M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə168/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   437
 

Cədvəl 2.46 

Müxtəlif torpaq tiplərində becərilən kənd təsərrüfatı bitkilərində 

uran-238 və torium-232-nin qatılığı 

 

Torpaq 


tipləri 

Bitki, 


onun 

hissələri

 

238


Ca, 


  

q/kq 


232

Th 


K, 

q/kq 


cBk/kq 

KH, 


n.10

-3

 



cBk/kq 

KH, 


 n.10

-3

 



Şabalıdı 

(boz-


qəhvəyi) 

Buğda 


Dən 

9,9 


4,42 

0,68 


1,4 

0,97 


6,0 

Küləş 


16,4 

7,32 


2,92 

6,5 


4,89 

9,6 


Arpa  

Dən 


8,5 

3,79 


0,88 

3,6 


2,58 

7,2 


Küləş 

 

14,2 



6,34 

3,90 


8,4 

6,02 


16,2 

Şabalıdı 

qələviləşmiş 

torpaqlada 

Buğda 

Dən 


8,1 

3,82 


0,63 

2,0 


0,78 

5,2 


Küləş 

14,6 


6,89 

3,10 


5,9 

2,25 


10,8 

Arpa 1,8 

Dən 

7,4 


3,49 

0,79 


1,8 

0,69 


5,6 

Küləş 


16,0 

7,55 


3,75 

5,9 


2,24 

12,4 


Boz-qonur 

torpaqlar 

Buğda 

Dən 


4,4 

0,94 


0,47 

5,3 


1,67 

5,5 


Küləş 

13,2 


2,80 

2,11 


12,9 

2,55 


10,1 

Arpa  


Dən 

3,3 


0,80 

0,67 


5,6 

1,14 


8,1 

Küləş 


14,1 

3,40 


2,62 

13,3 


2,81 

17,1 


 

Müxtəlif bitkilərin məhsullarında torium – 232-nin toplanmasına təsir 

göstərən  torpağın  aqrokimyəvi  xassələrindən  mübadilə  olunan  kalsiumun, 

kaliumun  və  mütəhərrik  fosforun  miqdarı  əsas  yeri  tutur.  Uran  –  238-dən 

fərqi  olaraq,  torpaqda  mübadilə  olunan  kalsiumun  miqdarı  ilə  bitkinin  ve-

getativ hissələrində toplanan torium – 232-nin qatılığı arasında müsbət kor-

relyativ asılılıq müəyyən olunmuşdur.  

Bitkilərdə  radionuklidlərin  toplanması  bir  çox  hallarda  onların  növ 

xüsusiyyətindən  asılıdır.  Cədvəl  2.46-da  müxtəli  növə  mənsub  olan 

bitkilərdə  onların  toplanmasını  göstərən  nəticələr  verilir.  Cədvəldən 

göründüyü  kimi  çay  yarpaqlarında  uran  –  238  və  torium  –  232  daha  çox, 



197 

 

buğda və arpanın dənində daha az toplanmışdır. Uran – 238  toplanmasında 



fərq 17,  torium – 232-nin toplanmasında 3,7 dəfə olmuşdur.  

Tədqiq  olunan  bitkilərdə  uran  –  238-in  akkumulyasiya  dərəcəsinin 

azalma sırası belədir: çay > soya > tütün >  noxud >  yonca> pambıq >  buğ-

da> arpa. Torium – 232-nin akkumulyasia dərəcəsinə görə bu sıra bir qədər 

fərqlidir:  çay>  noxud>  soya>  arpa  >buğda>  yonca>  tütün>  pambıq.  Bütün 

hallarda  uran  –  238  və  torium  –  232-nin  konsentrasiyası  bitkinin  vegetativ 

orqanlarında daha çoxdur, nəinki təsərrüfat əhəmiyyətli məhsullarında. Belə 

ki, soya, noxud, arpa və buğdanın küləşində uran -238 2,7 – 4,2 dəfə çöxdur, 

nəinki dəndə.  

 

2.6.10.Mineral gübrələrin tətbiqinin bitkilərdə uran -238 və torium – 



232-nin toplanmasına təsiri 

Kənd təsərrüfatı istehsalında mineral gübrəlrin tətbiqi torpaq – gübrə - 

bitki sistemində əlavə təbii radionuklidlərin cəlb  olunmasını qaçılmaz edir. 

Kənd təsərrüfatı yerlərində gübrələrlə torpağa daşınan uran – 232, torium – 

232  və radium – 226-nın təxminən 20 - 25% -i fosfor gübrələrində yerləşir, 

burada onların qatılığı 37- 370 Bk/kq arasında dəyişir (Arxipov, 1982).  

Kənd təsərrüfatı yerlərində torpağa mineral gübrələrin ilbəil verilməsi, 

onun  fiziki-kimyəvi,  aqrokimyəvi  xassələrinə  əhəmiyyətli  dərəcədə  təsir 

edir və radionuklidlərin torpaqdan bitkiyə daxil olma sürətini dəyişir. Radio-

nuklidlərin aqrokimyasının əsas vəzifəsi əkinçilikdə radionuklidlərin dövra-

nına gübrələrin müxtəlif növ və normalarının verilməsinin təsirinin öyrənil-

məsidir.  Bu  tədqiqatların  praktiki  əhəmiyyəti  radionuklidlərin  torpaq-bitki 

sisteminə  qida  və  yem  zəncirində  radionuklidlərin  hərəkətinin  ilkin  həlqəsi 

kimi daxil olmasının miqdarca qiymətləndirilməsinin labüdlüyündədir.     

Müxtəlif kənd təsərrüfatı bitkilərində təbii radionuklidlərin toplanma-

sına mineral gübrələrin təsirinin öyrənilməsi son dərəcə az öyrənilmişdir və 

əldə  olan  ədəbiyyat  mənbələri  alınmış  nəticələrin  bir-birinə  əks  olduğunu 

göstərir.  

Radium  -226  və  torium  –  232-nın  nitrofosla  torpağa  verilməsi  müx-

təlif kənd təsərrüfatı bitkilərində onların miqdarının artmasına səbəb olmadı. 

Radium  –  226  və  torium  –  226-nın  miqdarı  təcrübənin  müxtəlif  variantları 

şəraitində kənd təsərrüfatı bitkilərində praktiki olaraq bir-birindən fərq-lən-

mədi.  Radionuklidlər  gübrələrlə  birlikdə  torpağa  verildikdə    də  torpaqda 

onların miqdarı artmadı (Driçko və b., 1976).  

Mineral  gübrələrin  illik  normasının  N

500


  P

450


  K

250


  –yə  qədər  artırıl-

ması  torpaqda  torium  və  uranın  miqdarının  etibarlı  artmasına  gətirir,  lakin 

qarğıdalı bitkisinə radionuklidlərin daxil olmasına mineral  gübrələrin veril-

məsinin əhəmiyyətli təsiri olmadı. Mineral gübrələrin fonunda peyinin veril-




198 

 

məsi  yarpaq  əmələ  gəlməsi  dövründə  uranın  bitkilər  tərəfindən  udulmasını 



gücləndirir  və  yetişmə  fazasında  toriumun  daxil  olmasaını  zəiflədir 

(Kuznetsov, 1986). Həmin müəlliflərin digər təcübələrində göstərilir ki, qara 

torpaqlarda    NPK-nın  illik  norması  120-240  kq/ha  çatdırıldıqda  bitkilərdə 

təbii radionuklidlərin qatılığı gübrələnməmiş torpaqlarla müqayisədə dəyiş-

mir,  bozqırlarda  isə  hətta  radionuklidlərin  bitkilərə  daxil  olması  artır 

(Kuznetsov,1986).    

Abşeron  rayonunun  boz-qonur  torpaqlarında  mineral  gübrələrin  opti-

mal  və  yüksək  dozalarının  müxtəlif  kənd  təsərrüfatı  bitkilərində  məhsul-

darlığa, uran – 238 və torium – 232-nin toplanmasına təsiri öyrənilmişdir.  

Alınan nəticələr  göstərir ki,  mineral  gübrələrin həm  optimal, həm  də 

yüksək  dozada  verilməsi  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  məhsulunun 

xeyli artmasına səbəb olur. Bu zaman dəndə uran – 238-in miqdarı dəyişmir, 

payızlıq buğdanın küləşində isə onun qatılığı 2,3 – 20,5 % azalır.   

Xüsusən  yüksək  dozada  mineral  gübrələrin  təsirindən  bütün  tədqiq 

olunan bitkilərdə torium – 232-nin bəzi azalmaları müşahidə olunur. Mine-

ral gübrələrin yüksək dozada tətbiqi  soyanın dənində nəzarətlə müqayisədə, 

orta  hesabla  2  ildə  soyanın  dənində  11-24%,  arpada  17-36%,  buğdada  17-

30%  torium  –  232-nin  qatılığını  azaltmışdır.  Mineral  gübrələrin  təsirindən  

müxtəlif  kənd  təsərrüfatı  bitkilərində  uran  –  238  və  torium  –  232-nin  top-

lanmasına  dair  aparılan  tədqiqatların  nəticələri  aşağıdakı  cədvəldə  veril-

mişdir (cədvəl 2.47) :


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin