MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə445/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   441   442   443   444   445   446   447   448   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

120 



120 

Bu  keyfiyyəti  qısamüddətli  emosional  reaksiyalarda,  eyni 

zamanda  bəzi  obyektlərə  qarĢı  yaranmıĢ  davamlı  hisslərdə 

müĢahidə  etmək  olar.  Adətən,  insanın  ilk  dəfə  rast  gəldiyi 

hadisələrə  təəccüb  etməsi,  onunla  maraqlanması  bu  cür  baĢ 

verir. 


IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları 

 

Hər  bir  psixi  prosesin  əsasını  insanın  beyin  fəaliyyəti 



təĢkil  edir.  BaĢqa  psixi  proseslər  kimi,  emosional  halların  və 

hisslərin  fizioloji  əsası  da  beyində  gedən  sinir  prosesləri  ilə 

bağlıdır.  Hiss  və  emosiyaların  əmələ  gəlməsi  və  idarə 

olunması  vegetativ  sinir  sisteminin  funksiyasına  daxildir. 

Xüsusilə,  hisslərin  əmələ  gəlməsində  beynin  qabıqaltı 

sahələrdə  baĢ  verən  sinir  prosesləri  çox  mühüm  rol  oynayır. 

Həmin  sahə  tənəffüs  prosesini,  ürək  döyüntüsünü,  nəbz 

vurmanı,  orqanizmin  ayrı-ayrı  hissələrinin  qan  ilə  təchizini, 

hərarəti,  bəzi  orqanların  və  ifrazat  vəzilərinin  fəaliyyətini 

tənzimləyir. Ona görə də hər hansı hissin baĢ verməsi müvafiq 

üzvlərdə  müəyyən  dəyiĢikliyin  əmələ  gəlməsi  ilə  nəticələnir. 

Məsələn: tənəffüs ahəngi dəyiĢir, ürək döyüntüsü ya artır,  ya 

da  azalır,  nəbz  vurma  dəyiĢir,  göz  bəbəyi  geniĢlənir,  tüklər 

biz-biz  olur,  tərləmə  artır,  ağızda  dil  quruyur  və  s.  Təsadüfi 

deyildir  ki,  qədim  yunan  həkimi  Hippokrat  60-a  qədər  nəbz 

vurma  kəĢf  etmiĢdir.  Odur  ki,  ürəyin  döyüntüsü  emosiyanın 

ən  həssas  indikatorudur.  Ona  görə  də  çox  vaxt  insanlar  öz 

emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər. 

Hisslərin  əmələ  gəlməsində  dinamik  stereotipin 

yaranması  və  ya  pozulması  mühüm  rol  oynayır.  Yəni  həyat 

tərzindən,  münasibətindən  asılı  olaraq  beyində  müəyyən 

rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin 

rabitələrdə  hər  hansı  dəyiĢikliyin  baĢ  verməsi  mövcud 

rabitələrin  pozulması  ilə  nəticələnir.  Bu  da  insanda  razılıq, 

narazılıq,  sevinc,  heyrət,  Ģübhə,  maraq,  qəzəb  və  s.  kimi 

hisslərin əmələ gəlməsi ilə nəticələnir. 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin