MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə338/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   334   335   336   337   338   339   340   341   ...   613
Temperament
– insanın elə bir anadangəlmə xüsu-
siyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin 
dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq 
dərəcəsini, ətraf mühitə uyğunlaĢma xüsusiyyətlərini Ģərtləndirir. 
Temperament latın dilindən «qarıĢıq, mütənasiblik» 
deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim 
yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 il-
lər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm Ģirəsi» 
nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. 
Bu, «orqanizm Ģirələrinin» nisbəti yunanca «krasis» sözü ilə 
ifadə olunurdu ki, sonralar həmin sözü yunanca tempe-
ramentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın 
təliminə əsaslanaraq digər tanınmıĢ antik dövr həkimi Klavdiy 
Qalen (təxminən 130-200-ci illər) məĢhur traktatı «De tem-
peramentum» kitabında Ģərh etdiyi temperamentlərin tipolo-
giyasını iĢləyib hazırladı. 
Onun təliminə əsasən temperamentin tipi orqanizimdə 
bu Ģirələrdən birinin üstünlüyündən asılıdır.. Temperamentin 
bu 4 tipinin adı həmin Ģirələrin adına uyğun verilmiĢ-
dir:sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca 
fleqma-selik, bəlğəm), xolerik 
(yunanca chole-öd), 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
149 
149 
149 
149 
149 
149 
149 
149 
149 
melanxolik (yunanca melian chole – qara öd). 
V.15.2. Temperament haqqında təlimlər tarixindən 
 
Ġnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə
fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmiĢdir. 
Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə 
öyrənilmiĢdir. Müasir dövrə qədər temperament haqqında 
əsasən üç nəzəriyyə geniĢ yayılmıĢdır: humoral nəzəriyyə, 
somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi. 
Temperament haqqında humoral nəzəriyyənin banisi 
Hippokrat olmuĢdur. Bu nəzəriyyənin adı latınca humor (ma-
ye) sözündən götürülmüĢdür. Hippokrat ilk dəfə olaraq bu nə-
zəriyyəni əsaslandırmıĢ və onun irəli sürdüyü dörd tipin adı 
müasir dövrdə də saxlanmıĢdır. Hippokratın nəzəriyyəsi tem-
peramentin öyrənilməsi üçün əsaslı təkan rolunu 
oynamıĢdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları gös-
tərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı 
temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxana 
bənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik 
və qıcıqlanması ilə Ģərtlənir. 
Sonrakı əsrlərdə tədqiqatçılar davranıĢın bədən quru-
luĢundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düĢən 
müxtəlifliyi müĢahidə edərək bu fərqləri nizama salmağa və 
qruplaĢdırmağa çalıĢıblar. Nəticədə temperamentin çoxsaylı 
konsepsiyaları və tipologiyaları meydana çıxmıĢdır. Bu kon-
sepsiyaların əsasında Ģəxsiyyətin ən müxtəlif Ģərtləri qoyul-
muĢdu. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri 
irsi və anadangəlmə kimi baĢa düĢülür və bədən quruluĢunun 
xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipo-
logiyalar konstitusion tipologiya adını alır.Bu tipologiya tem-



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin