lazımdır ki, ekoloji təhlükəsizlik sistemi ilk növbədə insan sağlamlığının,
lemin həllində bütün biosferin və insan cəmiyyətinin davamlı inkişafı əsas
265
olunma metodlarının hazırlanması, etibarlı həyat təminatlı sistemlərin yara-
dılmasında əvəzolunmaz şərtdir.
Ekosistemin müəyyən olunmuş təyinatına görə, o canlı orqanizmlərin
–onların yaşadığı mühitdə cəmidir, müəyyən məkan tutur və özünü tənzim-
ləmə qabiliyyəti var. Ekosistemin abiotik komponentləri torpaq, bitki qırın-
tıları, mikroorqanizmlərin qqalıqlarıdır. Biotik hissəsi ekosistemin ilkin pro-
dutsetlətdən-avtotrof və konsumentlərdən – heterotroflardan, bir də sapro-
troflardan, hansı ki, bitki və heyvan qalıqlarını ilkin qeyri-üzvi maddələrə
qədər parçalayır, eyni zamanda ikinci produtsentlər rolunu oynayır. Məlum
olduğu kimi, bütün ekosistemlər enerji axını, trofik zəncir, zaman-məkan
müxtəlifliyinin strukturu ilə; suyun və elementlərin biogeokimyəvi dövranı
ilə,; inkişaf və təkamül ilə; idarə olunma ilə xarakterizə olunurlar (Odum,
1975). Ekosistemlərə təsir edən prioritet antropogen faktorlar əkinçilik,
heyvandarlıq. Meliorasiya, torpaqların mənimsənilməsi, meşələrin qırılma-
sıdır. Bununla yanaşı, ekosistemlərin vəziyyəti dolayısı ilə dağ-mədən, emal
sənayesindən, enerji istehsalından, nəqliyyatdan, tikintidən və s. Asılıdır.
Ekosistemdə antropogen faktor onun elementlərinə, qida zəncirinə, mad-
dələr dövranına və enerji axınına istehsal fəaliyyətində birbaşa təsiretməklə
reallaşır. Eləcə də təbiətdə baş verən dəyişikliklərlə, əsasən atmosferdə
(temperaturun qalxması, ozon ekranının dağılması, CO
2
, CH
4
, NO
2
, SO
2,
ClF
karbonların,turş yağışların yağması) baş verənlər. Antropogen təsirlərdən
ekosistemin pozulması nəticəsində torpağın rejimi və xassələr, havanın key-
fiyyəti, su ehtiyatları və onların keyfiyyəti, bitki-heyvan növlərinin sayı,
müxtəlifliyi, yayılma ərazisi, biotun genotipi və onun fizioloji-metabolik ak-
tivliyi dəyişir. Bu zaman ekosistemlər təsərrüfat fəliyyətinin konkret tipinə
məxsus olan spesifik xarakteristikalar qazanır. Belə ki, aqrar tipli antropo-
gen faktorlar ekosistemi aqroekosistemə transformasiya edir.
Aqroekosistemin funksiyalaşması daimi antropogen təsirlərin onun
elementlərinə təsirinin intensivliyindən və müddətindən asılıdır. Buna görə
də aqroekosistemlərdə geri dönməyən proseslərin baş verməməsi üçün bu
təsirlərin nəticəsini əvvəlcədən bilmək lazımdır, eləcə də təbii və antropogen
təzyiqlərə qarşı komponentlərin dözümlülük səviyyəsini və adaptasiya me-
xanizmini nəzərə almaq lazımdır. İnsanın istehsal və kənd təsərrüfatı fəaliy-
yəti tam təbii formalaşmalar sərhəddində-landşaftlarda həyata keçirilir. Bu
qarşılıqlı təsir edən təbii və ya təbii antropogen komponentlərdən ibarət olan
ərazi sistemidir, təbiəti mühafizənin ən ümumi bütöv obyektidir. Bu nöq-
teyi-nəzərdən ona ehtiyattutumlu və ehtiyatyaradan sistem kimi baxılır;
insanın yaşayış və fəaliyyət mühitidir; genofondun saxlanma yeridir, təbii
laboratoriya və estetik mənbədir. Bu mənşəyinə və inkişaf tarixinə ğörə
eynicinsli ərazidir. Müxtəlif parametrlərinə görə təbii və antropogen, mədəni
266
və yabanı, çöl və dağlıq, meşə və bataqlıq və diğər landşaftlar, o cümlədən
aqrolandşaftlara ayrılırlar.
Aqrolandşaftlar –antropogen landşaftlardır. Onların biotik hissısi, can-
lı orqanizmlər cəmiyyəti insan tərəfindən süni yaradılır (antropobiosenozlar)
və təbii fito- və zoosenozları böyük ərazilərdə əvəz edir. Daha dar mənada,
aqrolandşaft dedikdə, təbii bitki örtüyünün çox hissəsinin kənd təsərrüfat
bitkilərinin səpini və basdırılması ilə əvəz olunduğu landşaftlar başa düşü-
lür. Aqrolandşaftlar kənd yerlərinin peyzajı (mənzərəsidir.)
Təbii landşaftlardan fərqli olaraq təbii-antropogen landşaftlar özündə
üç sistemaltlığını birləşdirir: təbii, sosial və istehsal, hansı ki, bir-biri ilə düz
və əks istiqamətdə maddə, enerji və informasiya əlaqələrində olur. Mədəni
landşaftların yaradılmasına bu qarşılıqlı əlaqələrin harmoniyası ilə çatmaq
olar. ―Kənd təsərrüfaı landşaftı‖ və ―aqrolanşaft‖ anlayışlarını fərqləndirmək
lazımdır. Birinci adətən ümumitəsərrüfat və sosial aspektdə, ikinci -əkincilik
pozisiyasından baxılır.
Əkinçiliyin adaptiv-landşaft sistemini formalaşdırmaq məqsədilə
aqrolandşaft anlayışından istifadə olunur.
Aqrolandşaft- geosistemdir. O, aparıcı aqroekoloji faktorların cəminə
görə fərqlənir, funksiyalaşması maddə və enerji miqrasiyasının vahid zənciri
çərçivəsində baş verir. Torpaqların aqroekoloji tipologiyası nöqteyi-nəzə-
rindən aqrolandşaft torpaqların aqroekoloji qrupuna uyğun gəlir.
Aqrolandşaftlardan başqa insanın fəliyyətilə idarə olunan təbii sis-
temlər - texnogen landşaftlar da mövcuddur. İnsanın fəaliyyət tipinə görə
antropogen landşaftları aşağıdakı qruplara bölmək olar: dəmyə əkinçiliyi
landşaftları, suvarma əkinçiliyi landşaftları, otlaq landşaftları və s. Landşaft
və ekosistemlərin antropogen trasformasiyasının əsas xüsusiyyətləri aşagı-
dakılardan ibarətdir.
Dostları ilə paylaş: