M ü n d ə r I c a t


ĠnkiĢafda olan bitkilərin kəskin  γ   Ģüalanma zamanı dənli bitkilər üçün



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə163/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   437
ĠnkiĢafda olan bitkilərin kəskin  γ   Ģüalanma zamanı dənli bitkilər üçün  

DD

50

 orta qiyməti, Qr  (Filipas və b., 1992)    

Şüalanma 

zamanı bit-

kinin inkişaf 

fazası 

Payızlıq 

buğda 

Yazlıq 


buğda 

Payızlıq  

çovdar 

 Yazlıq 


çovdar 

Yazlıq 


və pa-

yızlıq 


arpa 

Yulaf  Çəltik 

Cücərti 

50 


60 

35 


35 

30 


45 

Kollanma 



20 

35 


30 

20 


20 

30 


Boruya çıxma 

13 




16 

75 


Sünbülləmə 

25 


24 

20 


15 

12 


10 

160 


Çiçəkləmə 

35 


40 

35 


35 

30 


35 

 



LD

50 


 və MD

50  


eyni bitki növündə 10 və daha çox dəfə fərqlənə bilir. 

İonlaşdırıcı  şüalanmanın  aqrofitosenoza  təsiri  zamanı  şüalanma  yalnız 

bitkilərin böyümə və inkişafına təsir edən faktorlardan biri olur. Bu şəraitdə 

bir neçə ekoloji faktorların (məsələn, qurqlıqda ionlaşdırıcı şüaların bitkilərə 




184 

 

öldürücü  təsiri  daha  güclü  olur)  birgə  təsirində  additiv,  sinergetik  və 



kompensator effektləri qeyd oluna bilər.  

 

2.6.6.  Radioloji  əhəmiyyətli  təbii  radionuklidlərin  ən  vacib  xarak-



teristikaları 

Təbiətdə rast gəlinən təbii radionuklidlər üç qrupa bölünür. Birincini – 

uran-238, uran 235, torium -232 radioaktiv ailəsinə daxil olan radionuklidlər 

təşkil edirlər. Bu radionuklidlər Yerin formalaşmasının kocmogen mərhələ-

sində  artıq  mövcud  idilər.  İkinci  qrupu  da  çox  yaşayan  radionuklidlər:  ka-

lium-40,  rubidium-87  və  b.  təşkil  edir,  hansı  ki,  yaranması  Yerin  planetar 

mərhələsi ilə əlaqələndirirlər. Üçüncü qrupu kosmik şüalanmaların təsiri al-

tında biosferdə fasiləsiz yaranan radionuklidlər əmələ gətirir, eləcə də nüvə 

reaksiyaları nəticəsində: tritium, berillium – 7, karbon -14. əmələ gətirir.  

Radiobioloqlar və radioekoloqlar üçün xüsusi maraq kəsb edən radio-

aktiv ailəyə  yarımparçalanma dövrü bir neçə  min illə  ölçülən nisbətən qısa 

periodlu qız nuklidlər daxil edilir. U-238-in parçalama məhsulu olan, təbiət-

də geniş yayılmış radium-226, polonium-210 və b. aiddir.  

Uran.  Təbii  uran  3  radioaktiv  izotopdan  –  U-238,  U-  235  U-  234 

ibarətdir, həm də iki birincilər radioaktiv ailəni  yaradanlardır. Radioekoloji 

və  toksikoloji  cəhətdən  kimyəvi  xassəcə  U-238  daha  vacibdir  (yarımpar-

çalanma dövrü 4,5. 10

9

 il),enerjisi 4,18MeV olan α – şüalandırıcıdır;  U-235 



(yarımparçalanma  dövrü  7,1.10

8

  il),  4,6  MeV  enerjili  (8,3%),  4,4  MeV 



(61%)  və  4,3  MeV  (18%)  α  –  şüalandırıcıdır;U  –  234  (yarımparçalanma 

dövrü 2,3.10

5

  il),  α  –  şüalandırıcıdır,  maksimal  enerjisi  4,7  M  eV-dır.  İzo-



topların təbii qarışığında U-238- 99,28%, U – 235 -0,71%, U – 234 -0,006% 

təşkil edir.  

Biosferdə  uranın  əsas  mənbəyi  yer  qabığıdır.  Yer  qabığında  uranın 

orta miqdarı 3.10

-4

% təşkil edir. Uranın müəyyən miqdarı yer səthinə vulka-



nik  tullantılardan, uranın çıxarılmasından və emalından daxil olur. 1982-ci 

ildə  biosferdə U-238-in  qlobal texnogen axını  fosfor gübrələrnin istifadəsi 

hesabına 1.10

14

Bk olmuşdur. Uran-238-in əkinçilik sahələrinin şum qatında 



ehtiyatı 1,4.10

17

Bk, yeraltı materik sularında isə 7.10



17

Bk təşkil edir.  

Xarici  mühitdə  uranın  4  və  6  valentli  formalarına  rast  gəlinir.  O,  su 

miqrantları sinfinə aiddir. Təbii sularda uran uranil UO

+2 

kimi mövcuddur, 



hansı ki, qeyri-üzvi və üzvi turşularla kompleks birləşmələr yaradır. Uranın 

yerdəyişməsində  onun  biogen  miqrasiyasının  rolu  çox  əhəmiyyətlidir, 

baxmayaraq  ki,  onun  bitkilər  tərəfindən  mənimsənilməsi  zəif  və  çox  zəif 

kimi  xarakterizə  olunur.  Uranın-238  hərəkətini  təyin  edən  ən  vacib  faktor, 

onun torpaqda yüksək kütlə qatılığına malik olmasıdır.  

Torium. Təbii torium 6 radioaktiv izotopdan ibarətdir, radioloji cəhət- 



185 

 

dən  isə  torium-  232  daha  çox  maraq  doğurur.  Yarımparçalanma  dövrü 



1,41.10

10 


il olan uzunömürlü izotopdur, toriumun radioaktiv ailəsinin törədi-

cisidir.  O,  3,98MeV  (25%)  və  4,0  MeV  (75%)  enerjili  α-  şüalandırıcıdır. 

Torium – 234 (yarımparçalanma dövrü 24,1 gün), 0, 205 MeV (80%) 0, 111 

MeV  (20%)  enerjili  β  –  şüalandırıcıdır.  Torium  -227  (yarımparçalanma 

dövrü  18,9  gün),  6,04  MeV  (21%),  5,98  MeV  (24%),  5,76  MeV(21%)  və 

5,72 MeV (14%) enerjili α – şüalandırıcıdır. Torium -231 (yarımparçalanma 

dövrü  25,5 saat), 0,30 MeV (44%) və 0,09 MeV (45%) şüalanma enerjili β 

–  şüalandırıcıdır.  Təbii  torium  əsasən  Th  –  232  (kütləcə  99,9%)  Th  –  228 

qarışığı ilə yayılmışdır, radioaktiv tarazlıqda sonuncunun miqdarı 1,37.10

-8

 



%-dir. Th-234, Th – 231 və Th – 227 təbiətdə çox az miqdarda rast gəlininr.  

Biosferdə  toriumun  əsas  mənbəyi  yer  qabığıdır,  baxmayaraq  ki,  vul-

kanik tullantılardan, toriumun çıxarılması və emalından da onun yer səthinə 

daxill  olması  müşahidə  olunur.  Xarici  mühitin,  xüsusilə  kənd  təsərrüfatı 

yerlərinin, Th –  232 ilə çirklənmə  mənbəyi  fosfor gübrələrinin  geniş  tətbiq 

olunmasıdır, burada Th -232-nin  miqdarı 1,5–25 Bk/kq dəyişir. 1982-ci ildə 

biosferdə  Th  –  232-nin  qlobal  texogen  axını:  qazıntı  üzi  yanacaqlarının 

yanması  hesabına  1,6.10

13 

Bk,  fosfor  gübrələrinin  istifadəsi  nəticəsində 



4.10

12 


Bk olmuşdur. Əkin sahələrinin şum qatında Th -232 ehtiyatı 1,4.10

17 


Bk, yerüstü materik sularında isə 2,2.10

15 


Bk təşkil edir.  

U-  238-də  olduğu  kimi  Th  –  232-  nin  də  hərəkətini  təyin  edən  əsas 

faktor  onun  kütləsinin  torpaqda  çox  olmasıdır.  Toriuma  təbiətdə  yalnız  4 

valentli  formada  rast  gəlinir.  Oda  uran  kimi  su  miqrantları  sinfinə  aiddir, 

lakin onun hərəkətinin əsas növü davamlı mineralların tərkibibndə mexaniki 

miqrasiyadır. Torium və uranın biogen miqrasiyası nisbətən yaxındır.  



Radium. Təbii radium 4 əsas radioizotopa malikdir, onlardan ən əsası 

Ra-  226,  (yarımparçalanma  dövrü  1622  il,  α  –  şüalandırıcı,  4,777  MeV-

94,3%  və  4,589  MeV  -5,7%).  Ra-226-dan  başqa  aşağıdakı  izotoplarda 

müəyyən  maraq  doğurur:  radium-228,  yarımparçalanma  dövrü6,7  il,  0,012 

MeV enerjili  β – şüalandırıcıdır. Ra-223, yarımparçalanma dövrü 11,2gün,  

5,704  MeV(24%),  5,596  MeV(24%)  və  5,730  MeV(9%)  enerjili  α  – 

şüalandırıcıdır. Radium – 224, y.p.d.=3,64 gün, 5,681 MeV(95%) və 5,448 

MeV (4,6%) enerjili  α – şüalandırıcıdır.  

Radium  qələvi-torpaq  elementlərinə  aiddir  və  ikinci  qrupun  element-

lərinə  xas  olan  bütün  xassələrə  malikdir.  Ra  bütün  birləşmələrində  iki  va-

lentlidir. Urana nisbətən radiumun həll olmuş formada miqrasiya qabiliyyəti 

azdır. Miqrasiya qabiliyyətinin müxtəlifliyi ilə əlaqədar olaraq, təbii mühit-

də U-238 və Ra-226 arasında radioaktiv tarazlıq az müşahidə olunur.     

Təbiətdə  Ra  –  226  səpələnmiş  halda  yerləşir,  ayrı-ayrı  mineralların 

tərkibinə  daxil  deyil,  ancaq  bir  çox  formalara  birləşmələr  kimi  geniş 



186 

 

yayılmışdır. Yer qabığında Ra – 226-nın orta miqdarı 1.10



-11

%, torpaqda isə 

8.10

-11


%-dir.  Bu  radionuklid  mütəhərrik  formasının  torpaqda  daha  çox 

olması ilə xarakterizə olunurlar.  

Torpaqda  Ra  –226  digər  təbii  radionuklidlərlə  müqayisədə  daha  çox 

miqrasiya  etmə  xassəsinə  malikdir.  Bu  radionuklid  torpaqda  mütəhərrik 

birləşmələrinin  miqdarının  daha  çox  olması  ilə  xarakterizə  olunurlar:  suda 

həll  olan,  mübadilə  edən  və  turşuda  həll  olan  formaların  cəmi  40%-ə 

yaxındır.  

Polonium.  Təbii polonium uranın radioaktiv ailəsinin üzvlərindən bi-

ridir  və  həmişə  az  miqdarda  uran  filizlərində,  uran  və  radiumun  qocalmış 

duzlarında tapılır. Onun 7 radioaktiv izotopu var: 6 qısaömürlü və bir Po – 

210, y.p.d.=138,4gün. Po –210α -  şüalandırıcıdır, onun yer qabında miqdarı 

2.10

-14 


%-dir. Po 210-nun xammalda və fosfor gübrələrində qatılığı: apatitdə 

30Bk/kq,  fosforit  tozunda  480  Bk/kq,  nitroammonium  sulfatda  10Bk/kq 

təşkil edir. Polonium-210 hava və su miqrantlarıdır. O, uçucu hissəciklərdə 

asanlıqla hidroliz və adsorbsiya olunur.  

 

Kalium. Təbiətdə kaliumun üç əsas izotopu var: iki sabit K – 39 və K 

- 41, eləcədə bir radioaktiv K–40. K– 40, 1,32 MeV enerjili, y.p.d.=1,28.10

il olan, β–şüalandırıcıdır. Təbii qarışıqlarda kalium izotopları cəmi 0,0119% 



təşkil  edir.  Buna  baxmayaraq,  Yerin  istilik  rejimində  hiss  olunan  rol 

oynayır, çünki digər radioaktiv elementlərlə müqayisədə daha geniş yayılıb. 

Kalium -40 parçalandıqda β – hissəcikləri ayıraraq, Ca– 40 sabit izotopuna 

çevrilir,  özünə  elektron  birləşdirməklə  arqo  –40  yaradır.  Torpağın  şum 

qatında  (3.10

kq/km



)

 



kalium  –40  2,7.10

10

  –21,610



10

  bk/km


(0,7-5,8 

Kü/km



).  



Kalium  –40 aktivliyinə  görə  torpaqda, bitkilərdə  və digər kənd təsər-

rüfatı  istehsalı  obyektlərində  geniş  yayılmış  təbii  radionuklidlərdən  biridir. 

Bunu  nəzərə  alaraq,  radionuklidlərin  ümumi  cəmində  kalium  –  40  toplan-

masını əks etdirən ―kalium fonu‖ adlanan xüsusi anlayış daxil edilmişdir.  

Ətraf  mühitin  komponentlərinə  kalium-40  axını  insanın  təsərrüfat 

fəaliyyəti  proseslərində  getdikcə  artmış,  maddələr  dövranına  əlavə  olaraq 

6,2.10

16 


Bk cəlb olunmuşdur. Kalium gübrələrinin orta normada  - 60 kq/ha 

tətbiqində, torpağa 1,235.10

Bk/ha kalium -40 daxil olur. 



 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin