3.8. Aqroekosistemlərin radioaktiv çirklənməsinin qiymətləndirilməsi
Ekologiya üçün aşağıdakı yarımparçalanma dövürlü izotop qrupları
mühüm əhəmiyyət kəsb edir (Aleksexin R.M. və b., 1997): A qrupu: karbon
–
14
C (5568 il); tritium –
3
H (12,4 il); fosfor –
32
P (14,5 gün); kükürd -
35
S
(87,1gün); kalsium –
45
Ca (160 gün); natrium –
24
Na (15 saat); kalium –
42
K
(12,4 saat); kalium –
40
K (1,3 mild.il); dəmir –
59
Fe (45 gün); marqans -
54
Mn (300 gün); yod –
131
J (8 gün); B qrupu: stronsium -
90
Sr (28,5 gün);
sezium –
137
Cs (30,2 il); serium –
144
Ce (285 gün); rutenium –
106
Ru (1 il);
ittirium -
91
Y (61 gün); plutonium –
239
Pu (24 000 il); C qrupu: arqon –
41
Ar
(2 saat); kripton –
85
Kr (10 il); ksenon –
133
Xe (5 gün).
Radioaktivlik səviyyəsini qiymətləndirmək üçün: Bekkerel (Bk), Küri
(Ku), Qrey (Qr), rad,ber kimi vahidlərdən istifadə olunur. Bekkerel – radio-
aktiv mənbədə materialı aktivlik vahidi: 1 Bk = 1 parçalanma/s. Küri vahidi
daha çox istifadə olunur: 1 Kü = 3,7 x10
10
Bk (məsələn, Çernoblda atılan
parçalanma məhsullarının cəmi 5 x 10
10
Kü).
Qrey – Sİ sistemində kütlə vahidinin şüalanma dozası: 1Qrey = 1C/kq.
Çox vaxt sistemdən kənar vahid - rad istifadə olunur. 1 rad = 0,01Qr. Ber -
rentgenin (R) bioloji ekvivalenti, təxminən 1ber=1R. Təbii radioaktiv fonun
səviyyəsi 10-50 mkR/s, adətən 15 mkR/s.
Müxtəlif radionuklidlərin ekoloji əhəmiyyəti fərqlidir: qısa yarımpar-
çalanma dövrlü (2 gündən az) maddələr böyük təhlükə yaratmır, belə ki,
biotopda radiasiyanın yüksək səviyyəsini qısa müddətdə saxlayırlar. Uzun
yarım parçalanma dövrlü maddələr də demək olar ki, təhlükəsizdir. Onlar
zaman vahidində ətrafa çox zəif şüalanma yayırlar. Ən təhlükəli nuklidlər
yarımparçalanma dövrü bir neçə həftədən (aydan) bir neçə ilədək olanlardır.
Bu müddət həmin radionuklidlərin qida zəncirində toplana bilməsınə kifa-
yət edir.
Aqroekosistemin ekoloji gərginlik dərəcəsi, əsasən, çoxyaşayan radio-
nuklidlərlə təyin olunurlar: stronsium-90 və sezium -137. Qanunvericilikdə
radioaktiv çirklənmənin aşağıdakı zonaları qəbul olunmuşdur (cədvəl 3.34).
Stronsium kalsiumla oxşar xassəyə malik olduğundan, asanlıqla onur-
ğalıların sümük toxumalarına daxil olur, bu zaman sezium kaliumu əvəz
edərək, əzələlərdə toplanır. Bu radionuklidlər zədələnmiş orqanizmdə qala-
raq, elə miqdarda akkumulyasiya olurlar ki, insan sağlamlığına ziyan vura
bilir.
Radionuklidlər torpaqda torpaq məhlulunda və həm də bərk fazanın
tərkibində olurlar. Müxtəlif formaların miqdarı torpağın xassəsindən
asılıdır: sorbsiya həcmi, mineral tərkibi, pH, humusun miqdarı. Torpağın
radionuklidlərlə çirklənmənin sıxlığı, yəni müayinə olunan torpaq qatının 1
m2 –də onların miqdarı (Trç, kBk/m2) aşağıdakı formula ilə təyin olunur:
|