parti seu inguinalis) qarının xarici çəp əzə-
ləsinin aponevrozunun nahiyənin digər fas-
sial törəmələri ilə birlikdə qalçanın ön – üst
tini ilə qasıq qabarcığı arasında burularaq
qalınlaşmasından əmələ gələn bağdır (
şək.
64,11
). Bu ad onu ilk dəfə ətraflı təsvir etmiş
fransız cərrahı Pupart Fransuanın adı ilə
bağlıdır.
Pupart bağı qarının aşağı hissəsinin
Şəkil 113. Dirsəyin ön nahiyəsinin topoqrafiyası (A – nahiyənin səthi dammar və sinirləri; B – nahiyənin əzələləri)
1 – v.mediana antebrachii; 2 – v.cephalica; 3 – n.cutaneus antebrachii lateralis; 4 – m.pronator teres; 5 – v.mediana
cephalica; 6 – m.brachioradialis; 7 – m.brachialis; 8 – n.cutaneus antebrachii posterior; 9 – m.biceps brachii;
10 – v.basilica; 11 – n.cutaneus antebrachii medialis; 12 – a. et v. brachialis; 13 – n.medianus; 14 – nodi lymphatici cubi-
tales superficiales; 15 – epicondylus medialis; 16 – v.mediana basilica; 17 – aponeurosis m.bicipitis brachii (Piroqov
aponevrozu); 18 – m.flexor carpi radialis; 19 – m.flexor digitorum superficialis; 20 – m.flexor carpi ulnaris;
21 – m.palmaris longus; 22 – v.mediana profunda; 23 – n.musculocutaneus; 24 – nodi lymphatici cubitales profundi.
74
dayağını təşkil etməklə yanaşı, həm də qasıq
kanalının əmələ gəlməsində iştirak edir. Bu
bağın kəsilməsi qarın divarının hermetikliy-
inin pozulmasına və əməliyyatdan sonrakı
yırtıqların əmələ gəlməsinə səbəb olur.
Bağın uzunluğu yaşlı şəxslərdə, orta hesabla,
12,5 sm – dir. Sağ qasıq bağı sola nisbətən
0,5 – 0,6 sm uzundur.
Həmçinin, qasıq yırtıqlarının ləğvi məq-
sədilə aparılan cərrahi əməliyyatların son
mərhələsi olan qasıq kanalının plastikası za-
manı onun ön və arxa divarını möhkəmlən-
dirmək üçün qarının xarici çəp əzələsinin
aponevrozu, daxili çəp və köndələn əzələ
qasıq bağına tikilir.
Reyl adacığı (insula Reilli) beyin ya-
rımkürələrinin beşinci payı olub, bayır şırı-
mın dibində, alın, təpə və gicgah paylarının
altında yerləşir (
şək 114,6
). Həlqəvi şırım
vasitəsilə onu əhatə edən törəmələrdən ay-
rılır. Adacıq mərkəzi şırım vasitəsilə ön və
arxa paylara bölünür. Üzərində olan qısa
şırımlar vasitəsilə ön pay 5 – 8 qısa qırışığa
bölünür. Arxa payda bir uzun qırışıq vardır.
Adacığın ön aşağı hissəsində şırım və
qırışıqlar yoxdur. Buraya astana deyilir.
Adacıq visseral hissi və visseral hərəki
aktivliklə və həmçinin həzm yolunun aktiv-
liyi ilə əlaqəli strukturdur. Bəzi müəlliflər
dad mərkəzinin burada yerləşməsini güman
edir.
Ridleyin venoz həlqəsi (circulus
venosus Ridleyi) sağ və sol mağaralı
ciblərin ön və arxa mağaraararsı ciblər vasi-
təsilə bir – biri ilə birləşməsindən əmələ gəl-
miş qapalı venoz dövrandır. Bu dövran hesa-
bına venoz qan axını hər iki istiqamətdə
mümkün olur və onun fasiləsizliyi təmin
olunur.
Rixter yırtığı (hernia Richteri) və ya
divaryanı boğulma zamanı yırtıq kisə-sində
bağırsaq ilgəyi yox, onun çözdən azad kənarı
boyunca divarının bir hissəsi boğulur (
şək
115
). Digər yırtıqlardan fərqli olaraq, bu yır-
tıq zamanı bağırsaq keçməzliyi əlamətləri
baş vermir.
Riоlan qövsü (arcus Riolanı) aşağı mü-
sariqə arteriyasının şaxəsi olan sol çənbər
bağırsaq arteriyasının qalxan şaxəsi ilə yuxa-
rı müsariqə arteriyasından ayrılan orta çən-
bər bağırsaq arteriyasının sol şaxəsinin bir-
ləşməsindən əmələ gəlmiş arterial anasto-
mozdur (
şək. 116,4
).
Digər tərəfdən, sol çən-
bər bağırsaq arteriyasının enən şaxəsi S - ə
Şəkil 114. Reyl adacığı
1 – gyrus supramarginalis; 2 – gyrus postcentralis;
3 – gyrus precentralis; 5 – Reyl adacığının qısa qırışıqları;
6 – Reyl adacığı; 7 – adacığın astanası; 8 – lobus temporalis;
9 – Reyl adacığının uzun qırışığı; 10 – lobus occipitalis.
75
bənzər bağırsaq arteriyası ilə anastomozlaşır.
Ona görə də, cərrahi əməliyyatlar zamanı bu
şaxələrdən birinin bağlanılması bağırsağın
qan təchizatının pozulmasına səbəb olmur.
Roland şırımı və ya mərkəzi şırım (sul-
cus Rolandi seu centralis) frontal istiqamətdə
beyin yarımkürələrinin yuxarı – bayır səthində
alın və təpə payları arasında yerləşərək, onları
bir – birindən ayıran şırımdır (
şək. 32
).
Rozenmüller çuxuru (udlaq cibi – re-
sessus pharyngeus) eşitmə borusunun udlaq
dəliyinin və boru yastığının arxasında yerləş-
miş cibdir.
Rotter düyünləri (döş əzələləriarası
limfa düyünləri – nodi lymphatici inter-
pectorales) döş əzələlərinin arasında yerləş-
miş limfa düyünləri olub, süd vəzisinin əsa-
sından limfanı toplayır və həmçinin, retro-
mammar limfa düyünlərinin aparıcı limfa
damarlarını qəbul edir (
şək. 15,8
).
Rozenmüller – Piroqov düyünü budun
ön nahiyəsində, damarlar sahəsinin içəri bu-
cağında, daxili bud həlqəsinin üzərində yer-
ləşən limfa düyünüdür (
şək. 109,4
).
Sappey kələfi (məmə dairəciyiətrafı
limfatik kələf)
süd vəzisinin məməcikətrafı
çevrəsi nahiyəsində bilavasitə dəri və pre-
Şəkil 115. Rixter yırtığı (divaryanı boğulma)
Səkil 116. Köndələn çənbərbağırsaq artеriyaları
1 – vissеral pеritоn səfhəsi (kəsik xətti); 2 – flexura coli dextra; 3 – colon transversum; 4 – çənbərbağırsağın оrta və sоl
artеriyaları arasında anastоmоz (arcus arteriosus Riоlani); 5 – flexura coli sinistra; 6 – a. colica sinistra; 7 – mesocolon
transversum; 8 – a. colica media; 9 – arterial qövslər.
76
mammar toxuma sahəsində yerləşən səthi
areolar limfa kələfidir (
şək. 15A,11
). Bu
kələfi təşkil edən limfa damarları
məməcikətrafı çevrədən, süd vəzisinin
parenximasının çox hissəsindən limfanı
toplayır. Limfa damarlarının bir qismi
məməcikətrafı sahədən əks tərəfə keçərək,
səthi dəri limfa damarları ilə anastomozlaşır
və dərin areaolar kələfə keçirlər. Kələfi
təşkil edən dəri limfa damarları böyük klinik
əhəmiyyətə malikdir. Belə ki, süd vəzisi
xərçənginin metastazları zamanı onlar erkən
infiltrasiyalaşdığından dəri üzərində
görünürlər və buna metastazların «dəri
cığırı» əlaməti deyilir.
Sappey venaları (göbəkətrafı venalar –
vv.paraumblicales) qara ciyərin girdə bağı-
nın daxilində gedən 4 – 5 ədəd venalar olub,
qarının ön divarından venoz qanı toplayaraq
göbək venası vasitəsilə qapı venasına açılır
və porto – kaval (aşağı boş vena ilə qapı ve-
nası arasında) anastomoz əmələ gətirir. Bu
venalar diaqnostik baxımdan böyük əhəmiy-
yət kəsb edirlər. Belə ki, qapı venası siste-
mində durğunluq (sirroz, qapı venasının sı-
xılması və s.) baş verən zaman göbəkətrafı ve-
nalar genişlənərək göbək ətrafında ilanabənzər
venoz yumaq əmələ gətirirlər, buna cərrahlar
«meduza başı» sindromu deyirlər (
şək. 117
).
Sibson fassiyası (plevraüstü fassiya –
fascia suprapleuralis) boyunun bayır üçbu-
cağının dərin toxuma sahəsində boyundaxili
fassiyanın pariyetal səfhəsindən əmələ gəl-
miş günbəz şəkilli fassial törəmə olub, VII
boyun fəqərəsinin köndələn çıxıntısının ön
kənarı ilə I qabırğanın içəri kənarı arasında
çəkilmişdir. Üzəri kiçik pilləli əzələlərdən
ayrılmış az sayda əzələ lifləri ilə örtülmüş-
dür. Bəzən döş qəfəsinin yuxarı dəliyinin
(girəcəyinin) diafraqması da adlandırılır.
Sorgius düyünü süd vəzisiətrafı limfa
düyünlərinin III qabırğa səviyyəsində, böyük
döş əzələsinin bayır kənarının altında, ön
dişli əzələnin III dişciyi üzərində yerləşən
ən böyüyüdür (
şək. 15A –1b
). Böyük klinik
əhəmiyyətə malik olan bu düyün süd
vəzisinin xərçəngi və bəzi infeksion xəstəlik-
ləri zamanı, digər limfa düyünlərinə nisbə-
tən, ilkin dəlalət kimi, daha erkən zədələnir
və böyüyür.
Silvi su kəməri (beyinin su kəməri –
aquaductus cerebri) uzunluğu 1,0 – 1,5 sm,
diametri 0,8 – 1,0 mm olan kanaldır, III
mədəciklə IV mədəciyi birləşdirir (
şək. 118
).
Daxildən ependim ilə örtülmüşdür. Beyin –
Şəkil 117. «Meduza başı»
77
onurğa beyini mayesinin dövranı yolları
müxtəlif səviyyələrdə (Monroy dəliyi, Ma-
jandi dəliyi, Silvi su kəməri) tutula və hidro-
sefaliyaya səbəb ola bilər. Bu zaman beyində
baş verən pozğunluqların ağırlıq dərəcəsi və
xarakteri tutulma yerinin lokalizasiyasından
asılı olur. Beyin – onurğa beyni mayesi sis-
teminin tutulması ən çox Silvi su kəməri na-
hiyəsində baş verir. Buna səbəb beyin şişlə-
rinin çox vaxt arxa kəllə çuxurunda Silvi su
kəmərinin yaxınlığında inkişaf etməsidir.
Silvi şırımı və ya bayır şırım (sulcus
Silvi seu lateralis) beyin yarımkürələrinin
yuxarı – bayır səthində sagital istiqamətdə
yerləşmiş şırım olub alın, təpə və gicgah
paylarını bir – birindən ayırır. Ön dəliklən-
miş maddədən başlayaraq yarımkürələrin ba-
yır səthi ilə arxaya doğru gedir və kənarüstü
qırışıqla hüdudlanır (
şək. 32
).
Simon üçbucağı boyunun ön səthində
içəridən qayıdan qırtlaq siniri, bayırdan
ümumi yuxu arteriyası və yuxarıdan aşağı
qalxanabənzər arteriya ilə əhatə olunmuş sa-
hədir. Bu sahə qalxanabənzər vəz üzərində
aparılan cərrahi əməliyyatlar zamanı topo-
qrafik oriyentir və qadağan zona hesab olu-
nur. Belə ki, qayıdan qırtlaq siniri qalxana-
bənzər vəzi üzərində aparılan cərrahi əməliy-
yatlar zamanı asanlıqla zədələnə və disfoni-
yaya (səsin pozulmasına) səbəb ola bilər.
Sioni siniri və ya Hofer siniri (ürəyin
depressor siniri – n.depressor cordis) azan
sinirin boyun hissəsindən çıxan yuxarı ürək
sinirlərinin ən yuxarı şaxəsi və yuxarı qırtlaq
sinirindən ayrılan şaxələrin birləşməsindən
əmələ gəlir, yuxu arteriyasının üzəri ilə aşa-
ğıya doğru gedir, səthi və dərin ürək kələf-
lərinin əmələ gəlməsində iştirak edir.
Bu sinirin qıcıqlanması ürək döyüntülə-
rinin yavaşımasına və aortada təzyiqin düş-
məsinə səbəb olur.
Sirkə kasası (acetabulum) ətrafında qal-
ça, qasıq və oturaq sümüklərini birləşdirən bud
sümüyünün başı ilə birləşməyə məxsus oynaq
çuxurudur (
şək.119,4
). Içərisində bud sümü-
yünün başı ilə birləşməyə məxsus aypara oy-
naq səthi, ortasında bud sümüyü başının
girdə bağının bağlanmasına məxsus sirkə
kasası çuxuru və aşağı kənarında isə sirkə
Şəkil 118. Beyinin sagital kəsiyi (Silvi su kəməri oxla
göstərilmişdir)
1 – nuc.preoptici; 2 – region hypothalamica anterior;
3 – nuc.dorsomedialis; 4 – nuc.paraventricularis; 5 – regio
hypothalamica intermedia; 6 – nuc.hypothalamicus posterior;
7 – sulcus hypothalamicus; 8 – regio hypothalamicus poste-
rior; 9 – n.oculomotorius; 10 – nuc.corporis mamillaris;
11 – nuc.tuberales; 12, 13 – hypophysis; 14 – nuc.infun-
dibularis; 15 – n.opticus; 16 – nuc.supraopticus; 17 – nucleus
hypothalamicus ventromedialis.
78
kasası oyması yerləşir.
Qədim yunanlar və romalılar axşam ye-
məyi zamanı süfrəyə həmişə saxsı, şüşə,
gümüş, bürünc və ya qızıldan düzəldilmiş,
içərisi sirkə ilə dolu kiçik kasa (ağzı enli və
əsası isə dar qab) qoyurdular. Onlar yemək-
lərinə bu sirkədən tökürdülər. Çanaq sümüyü
üzərində olan oynaq çuxuru bu kasaya oxşa-
dığı üçün «sirkə kasası» adlandırılır.
Skarp və ya bud üçbucağı (trigonum
femorale) budun ön nahiyəsinin yuxarı 1/3
hissəsində yerləşmiş, əsası yuxarıya və zir-
vəsi aşağıya baxan üçbucaq formalı sahədir.
O, yuxarıdan qasıq bağı, bayırdan dərzi əzə-
ləsi, içəridən isə budu yaxınlaşdıran uzun
əzələ ilə hüdudlanmışdır (
şək. 120
). Üçbuca-
ğın zirvəsi qasıq bağından 8 – 10 sm aşağıda
yerləşir, dibini içəri tərəfdə daraq və bayır
tərəfdə isə qalça – bel əzələləri təşkil edir.
Bud üçbucağının üzunluğu (8 – 12 sm)
ətrafların vəziyyətindən asılı olaraq dəyişir.
Onun hüdudları daxilində fassial toxuma sa-
həsi yerləşir. Bu toxuma sahəsi bayırdan dər-
zi, budun düz və içəri enli əzələlərinin fas-
sial yataqları, içəridən daraq əzələsinin və
budu yaxınlaşdıran uzun əzələnin fassial fut-
lyarları, arxadan isə qalça – bel əzələsinin
futlyarı ilə hüdudlanmışdır. Üçtərəfli pirami-
da formasında olan bu toxuma sahəsinin əsa-
sını budun enli fassiyası təşkil edir. Onun
zirvəsi aşağıya və dərinə, bud sümüyünün
kiçik burmasına doğru çevrilmişdir. Onu
əhatə edən əzələlərin futlyarları bir – biri ilə
fassial atmalarla birləşdikləri üçün bu toxu-
ma sahəsi nisbətən qapalı olur. Budun damar –
sinir dəstəsinin ümumi fassial yatağından
başlanan fassial atmalar onu qalça – daraq
qövsü, qalça – bel əzələsinin fassial futlyarı,
içəri əzələlərarası arakəsmə və dərzi əzələ-
sinin futlyarı ilə birləşdirir. Nəticədə Skarp
üçbucağının toxuma sahəsi bayır və içəri
hissələrə bölünür. Onun bayır hissəsi budun
enli fassiyası ilə qalça – bel əzələsinin fassi-
yası arasında qalan yarıqdan ibarətdir və
dibini qalça – bel əzələsi təşkil edir. Fassiya-
lararası bu yarıq kövşək toxuma ilə tutulmuş-
dur və buradan bud siniri və bud sümüyünü
dolanan bayır damarlar keçir. Qasıq bağının
qalça – bel əzələsinin fassiyası ilə sıx birləş-
məsi səbəbindən bayır hissə qapalı olur.
Skarp üçbucağının toxuma sahəsinin içəri
hissəsi qalça – daraq çuxuruna uyğun gəlir.
Burada damarlar 2 təbəqədə yerləşir. Səthdə
bud arteriyası və venası, dərində isə budun
Şəkil 119. Çanaq sümüyü
1 – crista iliaca; 2 – spina iliaca anterior superior; 3 –
spina iliaca anterior inferior; 4 – acetabulum; 5 – foramen
obturatum; 6 – tuberculum pubicum; 7 – incisura is-
chiadica minor; 8 – spina ischiadica; 9 – incisura is-
chiadica major; 10 – spina iliaca posterior inferior; 11 –
spina ischiadica posterior superior
79
dərin damarları (budun dərin arteriyası, budu
dolanan içəri arteriya) keçirlər. Bud damar-
ları və bud siniri bud üçbucağında üçtərəfli
prizma şəkilli ümumi fibroz yataqda – bud
yatağında yerləşir.
Bud üçbucağının toxuma sahəsi damar-
lar sahəsindən keçməklə bud damarları bo-
yunca çanağın peritonaltı mərtəbəsi ilə, bud
venasının səthi kökləri və gizli deşik vasi-
təsilə həmin nahiyənin dərialtı toxuma sahəsi
ilə, bud sümüyünü dolanan bayır arteriyanın
gedişi boyunca sağrı nahiyəsi ilə, bud da-
marları boyunca yaxınlaşdırıcı kanalla, bud
sümüyünü dolanan içəri arteriya boyunca ya-
xınlaşdırıcı əzələlərin yatağı ilə əlaqələnir.
Spense quyruğu süd vəzisinin yuxarı
bayır kvadrantının döş fassiyası üzərində
olan dəlikdən (Langer dəliyi) qoltuq çuxuru-
na doğru gedən uzantısıdır.
Spigel xətti (aypara xətt – linea semi-
lunaris) qarının köndələn əzələsinin əzələvi
hissəsinin aponevroz hissəyə keçən yeri üzrə
çəkilən və qabarıqlığı bayıra baxan xəttdir
(
şək.121,7
).
Spiral kanal (bazu – əzələ kanalı və ya
mil siniri kanalı – canalis spiralis seu ca-
nalis musculobrachialis seu canalis nervi
radilais) bazu sümüyü cisiminin arxa səthin-
dəki mil siniri şırımı (spiral şırım) ilə bazu-
nun üçbaşlı əzələsinin içəri və bayır başları
arasında əmələ gələn kanaldır (
şək. 122,5
).
Bu kanaldan mil siniri və bazunun dərin
arteriyası keçir. Kanalda yerləşən damar –
sinir dəstəsi kövşək toxuma qatı ilə əhatə
olunmuşdur. Bu toxuma qatı qoltuq və
bazunun ön nahiyəsinin toxuma sahələri ilə
əlaqələnir. Kanalın topoqrafik olaraq
əzələlərarası və əzələ – sümük hissələri ayırd
edilir. Əzələlərarası hissə bazunun yuxarı
1/3 – də, əzələ – sümük hissəsi isə bazunun
orta 1/3 – də yerləşir.
Bazu sümüyünün orta 1/3 – də baş verən
sınıqlar zamanı bazu – əzələ kanalından ke-
çən damar – sinir dəstəsi zədələnə bilər və
gələcəkdə mil sinirinin şümük döyənəyinə
cəlb oluna biləcəyini nəzərə almaq lazımdır.
Digər tərəfdən, bazunun dərin arteriyasından
qanaxmalar zamanı turna tətbiq edildikdə
mil sinirini sümüyün səthinə sıxılaraq əzil-
məsinin qarşısını almaq məqsədilə turnanı
Şəkil 120. Skarp üçbucağı
80
kanalın əzələlərarası hissəsinə (yəni bazunun
yuxarı 1/3 – nə) qoymaq lazımdır.
Stenson axacağı (qulaqaltı vəzinin
axacağı – ductus parotideus) 5 – 6 cm
uzunluğunda olub, qulaqaltı vəzinin ön kə-
narından başlayır, köndələn istiqamətdə çey-
nəmə əzələsinin üzəri ilə önə doğru gedir,
yanaq əzələsini dəlir və II yuxarı azı dişi bə-
rabərində yanağın selikli qişası üzərində olan
papilla parotidea üzərindəki dəlik vasitəsilə
ağız dəhlizinə açılır (
şək. 123,1
). Qulaqaltı
vəzinin axacağını asanlıqla əlləmək müm-
kündür. Bunun üçün dişlər bir – birinə möh-
kəm sıxılır, bu zaman ceynəmə əzələsi tapılır
və onun ön kənarının ortasında qulaqaltı
vəzinin axacağı qaytan kimi əllənir
.
Süvari kisəsi – bud sümüyünün içəri epi-
kondilusu səviyyəsində dəri altında yerləşən
selikli kisədir. Bəzən diz qapağının önündə
yerləşən bursa prepatellaris subfascialis et
subtendinea ilə birləşir. At çapan insanlar
(süvarilər) həmişə dizlərini atın gövdəsinə
sıxdıqları üçün həmin kisə mexaniki təsirə
məruz qalır və nəticədə, içərisinə mayenin
toplanması ilə müşayiət olunan xroniki ilti-
habı prosesə uğrayır, diz qapağının önündə
şişkinlik əmələ gəlir.
Şah vena (vena basilica) yuxarı ətrafın
səthi venalarına aid olub, əlin arxa venoz to-
Şəkil 122. Mil siniri kanalı (oxla göstərilmişdir)
1 – caput longum m.tricipitis brachii; 2 – m.teres major;
3 – caput laterale m.tricipitis brachii; 4 – caput mediale
m.tricipitis brachii; 5 – sulcus nervi radialis (spiral kanal);
6 – m.deltoideus.
Şəkil 121. Qarın ön
–
yan divarlarının damar və sinirləri
1 – a.et v.epigastrica superior; 2 – vagina musculi recti
abdominis (lamina posterior); 3 – inscriptiones tendineae;
4 – vagina musculi recti abdominis (lamina anterior);
5 – nn.intercostalis XI; 6 – a.lumbalis; 7 – linea semilu-
naris (Spigeli); 8 – n.intercostalis X; 9 – m.transversus
abdominis; 10 – n.intercostalis IX; 11 – a. et v.inter-
costalis; 12 – n.intercostalis VIII; 13 - n.intercostalis VII.
81
runun içəri tərəfindən başlayaraq, yuxarıya
doğru gedir və bazunun ikibaşlı əzələsinin
içəri şırımına keçərək bazu venasına açılır
(şək.123,7)
. Bazu səviyyəsində bu vena fas-
siyanın səfhələri arasında əmələ gəlmiş ka-
nalda yerləşir.
Şipo üçbucağı və ya trepanasion üç-
bucaq gicgah sümüyünün məməyəbənzər çı-
xıntısının ön hissəsində olan üçbucaqşəkilli
bir sahədir
(şək. 124)
. Bu üçbucaq öndən xa-
rici qulaq keəcəyinin arxa kənarı və spina
suprameatum, arxadan məməyəbənzər daraq
( crista mastoidea), yuxarıdan isə almacıq
qövsünün davamı olan xəyali xətt ilə hüdud-
lanmışdır. Bu üçbucağın hüdudları daxilində
sümüyün içərisində məməyəbənzər mağara
( antrum mastoidea) yerləşir. Məməyəbənzər
mağara girəcəyi – aditus ad antrum vasitə-
silə təbil boşluğu ilə birləşir. Məməyəbənzər
mağaranın arxa divarına S – ə bənzər venoz
cib proyeksiya olunur. Şipo üçbucağı neyro-
cərrahlıq praktikasında böyük əhəmiyyətə
malikdir. İrinli mastoiditlər zamanı bu üçbu-
cağın hüdudları daxilində trepanasiya icra
olunur. Cərrahi əməliyyatlar zamanı Şipo
üçbucağının hüdudlarından kənara çıxmaq
olmaz. Bu zaman xarici oriyentir kimi xarici
qulaq keçəcəyinin yuxarı kənarına və keçə-
cəküstü tinə əsaslanmaq lazımdır. Xarici qu-
laq keçəcəyinin yuxarı kənarından çəkilmiş
üfiqi xətdən yuxarıda məməyəbənzər çıxın-
tının boşluğunu açmaq olmaz, bu zaman orta
kəllə çuxuru açılar və infeksiya kəllənin orta
çuxuruna yayıla bilər. Bu boşluğu təbil – mə-
məyəbənzər yarıqdan öndə də açmaq olmaz,
çünki üz siniri kanalının şaquli hissəsi açıla
Şəkil 123. Böyük ağız suyu vəziləri və onların axacaqları
1 – ductus parotideus ; 2 – ductus sublingualis;
3 – ductus submandibularis; 4 – glandula submandibularis;
5 – glandula parotis.
Şəkil 123. Yuxarı ətrafın səthi venaları
1 – fossa infraclavicularis; 2 – clavicula; 3 – m.pectoralis
major; 4,9,11 – v.cephalica; 5 – fascia pectoralis; 6 – cu-
tis; 7 – v.basilica; 8 – vas anastomoticum; 10 – fascia
brachialis; 12 – m.deltoideus; 13 – fascia deltoidea.
82
bilər. Həmçinin, məməyəbənzər çıxıntının
trepanasiyasını onun darağının ön kənarın-
dan arxada da aparmaq məsləhət görülmür,
bu zaman S – ə bənzər cib zədələnə bilər.
Şopar oynağı (ayaq daraqarxasının
köndələn oynağı – articulatio tarsi trans-
versa) – aşıq – qayığabənzər və daban – ku-
babənzər oynaqlar cərrahi praktikada ayağın
bu səviyyədə ekzartikulyasiyası zamanı va-
hid bir oynaq kimi götrülür və fransız cərrahı
Fransua Şoparın şərəfinə Şopar oynağı
adlandırılır (
şək. 59,7
). Bu oynaq dəri üzərində
içəri topuqdan 2,5 – 3,0 sm, bayır topuqdan isə
4 – 5 sm distal tərəfdə çəkilmiş xəyali xətt üzrə
proyeksiya olunur. Bu oynağın bir hissəsi olan
daban – kubabənzər oynaq haçayabənzər bağla
( lig. bifurcatum) möhkəmlənir
(şək.59,9).
Dostları ilə paylaş: |