yetirməsi üçün lazım olan enerjinin əsas mənbəyidir və yerin enerji balan-
sının 29,9%-ni təşkil edir. Yer səthinə düşən enerjini 100% qəbul etsək,
Təbiətdə abiotik faktorlardan ən çox sabit olanı işıqdır. Ona görə də
payızın əvvəlində quşların köçməsini işıq faktoru bildirir. İşığın dəyişməsi
25
Təbiətdə canlıların yayılması, həyat tərzi və bir sıra morfoloji pro-
seslər işıqla bağlıdır. İşıqsız fotosintez mümükün deyil. Deməli, işıq bütün
canlıların enerji mənbəyidir. İşığın intensivlyindən asılı olaraq, bitkilərdə
fotosintezin aktivliyi dəyişir. Heyvanların vaxtı bilməsində (bioloji saat),
yerin cəhətlərini müəyyən etməsində, bir-birini və qidasını tapmasında, təbii
düşmənini vaxtında görməsində işıq böyük rol oynayır. Kosmosun qısa
infraqırmızı və ultrabənövşəyi şüaları orqanizmlərə öldürücü təsir edir, lakin
həmin şüaları ozon təbəqəsi (yerdən 20-25km yuxarıda) tutub saxlayır.
Bitkilər işığa münasibətinə görə: a) heliofitlər – işıq sevənlər – daim
işıqda olan savanna və səhra bitkiləri daxildir, meşə zonasında bu bitkilərə
az təsadüf olunur – onlara bağayarpağı, su zanbağı, kəklikotu, günəbaxan,
pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqızağacı,
dağdağan, badam, məryəmnoxudu və s. daxildir. Tənəffüsün və fotosintezin
intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsu-
siyyətləridir.; b) stisiofitlər –kölgəsevənlərə meşələrin alt yarusunun, ma-
ğara və dərin suların bitkiləri aiddir, bu bitkilər düz günəş şüalarının güclü
işıqlanmasına pis tab gətirir. Şimal enliyarpaqlı və tünd iynəyarpaqlı me-
şələrin sıx çətiri cəmi 1- 2% FAR keçirə bilir. Bu meşələrin stisiofitləri yaşıl
mamırlar, adidovşan kələmi, armudgülü, plaunlar və s.- dir. Stisiofitlər
heliofitlərə nisbətən az quru maddə saxlayır, hüceyrə şirəsinin qatılığı da
aşağıdır, bunlarda xlorofil də az olur. Kölgəsevən ağaclara küknar, ürək-
yarpaq cökə, fıstıq, qaracöhrə və s. aiddir.; c) fakültətıv heliofitlər –kölgəyə
dözənlər - işıqda və kölgədə yaşayanlar. Bu bitkilər işıqlanma şəraitinin
dəyişməsilə özünü dəyişdirə bilir. Onlara bəzi çəmən bitkiləri, meşəaltı otlar
və kollar, meşə talalarında, kənarlarında, qırıntı sahələrində bitən bitkiləri
aid etmək olar.
Bitkilərin çox məhsuldar vaxtı günün uzun və işığın güclü olduğu
dövrə düşür.
Heyvanlar işığa münasibətinə görə: a) gündüz heyvanları; b) gecə
heyvanları; c) ala-qaranlıq heyvanlarına bölünürlər.
Bu qrupların hər birinin davranışı, həyat tərzi və morfoloji əlamətləri
səciyyəvidir. Heyvanların çoxu günün maksimal uzun olduğu yaz-yay ayla-
rında nəsil verir. Şimal rayonlarında gün uzun olduğu üçün heyvanlarn məh-
suldarlığı nisbətən çox olur. Heyvanların özündən işıq verməsi-biolyümi-
Dostları ilə paylaş: