M ü n d ə r I c a t


  Torpaq-bitki sistemində təbii radionuklidlərin davranışı



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə164/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   437
2.6.7.   Torpaq-bitki sistemində təbii radionuklidlərin davranışı 

Radionuklidlər kəşf olunduqdan sonra ətraf mühitin bütün obyektlə 

rində 

onların  geniş  axtarışına  başlandı.  Rusaiyada  təbii 



radionuklidlərin  müxtəlif  obyektlərdə  miqdarının  öyrənilməsinə  akademik 

V.İ.Vernadskinin  təşəbbüsü  ilə  təxminən  85-90il  əvvəl  başlandı.  Hələ  XX 

əsrin  əvvəllərində  təbii  suların  və  mineralların  radioaktivliyini  öyrənməyə 



187 

 

başladı.  Sonradan  bu  işlər  akademik  A.P.Vinoqradov  tərəfindən  davam 



etdirildi. 

İlkin  tədqiqatların  nəticəsində  məlum  oldu  ki,  biosferin  radioaktiv-

liyinin  mənbəyi  ana  suxurlarıdır,  hansı  ki,  yer  səthində  fasiləsiz  olaraq  baş 

verən  meteoroloji,  hidroloji,  geokimyəvi  və  vulkanik  proseslər  nəticəsində 

yaranır,  eləcə  də  insan  fəaliyyəti  nəticəsində  parçalanır,  onun  tərkibində 

olan  təbii  radionuklidlər  ətrafa  paylanır  və  tədricən  biosferdə  maddələr 

dövranına qoşulur.  

Biosferdə daha geniş yayılmış radionuklidlər uran və toriumdur. Həm 

uran,  həm  də  toriuma  onların  hər  tərəfə  paylanması  xarakterikdir.  Uran  və 

torium  bütün  vulkanik,  metamorfik  və  çöküntü  suxurlarında,  eləcə  də 

çaylarıpn,  dənizlərin  və  okeanların  sularında  tapılır.  Uran  və  toriumun  yer 

qabığında paylanması və qatılığı xüsusi əhəmiyyət kəsb edir, uran və torium 

parçalanma  nəticəsində  yer  qabığında  toplanan  qurğuşuna  və  heliuma 

çevrilir.  Onların  parçalanması  zamanı  daima  istilik  ayrılır  ki,  bu  da  Yerin 

istilik rejimində həlledici rol oynayır.  

A.P.Vinoqradovun məlumatlarına görə, dağ suxurlarında uran, torium 

və radiumun  müxtəlif miqdarları toplanır. Uranın, toriumun, radiumun turş, 

maqmatik cinslərdəki  miqdarı onların  çöküntü  suxurlarında olan miqdarına 

yaxındır, lakin əsas suxurlardakından üstündür.  

V.İ.Baranov və S.Q.Tseytlinin tədqiqatları göstyərdi ki, vulkanik cins-

lərdə  təbii  radionuklidlər  metamorfik  və  çökente  suxurlarına  nisbətən  çox-

dur.  Bununla  əlaqədar  olaraq,  vulkanik  cinslərdən  yaranan  torpaqlar  daha 

radioaktivdir, nəinki çöküntü suxurlarından yarananlar. Anoloji fikirlərə bir 

çox başqa tədqiqatçılar da gəlmişlər (Burkser, 1954; Drobkov, 1952). Məhz 

bu müəlliflər müəyyənləşdirmişlər ki, vulkanik cinslərdən turşlar (qranitlər) 

daha radioaktivdir, nəinki əsas cinslər. 

V.İ.Baranov  torpaqda  təbii  radionuklidlərin  daha  sistematik,  istiqa-

mətlənmiş və dərin tədqiqatlarını aparmışdır. Qeyd olunur ki, torpaqda təbii 

radionuklidlərin  miqdarı  torpaq  yaradan  cinslərdə  onların  qatılığından  və 

torpaq əmələ gəlmə nəticəsində ana cinsin dəyişməsindən asılıdır.  

Torpaqda  uran  və  toriumun  miqdarını  təyin  edən  əsas  faktor  ana 

suxurlarda  onların  qatılığıdır.  Yer  qabığında  uranın  orta  miqdarı  4.10

-4

%, 


torium demək olar, 2 dəfə çox – 8.10

-4

%-ə qədərdir. Bu radionuklidlər tor-



paqda ana suxurların sovrulması və torpaq əmələ gəlməsi nəticəsində akku-

mulyasiya olunur. Buradan aydın olur ki, torpaqda Smirnov,1976; Rubtsov, 

1972 və s.). Uran, məsələn, torpaqda dağ suxurlarında olduğundan 10 dəfə 

çoxdur.  Bəzən  toriumun  miqdarı  torpaq  profilinin  mineral  hissəsində 

geokimyəvi fonu 10-30 dəfə üstələyir (Rubtsov, Pravdina, 1972).        



188 

 

V.İ.Vernadski  (1934)  tərəfindən  torpaqda  uran  və  toriumun  miqdarı-



nın orta qiyməti verilmişdir, uyğun olaraq: 50,0 və 32,8 Bk/kq. Bu qiymətlər 

geokimyəvi  fon  kimi  qəbul  olunmuşdur.  Rusiya  düzənliklərində  uran  və 

toriumun miqdarı geokimyəvi fona yaxındır və uyğun olaraq: 2,2.10

-4

 % və 



6,0-8,0.10

-4

 % (Vinoqradov, 1957).   



Yüksək uran tərkibli kristallik cinslərdən yaranan rayonların torpaqla-

rında  onun  miqdarı  xeyli  yüksəlir.  Müxtəlif  tip  torpaqlarda  toriumun  miq-

darı eyni deyil. Azalmasına görə onlar aşağıdakı kimi yerləşirlər: çimli-gilli-

cəli, suvat, qumsal, torflu(Tyuryukanova, Kalugina, 1971). 

Qütb  Uralının  dağ-tundara  torpaqları  torium-232-nin  yüksək  miqdarı 

ilə xarakterizə olunur. Eyni torpaqlarda uran-238-in miqdarı, torflu-gillicəli 

torpaqlar istisna olmaqla,  onun yer kürəsində olan orta miqdarından azdır.  

Müxtəlif landşaft qurşaqlarının torpaqlarında torium və uranın paylan-

ması  torpaq  əmələ  gəlmə  prosesləırinin  xarakteri  və  istiqaməti  ilə  təyin 

olunur (Arxipov və b. 1984; Tauson, 1961).  

Ədəbiyyatlarda  torpaq  profili  boyunca  paylanmasında  müxtəlif  fikir-

lərə rast gəlinir. D.M.Rubtsov, E.İ.Pravdina hesab edirlər ki, həm uran, həm 

də  torium  üçün  ollivüal  tip  paylanma  xarakterikdir.  Digər  müəlliflərin  təd-

qiqatlarına  əsasən,  bəzi  tip  torpaqlar  təbii  radionuklidlərin  paylanmasına 

görə özünəməxsus xüsusiyyətləri var. Məsələn, elyuvial torpaqlarda torium 

daha  yüksək  qatılıqdadır.  Lakin  bir  çox  tədqiqatçılar  hesab  edir  ki,  təbii 

radionuklidlər  üçün,  onların  torpağın  üst  qatında  toplanması  xarakterikdir 

(Vaysberq, 1979; Rathbaum et.st., 1979).  

Keçmiş  SSRİ-də  Boltnevin  rəhbərliyi  ilə  bir  qrup  müəlliflərin  avias-

pektrometrik  çəkilişlərlə  apardıqları  tədqiqatlar    nəticəsində  təbii  radio-

nuklidlərin  paylanmasının  ərazi  rayonlaşdırılması  həyata  keçirilmişdir. 

Müəlliflər təsdiq etdilər və əsaslandırdılar ki, şimaldan cənuba gəldikcə təbii 

radionuklidlərin  qatılığı  artır.  Bu  da  əvvəldən  M.T.Yastrebin  söylədiyi 

fikirlə səsləşir.  

Torpağın  üst  qatında  uran  və  toriumun  qatılığı  sonuncunun  fiziki-

kimyəvi  xassələri  ilə  şərtlənir.  Bu  radionuklidlərin  orta  qatılığı  torpaqdakı 

üzvi maddələrin qatılığından asılıdır. Torpaqda uran və toriumun miqdarı ilə 

humus arasında əlaqənin olmasını bir çox müəlliflər qeyd etmişlər (Sultan-

bayeb, Qriqoryev, 1979;  Bayeva, Axundova, 1981). Üzvi  maddələrin  yük-

sək  miqdarı  ilə  fərqlənən  torpaqlarda  uranın  miqdarı  tipik  qaratorpaqlara 

nisbətən 1,5 – 2 yüksəkdir (Yastreb, 1973).  

Torpağın  humusunda  uran-238-in  miqdarı  onun  üst  horizontda  olan 

ümumi miqdarının 32%-i toplanır. Uran-238 –n maksimal miqdarı humin və 



189 

 

fulvio  turşularla  dəmir  oksidlərinin  pH  5-6  qatılıqlı  kolloid  məhlullarında 



sorbsiya  olunur  (Landa,  1984).  Lakin  bəzi  torpaqlarda  bu  qanunauyğunluq 

saxlanılmır.  Məsələn,  çimli-gillicəli    torpaqlarda    profil  boyunca  uran-238 

bərabər  paylanmışdır  (Şuktomova,  1981),  bəzi  açıq-qonur  və  boz  torpaq-

larda  humusun  orta  və  az  miqdarında  uran-238  daha  çoxu  profilin  aşağı 

hissəsində  toplanmışdır.  Beləliklə,  uran-238  üçün  toplanmanın  akkumul-

yativ- elyuvial tipi xarakterikdir.  

Torpağa düşən təbii radionuklidlərin miqrasiyası vertikal və horizontal 

istiqamətdə  onların  yenidən  paylanmasına  səbəb  olur,  onların  bitkilərə, 

qrunt  sularına və su hövzələrinə daxil olmasını müəyyənləşdirir.  Bütün  tə-

biətdə  torpaqlarda  radionuklidlərin  miqrasiyası  mexanizmi  müxtəlifdir. 

Onlara  daxildir  atmosfer  yağıntılarının  torpaqda  filtrasiyası,  buxarlanma 

nəticəsində  nəmliyin  səthə  kapilliyar  axını,  temperatur  qradientinin  təsiri 

altında  nəmliyin  istilik  daşınması,  torpaq  səthi  boyunca  suyun  hərəkəti, 

sərbəst və adsorbsiya ionlarının diffuziyası, miqrasiya edən kalloid hissəcik-

lərin qarışması, torpaq canlılarının oyub-qazma fəaliyyəti və nəhayət insanın 

təsərrüfat fəaliyyəti.  

Uran – 238 və torium – 232-nin davranışının çimli-podzol torpaqların 

5 növmüxtəlifliyində, eləcə də meşə və qələviləşmiş qara torpaqlarda tədqiqi 

göstərdi ki,  uran  – 238-in miqdarı torpağın  xassəsindən asılı  olaraq, 18-39 

Bk/kq, torium – 232 isə 13-14 Bk/kq arasında dəyişir (Jiqareva, 1984).  

Qərbi  Gürcüstanın  üzümçülük  rayonlarının  torpaqlarında  radium  – 

226-nın miqdarı (2,3-12,0).10

-11

 %, torium–232–(0,25-9,1).10



-4

% və kalium 

– 40 – (2,8-3,2).10

-4

 % arasında dəyişmişdir. Göstərilir ki, torpaqda radium 



– 226-nın miqdarı onda olan P

2

O



və K


2

O miqdarı ilə korrelyativ əlaqədədir. 

Torpaqda torium -232-nin miqdarı humus və K

2

O korrelyativ asılılıqda olur, 



kalium –40-ın qatılığı isə torpaqda K

2

O-nun qatılığından asılı olaraq tapılır 



(Mqeladze, 1984).  

Son  illər  ədəbiyyatda  torpaqda  radionuklidlərin  miqrasiyasının  öyrə-

nilməsinə  atom  energetikasının  intensiv  inkişafı,  eləcə  də  əkinçiliyin  kim-

yalaşmasının xeyli artması  ilə əlaqədar daha çox diqqət ayrılır. Bunların hər 

ikisi  torpaq  örtüyündə  təbii  radionuklidlərin  artmasına  səbəb  olur  (Qara-

badjak, 1981; Mel, 1979). Birinci halda yüksək konsentrasiyalı təbii radio-

nuklidlər  olan  sənaye  tullantılarının  küləklə  ətrafa  yayılmasından,  ikinci 

halda  isə  fosfor  gübrələrdə  radionuklidlərin  yüksək  miqdarının  olması  ilə 

bağlıdır (Gressel, Prichard,1975).  

V.S.Mqeladze  və  b.  (1984)  tədqiqatlarında  qeyd  olunur  ki,  radium  – 

226-nın  miqdarı  Qərbi  Gürcüstanın  əkin  torpaqlarında,  xam  torpaqlara 



190 

 

nisbətən 1,3 – 1,5 dəfə çox olmuşdur. Müəlliflər bu faktı fosfor gübrələrinin 



verilməsi ilə əlaqələndirirlər.  

Çimli-podzol  torpaqlarda  mineral  gübrələrin  uzunmüddətli  tətbiqi 

uranın  miqdarını  0,9.10

-4 


%  -dən  1,3.10

-4

  %-dək    artırdı.  Radium-  226-nın 



miqdarı  da  gübrələrin  təsirindən  artır,  lakin  uranın  miqdarından  az.  Toriu-

mun  torpaqda miqdarı gübrələrindən verilməsində praktiki  olaraq dəyişmir 

(Xomiç, Martsul, 1986).  

Yuxarıda  deyilənləri  cəmləşdirərək  xüsusi  qeyd  etmək  lazımdır  ki, 

indiki  zamanda  mineral  gübrələrin  ətraf  mühiti  təbii  radionuklidlərlə  çirk-

ləndirməsində  rolu  haqqında  biliklərimiz  kifayət  qədərdir.  Bununla  yanaşı 

olaraq,  bəzi  tədqiqatçılar  hesab  edirlər  ki,  müasir  miqyasda  onların  tətbiqi 

ətraf  mühitin  çirklənməsinin  təsirli  mənbəyi  ola  bilməz.  Lakin  biosferdə 

radionuklidlərin  miqdarının  mineral  gübrələrin  ,  xüsusən  eroziya-təhlükəli 

zonalarda  düzgün  verilməməsi  göstərilən  problemə  ciddi  diqqət  ayırmağı 

tələb edir.         

Təbii  radionuklidlərin,  xüsusilə  uran  –  238  və  torium  –  232-nin  bit-

kiyə  daxil  olma  prosesi  çox  mürəkkəbdir  və  bir  çox  faktorların  qarşılıqlı 

təsirindən asılıdır.  

Təbii  radionuklidlərin  paylanması  və  miqdarı  haqda  olan  məlumat-

ların  əsas  hissəsi  yabanı  bitki  növlərinə  aiddir.  Yalnız  son  illərdə  təbii 

radionuklidlərin  kənd  təsərrüfatı  bitkilərində  toplanması  haqda  işlər  mey-

dana  çıxıb  (Proxorov,  1979;  Jiqareva,  1984).  Müəyyən  olunub  ki,  torpaq-

bitki zəncirində ən çox miqrasiya edən təbii radionuklidlər radium – 226 və 

uran  –  238-dir,  ən  az  isə  torium  –  232.  Vegetativ  orqanlarda  və  köklərdə 

radionuklidlər  daha  çox  toplanır,  nəinki  bitkidən  alınan  təmiz  məhsulda 

(dəndə, kök yumrularında).  

Təbii  radionuklidlərin  bitkiyə  keçməsinin  ölçüsü  onların  torpaqdakı 

qatılığı  ilə  ölçülür.  Bəzi  elmi  tədqiqat  işlərində  göstərilir  ki,  radium–226, 

polonium–210  və  torium–232-nin  bitkidə  qatılığı  torpaqda  onun  miqdarı 

artdıqca  yüksəlir, lakin  bəzi  işlərdə bu  asılılıq  müşahidə olunmur.  Belə ki, 

İ.Q.Koçanın  (1986)  işində  göstərilir  ki,  uran-238–  in  kartofda  toplanması, 

torpaqda  onun  ümumi  miqdarı  artdıqca  azalır.  Müəllifin  göstərdiyi  kimi 

kartof yumrularında uranın mütləq miqdarı torpaqda radionuklidlərin mütə-

hərrik formasının cəmindən asılıdır. Uran–238-n bitkidə toplanması və onun 

torpaqda  olan  qatılığı  arasında  əks  əlaqənin  olması  A.P.Makeyev  və  b. 

işlərində də göstərilir.  

Uran–238  və  torium–  232-nin  kənd  təsərrüfatı  bitkilərində  miqdarı 

yalnız onun torpaqda olan miqdarı ilə deyil, həm də torpağın tipindən asılı-




191 

 

dır.  Torpağın  tipindən  asılı  olaraq  toplanma  əmsalı  10  dəfədən  çox  dəyiçə 



bilər.  

Təbii  radionuklidlərin  bitkilərdə  toplanması  torpağın  üzvi  maddələ-

rinin    miqdarı,  mühitin  pH-ı,  mübadilə  edən  kalsiumun  miqdarı  və  c.kimi 

aqrokimyəvi  xarakteristikalarından  asılıdır.  Göstərilən  xarakteristikaların 

torpaqda  artması  ilə  bitkidə  təbii  radionuklidlərin  qatılığı  azalır  (Arxipov, 

1984). Anoloji nəticələr Y.M.Xodorovski və b. tərəfindən alınmışdır. Qeyd 

olunur  ki,  nisbətən  az  turşuluqlu  və  mübadilə  edən  kalsiumun  miqdarı 

yüksək olan torpaqlarda bitkilikdə uran – 238-in daha az miqdarı toplanır.   

A.P.Makeyevin  tədqiqatlarında  (1985)  uran  –238-in  qatılığı  ilə  udul-

ma  həcmi,  humusun  miqdarı  və  torpağın  pH  kimi  göstəricilər  arasında  əks 

əlaqələrin  olduğu  müəyyən  olunmuşdur  (korrelyasiya  əmsalları  uyğun 

olaraq -0,68, -0,63, və -0,54).   

Uran – 238 və torium –  232-nin bitkilərdə toplanmasının miqdarı so-

nuncunun  növündən  asılıdır  və  10-100  dəfə  dəyişə  bilər.  Radionuklidlərin 

minimal miqdarı bir qayda olaraq, əsas məhsulda tapılır.  

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin