MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə339/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   335   336   337   338   339   340   341   342   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
150 
150 
perament haqqında somatik nəzəriyyənin əsasını qoymuĢdur. 
Burada bədən quruluĢu temperament tipi üçün əsas kimi 
götürülmüĢdür. Onların sırasında ən geniĢ yayılmıĢ tipologiya 
1921-ci ildə öz məĢhur «Bədən quruluĢu və xarakter» əsərini 
nəĢr etdirmiĢ E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun 
baĢlıca ideyasına görə müəyyən bədən quruluĢu tipinə malik 
olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E. Kreç-
mer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, 
bu da ona 4 konstitusional tipini: leptosomatik, piknik, 
atletik, displastik ayırmağa imkan verdi. 
1.
 
Leptosomatik – kövrək bədən quruluĢu, hündür 
boy, yastı döĢ qəfəsi, dar çiyinlər uzun və arıq aĢağı ətraflarla 
xarakterizə edilir. 
2.
 
Piknik, – ifrat piy toxumu, balaca və ya orta boyla, 
böyük qarınlı, qısa boyunda girdə baĢlı, ĢiĢkin bədənlə 
xarakterizə edilir. 
3.
 
Atletik–inkiĢaf etmiĢ əzələləri, möhkəm bədən 
quruluĢu, hündür və ya orta boylu, enli, çiyinləri olan 
adamdır. 
4.
 
Displastik–formasız, düzgün olmayan quruluĢa 
malik adamdır. Bu tipdən olan fərqlər bədən quruluĢunun 
müxtəlif deformasiyaları ilə xarakterizə edilir. 
Bədən quruluĢunun adı çəkilən tiplərinə Kreçmer 
onun Ģizotimik, iksptimik və siklotimik adlandırdığı 3 tempe-
rament tipini aid edir. 
ġizotimik – astenik bədən quruluĢuna malikdir, özünə 
qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara 
çətinliklə uyğunlaĢır. 
Ondan fərqli olaraq iksatimik – atletik bədən quru-
luĢuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək 
olmayan elastik düĢüncəli həssas olmayan, çax vaxt xırdaca 
adamdır. Piknik bədən quruluĢuna siklotimikdə malikdir. 
Onun emosiyalarıı sevinc və kədər arasında sıçrayır, 
adamlarla asanlıqla əlaqəyə girir, realist baxıĢlara malikdir. 
Kreçmerin nəzəriyyəsi Avropada daha geniĢ yayıl-



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin