2.10.3. Kənd yerlərinin ekoloji vəziyyətinin optimallaşdırılması
Təbii ətraf mühitə kənd təsərrüfatı istehsalının təsiri böyükdür, lakin
təbii komplekslərə ən böyük antropogen təzyiqləri təsərrüfat-məişət və
rekreasiya fəaliyyətinin six olduğu yerlər də hiss olunur. Bu tek növbədə
kənd yaşayış yerlərinə və onlara məxsus olan ərazilərə birbaşa aiddir.
Qış vaxtlarında kənd təsərrüfat ərazidə ekoloji vəziyyət pisləşir ona
görə ki, onların ərazisində sanitar-gigiyenik normaların uçotu və tullantıla-
rın sistemli şəkildə təmizlənməsi aparılmayan bir neçə qazanxanalar işləyir.
Həmçinin fərdi qızdırıcı qurğulardan çıxan tüstü də ekoloji vəziyyəti pis-
ləşdirir.
Kənd təsərrüfatı məhsulları istehsalında aztullantılı və tullantısız tex-
nologiyalara keçilmədiyindən, bəzi kəndlərdə əlverişsiz funksional zonalaş-
dırma nəticəsində istehsal zonalarından seliteb zonaya xoşagəlməz iylər
(heyvandarlıq, quşçuluq və başqa komplekslərdən) daxil olur.
Yaz-yay-payız aylarında kəndlərdə ekoloji vəziyyət fərdi mal-qaranın
otarılması və texnikanın qaydasız hərəkəti nəticəsində pisləşir.
Hər il ictimai otlaq yerlərində şəxsi mal-qaranın otarılmasından pislə-
şən otlaq yerləri olan kəndlər də təbii ətraf mühitə neqativ təsir göstərir. Bu
kəndə məxsus olan torpaqların və su hövzələrinin artan çirklənməsinə, ot-
laqların məhsuldarlığının azalmasına, otarılan sahələrdə külək, su, antropo-
gen və yarğan-bataqlıq eroziyalarının artmasına, bütövlükdə isə kəndə məx-
sus olan ekosistem və landşaftın ekoloji deqradasiyasına səbəb olur.
Mərkəzləşmiş istilik və sutəchizatı olan bir çox kəndlərin fəlakəti,
hidroloji rejimin pozulması nəticəsində qəsəbə ərazilərinin subasma, duzlaş-
ma və bataqlaşmasıdır.
Ərazisi şəhərə yaxın yerləşən kəndlərdə tez-tez kəskin görünən geo-
kimyəvi anomaliyalar müşahidə olunur, buna görə onların tarlalarından eko-
loji təhlükəsizlik tələblərinə uyğun gəlməyən məhsullar alınır. Bu əsasən
böyük şəhərlərin şəhərətrafı kəndlərinə aiddir.
Ayrı-ayrı regionlarının kəskin iqlim şəraiti ağac-kol tingliklərinin be-
cərilməsini çətinləşdirir, buna görə onların sahəsi şəhərsalma normalarından
azdır. Yaşıl tingliklər çox olan kəndlərdə adətən onların landşaft- dekorativ
xüsusiyyətlərini və bioloji uyğunluqlarını nəzərə almadan basdırırlar.
Kəndin içindən keçən nəqliyat yüksək təhlükə yardlır, kəndi tullantı
qazları ilə çirkləndirir, səs - küy diskomfortu yaradır.
Kəndlərdə və onlara aid olan ərazilərdə, təbii müayinələr nəticəsində
müxtəlif növ neqativ ekoloji hallar üzə çıxır. Ekoloji uğursuzluğun
formalaşmasında onların payını azaltmaq üçün aşağıdakı ardıcıllığa riayət
olunmalıdır:
1.Təsərrüfat-məişət tullantıları və peyinlə otlaqların, meşələrin,
262
sututarların,dərələrin, düzənliklərin və s. çiklənməsi.
2.
Torpağın karyerlər, nəqliyyat və s. pozulması.
3.
Otlaqların kasıblaşması.
4.
Kənd ərazisinin peyin və zibillərlə çirklənməsi.
5.
Mal-qaranın meşələrdə otarılması.
6.
Tikinti zibillərinin təşkiL olunmamış zibilxanaları.
7.
Texnikanın qayda-qanunsuz hərəkəti.
8.
Tikinti işlərində torpağın məhsuldar qatının götürülməməsi.
9.
Peyin şirəsinin axıb getməsi.
10.
Həddən artıq kimyalaşdırılma.
11.
Torpağın neft məhsulları ilə çirkləndirilməsi.
12.
Ferma peyinlərinin zibilliklərə tökülməsi.
13.
Müxtəlif istehsalların xoşagəlməz iyləri.
14.
Təmizləyici qurğuların ümidsiz və ya tamamilə olmaması.
15.
Natəmiz sularm dərə və yarğanları axıb tökülməsi.
16.
Kəndlərin (şumlanması) qazılması.
17.
Sututarlarm qazılması.
18.
Çəmən və otlaqları subasması.
19.
Platiklərin nəzarətsiz tikilməsi.
20.
Kəndlərin düzgün qurulmasınm aşağı səviyyəsi.
21.
Sututarların yaxınlığında yay düşərgələrinin olması.
22.
Kanalizasiya sularının kənd boyunca daşıb уayılması.
23.
İstirahət edənlərin istiraət və əyləncə yerlərini zibilləməsi.
24.
Göbələk və giləmeyvələrin nəzarətsiz yığılması.
25.
Kənd boyunca mal-qaranm idarə olunmadan keçirilməsi.
26.
Hətətyanı təsərrüfatların su anbarlarma çıxışı.
27.
Suqoruyucu ağac əkinlərinin olmaması.
28.
Fermalarda ölmüş heyvanların meyidləri.
29.
Azməhsuldar bitkilərin qazılıb basdırılması.
30.
Suvarma nəticəsində su anbarlarının tükənməsi.
31.
Artıq suvarma sularının hovuzlara yığılması.
32.
Su yığan ərazilərin qazılması.
33.
Meşə massivləri və meşə zolaqlarının şumlanması.
34.
Elektrik ötürücü xətlərlə ərazinin kəsilməsi.
35.
Mineral gübrələrin saxlanma qaydalarının pozulması.
36.
Su bəndləri qaydalarının pozulması.
37.
Mal-qaranm birbaşa havuzlardan suvarılması.
38.
Kənddə meşələrin qırılması.
39.
Səth sularının axınlarının pozulması
Sadalanan neqativ ekoloji halların 90%-i istehsal fəaliyyətinin nəticə-
263
sidir. Onlardan 55%-i ətraf mühitin birbaşa çirklənməsilə bağlıdır, 45%-i isə
təbii ehtiyatların tükənməsi, deqradasiyası və qeyri-rasional istifadə olun-
ması ilə bağlıdır. Əgər kəndin ekoloji problemlərinin ciddiliyi daha yüksək
səviyyədə dərk olunsaydı, göstərilən neqativ nəticələrdən qaçmaq olardı.
Keçmişdə kənd ərazilərinin və ona aid olan landişaftın bu dərəcədə pozul-
ması müşahidə olunmurdu, çünki mühakimə və cəzalandırma var idi.
Ənənəvi olaraq insan landşaftın cəzbedici elementlərinin yaxınlığında
məskunlaşır ki, çox vaxt kəndlərin adını əks etdirir: Boroveye, Lesnoye,
Ozernoye, Polyanka, Reçoy, Rodniki və s. bu cür poltik adlar fıkrimcə kənd
yerlərində təbii ətraf mühitin saxlanmasına diqqət yetirmək və lazımi
tədbirlər qəbul etmək vaxtıdır. Sirr deyil ki, təbiətin və insanın deqradaşıya-
sı qarşılıqlı əlaqədə olan hadisədir. İnsan təbiətə kömək əlini uzatmalıdır, öz
fəaliyyəti ilə təbiətə ziyan vurmamalıdır, sosial və ekoloji effekti olmayan
işlərdən uzaqlaşmalıdır.
Kəndlərdə və onlara aid ərazilərdə əvvəllər aparılmış neqativ ekoloji
hadisələrin analizi, onların mənşəcə strukturu haqda təsəvvür yaradır.
Neqativ ekoloji hadisələrin ümumi sayının çox hissəsi (20%-ə qədər)
tikinti işləri və şəxsi yardımcı təsərrüfatların, 19,5%-i təsərrüfat-məişətin pa-
yına, 15%-i heyvandarlığın payına, 14% nəqliyyat, kənd təsərrüfat texnikası
və yerli sənayenin payına 11%-i əkinçilik fəaliyyəti və 0,5%-i rekreasiya
fəaliyyətinin payına düşür.
Kənddə tikinti fəaliyyəti hələ ki, aşağı keyfiyyətlidir və təbiət ele-
mentlərinə etinasız münasibətlə fərqlənir. İnşaatçılar, adətən, tikinti altında
qalan məhsuldar torpaq qatını qorumur və götürmürlər.Tikinti meydançaları
töküntülərlə dolur, torpaq çevrilir, tikinti tullantıları kənd ətrafına tökülür.
Bütün bunlar kənd yerlərinin təbii mühitini dağıdır və eybəcərləşdirir.
Heyvandarlıqda hələ ki, peyinin etibarlı utilizasiyası mümkün olmayıb
ki, torpağı, havanı və su hövzələrini çirkləndirməsin. Eyni zamanda əkinçi-
likdə uzvi maddəyə böyük ehtiyac hiss olunur. Heyvandarlıq məhsullarının
istehsal edən müəssisələrin layihələşməsində, tikintisi və rekonstruksiyasın-
da, peyin və peyin şirəsini üzvi gübrəyə emal edən sexlərin yaradılması əv-
vəlcədən əvvəlcədən nəzərə alınmalıdır. Dünya praktikası göstərir ki, artıq
çoxdan heyvandarlıq kompleksləri işləyir, hardakı heyvanların ekskrement-
ləri bioenergetik qurğularda CH
Dostları ilə paylaş: |