1.3. Autekologiya – orqanizm və mühit arasındakı qarĢılıqlı
əlaqələrin öyrənilməsindən bəhs edir
1.3.1. İşığın orqanizmlərə təsirı
Ekologiyada ―işıq‖ termini dedikdə günəş şüalanmasının bütün diapo-
zonu: 0,05 – 3000 nm (1nm=10
-6
mm) və daha yüksək dalğa uzunluqlu
enerji axını nəzərdə tutulur. Bu radiasiya axını orqanizmlərin həyatında fizi-
ki xassələrinə və ekoloji əhəmiyyətinə görə bir neçə sahəyə ayrılır:
≤150nm – ionlaşma radiasiyası- kosmik şüalar, həmçinin təbii və
süni radioaktivlik daxildir. Texnogen mənşəli radiasiya ikincinin kəskin
artmasına səbəb olur. Radiasiyanın bioloji təsiri subhüceyrə səviyyəsində
(nüvə, mitoxondri, mikrosom) baş verir.
150-400nm – ultrabənövşəyi radiasiya (UB) - ultrabənövşəyi şüaların
daha qısa dalğalı (200-280 nm) zonası –UB-C dəri tərəfindən fəal adsorb-
siya olunur. O, praktiki olaraq ozon ekranı tərəfindən udulur. 280-320 nm
dalğa uzunluqlu UB-B spektrin daha təhlükəli zonası olub kanserogen təsir
göstərir. UB-B zonasının da əsas hissəsi ozon ekranı tərəfindən udulur. Yer
səthinə UB şüaların təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır.
Spektrin bu hissəsi böyük enerjiyə malik olub, canlı orqanizmlərə əsasən
kimyəvi təsir göstərir: Ca və P-un mübadiləsini tənzimləyir, D vitamini
sintez edir. Buna görə də yuvalarda doğulan heyvanların bir çoxu ―günəş
vannası‖ qəbul edirlər. Tünd piqmentləşmə UB şüaların mənfi təsirindən
24
qorunmaq üçündür. UB şüalar hidrosferin 65 m dərinliyinə nüfuz edir. UB
radiasiya yer səthinə çatan ümumi radiasiyanın təxminən 5-10%-ni təşkil
edir.
Dostları ilə paylaş: |