nerator borusuna verilən buxar; 6-elektirik enerjisi; 7-generator borusu; 8-buxar
barabanı; 9-elektorstatik filtir; 10-tüstü borusu; 11-sorucu vintilyator; 12-qazan-
xana külü; 13-titrəyiş yaradan; 14-yanacaq zibilini toplayan; 15-hidravlik yumruqlu
olar. 2000 ton zibilin yandırılmasından 60 min kənd evini işıqlandırmaq
olar. Bir başa yandırmaqdan başqa, bitki və heyvan qalıqlarından anaerob
260
qurğuları eksplatasiya (istismar) olunur. 1996-cı ildə Moskva vilayətində
Mıtış rayonunda bioqaz utilizasiyası üçün təcrübə - sənaye qurğusu açıldı,
burada bioloji tullantıların illik miqdarı 4 milyon ton təşkil edir. Holland
kompaniyasının ―Qrantmay‖ texnologiyasına əsasən bioloji tullantılardan
bioqaz emalından, 100 min yaşayış evini elektriklə təmin etmək olar.
Son illər Rusiya Dövlət Ekologiya komitəsi istehsal və istehlak
tullantılarına münasibət sahəsində hüquqi bazalar yaratmaq üçün ciddi işlər
aparır. Mühüm təbiəti mühafızə əhəmiyyətli federal məqsədli proqramına
"Tullantılar" (1996-cı ildə təsdiq olunub). Proqramın məqsədi və vəzifələri
aşağıdakılardır: maliyyə, maddi-texniki və digər resursların konsentrasiyası,
tullantılara münasibət problemini həll etmək üçün istehsal və elmi
potensialın inteqrasiyası; təsərrüfat dövriyyəsinə tullantıların maksimum
cəlb olunması nəticəsində təbii resurslara qənaət olunması; ölkədə toplanan
tul-lantı problemlərini həll etmək üçün təkrar istehsal və zərərsizləşdirmə
pilot proqram-larırının reallaşması; tullantıları idarəetmə sistemlərinin
yaradılması.
Yuxarıda deyilən proqram tədbirlərinin reallaşması hər il 55 milyon
ton tullantının təkrar istehsalına imkan verir; xammala qənaət edir, maddi və
istilik-energetik ehtiyatlara 20-25% qənaət edir, tullantılar üçün ayrılan
torpaq sahələrini xeyli azaldır; tullantıların təkrar emalı və zərərsizləşdiril-
məsi üzrə ehtiyatqoruyucu və aztullantılı texnologiya və təchizatların ba-
zarını yaratmaq; HSK konversiya proseslərini aktivləşdirmək. Aydındır ki,
sadalanan proqram qaydaları tullantıların ətraf mühitə mənfi təsirlərini xeyli
azaldır. Bu insanların xəstələnməsi və ölümün sayını azaldır, yer üzərində
bitki və heyvan aləminin məhvinin qarşısını alır, kənd təsərrüfat məhsuldar-
lığını artırır. 10 minlərlə zibildən azad olmuş torpaq sahələri əldə olunur,
nəticədə sosial problemlər həll olunur.
Federal büdcədən proqramın reallaşmasına demək olar ki, vəsait ayrıl-
mır. Rusiyanın Dövlət ekologiya komtəsinin ərazi orqanları tullantılarla mü-
nasibətə daima dövlət ekoloji nəzarəti həyata keçirirlər. Tullantılarla işlərdə
hüquqi və fiziki şəxslərin qəbul olunmuş normativ və təbiəti mühafızə tələ-
batlarına riayət olunur.Tarlalarda tətbiq olunması hesabına daha effektli
edir, lakin kiçik kəndlərdə tikinti və istismar işlərinin (kommikasiya) xərc-
lərini artırır, kənd əhalisinin sosial-iqtisadi şəraitini pisləşdirir. Həmin isteh-
sal ərazilərində kəndlərin sayının azaldılması onların kənd təsərrüfat yerlə-
rindən ayrılmasına gətirir, təsərrüfatdaxili nəqliyyat tıxaclarını artırır, kənd
təsərrüfat yerlərinə vaxtında qulluq edilməsini mürəkkəbləşdirir, ancaq buna
baxmayaraq kəndlərin tikinti və istismar işlərini, kəndlər arası kommuni-
kasiya xərclərini azaldır; mədəni, məişət, kommunal və sosial-iqtisadi şəraiti
böyük kəndlərdə yaxşılaşdırır.