MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə421/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   417   418   419   420   421   422   423   424   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
239 
239 
239 
239 
239 
239 
239 
239 
239 
tərbiyənin təsiri altında zaman və məkan qavrayıĢı inkiĢaf 
edir. Lakin bu zaman qavrayıĢın həmin növlərinin inkiĢafı bir 
sıra çətinliklərlə müĢayət olunur. Kiçik məktəblilərin, xüsusilə 
I-II sinif Ģagirdlərinin zaman haqqında təsəvvürləri olduqca 
konkret xarakter daĢıyır. UĢaqlar yalnız öz həyatlarında rast 
gəldikləri zaman münasibətlərini bilirlər. Onlar yalnız saatın, 
gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə 
saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.
Təlim və tərbiyənin təsiri altında və ümumi inkiĢaf 
prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayıĢının 
təkmilləĢməsi baĢ verir.
Kiçik məktəb yaĢı dövründə uĢaqlarda 
diqqətin
inkiĢafında da özünəməxsus dəyiĢiklik baĢ verir. Psixoloji 
tədqiqatlar göstərmiĢdir ki, kiçik məktəblilərin diqqəti ilk 
gündən seçici xarakter daĢımağa baĢlayır, daha doğrusu, 
uĢaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim 
və hadisələrə yönəlir. Bu baxımdan birinci-ikinci sinif 
Ģagirdləri üçün müəllimin onların diqqətini yönəltdiyi sahə 
əhəmiyyətlilik kəsb edir. 
Məktəb təcrübəsi göstərir ki, yeknəsək xarakterli iĢin 
yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna, bu da öz 
növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci 
sinif Ģagirdlərinin diqqəti yüksək emosional təəssürata malik 
olmaları ilə bağlı olur. Ona görə də bu yaĢda uĢaqların diqqəti 
onlar üçün çox maraqsız, cansıxıcı görünən iĢlərdən asanlıqla 
yayınır. Ona görə də bu dövrdə Ģagirdlərin diqqətini əsas 
detallara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir. 
Kiçik məktəb yaĢı dövründə qeyri ixtiyari 
diqqət
 
hələ 
nisbətən üstünlük təĢkil etsə də ixtiyari diqqət əsaslı Ģəkildə 
inkiĢaf etməyə baĢlayır. Kiçik məktəb yaĢının sonunda - IV 
sinifdə diqqətin həcmi və davamlılığı, keçirilməsi və 
mərkəzləĢməsi demək olar ki, əsasən böyüklərdə olan 
səviyyəyə çatır. Diqqətin keçirilməsi bu dövrdə hətta orta 
hesabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin