Ümumi psixologiya. Psixologiya 399
399
399
399
399
399
399
399
399
müəllim-müəllim,
müəllim-valideyn
münasibətlərində
çətinliklərin olması barədə mülahizələrin Ģahidi oluruq.
ġagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, çətin
tərbiyə olunan uĢaqların xüsusiyyətləri müəllimdən onları
hərtərəfli öyrənməyi və düzgün yanaĢmağı tələb edir. Müasir
psixologiyada belə bir cəhət əsas götürülür ki, hər bir sağlam
uĢaq, yeniyetmə və gənc müvafiq sosial Ģəraitdə özünün geniĢ
inkiĢaf imkanına malikdir. Bununla birlikdə bütün uĢaqlar
eyni imkana malik deyildirlər. Hər bir Ģagirdin imkanını
aĢkara çıxarmaq, onun inkiĢafına təkan vermək məktəbdə
təlim-tərbiyəni optimallaĢdırmağın əsas tələblərindəndir.
Məhz buna görə də uĢaq psixologiyası və pedaqoji
psixologiya, eləcə də sosial psixologiya, eləcə də sosial
psixologiya sahəsində əldə edilmiĢ nailiyyətlərdən istifadə
olunması ən ciddi məsələ kimi qarĢıda durur. UĢaq
psixologiyası və pedaqoji psixologiyanın nailiyyətlərinin
məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri
xalq təhsili sisteminin bütün sahələrində psixoloji xidmətin
təĢkilindən ibarətdir. Bu cür xidməti həyata keçirmədən gənc
nəslin təlim və tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail
ola bilmərik.
Məktəbə psixoloji xidmətin vəzifələri. Pedaqoji və yaĢ
psixologiyasının əsas istiqamətlərindən biri kimi inkiĢaf edən
məktəbə psixoloji xidmət psixologiyanın həmin sahələrinin
bir növ inteqral birliyini təĢkil edir. Ona görə də məktəbə
psixoloji xidmətin üç mühüm əhatə sahəsi mövcuddur; müasir
məktəb Ģəraitində psixoloji biliklərin professional tətbiqinin
yol, vasitə və metodlarını yaratmaq məqsədilə Ģagirdlərdə
psixi
inkiĢafın
və
Ģəxsiyyətin
formalaĢmasının
qanunauyqunluqlarını
öyrənmək (elmi aspekt); tədris
proqramlarının tərtibi, dərsliklərin hazırlanması, didaktik və
metodik materialların psixoloji əsaslarının iĢlənməsi, müəllimin
psixoloji hazırlığı və s. sahələri özünə daxil etməklə bütün
təlim və tərbiyə prosesini psixoloji cəhətdən təmin etmək