M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə406/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   402   403   404   405   406   407   408   409   ...   437
vəzsifə - yüksək keyfiyyətli məhsulun alınması - hərtərəfli və müxtəkf səviy-

yəli  nəzarət  tələb  edir.  Aqroekosistemə  insan  fəaliyyəti  nəticəsində  atmos-

ferdən,  hidrosferdən  və  torpaqdan  daxil  olan  zəhərli  maddə  bigeokimyəvi 

dövrana qoşulur, bitki – yem – qida maddəsi – heyvan orqanizmi – insan or-

qanizmi  zəncirində  transportasiya  olur.  Aydındır  ki,  ekoloji  təmiz  məhsul 

istehsalını  düzgün  idarə  etmək  üçün  aqroekoloji  monitorinq  maddələr 

dövranının biokimyəvi prosesləri haqda biliklərə əsaslanmalıdır. Bu zaman 

monitorinqin  həcmi  vacibdir.  Nəzarət  altında  olan  göstəricilərin  siyahısına, 

hökmən  insan  və  heyvan  orqanizminə  bir  başa  və  dolayısı  ilə  təsir  edən 

elementlər (Be, Ni, Se, F, Cr və s.) daxildir.  

Biogen elementlərin, ağır metalların və digər komponentlərin olması-

nın  mümkünlüyünə  suvarma  və  içməli  sularda,  bitki  və  heyvan  məhsul-

larında, dərman xammalında nəzarət olunmalıdır. Elecə də emal prosesində 

məhsulun  keyfiyyətinə  nəzarət  lazımdır.  Belə  aydın  olur  ki,  bütün  trofık 

zəncir nəzarət altında olmalıdır. 

Monitorinq zamanı ərazının biogeokimyəvi xüsusiyyətlərinin obyektiv 

uçotu  üçün  çoxillik  məlumatlara  əsaslanmaq  məqsədəuygundur.  Onlar  4 

qrupa bölünür:  

l) tarixi (50 il müddətində torpaqdan istifadənin xarakteri, torpaq fon-

dunun istismara  başlanması, kimyalaşma səviyyəsinin dinamikası və s.);  

2) aqrokimyəvi (əvvəl götürülmüş və müasir torpaq monolitərinin ana-

lizinin  müqayisəsi,  xüsusən,  mıkroelementlərin  və  ağır  metalların  tərkibinə 

görə və s.); 

 3) iqlim şəraiti (hava və su mənbələrinin kimyəvi çirklənmə proses- 

lərinin inkişafı);  

4) təbii biogeokimyəvi əyalətlərin olması haqda məlumatlar. 

Bizim  planetimizi,  canlı  maddəni  və  torpaq  örtüyünü  əmələ  gətir-

miş  kimyəvi  elementlər  arasında  60-70-i  seyrəkdir,  hansı  ki,  qatılığı         

nl0

-2

...  n10



-5 

%-dir.  Lakin  bizim  planetin  yer  qabığının  ölçülərinə  hesabla-

dıqda yer kürəsində mikroelementiərin ehtiyyadarı kifayət qədər böyükdür. 

Son  illərin  tədqiqatlarının  nəticələri  "seyrək"  elementlərin  müstəsna 

əhəmiyyətini açmağa imkan verdi. Onlar biotun təkamülü və funksiyalarının 

reallasması prosesində, əkinçiliyin məhsuldarlığı, insanların sağlamlığı üçün 




484 

 

əhəmiyyətlidir. Lakin bu elementiərin ümumi miqdarının kifayət qədər çox 



olmasına baxmayaraq, onlar qeyri - bərabər paylanmışlar və təbii və antro-

pogen  təsirlər  altında  geokimyəvi  anomaliyalar  kimi  üzə  çıxırlar  (Kovda, 

1985). 

Müxtəlif  təbii  təsərrüfat  zonalarında  biogenlərin  dövranın  göstəricisi 

elementlərin  bitkilərdə  konsentrasiya  və  dekonsentrasiya  nisbəti,  eləcədə 

bitki - konsentrantları və dekosentrantlarının nisbətidir (Qlazovskaya, 1987).  

 Bitkilərin  mikroelementləri  bioloji  udmasını  bioloji  udma  əmsalının 

köməyi  ilə  qiymətləndirmək  olar.  Onu  mikroelementlərin  bitkilərdə  olan 

miqdarını  onların  torpaqda  olan  miqdarına  bölməklə  hesablayırlar:  K

bu 


C

kül



 : C

torpaq


. Bioloji udma əmsalı əsasən bitki- indiqatorları təyin edirlər (bu 

və ya digər elementi daha çox miqdarda toplamaq qabiliyyəti olan bitki). 

Mürəkkəb çox əsrlik  geokimyəvi  proseslər nəticəsində qitələrin səthi 

və  torpaq  örtüyü  spesifik  geokimyəvi  əlamətlər  qazandı.  Müxtəlif  geokim-

yəvi əyalətlər və vilayətlər formalaşdı  və yarandı. Onlar miqrasiya edən bir-

ləşmələrin müəyyən tərkibi ilə, mühitin reaksiya şəraiti və oksidləşmə-bərpa 

rejimi ilə, makro- və  mikroelementlərin toplanması  və  itkisi ilə xarakterizə 

olunur (Güləhmədov, Səttarov, Həsənova, Eyyubova). M..A.Qlazkovskaya, 

N.Q.Zizina,  A.I.Obuxova,  A.I.Perelman  tədqiqatlarla  müəyyən  etdilər  ki, 

mikroelementlərin hamısı  deyil, onların  torpaqda  hərəkətli  forması  fızioloji 

və aqronomik əhəmiyyətlidir.Bu belə nəticəyə gəlməyə imkan verdi ki, mik-

roelementlərin  biogeokimyəvi  coğrafiyası  üzrə  dərin  kompleks  tədqiqatlar 

aparmalı, onların birləşmə formalarının, miqrasiya və akkumlaysiya qnuna-

yğunluqlarının, torpağın münbitliyi və onların insan gigiyenası və sağlamlı-

gında  əhəmiyyəti  öyrənilməlidir.  Hər  bir  element  üçün  praktiki  olaraq  4 

qatlıq səviyyəsini fərqləndirirlər:  

●elementin  çatışmazlığı  (orqanizm  elementin  çatışmazltğtndan    əziyyət 

çəkir); 


●elementin optimal miqdarı (orqanizmin yaxşı vəziyyəti ilə qeyd olunur);  

● elementin уol verilən qatılığı (orqanizmdə depresiya halları üzə çıxmağa 

baslayır);  

●elementin orqanizm üçün öldürücü (letal) səviyyəsi. 

   Lakin  etiraf  etmək  lazımdır  ki,  Rusiyada,  eləcə  də  Azərbаусаndа 

hələ  də  etibarlı  təşkilati  sistem  yoxdur  ki,  ərzaq  məhsullarında,  heyvanlar 

üçün yemdə ağır metalların və digər zəhərli maddələrin miqdarına ciddi nə-

zarət  etsin və  kəskin  sərhədlər qoysun.  Burada çətinliklər hər şeydən  əvvəl 

"torpaq-bitki‖ sistemində miqrasiya prosesinin zəif öyrənilməsilə şərtlənir.  

Nəticədə  isə  yaxşı  ilkin  informasiya  bazası  yaratmaq  çətinləşir. 

Təsiretməyə  nəzarət  sisteminin  və  əsaslandırılmış  normaların  tətbiqi, 



485 

 

hərtərəfli tədqiqatlar və müxtəlif profilli mütəxəssislərin iştirakını tələb edən 



mürəkkəb kompleks vəzifədir. 

 Aqroekoloji monitorinqə aşağıdakılar daxildir:  

1.  Verilmiş  periodda  biogeokimyəvi  əyalətlərin  və  rayonların  vəziy-

yətinin  qiymətləndirilməsi  və  sərhədlərin  dəqiqləşdirilməsi  məqsədilə  tor-

pağın zonalar üzrə biogeokimyəvi müayinəsi;  

2.  Məlumatlar  bankı  və  bazalarının  müasir  inteqral  metodları  vasitə-

silə elementlərin ümumi miqdarı və hərəkətli formalarının təyin edilməsi;  

3.  Zonal aqrosenozların bitkilərinin cins və növlərinin biogeokimyəvi 

spesifiklikləri üzrə çıxarmaq üçün rayonlar üzrə  əsas kənd təsərrüfatı bitki-

lərinin kimyəvi element tərkibinin təyin edilməsi; 

 4. Müxtəlif tip torpaqlarda fon  elementlərinin miqdarını orta statistik 

göstəicilərin müəyyənləşdirməsi;  

 5. Nümunələrin saxlanması  zaman  kimyəvi və  bioloji proseslər nəti-

cəsində  elementiərin  һərəkətliyini  istisna  edən,  makroelementlərin  və  ağır 

metalların  hərəkətli  formasmın  torpaq  nümunələrindən  metodikaya  uyğun 

təyin edilməsi;  

6. Torpaqda metalların hərəkətliyinə əhəmiyyətli təsir göstərən anion-

ların dinamikasına nəzrət. 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin