M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   54   55   56   57   58   59   60   61   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

<
222 


ed
ən ölkələrin sırasına Kosta-Rika, Honkonq, İndoneziya və 
Syerra-Leone d
ə əlavə olunur. 
Ölkəmiz uzaq xarici ölkələrə əsasən neft emalı 
m
əhsulları, qara metaldan hazırlanmış məmulatlar, alkoqollu və 
alko- 
qolsuz içkilər, kimya sənayesi məhsulları, soyuducular, 
kondisionerl
ər, pambıq, tütün, əlvan metallar və başqa məhsullar 
ixrac edir. Respublikamızın idxalında isə əsas yeri ərzaq 
m
əhsulları, xalq istehlakı malları, maşınlar və elektrik aparatları, 
elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri, qara metal 
v
ə qara metal məmulatları, onlardan hazırlanan məhsullar, 
mebel, ağac, tikinti materialları və s. tütür. 
Z
əif tərəfdaşlar dünya bazannda iş görə bilməzlər. Bu, 
xarici İqtisadi əlaqələrin əsas qanunudur. Daim inkişaf edən 
güclü iqtisadiyyat olmazsa, müvafiq xarici iqtisadi resurslar da 
ola bilm
əz. İndiki şəraitdə yalnız ixrac potensialının inkişaf 
etdirilm
əsi respublikanın səmərəli xarici iqtisadi fəaliyyəti üçün 
baza v
ə onun təhlükəsizliyinin rəhni ola bilər. Buna görə də 
yüksək keyfiyyətli məhsul buraxılmasını təmin edən istehsalın 
sürətlə İnkişafı ölkənin xarici iqtisadi strategiyasının başlıca 
istiqam
ətlərindən sayılmalıdır. 
Daxili bazarın və bütövlükdə xalq təsərrüfatının 
tarazlığının pozulduğu şəraitdə İdxal siyasəti böyük əhəmiyyətə 
malikdir. Xüsusən istehlak tələbatını ödəmək və xalq 
t
əsərrüfatının normal fəaliyyətini təmin etmək üçün zəruri 
malların idxalı son dərəcə vacibdir. 
Hazırda ərzaq mallarının, dərman preparatları və bəzi 
başqa xalq istehlakı mallarının çox hissəsinin xaricdən idxalı 
z
əruridir. Kənd təsərrüfatı məhsullarının ölkəmizdə istehsalı 
üçün istənilən şərait vardır. Xaricdən mal alınması respublika 
223 


nın tədiyə balansında əlavə kəsir yaratdığına görə, gələcəkdə 
h
əmin məhsulları özümüz istehsal etməklə taxılın və digər kənd 
t
əsərrüfatı məhsullarının idxalını tədricən azaltmaq olar. Valyuta 
v
əsaitlərinə ciddi qənaət olunmalı, bu vəsait yalnız ən vacib 
malların 
idxalı 
üçün 
sərf 
edilm
əlidir. 
Ümumiyyətlə, 
respublikamızın özünün istehsal edə biləcəyi malların idxalının 
qarşısını almaq məqsədilə ölkəmizdə həmin malların istehsal 
sah
ələri qətiyyətlə inkişaf etdirilməlidir. 
Tikilm
əkdə olan obyektlərimiz üçün avadanlıq satan xarici 
şirkətlərlə kooperasiya yaratmaq məqsədəuyğundur. Bu, valyuta 
m
əsrəflərini azaltmağa, həm də respublika müəssisələrində 
buraxılan məhsulların texniki səviyyəsəni yüksəltməyə imkan 
ver
ər. Respublikamızın xarici iqtisadi əlaqələrində Azərbaycanda 
istehsal edil
ən malları külli miqdarda olan və əvəzinə ehtiyac 
duyduğumuz malları təklif etmək imkanına malik ölkələrə 
üstünlük verilməlidir. 
Xarici iqtisadi 
əlaqələrin əsaslı islahatlar üçün güclü 
katalizatora çevrilməsi və ölkəmizin beynəlxalq əmək bölgüsünə 
üzv şəkildə qoşulması üçün elmi cəhətdən əsaslandırılmış xarici 
iqtisadi strategiyamız olmalıdır. 
Ölkəmizin 
z
əngin 
iqtisadi 
potensialı 
olmasına 
baxmayaraq, hazırda elə vəziyyət yaranmışdır ki, xarici 
investlsiyalarsız 
respublika 
İqtisadiyyatının 
tərəqqisi 
qeyri-m
ümkündür. İndi bütün dünyada yalnız 30 ölkə başqa 
ölkələrə donorluq edir. Həmin ölkələr öz kapitallarının 90 
faizind
ən çoxunu inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına 
s
ərf edirlər. Azərbaycan iqtisadiyyatının bugünkü səviyyəsi isə 
inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatından aşağıdır. Başqa 
sözlə desək, respublikamız bu göstəriciyə görə dünyada 160-cı 
yeri tutur. 
224 


Xarici kapitalın respublikamıza səmərəli axınının stimul- 
laşdırılması mühüm problemdir. Həmin problemi həll edərkən, bu 
kapitalın hansı sahələrə axınını məhdudlaşdırmaq və ilk növbədə 
hansı sahələrə hansı formada cəlb etməyin lazım gəldiyini 
düzgün müəyyənləşdirmək çox zəruridir. 
Birbaşa sərmayələr əsasən Azərbaycan Respublikasının 
milli iqtisadiyyatının aşağıdakı sahələrinə yönəldilmişdir: 
müştərək müəssisələrdən 38 faizi xalq istehlakı malları istehsal 
edir, 12 faizi k
ənd təsərrüfatı məhsullarının istehsalı və emalı 
sah
əsində, 9 faizi tikinti işləri və tikinti materiallarının istehsalı, 5 
faizi neft-kimya s
ənayesi, 4 faizi nəqliyyat və rabitə, 3 faizi ticarət 
v
ə kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərir. 
Milli s
ərmayədarlarla müqayisədə əcnəbi sərmayədarlara 
güzəştli rejimlər yaradılması sərmayə axınını stimullaşdırmaq 
sah
əsində ciddi suallar doğurur. Əcnəbi kapitalı respublikaya 
c
əlb edərkən milli sərmayədarlara qarşı ayrı-seçkilik edilməsinə 
(m
əsələn, vergilərlə bağlı güzəştlər sahəsində ögey- doğmalıq) 
yol yerilm
əməlidir. 
Beyn
əlxalq iqtisadi əlaqələr müxtəlif ölkələr arasında 
feodalizm dövründən əvvəl meydana gəlmişdir. Bununla 
əlaqədar olaraq beynəlxalq əmək bölgüsü (BƏB) qismən inkişaf 
etm
əyə başlamışdır. BƏB ölkələr arasında əmtəə, xidmətlər və 
dig
ər ictimai-siyasi fəaliyyət nəticələrinin mübadiləsi ilə ifadə 
olunmuş müəyyən kəmiyyət və keyfiyyət münasibətlərindən 
ibar
ətdir. 
Müasir dövrdə ölkənin sosial- iqtisadi inkişafı üçün 
beyn
əlxalq əmək bölgüsünün əhəmiyyətini qiymətləndirmək 
çətindir. Beynəlxalq əmək bölgüsü öz inkişafında mürəkkəb və 
çətin bir yol keçmişdir. Hazırda beynəlxalq əmək bölgüsündə 
hakim c
ərəyan maddi əsaslar üzrə sahədaxlli əmək bölgüsünü 
əhatə 
225 


etmişdir. Bu əhatəolunma xüsusilə istehsalın ixtisaslaşmasında 
özünü büruzə verir. Qeyd etdiyimiz kimi, beynəlxalq əmək 
bölgüsünün ölkənin sosial-iqtisadi inkişafında xüsusi rol 
oynaması bütün dünya ölkələri arasında iqtisadi-ticarət, 
elmi-texniki 
əlaqələrin obyektiv əsası kimi çıxış edir. Deməli, 
beyn
əlxalq əmək bölgüsünü ölkələr arasında əmək bölgüsünün 
İctimai-ərazi inkişafında yüksək pillə kimi də müəyyən etmək 
olar. 
Qeyd olunduğu kimi beynəlxalq əmək bölgüsünün 
inkişafında əsas meyllərdən biri də beynəlxalq ixtisaslaşma və 
kooperasiyadır. Beynəlxalq ixtisaslaşma sahəiərarası, sahədaxili 
v
ə ayrı-ayrı müəssisələrin ixtisaslaşması istiqamətində olur. 
Bununla 
əlaqədar olaraq istehsalın beynəlxalq ixtisaslaşması 
müəyyən məhsulların istehsalı üçün respublikada regionların 
ixtisaslaşmasını tam əhatə etməlidir. Beynəlxalq İstehsal 
kooperasiyasının obyektiv əsası isə beynəlxalq kooperasiya 
m
əhsuldar qüvvələrin inkişaf səviyyəsinin artması və nəticə 
etibaril
ə onların müəssisədə sahə üzrə dərəcələrinin tərkib 
hiss
ələrə ayırmasından ibarətdir. 
Bununla 
əlaqədar bütün dünya ölkələri bu və ya digər 
formada beyn
əlxalq iqtisadi əlaqələrə qoşulmuşdur. Müasir 
dövrdə isə məhsuldar qüvvələrin inkişafında əmək bölgüsünün 
daha yeni amill
ərlə zənginləməsini nəzərə alaraq hər bir ölkə o 
cümlədən Azerbaycan Respublikası bü əlaqələrdə özünün milli 
m
ənafeyinə uyğun olaraq öz iqtisadi ticarət əlaqələrini 
beyn
əlxalq normalar əsasında tənzimləməlidir. 
Xarici iqtisadi 
əlaqələrin tənzimlənməsi və inkişafında 
göstərildiyi kimi bir neçə forma yaranmağa başlamışdır ki, bunlar 
da 
əsasən aşağıdakılardan ibarətdir: 
226 


a) beyn
əlxalq ticarət - özündə yalnız idxal-ixrac 
əməliyyatlarını deyil, həm də satışdan sonrakı iş, xidmət və 
kooperasiya 
əlaqələrinə aid əməliyyatları birləşdirir; 
b) 
kapitalın və xarici investisiyaların hərəkəti: təsərrüfat 
h
əyatının beynəlmiləlləşdirilməsi ölkələr arasında yalnız əmtəə 
v
ə işçi qüvvəsini deyil, həm də kapital yerdəyişməsini gücləndirir. 
Kapital ixracı əsasən əmtəə və pul formasında olur; 
v) işçi qüvvəsinin miqrasiyası - bu, əmək ehtiyatlarının bir 
ölkədən digər ölkələrə hərəkəti zamanı baş verir; 
q) elmi-texniki 
əməkdaşlıq - bu. iqtisadi münasibətlər 
sistemind
ə bir sıra elmi nəzəriyyələrin praktikada birgə tətbiq 
olunmasından, birgə elmi axtarışların aparılmasından, qarşılıqlı 
ixtisaslı kadrların hazırlanmasından və s. ibarətdir; 
d) valyuta-
kredit münasibətləri - burada beynəlxalq 
al
əmdə kreditlərin verilməsi və onlarla aparılan əməliyyatlar əsas 
yerl
ərdən birini tutur. 
Müasir dövrdə xarici iqtisadi əlaqələrin aparılmasına bu 
formalardan başqa bir sıra amillər də təsir etməkdədir. Bunlar ilk 
növbədə beynəlxalq aləmdə və ölkə daxilində baş verən 
ictimai-siyasi prosesl
ərdən ibarətdir. 
Hazırda Azərbaycan Respublikasının iqtisadi əlaqələrinə 
m
əhz bu amillər təsir etmiş, lakin son vaxtlar respublikada 
yaranmış iqtisadi və siyasi sabitlik nəticəsində iqtisadi ticarət 
əlaqələri geniş vüsət almışdır. Bunun nəticəsində isə 
respublikamız bütün dünya dövlətləri ilə digər İqtisadi 
münasibətlər qurmağa və inkişaf etdirməyə başlamışdır. 
H
ər bir dövlətin iqtisadiyyatının inkişafında xarici iqtsladi 
əlaqələr xüsusi yer tutur. Xarici iqtisadi əlaqələr ölkəni dünya 
iqtisadi inteqrasiyasında təmsil etməklə beynəlxalq əmək böl 
227 


güsünün ən yeni nailiyyətlərindən geniş istifadəyə imkan ya* 
radır. Bazar iqtisadiyyatı şəraitində bir sıra sosial-iqtisadi 
probleml
ərin həlli daxili və xarici iqtisadi əlaqələrin 
t
əkmilləşdirilməsi ilə də sıx bağlıdır. Bu iqtisadi əlaqələrin 
formalaşma şərtləri və xüsusiyyətləri müstəqilliyin, suverenliyin 
dolğünluğunu səciyyələndirən başlıca amildir. Hər bir dövlət 
iqtisadi 
əlaqələr vasitəsilə dünya təsərrüfat sisteminə qoşularaq 
öz iqtisadiyyatını inkişaf etdirməklə, istehsal etdiyi milli məhsulları 
dünya bazarında reallaşdırmaq İmkanlarına malik olur. 
XX 
əsrin sonunda siyasi və iqtisadi müstəqillik əldə etmiş 
m
əmləkətimiz formalaşan iqtisadi əlaqələrdən fərqli olaraq, 
keyfiyy
ətcə yeni xarici İqtisadi əlaqələr və beynəlxalq işgüzar 
əməkdaşlıq sisteminə daxil olmuş və bu əlaqələri yeni prinsiplər 
əsasında qurmaqdadır. Şübhəsiz, bu prinsiplər əsasında milli 
dövlətçiliyimizin və bazar iqtisadiyyatının yaradılması zərurəti 
durur. Müstəqillik heç də məhdud, təcrid edilmiş iqtisadiyyat 
yaranması və iqtisadi əlaqələrin zəifləməsi deyildir. Azərbaycan 
Respublikası dünya bazarında fəal iştirak etmək üçün zəngin 
yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Lakin indiki şəraitdə 
h
əmin sərvətlərin istehsal dövriyyəsinə cəlb olunması müasir 
t
ələblərdən çox aşağı olduğundan Azərbaycanın iqtisadi 
əlaqələri zəif şəkildə formalaşır. Eyni zamanda bu əlaqələr öz 
miqyasını genişləndirmişdir və son zamanlar geniş vüsət alır. 
Yeni iqtisa
di münasibətlər şəraitində İstehsalın artımı 
istiqam
ətlərindən biri respublikanın xarici iqtisadi əlaqələrinin milli 
m
ənafe 
baxımından 
genişləndirilməsidir. 
Artıq 
dünya 
praktikasında sübut edildiyi kimi, bu iqtisadi əlaqələr olmadan 
mümkün deyildir. İqtisadi əlaqələrin səmərələşdirilməsi xalq 
228 


t
əsərrüfatında sahələrarası proporsiyaların təkmilləşdirilməsi və 
m
əhsuldar qüvvələrin yerləşdirilməsinin yaxşılaşdırılması ilə 
b
ərabər, eyni zamanda səmərəsiz yükdaşımalarının əsaslı 
sur
ətdə ixtisar edilməsinə səbəb olur. 
Ölkələr və ayrı-ayrı bölgələr arasında iqtisadi əlaqələrin 
formalaşmasının əsas amili əmək bölgüsüdür ki, bunu da təbii- 
coğrafi, sosial-iqtisadi və milli amillər şərtləndirir. İqtisadi 
əlaqələrin istifadə səviyyəsi ictimai əmək bölgüsünün 
d
ərinləşməsi və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə 
bilavasit
ə əlaqədardır. 
Bu baxımdan Azərbaycan Respublikası dövlət suverenliyi 
qazandıqdan sonra birbaşa xarici iqtisadi əlaqələrin inkişafına 
z
əmin yaranmışdır. İnkişaf zəminində respublikamızda xarici 
iqtisadi 
əlaqələri aşağıdakı kimi qruplaşdırmaq olar; 
a) 
Müstəqil 
Dövlətlər 
Birliyi 
(MDB) 
üzvü 
olan 
respublikalarla iqtisadi 
əlaqələr; 
b) 
inkişaf etmiş dövlətlərlə iqtisadi əlaqələr; 
c) 
inkişaf etməkdə olan ölkələrlə iqtisadi əlaqələr. 
Az
ərbaycandan MDB respublikalarına ixrac olunan 
ümumi məhsulun 88%-i Rusiya Federasiyası, Ukrayna, Belarus, 
Qazaxıstan, Gürcüstan, Tacikistan və Baltikyanı ölkələrin payına 
düşür. İdxalın isə 56%-i Rusiya Federasiyası, 28%-i Ukrayna, 
qalan hiss
əsi yuxarıda göstərilən digər respublikaların payına 
düşür. 
Son ill
ərdə respublikanın xarici ölkələrlə iqtisadi əlaqələri 
daha da intensivl
əşmişdir. Xüsusilə xarici ölkələrin şirkətləri ilə 
bağlanan dövlət səviyyəli müqavilələr idxal və ixrac olunan 
m
əhsulların xüsusi çəkisini artırmışdır. Sön illərdə idxal olunan 
m
əhsulların 46%-i inkişaf etmiş ölkələrin, 30%-i keçmiş 
229 


postsosialist ölkələrin, 
24%-i
dig
ər inkişaf etməkdə olan ölkələrin 
payına düşür. 
İqtisadi əlaqələrin dinamikliyi, xalq təsərrüfatında sahə- 
l
ərarası proporsiyaların və məhsuldar qüvvələrin yerləşdirilmə- 
sinin yaxşılaşdırılması iqtisadi əlaqələrin səmərəliləşdirilməsi ilə 
müşahidə edilir, səmərəsiz yükdaşımaların əsaslı surətdə ixtisar 
edilm
əsinə səbəb olur. Təbii və əmək ehtiyaclarının səmərəli 
istifad
əsinə əsaslanan ölkələrarası əmək bölgüsü iqtisadi 
əlaqələrin xarakterini müəyyən edir. Əmək bölgüsü, istehsalın 
ixtisaslaşması və iqtisadi əlaqələr nəticəsində hər bir ölkə digər 
ölkələrə mal göndərməklə, öz tələbatını ödəmək üçün onlardan 
mal alır. İqtisadi əlaqə hər iki tərəf üçün qarşılıqlı fayda və yüksək 
iqtisadi s
əmərə verməlidir. Bu prinsipə uyğun olaraq ölkə- 
l
ərarası əməkdaşlıq və İctimai əmək bölgüsü cəmiyyət 
miqyasında ictimai əmək məhsuldarlığının artımını, məhsul 
istehsalına sərf olunan əmək və məsrəflərin, həmçinin xalq 
t
əsərrüfatının bütün sahələrində daşımalara sərf olunan xərclərin 
ixtisar edilm
əsini təmin etməlidir. İctimai əmək bölgüsünün əsas 
m
əqsədi budur. 
İqtisadi əlaqələr səmərəli əmək bölgüsünə və istehsal 
kooperasiyasına əsaslanmalıdır. Əmək bölgüsü nəticəsində 
istehsal m
əsrəfləri azalar və əmək məhsuldarlığı yüksələrsə, öl- 
k
əiərarası mal mübadiləsi qarşılıqlı faydalı olur. 
Az
ərbaycanın iqtisadi ticarət əlaqələri təkmil deyildir. Belə 
ki, 
əvvəllər həm MDB, həm də uzaq xarici dövlətlərlə ticarət 
əlaqələrində barter əməliyyatları üstünlük təşkil etmişdir. Bu, 
MDB il
ə ticarət əlaqələrində 41,5%, uzaq xarici dövlətlərlə 
ticar
ətdə 12,0% olmuşdur. Bildiyimiz kimi, barter əməliyyatları 
ticar
ət əlaqələrində bir sıra mənfi xüsusiyyətlərə malikdir. Ona 
230 


görə də, barter əməliyyatlarının azaldılması xarici ticarət 
sazişlərinin səmərəli olmadığını göstərir. Burada barter 
əməliyyatları ilə bərabər klirinq əməliyyatları da üstünlük təşkil 
etmişdir. Bu əməliyyatların İxtisar edilməsi ticarət əlaqələrini 
(İxracda) sərbəst valyuta ilə həyata keçirmək, iqtisadi-ticarət 
əlaqələrinin müəyyən səviyyədə səmərəli təşkili üçün vacib 
şərtlərdən biridir. 
Bel
ə ki, respublikanın xarici ticarət əlaqələrinin təhlili 
göstərir ki, son İllərdə qiymətlərin sərbəstləşdirilməsi, iqtisadi 
əlaqələrin zəifləməsi, müəssisələrin əksəriyyətinin dayanması və 
alıcılıq qabiliyyətinin aşağı düşməsi və onun formalaşmasına 
m
ənfi təsir etmişdir. 
Göstərilənlərlə əlaqədar bütün xarici dövlətlərlə valyuta- 
kredit, İnvestisiya və kapital qoyuluşu, elmi-texniki, ticarət, 
xüsusən əmtəə, iş və xidmətlər sahəsində əməkdaşlığımızı 
genişləndirməliyik. Bu ölkələrin bəzisindən müəyyən zinət 
əşyaları, spirtli içkilər və s. gətirilməsinin və bunun müqabilində 
güclü valyuta axınının qarşısını lazımi qanunvericilik aktları qəbul 
etm
əklə ala bilərik. 
İdxalda ərzaq məhsulları yüksək çəkiyə malikdir. Həmin 
m
əhsulların Azərbaycanda istehsalını təmin etməklə uzaq 
m
əsafələrdən səmərəsiz yükdaşınmalarının qarşısı alınar, 
istehsalın səmərəliliyi təmin edilər, sosial gərginlik azalar, milli 
g
əlir artar və ən əsası isə əhalinin məşğulluğu təmin edilər ki, 
n
əticədə bu tədbirlər əhalinin yaşayış səviyyəsini artırar. Eyni 
zamanda milli iqtisadiyyatı dirçəltmək, daxili bazarı qorumaq 
üçün bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir. Bunu isə 
inzibati yolla deyil, iqtisadi metodlarla h
əyata keçirmək lazımdır. 
Bel
ə ki, respublikada istehsal üçün imkan və şərait olan 
m
əhsullara yüksək gömrük tarif dərəcəsi, bir sıra məhsullara 
231 


is
ə mövsümi rüsumlar tətbiq olunmalı və bununla da yerli 
istehsalı artırmaq üçün stimul yaradılmalıdır. Heç də təsadüfi 
deyildir ki, son ill
ərdə respublikaya kənd təsərrüfatı məhsullarının 
g
ətirilməsi 
yerli 
istehsalı 
iflic 
v
əziyyətinə 
salmışdır. 
Respublikanın Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala 
zonalarında meyvə-tərəvəz, tütün, çay, sitrus bitkiləri istehsalına 
maraq xeyli azalmışdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, 
bazar iqtisadiyyatının formalaşmağa başladığı dövrlərdə xarici 
iqtisadi 
əlaqələrdə iştirak edən subeyktlərin sayı xeyli azalmışdır. 
Xarici iqtisadi 
əlaqələrdə dövlət müəssisələri ilə bərabər, kiçik və 
birg
ə müəssisələr, firmalar, dövlət ticarət müəssisələri, 
ticar
ət-kommersiya müəssisələri, assosiasiyalar, kooperativlər, 
c
əmiyyətlər, nəqliyyat və rabitə müəssisələri, tikinti təşkilatları, 
şəxsi təsərrüfatlar və b. İştirak edirlər. 
Bu gün xarici ticarətdə neft və neft məhsullarından əldə 
olunan g
əlir əhalinin sosial-iqtisadi inkişafında mühüm rol 
oynamaqdadır. Lakin beynəlxalq təcrübə göstərir ki, enerji 
daşıyıcılarının, xüsusən xam neftin qiyməti obyektiv və subyektiv 
s
əbəblərdən artıb-azala bilər. Belə ki, biz özümüzü beynəlxalq 
konyukturanın neqativ təsirlərindən qorumaq üçün başqa 
vasit
ələrdən də istifadə edərək «idxal edilmiş» inflyasiyanı təkcə 
enerji daşıyıcıları hesabına deyil, sənayenin digər sahələrinin və 
k
ənd təsərrüfatının xarici ticarətdə dövriyyəsini təkmilləşdirməklə 
d
ə ala bilərik. 
Onu da 
əlavə etmək lazımdır ki, milli gəlir yalnız istehsal 
prosesind
ə yaranır. Ona görə də, dövlət orqanları hər vasitə ilə 
istehsalla m
əşğul olan sahibkarlara iqtisadi yardım etməli, 
güzəştli şərtlərlə kreditlər verməlidir. Bunun vasitəsilə məhsul 
istehsalını artırmaq, qiymətləri aşağı salmaq, məhsulların rəqa 
232 


b
ət qabiliyyətini yüksəltməklə əhalinin həyat səviyyəsini 
yüksəltmək mümkündür. 
Ümumiyyətlə, respublikadan ixrac olunan mallar arasında 
neft m
əhsulları, polad borular, neft, neft-mədən avadanlıqları, 
alüminium, sintetik kauçuk, yuyucu tozlar, mineral gübrələr, 
avtomobil şinləri, elektrik mühərrikləri, məişət soyuducuları, 
parçalar və s. ənənəvi məhsullardır. 
Az
ərbaycanın milli iqtisadiyyatının formalaşmasında və 
əhalinin tələbatının ödənilməsində idxal da mühüm rol 
oynamışdır. Kömürə, maşın-traktora, televizora, metallurgiya və 
metal emalı sənayesi texnoloji avadanlıqlarına, meşə sənayesi 
m
əhsullarına, minik və yük maşınlarına, bir sıra xalq istehlakı 
mallarına, şüşə və çini qablara, trikotaj məhsullarına, un və ət- 
süd məhsullarına olan tələbatın böyük hissəsi gətirilən mallar 
hesabına ödənilmişdir. 
Tarixi t
əcrübə sübut edir ki, dünyanın iqtisadi cəhətdən 
inkişaf etmiş ölkəsi belə iqtisadi əlaqə olmadan sərbəst inkişaf 
ed
ə bilməz. Ona görə ki, yer kürəsi üzrə təbii və mineral 
ehtiyatlar, o cümlədən kənd təsərrüfatı məhsulları bərabər 
sur
ətdə paylanmamışdır. 
; Dem
əli, 300-dən çox sahəni əhatə edən sənayenin və təbji 
iqlim
ə 
görə 
k
əskin 
f
ərqlənən 
k
ənd 
t
əsərrüfatı 
m
əhsullarının-bütün ölkələrdə istehsalı və inkişafı praktiki 
c
əhətdən mümkün deyildir. Ona görə də, hər bir ölkə öz iqtisadi 
m
ənafeyini nəzərə alaraq daha səmərəli və ucuz məhsul istehsal 
etm
əyə üstünlük verir. Beləliklə, ölkələrarası mal mübadiləsi 
z
ərurətə çevrilir. 
1995-ci ild
ə respublika iqtisadiyyatına 375,1 mln., 1997-ci 
ild
ə 1307,3 mln., 1998-ci ildə 1472,0 mln., 1999-cu ildə 1091,1 
233 


mln., 2000-ci ild
ə 927 mln. ABŞ dolları həcmində xarici 
investisiya yönəldilmişdir. Neft yataqlarımızın xarici ölkələrlə 
müştərək istismarı respublikamıza investisiyaların axınını xeyli 
artınr. Bu isə xarici iqtisadi əlaqələrimizin gələcək inkişafı üçün 
yeni böyük imkanlar yaradır. 
İndi Azərbaycanın xarici iqtisadi əlaqələri btr sıra 
mürəkkəb, lakin təxirəsalınmaz məsələlərin həllini tələb edir. İlk 
növbədə ölkənin ixrac potensialı inkişaf etdirilməlidir. Dünya 
bazarlarında Azərbaycan mallarının rəqabət qabiliyyəti 
yüksəldilməli, 
idxalın 
və 
ixracın 
səmərəli 
strukturu 
formalaşdırılmalıdır. 
Xarici ölkələrlə iqtisadi əməkdaşlığın əsasını hüquq 
b
ərabərliyi zəminində ticarət-iqtisad i əməkdaşlıq təşkil etməlidir. 
Yardım yalnız müvəqqəti və köməkçi rol oynamalıdır. Bu, ondan 
ir
əli gəlir ki, əvvələn, heç bir xarici dövlətin yardımı 
respublikamızın qarşısında duran vəzifələrin miqyası ilə 
müqayisəyə gəlməz. Azərbaycan həmin vəzifələri əsasən öz 
qüvvə və ehtiyatlarına əsaslanaraq həll etməlidir. İkincisi İsə nə 
q
ədər ki, Azərbaycanda xarici kreditlərdən səmərəli istifadə 
olunmasına zəmanət verən etibarlı mexanizm işlənib 
hazırlanmayıb, həmin kreditlər durğunluq dövründə və 
yenid
ənqurma illərində olduğu kimi, səmərəsiz istifadə ediləcək, 
xarici borc get-ged
ə artacaq, iqtisadi İslahatlar ləngidiləcəkdir. 
Dig
ər tərəfdən qeyd etmək lazımdır ki, xarici ölkələr 
Az
ərbaycandakı demokratik islahatlara, bazar İslahatlarına nə 
q
ədər rəğbət bəsləsələr də, ilk növbədə özlərinin real imkanlarını 
v
ə mənafelərini rəhbər tuturlar. Buna görə də, onların irəli 
sürdükləri müəyyən şərtlər heç də həmişə bizim mənafe və 
imkanlarımıza uyğun gəlmir. 
Birbaşa xarici özəl sərmayələrin cəlb edilməsi, xüsusən 
yeni yaranmaqda olan qeyri-
dövlət bölməsinə sərmayə yönəl 
234 


dilm
əsi işə real kömək göstərə bilər. Bunun üçün respublika 
hökuməti həmin işdə marağı olan digər dövlətlərin hökumətləri ilə 
birlikd
ə sərmayəçilər üçün əlverişli şərait yaratmalı, onların qeyri- 
kommersiya riskl
ərindən sığorta olunmasını təmin etməli, gəlirin 
v
ə 
qoyulmüş 
sərmayənin 
dönərli 
valyuta 
şəklində 
repatriasiyasına zəmanət verməlidir. Bizcə, xarici ölkələrin 
yardımının bir qismini buna sərf etmək lazımdır, çünki hər 
sığortalanmış-zəmanətll dollar təqribən 3-5 dollar sərmayə cəlb 
ed
ə bilər. 
Yaxşı olar ki, xarici dövlətlərin, beynəlxalq iqtisadi 
t
əşkilatların, bank və firmaların yeni kreditləri, eləcə də birbaşa 
özəl sərmayələr əsasən məqsədli xarakter daşısın, həmin 
v
əsaitlər ölkə iqtisadiyyatının səmərəli nəticələr verə biləcək 
sah
ələrinə, məsələn, ixrac potensialının və idxalı əvəz edən 
istehsalatların inkişafına sərf edilsin. 
N
əhayət, onu demək lazımdır ki, respublikada xarici 
iqtisadi 
əlaqələrin səmərəliliyinə dair mütəmadi hesablamalar 
aparılmalıdır. Bu, çox zəhmət tələb edən mürəkkəb iş olsa da, 
iqtisadi s
əmərəni təyin etmək üçün metodologiyaların bu sahədə 
ciddi elmi t
ədqiqatların aparılması da aktual problemlərdəndir. Bu 
probleml
ərin həlli isə zəruridir. 
Ölkəmizin dünya bazarında fəal iştirakı üçün hər cür 
imkanı, o cümlədən zəngin yeraltı və yerüstü təbii sərvətləri 
vardır. Lakin hazırda həmin sərvətlərin istehsala cəlbolunma 
s
əviyyəsi çox aşağı olduğundan Azərbaycanın xarici əlaqələri 
qeyri-m
ütənasib formalaşır. 
Ölkələrarası iqtisadi əlaqələrin təşəkkül tapmasının əsas 
amili ictimai 
əmək bölgüsüdür ki, bunu da təbii-coğrafi, sosial- 
iqtisadi v
ə milli amillər şərtləndirir. İqtisadi, əlaqələrin inkişaf sə 
235 


viyy
əsi ictimai əmək bölgüsünün dərinləşməsi və cəmiyyətin 
m
əhsuldar qüvvələrinin inkişafı ilə bilavasitə əlaqədardır. 
Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyi birbaşa 
xarici 
əlaqələrin inkişafına iqtisadi zəmin yaratmışdır. 
Respublikanın mövcud iqtisadi əlaqələrini üç qrupa bölmək olar 
(c
ədvəl 7): 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin