MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə422/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   418   419   420   421   422   423   424   425   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
240 
240 
Bu, orqanizmin cavanlığından və uĢağın mərkəzi sinir 
sistemində proseslərin mütəhərrikliyindən asılıdır.
Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir 
fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ 
də “uĢaqlıq” əlamətləri qalır. Belə ki, uĢaqların diqqətini ən 
çox onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan 
cisim və hadisələr cəlb edir. 
Kiçik məktəb yaĢı dövründə 
hafizə
də öz inkiĢafını 
davam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təĢkil edir. 
Bu dövrdə uĢaqlar hər cür materialı asanlıqla əzbər öyrənə 
bilirlər, ona görə də əzbər öyrənməyə meylli olurlar. Bunun 
müəyyən əhəmiyyəti olsa da uĢaqları quru əzbərçiliyə 
alıĢdırmaq olmaz. ġübhəsiz bəzi materialları, məsələn, vurma 
cədvəlini əzbərdən bilmək yaxĢıdır. Lakin təcrübəli müəllim 
vurma cədvəlini əzbərdən öyrənməyi tapĢırmazdan əvvəl 
cədvəlin strukturunu ətraflı izah edir, onun hansı prinsip üzrə 
tərtib olunduğunu uĢaqlara baĢa salır. Öyrənmə bu Ģəkildə 
təĢkil olunduqda əgər Ģagird, məsələn, yeddi dəfə səkkiz neçə 
etdiyini yaddan çıxarıbsa, özünü itirmir. O, yeddi dəfə 
yeddinin neçə etdiyini yada salır və buna yeddi əlavə edir. 
Çox vaxt birinci-ikinci sinif Ģagirdləri materialı hərfən 
yadda saxlamağa çalıĢırlar. Bu, həmin yaĢda Ģagirdlərin 
oxuduqlarını və eĢitdiklərini öz sözləri ilə ifadə edə 
bilməmələri ilə izah oluna bilər. Burada nitqin lazımi 
səviyyədə inkiĢaf etməməsi və müəllimin Ģagirddən öyrən-
diyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya 
bilər. 
Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə 
birinci-ikinci sinif Ģagirdlərində birinci siqnal sistemi üstünlük 
təĢkil etdiyinə görə əyani materialları daha yaxĢı yadda 
saxlayırlar. 
Kiçik məktəb yaĢlı uĢaqlarda məntiqi hafizə nisbətən 
zəif inkiĢaf etmiĢ olur. Birinci-ikinci sinif Ģagirdlərindən fərqli 
olaraq üçüncü-dördüncü sinif Ģagirdləri elə yadda saxlamağa 
çalıĢırlar ki, sonradan onu öz sözləri ilə danıĢa bilsinlər. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin