www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
228
228
əsasında aparmaq meyli yüksəlir. Bağça yaĢı dövrünün
əvvəllərində uĢaqlar hadisənin mahiyyətini baĢa düĢə
bilmədiklərinə görə bəzən qəribə, həqiqətə uyğün olmayan
hökmlər irəli sürür, düzgün olmayan nəticələr çıxarırlar. Bu
dövrdə uĢaqlarda təfəkkürün inkiĢafı əyani-əməli, əyani-
obrazlı və sözlü-məntiqi təfəkkür istiqamətində gedir. Bağça
yaĢının sonunda uĢaqlarda sözlü-məntiqi təfəkkürün inkiĢaf
etməyə baĢlaması artıq onlarda sözlərə istinad etməyin və
mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir.
Bağça yaĢı dövrdə uĢağın nitq inkiĢafında da əsaslı
irəliləyiĢ baĢ verir.
Bağça yaĢı dövründə uĢaqların nitqi daha əlaqəli
xarakter daĢımaqla dialoq forması əldə edir. Erkən uĢaqlıq
dövrü üçün xarakterik olan nitqin situativliyini bu dövrdə
kontekstli nitq tutmağa baĢlayır ki, bu da dinləyicidən
situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə
nisbətən bağça yaĢlı uĢaqlarda daha mürəkkəb, müstəqil nitq
forması olan müfəssəl (geniĢ) monoloji ifadə forması təzahür
və inkiĢaf edir.
Bu dövrdə nitq inkiĢafının digər sahələrində də irəliləyiĢ
baĢ verir. Hər Ģeydən əvvəl uĢağın söz ehtiyatı artır, təxminən
3000-4000-ə çatır. Bunlardan xeyli hissəsi (təxminən 1500)
passiv söz ehtiyatı olur. UĢaqlarda nitqin fonetik və
qrammatik cəhətdən inkiĢafı baĢ verir. Bütün bunlara
baxmayaraq həmin dövrdə bəzi uĢaqlar bəzi səsləri, məsələn,
r , l, Ģ səslərini tələffüz etməkdə çətinlik çəkirlər. Belə
qüsurlar uĢağın nitq orqanları inkiĢaf etdikcə, düzgün təlim-
tərbiyə sayəsində tədricən aradan qalxır.
Məktəbəqədər yaĢ dövründə dialoji nitqin inkiĢafı və
təkmilləĢməsi ilə yanaĢı, monoloji nitq də inkiĢaf etməyə
baĢlayır.
Dostları ilə paylaş: |