –
 n
.pe
ro
ne
us s
uper
fi
ci
al
is
; 2 
– m
.ext
ens
or
 di
gi
to
ru
m
 long
us;
 3 
– 
ret
in
acul
um
 ext
ens
ori
um
 superi
us
; 4 
– 
r.
per
fo
ran
s a.
per
one
ae;
 5
 – 
n.c
ut
ane
us
 d
orsal
is
 m
edi
al
is;
 6 
– 
n.c
ut
ane
us 
do
rsalis in
term
ed
iu
s; 

– a.m
alleo
laris an
teri
or
 lateralis; 8
 – retin
acu
lu
m
 ex
ten
so
ri
um
 in
feriu
s; 

– tendo
 m
.p
ero
ne
i tertii; 1
0 –
 m
.ext
enso

di
gi
to
ru
m
 b
revi
s;
 11
 –
 ar
cus 
ve
nos
us
 d
or
-
salis 
pe
di
s; 12
 –
 m
.ad
du
ctor dig
iti 
m
in
imi; 
13
 –
 n
.cu
tan
eu
s d
ors
alis lateralis; 14
 –
 tendo
 m
.p
ero
ne
i b
revis; 1
5 – tend

m
.p
ero
nei
 lo
ng
i; 16 
– m
.fl
ex
or
 di
gi
to
ru
m
 bre
vi
s;
 1

– 
bu
rsa
 
subcuta
nea cal
canea; 18 
– 
bursa te
nd
in
is calcan
ei; 19
 –
 r.m
alleo
laris lateralis; 
20
 – rete m
alleo
lare laterale; 2

– tend

Ach
illis; 22
 –
 v
.saph
en
a p
arva; 2
3 – m
.p
eron
eus 
br
ev
is; 24 –
 
n.
su
ralis; 
B
: 1 –
 m
.flex
or h
allu
cis 
long
us
; 2
 –
 tendo
 Ach
illis; 
3 –
 an
asto
m
osi

v.
saph
en

mag
na
 et 
v.
saph
en
a p
arv
a; 4 – bu
rsa tend
in
is 
calc
anei
; 5 
– 
re
tin
acul
um
 fl
ex
ori
um
; 6 – 
vas

pl
an
taria lateralia, n
.p
lan
taris 
lateralis; 7
 –  
vasa p
lan
taria 
med
ialia, n.p
lan
taris lm
ed
ialis
; 8
 –
 r.m
alleo
lari
s m
ed
ialis
; 9
 –
 ten
do
 m
.flex
orisd
ig
ito
ru
m
 lo
ng
i; 10
 –
 tendo
 m
.flex
or
is 
ha
l-
lu
cis 
lon
gi; 1
1 –
 m
.ab
du
ctor hallu
cis; 
12
 – a.t
arsea m
ed
ialis;
 13
 –
 tendo
 m
.ti
bi
alis 
po
sterioris; 14
 –
 a.m
all
eo
laris an
terior m
edi
al
is
; 15 
– v.s
ap
he
na m
agna
, n.sa
ph
ena
; 16
 –
 va
sa t
ib
i-
al
ia
 post
eri
ora
, n.t
ib
ia
lis
; 1

– m
.fl
exor 
di
gi
to
ru
m
 long
us.
 
 

85 
İçəri topuq kanalı  aşıq – baldır nahiyəsinin 
içəri şöbəsində yerləşir və baldır fassiyasının 
qalınlaşmasından  əmələ  gəlmiş bükücüləri 
saxlayan bağla içəri topuq və daban 
sümükləri arasında  əmələ  gəlir (
şək.127B
). 
Bu kanalda baldırın arxa dərin qrup 
əzələlərinin (arxa qamış  əzələsi, barmaqları 
bükən uzun və ayaq baş barmağını bükən 
uzun  əzələlər) vətərləri (
sinovial yataqları

və arxa qamış damar – sinir dəstəsi keçir. Bu 
kanal ön və  aşağıda daban kanalına, yux-
arıda və arxada baldırın arxa yatağının dərin 
toxuma sahəsinə keçir. Belə bir əlaqə irinli – 
iltihabi proseslərin bir toxuma sahəsindən 
digərinə yayılmasına şərait yaradır. 
Bayır topuq kanalı baldırın xüsusi fassi-
yasının qalınlaşmasından əmələ gəlmiş incik 
əzələlərini saxlayan bağla bayır topuq və da-
ban sümükləri arasında  əmələ  gəlir 
(
şək.127A
).  Bu kanaldan uzun və qisa incik 
əzələlərinin vətərləri keçir. Distal hissədə bu 
kanal 2 hissəyə – yuxarı  və  aşağı hissələrə 
bölünür.  İncik  əzələlərini müşayiət edən 
kövşək toxuma qatı Axilles vətərinin 
altındakı dabanüstü toxuma sahəsini 
ayaqaltının bayır yatağının toxuma sahəsi ilə 
birləşdirir. 
Ayağın aponevrozaltı orta yatağının fleq-
monaları zamanı irin topuq kanalı vasitəsilə 
barmaqları bükən  əzələlərin vətərlərinin və 
bayır ayaqaltı damar – sinir dəstəsinin bo-
yunca baldırın dərin fassial yatağına yayıla 
bilir. 
 
Torel dəstəsi və ya arxa yol (tractus 
Torelli seu posterior), ürəyin aparıcı siste-
minin elementləırindən biri olub, cib – 
qulaqcıq düyünündən başlayaraq tac cibin yanı 
ilə gedir və atrioventrikulyar düyündə qurtarır. 
Bu dəstə impulsları Kis – Flaq düyünündən sağ 
mədəciyin əzələ qişasına ötürən əlavə yoldur. 
 
Trapesiyayabənzər sümük (os trape-
zoideum) distal cərgə bilək sümüklərinin  
bayır tərəfdən  ikincisidir 
(şək. 14,6)
. For-
ması trapesiyanı xatırladan uşaq çəkməsinə 
(papuç) bənzəyir. Bayırda trapesiyaşəkilli, 
içəridə başlı, öndə II əl darağı və arxada isə 
qayığabənzər sümüklərlə birləşir

 
Trapesiyaşəkilli sümük (os trapezium)
 
distal cərgə bilək sümüklərinin bayır tərəf-
dən birincisidir 
(şək. 14,7)
. İçəridə trapesiya-
yabənzər, öndə I və II əl darağı, arxada isə 
qayığabənzər sümüklərlə birləşir.
  
 
Treyts bağı və ya onikibarmaq bağır-
sağın asılan bağı (lig. Treitz seu lig. sus-
pensorium duodeni) onikibarmaq – acı ba-
ğırsaq əyriliyini təsbit edən və saya əzələ lif-
lərindən təşkil olunmuş bağdır 
(şək. 128,7)

Bəzən Treytz əzələsi də adlandırılır. O, oniki-
barmaq bağırsağın divarının həlqəvi əzələ lif-
lərindən başlayaraq, mədəaltı  vəzin arxasın-
da yuxarı və bir qədər sağ tərəfə gedir,  yel-
pik  şəklində genişlənir və  fəqərəönü fas-
siyanın yuxarı müsariqə arteriyasını, qarın 
kötüyünü və diafraqmanın sağ ayaqcıqlarını 
örtən səfhəsinin liflərinə qarışır. 
 
Treyts cibi və ya onikibarmaq – acı 
bağırsaq cibi (sinus Treitzi seu sinus duo-
denojejunalis)  qarın boşluğunun arxa 
divarında, II bel fəqərəsinin sol tərəfində, 

86 
pariyetal periton izərində onikibarmaq bağır-
sağın acı bağırsağa keçən yerində olan çö-
kəklikdir. Bəzən periton boşluğu orqanları 
bu cibə keçərək boğula bilir.  
 
Treyts yırtığı  və ya peritonarxası  yır-
tıq (hernia Treitzi seu hernia retro-
peritonealis)  daxili peritonarxası  yırtıqlara 
aid olub, periton boşluğu orqanlarından biri-
nin onikibarmaq – acı bağırsaq cibinə (Treyts 
cibi) keçməsi nəticəsində əmələ gəlir. 
 
Trolar venası (yuxarı anastomotik ve-
na – v.anastomotica superior) orta beyin 
venalarını köndələn və yuxarı sagital ciblə 
birləşdirir 
(şək. 19 

 
B,3)

 
Türk yəhəri (sella turcica) əsas sümü-
yü cisiminin yuxarı  səthində yerləşmiş çö-
kəklikdir 
(şək. 104,2)
. Ondən yəhər qaşı 
deyilən hündürlüklə – yəhər qabarıcığı ilə, 
arxadan isə yəhər arxası ilə hüdudlanmışdır. 
Eni 17 – 26 mm arasında dəyişir. Burada 
hipofiz vəzisi yerləşdiyindən, onu bəzən 
hipofiz çuxuru da adlandırırlar. Yəhərin 
üzəri sərt qişadan  əmələ  gəlmiş  yəhər 
diafraqması ilə örtülür. Yəhər qabarcığından 
öndə görmə siniri çarpazına məxsus  şırım 
keçir. Ona görə  də,  şişləri zamanı ölçüsü 
böyüdüyündən hipofiz vəzisi görmə 
çarpazını  sıxır və görmə pozğunluqlarının 
meydana çıxmasına səbəb olur. Həmçinin, 
türk yəhərinin dibi əsas sümüyü cibinə  
söykənir və buradan hipofiz vəzi üzərində 
əməliyyatlar zamanı cərrahi yol kimi istifadə 
olunur. Yəhərin yanlarında yuxu arteriyasına 
məxsus  şırım yerləşir və  bu hissədə o, 
mağaralı cibin divarlarına söykənir.
 
 
Ulduzabənzər qanqlion (ganglion stel-
latum)  aşağı boyun simpatik düyünü ilə I 
döş düyününün birləşməsindən  əmələ  gəl-
mişdir 
(şək. 129,1)
. O, pilləli – onurğa üçbu-
cağının hüdudları daxilində, VII boyun 
fəqərəsinin köndələn çıxıntısı  və I qabırğa 
boynu arasında onurğa arteriyasının 
arxasında yerləşir. Adı xarici görünüşü 
(ulduza bənzəyir) ilə  əlaqədardır. Düyünün 
çox hissəsi körpücükaltı arteriya ilə 
örtülmüşdür, aşağı qütbü plevra günbəzinə 
söykənir. Körpücükaltı  və onurğa 
arteriyalarından qabırğa – plevra və onurğa – 
plevra bağları vasitəsilə ayrılmışdır. Bu dü-
yündən körpücükaltı  və onurğa arteriyaları-
na, ürəyə, boyundaxili orqanlara, ağ ciyərlə-
rə, azan sinirə, aorta – ürək kələfinə, həmçi-
Şəkil 128. Treyts bağı və ya əzələsi 
 
1 – v.cava inferior; 2 – oesophagus; 3,4 – crus dextrum 
diaphragmatis; 5 – crus sinistrum diaphragmatis;  
6 – truncus coeliacus; 7 – m.suspensorius duodenum
(Treyts bağı); 8 – flexura duodenojejunalis; 9 – a.mesen-
terica superior; 10 – pars horizontalis duodeni; 11 – pars 
descendens dodeni. 

87 
nin, gözün saya əzələlərinə  məxsus  şaxələr 
ayrılır. 
Yuxarı  ətrafların yaralanmaları zamanı 
yaranan ağrıların aradan qaldırılması  və  ət-
rafların magistral damarlarının bağlanılması 
zamanı baş verə biləcək qanqrenanın 
qarşısını almaq üçün bu qanqlion blokada 
olunur. 
 
Üçbucaq bağlar (lig. triangulare si-
nistrum et dextrum) qara ciyərin sağ və sol 
kənarlarında tac bağın haçalanması  nəticə-
sində əmələ gələn bağlardır 
(şək. 108– 1,4)

Sol üçbucaq bağ diafraqmanın alt səthi ilə 
qara ciyərin sol payının qabarıq səthi arasın-
da yerləşir. Qara ciyəri aşağıya və sağa çək-
dikdə  və qabırğa qövsünü bir qədər yuxarı 
qaldırdıqda bu bağ daha yaxşı görünür. Sol 
üçbucaq bağ qida borusunun qarın hissəsin-
dən 3 – 4 sm öndə yerləşmişdir. O, ön və ar-
xa səfhələrdən təşkil olunmuşdur. Ön səfhə 
orağabənzər bağın sol səfhəsinə keçir. Sağ 
üçbucaq bağ diafraqmanın aşağı  səthi ilə 
qara ciyərin sağ payının yuxarı  səthi 
arasında çəkilmişdir. O, sol üçbucaq bağa 
nisbətən, zəif inkişaf etmişdir.  
 
Üçtərəfli dəlik (foramen trilaterum) 
yuxarıdan kürəkaltı və kiçik girdə əzələ, aşa-
ğıdan böyük girdə əzələ, bayırdan isə üçbaşlı 
əzələnin uzun başı ilə  əhatə olunur. Bu də-
likdən  kürəyi dolanan arteriya qoltuq nahi-
yəsindən kürək nahiyəsinin tinaltı çuxuruna 
keçir 
(şək. 48). 
Qoltuq boşluğunun adeno-
fleqmonaları zamanı irinli proses kövşək 
toxuma qatı vasitəsilə bu dəlikdən kürək 
nahiyəsinə yayıla bilir. 
 
Üçkənarlı sümük (os triquetrum) üçtə-
rəfli qısa piramidaya bənzəyir və bayır tərəf-
dən biləyin proksimal cərgəsinin üçüncü sü-
müyüdür 
(şək. 14,3)
. Ön – arxa ölçüsü 15 – 
16 mm – dir. Ovuc səthində noxudabənzər, 
öndə qarmaqlı, bayırda aypara sümüklərlə  
birləşməyə məxsus oynaq səthləri vardır. Sü-
müyün arxa ucunun üzərindəki oynaq səthi 
mil – bilək oynağının əmələ gəlməsində işti-
rak edir. 
 
Üzəngi sümüyü (stapes) qulaq sümük-
cüklərindən olub, təbil boşluğunda yerləşir. 
Sümüyün zindanın uzun çıxıntısı ilə birləşən 
başı, üzəngi  əsası ilə birləşən ön və arxa 
ayaqcıqları vardır. Üzənginin əsası təbil boşlu-
ğunun içəri divarında olan dəhliz pəncərəsini 
qapayır. Onun ayaqcıqları ilə  əsası arasında 
qalan sahə üzəngi zarı ilə tutulur
 (şək. 130).  
 
Şəkil  129. Ulduzabənzər və ya  
boyun-döş qanqlionu  (1) 

88 
Üzüyəbənzər qığırdaq (cartilago cri-
coidea)  qırtlağın tək qığırdaqlarından olub, 
onun əsasını təşkil edir.  Onun üzərində qal-
xanabənzər və çalovabənzər qığırdaqlar yer-
ləşir və  aşağıda üzük – nəfəs borusu bağı 
vasitəsilə  nəfəs borusu ilə birləşir. Qığırda-
ğın nazik olan ön hissəsi qövs – arcus carti-
lago cricoidea, enli olan arxa hissəsi isə 
onun səfhəsi – lamina cartilago cricoidea 
adlanır 
(şək. 1b)
. Qığırdağın belə adlandırıl-
ması onun xarici görünüşünün üzüyə bənzə-
məsi ilə əlaqədardır. 
 
Valdeyerin limfa – epitelial həlqəsı im-
mun sistemin periferik orqalarına aid olub, ud-
lağın burun və  ağız boşluğu ilə hüdudunda 
yerləşən  bir ədəd udlaq, iki ədəd boru, bir 
ədəd dil və iki ədəd damaq badamcıqlarından 
ibarət limfoid törəmələr dəstidir 
(şək.131)
.  
 
Valsalva cibi (aorta cibləri – sinus 
aortae) aorta divarı ilə onun aypara qapaq-
ları arasında  əmələ  gəlir. Sağ  və sol aorta 
ciblərində ürəyi qidalandıran sag və sol tac 
arteriyaların dəlikləri yerləşir (
şək. 8,12
).   
 
Varton axacağı  çənaltı  ağız suyu vəzi-
sinin axacağıdır. Uzunluğu 3 – 5 sm–dir. Və-
zin ön – içəri tərəfindən başlayaraq, önə 
doğru gedir və dilaltı  ətcik üzərində xüsusi 
ağız boşluğuna açılır (
şək. 123,3
). 
 
Veber bağı və ya həlqəvi məntəqə (lig. 
Weberi seu zona orbicularis) bud – çanaq oy-
nağı kapsulunun fibroz təbəqəsinin həlqəvi 
Şəkil 131. Valdeyerin limfaepitelial həlqəsi 
 
1 – tonsilla pharyngea; 2 – tonsilla tubaria; 3 – tonsilla 
palatine; 4 – tonsilla lingualis. 
Şəkil 132. Bud – çanaq oynağı  
 
1 – spina ischiadica; 2 – tuber ischiadicum; 3 – zona or-
bicularis; 4 – trochanter minor; 5 – crista intertrchanterica; 
6 – trochanter major; 7 

 membrana synovialis; 8 

 margo 
acetabularis; 9 

 os ilium. 
Şəkil 130. Üzəngi sümüyü : A – yuxarıdan,  
B – aşağıdan, C – yandan görünüşü 
 
1 – caput stapedis; 2 – crus posterius; 3 – crus anterius;  
4 – membrana stapedis; 5 – basis stapedis. 

89 
liflərindən  əmələ  gəlmişdir.  İlgək kimi bud 
sümüyünün boynunu əhatə edərək bud başını 
sirkə kasasına təsbit edir və yuxarıda ön 
aşağı qalça tininə bağlanır (
şək. 132,3
).  
 
Velpo üçbucağı kürək nahiyəsində yer-
ləşir. O, bayırdan və yuxarıdan rombabənzər 
əzələ, aşağıdan və bayırdan arxanın  ən enli 
əzələsi, içəridən isə trapesiyayabənzər  əzələ 
ilə əhatə olunmuşdur 
(şək. 133,a)
. Bu üçbu-
cağın hüdudları daxilində qeyd olunan əzələ-
lərin fassiyaları bir – biri ilə birləşərək, döş 
qəfəsinin arxa səthinin fassial düyününü 
əmələ gətirirlər. 
 
Venkebax dəstəsi və ya orta yol (trac-
tus Venkebachi seu medianus) ürəyin apa-
rıcı sisteminə aid olub, cib – qulaqcıq düyü-
nündən xaric olan üç aparıcı yoldan biridir 
və qulaqcıqlararası arakəsmə ilə gedərək qu-
laqcıq – mədəcik (atrioventrikulyar) düyü-
nündə qurtarır. 
 
Vidaci venoz qövs (arcus venosus ju-
guli) aponevrozlararası döş sümüyüstü toxu-
ma sahəsində, döş sümüyünün vidaci oyması 
üzərində  və qalxanabənzər vəzin aşağı 
kənarında  ön vidaci venaların bir – biri ilə 
birləşməsindən  əmələ  gəlir 
(şək. 134,13)

Boyunda icra olunan traxeotomiyalar və ya 
traxeostomiyalar zamanı bu qövsün zədələn-
məsi qanaxmalara səbəb ola bilər. 
 
Vidi siniri (qanadabənzər kanal siniri – 
n.canalis pterigoideus) üz sinirinin kəlləda-
xili şaxəsi olan böyük daşlıq siniri (parasim-
parik) ilə daxili yuxu kələfindən çıxan dərin 
daşlıq sinirinin (simpatik) birləşməsindən 
əmələ  gəlir (
şək. 135,1
). O, qanadanənzər 
kanaldan keçərək qanadabənzər – damaq 
çuxuruna daxil olur, eyniadlı qanqlionun 
simpatik və parasimparik köklərini  əmələ 
gətirir.  
 
Villizin qan dövranı (böyük beyinin 
arterial dövranı – circulus arteriosus ce-
rebri) daxili yuxu arteriyalarının  şaxələri 
olan beyinin ön arteriyaları ön birləşdirici ar-
teriya vasitəsilə bir – biri ilə birləşirlər. Da-
xili yuxu arteriyalarının digər şaxələri – arxa 
birləşdirici arteriyalar isə körpücükaltı arteri-
yaların  şaxələri olan onurğa arteriyalarının 
birləşməsindən əmələ gəlmiş əsas arteriyanın 
uc  şaxələri – beyinin arxa arteriyaları ilə bir-
ləşərək qapalı bir dövran əmələ  gətirir (
şək. 
136
). Buna böyük beyinin arterial dövranı  və 
Şəkil 133. Arxa əzələləri:  
oxlarla Velpo (a) və Peti (b) üçbucaqları 
göstərilmişdir. 
 
1 –  m.trapezius; 2 – m.rhomboideus major;  
3 – m.latissimus dorsi; 4 – m.obliquus external abdominis; 
5 – crista iliaca.  

90 
ya 1664 – cü ildə onu təsvir etmiş Tomas Villi-
zin şərəfinə Villizin qan dövranı deyilir. Subar-
axnoidal boşluqda,  əsas sümüyün yəhəri 
ətrafında yerləşərək, beyin əsasında görmə çar-
pazını, hüdudi səfhəni, boz qabarı, qıfı, hipo-
fizi, məməciyəbənzər cisimləri, arxa dəlik-
lənmiş maddəni və böyük beyin ayaqcıq-
larının bir hissəsini əhatə edir. O, beyinin fa-
siləsiz və  bərabər surətdə qidalanmasını  tə-
min edən bütöv anastomoz – kollateral döv-
randır. Köklərdən birinin tutulması  və ya 
bağlanılması zamanı beyin qan dövranı digər 
damarlar hesabına bərpa olunur.  
Yüklə 14,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin