M ü n d ə r I c a t


  Azərbaycan  torpaqlarında  təbii  radionuklidlərin  konsentra-



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə165/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   437
2.6.8.  Azərbaycan  torpaqlarında  təbii  radionuklidlərin  konsentra-

siyası 

Azərbaycanda  belə  işlər  yalnız  epizodik  olaraq  aparılıb.Yalnız  Tor-

paqşünaslıq və Aqrokimya İnstitutunda, eləcə də Azərbaycan EA Coğrafiya 

İnstitutunda  akademik  H.Ə.Əliyevin  rəhbərliyi  altında  müxtəlif  tip  torpaq-

larda  ayrı-ayrı  təbii  radionuklidlərin  qatılığı  öyrənilmişdir  (Bayeva,  Axun-

dova, Güləhmədov, 1969; Əliyev, Niyazov, 1981).  

Azərbaycanın  torpaq  örtüyündə  təbii  radionuklidlərin  miqrasiyası  və 

yerləşməsinin  müşahidəsi  respublikanın  müxtəlif  regionlarında  aparıldı: 

Kiçik Qafqazın quru çöllərində, Kiçik Qafqazın dağlıq zonalarında, Lənkə-

ran  vilayətində,  Kür-Araz  ovalığında,  Böyük  Qafqaz  vilayətində    və  Nax-

çıvan  Muxtar  Respublikasında.  Göstərilən  regionlar  dəniz  səviyyəsindən 

hündürlükdə  yerləşməsinə  görə  öz  aralarında  fərqlənirlər  (0  horizontaldan 

3000 m-dək).   

Kiçik  Qafqazın  quru  çöl  torpaqlarında  təbii  radionuklidlərin  miqra-

siyası  və  paylanması  mürəkkəb  xarakter  daşıyır.  Belə  ki,  torpaqda  uran  – 

238-in  miqdarı  1,4  –  2,8  sBk/q  arasında  dəyişir,  onun  orta  qatılığı  isə  2,2 

sBk/q  təşkil  edir.  Minimal  və  maksimal  hədlər  arasında  fərq  2  dəfədir. 

Minimal konsetrasiyası bu nukleotidin şabalıdı (boz-qonur) torpaqlarda taxıl 

altıda müşahidə olunur. Uran -238-in maksimal qatılığı qajevıe torpaqlarda 

seçilir. Radium – 226-nın orta qatılığı regionun torpaqlarında 1,3 sBk/q, 1,2-




192 

 

dən  1,4  sBk/q  tərəddüd  etməklə.  Göründüyü  kimi  quru  çöl  torpaqlarında 



radium -226-nın miqdarında böyük fərqlər yoxdur. Torpaqlarda polonium -

210-nun  qatılığı  1,5-dən  2,7  sBk/q-dək  dəyişir.  Polonium  -  210  maksimal 

konsentrasiyası  qarğıdalı  altında  olan  şabalıdı  (boz-qonur)  torpaqlar  üçün 

xarakterikdir. Torium - 232- nin miqdarı quru çöl torpaqlarında 1,3-dən 2,0 

sBk/q-dək  variasiya  edir.  Torium-  228-in  qatılığı  kifayət  qədər  yaxındır  və 

orta hesabla 1,4 sBk/q təşkil edir.  

Qeyd etmək lazımdır ki,  Kiçik Qafqazın quru çöl torpaqlarında uran 

sırasında  radioaktiv  tarazlıq  uranın  xeyrinə  pozulmuşdur.  Bu  hadisənin 

səbəbi  Kiçik  Qafqazın  quru  çöl  şəraitində  torpağın  çoxillik  becərilməsi  ola 

bilər,  hansı  ki,  uranın  daha  çox  toplandığı  alt  qatların  üst  səthə  çıxması  ilə 

izah olunur. Mineral  gübrələrin tətbiqi  torpağın kimyəvi xassəsini dəyişir, 

radium  –  226-nın  mütəhərrikliyini  artırır.  Bütün  bu  proseslər  şum  qatında 

uranın toplanmasına səbəb olur.  


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin