3.7. Şum torpaqlarının pestisidlərlə çirklənmə təhlükəsinin ekoloji
qiymətləndirilməsi
Müasir pestisidlər – bu xlor-üzvi pestisidlərdir (haloid törəməli po-
litsiklik və aromatik karbohidrogenlər, alifatik cinsindən olan karbohid-
ratlardır); fosfor üzvi (fosfor turşularının mürəkkəb efirləri, karbamin, tio
-
və
ditiokarbamin turşuları) və azot tərkibli pestisidlər (sidik cövhəri, quanidin
və fenolun törəmələri). Pestisidləri zərərli həşaratların məhvində istifadə
olunan insektisidlərə; fitopotogen göbələklərə qarşı istifadə olunan funqisid-
lərə; gəmiricilərə qarşı istifadə olunan rodentisidlərə; alaq otlarını məhv
edən herbisidlərə; nenatodlat sinfinə mənsub olan zəhərli qurdlara qarşı
istifadə olunan nematosidlərə və s. ayırırlar.
Pestisidlər tərkibinə və kimyəvi xassələrinə, bioakkumulyasiya etmə-
sinə, parçalanmaya davamlılığına, zəhərliliyinə görə təsnifləşdirilir. Pes-
tisidlərin ekotoksikoloji qiymətləndirilməsinin müasir şkalası aşağıdakı kri-
teriyaları birləşdirir:
● toksiki-gigiyenik (orqanoleptik xassəyə təsirinə, uçuculuğuna, hey-
van və insan üçün zəhərliliyinə, onların orqanizmlərində toplanması norma-
tivlərinə görə qiymətləndirmə);
● ekoloji-aqrokimyəvi (torpaqda persistentliyinə, torpaq profili boyun-
ca miqrasiyasına, bitkiyə translokasiyasına, torpaqdan fitotoksik təsirinə)
● ekotoksikoloji (təsirin seçicilik əmsalı) (Lozanovskaya İ.N., 1998).
Ekoloji nöqteyi-nəzərdən pestisidlərin təsirinin müxtəlif formaları var
(Ramad F., 1981). Təsir formasının demoekoloji kateqoriyası ayrı-ayrı növ-
lərin, hər hansı fitosanitar maddəyə həssas olan populyasiyaları səviy-
yəsində pozucu təsirlərin cəmini əks etdirir. O fərdlərin müəyyən hissəsinin
məhv olması kimi üzə çıxır. Biosenotik kateqoriya populyasiyaların sayı-
nın, onların qidası olan bitki və heyvan növlərinin pestisidlərin təsirindən
məhv olması nəticəsində, azalması ilə bağlıdır. Ekoloji nəticə, eləcə də bu
və ya digər populyasiyanın sayının, qida ehtiyatına anoloji tələbatı olan rə-
qib növün yox olması hesabına artmasıyla da üzə çıxa bilər.
Pestisidlər çox zəhərli olduğundan ümumi gigiyena sahəsində bir sıra
problemlər yaradır. Pestisidlərlə bitki və heyvan məhsullarının (tərəvəz,
meyvə, süd, yağ, ət) çirklənməsi qida mıhsullarında maddələrin yol verilən
qatılığının maksimal dəhlizini müəyyən etməyə vadar etdi. ÜST-nın qəbul
etdiyi bütün səviyyələrin qiyməti 1 mln
-1
–dən kiçikdir.
Məhsullarda pestisidlərin qalıq miqdarının toplanmasının əsas səbəbi
preparatlardan istifadə qaydası və reqlamentlərinin pozulmasıdır. Tətbiq
olunan maddələrin təxminən 70%-i insan orqanizminə ət, süd və yumurta
ilə, 30%-i isə bitki mənşəli qidalarla daxil olur. Məhsuldar orqanlarında xlor
–üzvi pestisidlərin qalıq miqdarının toplanma dərəcəsinə görə bitkilər aşa-
355
ğıdakı sırada yerləşir: kök ˃ cəfəri ˃kartof ˃çuğundur ˃çoxillik otlar
˃pomidor ˃qarğıdalı ˃ağ baş kələm. Bitkilərdə pestisidlərin parçalanma-
sında nitrozlaşma reaksiyasında iştirak edən metabolitlər yarana bilər.
Torpaqda olan dioksin sintezinin preparatları insan və heyvanların
qida zəncirinə düşə bilər. Kompleks təsirli pestisidlərin tərkibinə daxil olan
teteradioksinlər - 2,3,7,8 –TXDD (tetraxlordibenzo -n -dioksin), insan üçün
xüsusilə təhlükəlidir. Torpaqda dioksinlərin yarım parçalanma dövrü - 10 il,
suda – 1-2 ildir. Dioksinlər təsir dəhlizi olmayan zəhərdir, buna görə də
onlar ərzaq məhsullarında, içməli suda və havada olmamalıdır.
Pesdisidlərin ekoloji qiymətləndirilməsi üçün MYQ
ə
– ərzaq məhsu-
lunda pestisidin müvəqqətu yol verilən qatılıq (MYQ) göctəricisindən istifa-
də olunur (mq/kq), hansı ki, aşağıdakı formula ilə təyin olunur:
MYQ
ə
= 1,3LD
50
+ 0,76 (3.19)
burada, LD
50
– pestisidin letal dozası (mq/kq), orqanizmə daxil olduqda
təcrübə altında olan fərdlərin 50%-ni məhv edir. MYQ
ə
pestisidin orqanizmə təsirin
xarakteri və zəhərliliyi haqda eksperimental məlumatlar əsasında müəyyən olunur.
Bu məlumatlar öyrənilən pestisidi ağ siçanların, siçovullarlın mədəsinə, dərisinə ,
nəfəs yollarına daxil etməklə əldə edilir.
Çöl təcrübələrində pestisidlərin miqdarını təyin etmək üçün nümunə-
lərin götürülməsi rəhbərliyin (Ərzaq məhsullarında, yemdə və ətraf mühitdə
pestisidlərin mikromiqdarının təyin olunma metodları, 1983) tələbatı əsasın-
da həyata keçirilməlidir, onların qalıq miqdarının analizi isə qaz-maye və
maye xromatoqrafiyadan istifadə etməklə yerinə yetirilir (Pestisidlərin kənd
təsərrüfatı bitkilərində, torpaqda və suda təyini, 1995).
Pestisidin təhlükəlilik dərəcəsi C
n
(ballar) aşağıdakı ifadə ilə müəyyən
olunur:
C
n
= ( K
i
+ K
t
) - 1, (3.20)
burada, K
i
- insan üçün pestisidin təhlükəlilik sinfi, ballarla (cədvəl 3.40,
qrafa 2); K
t
– təbiət üçün təhlükəlilik sinfi, ballarla (cədvəl 3.33, qrafa 3).
Dostları ilə paylaş: |